Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə168/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   164   165   166   167   168   169   170   171   ...   175

 

508


hərəkət vəziyətində olurlar və vasitələri (icra alətlərini) nəzərdə 

tutulmuş  qaydada  bərabər  səviyyədə  istifadə  edirlər.  Bu 

baxımdan  müəyyən  mexaniki  sistemlər,  məsələn,  müəyyən 

qurğular daxilində, qurğular arasında tarazlaşdırılmış mexaniki 

hərəkətlər,  həmçinin  tarazlaşdırılmış  qaydada  hərəkəgətirmə 

vəziyyətləri,  halları  mövcud  olur.  Mexaniki  hərəkətlərin 

tarazlaşdırılması  və  nəticələrin  tarazlı  qaydada  əldə  edilməsi 

subyektlər  (əmək  sərf  edən  şəxslər)  arasında  tarazlı 

münasibətlərin  yaranmasını  təmin  edir.  Bu  baxımdan  hesab 

etmək  olar  ki,  balanslaşdırma  proseslərində  canlı  və  cansız 

vasitələr  qarşılıqlı  olaraq  koordinasiya  proseslərində  olurlar. 

Bu tarazlaşdırılmış və qarşılıqlı hərəkətlər (mexaniki hərəkətlər 

və  subyektlərin  təsirləri)  və  yerdəyişmələr  sistemin  məqsədli 

və  təyinatlı  fəaliyyətini  təmin  edir,  səmərəlilik  əldə  edilir. 

Vahid  mexaniki  sistemin  bir  tərkib  hissəsində,  struktur 

sistemində  baş  verən  bir  proses  ardınca,  digər  struktur 

mexanizmində ardıcıl hərəkətləri zəruri edir. Bütöv sistem özü 

ayrı-ayrı  sistemlərdən  və  ardıcıl  zamanla  hərəkət  edən  tərkib 

vasitələrdən  formalaşır.  Bir  məsələni  də  xüsusi  olaraq  qeyd 

etmək  olar  ki,  hərəkətlər  fərqli  məqsədlərə  müvafiq  olaraq  və 

tətbiq  edilən  fərqli  qüvvələr  sayəsində  eyni  olmaya  bilər. 

Məsələn, sistemin bir strukturunda bir tərkib hissə hazırlanarsa 

tələb olunan qüvvə növü, forması kəmiyyəti tətbiq edilir. Digər 

hissəsində  isə  məqsəd  fərqli  olduğundan,  fərqli  proses  həyata 

keçirildiyindən, tətbiq edilən qüvvə sayəsində fərqli kəmiyyətli 

və  fərqli  saylı  hərəkətlər  edilə  bilər.  Bir  məsələni  də  xüsusi 

olaraq  qeyd  etmək  olar  ki,  mexaniki  hissələrin  tarazlı 

hərəkətinə  mütləq  şəkildə  şərait  və  məkan  nöqteyi-nəzərdən 

yanaşmaq lazımdır. (Yəni bir məkanda tarazlıq və ya məkanlar 

üzrə  tarazlıqlar  və  onların  qarşılıqlı  uyğunluqları  nöqteyi-

nəzərdən).  Tarazlaşdırma  vəziyyətləri  mütləq  nəzərdə  tutulan 

müəyyən  məkanlarda,  dairələrdə  məqsədlərin  tərkibinə 

müvafiq olaraq yaradılır. Ümumi məqsədlər öz daxilində fərqli, 

müxtəlif məqsədləri birləşdirdiyindən, hər bir məqsəd müəyyən 




 

509


məkanda  və  zamanda  yerinə  yetirildiyindən  mexanikada 

balanslaşdırma da müəyyən məkanlar üzrə həyata keçirilir. Hər 

bir məkanda baş verən balanslaşdırma özünəxas xüsusiyyətlərə 

malik  olur.  Sistemin  bir  hissəsinin  tarazlıq  vəziyyəti  digər 

hissəsinin  tarazlıq  vəziyyəti  ilə  fərqlənir.  Buradan  belə  bir 

nəticəyə  gəlmək  olur  ki,  yarımsistemlərdən  ibarət  olan  tam 

sistem fərqli məkan və şərait tarazlıqlarından formalaşır. Fərqli 

tarazlıqlar  arasında  koordinasiya  həyata  keçirilir,  tərkib 

hissələr,  əldə  olunan  nəticələr  əlaqələndirilir.  Nəticədə  ümumi 

balanslaşdırma  mühiti  yaranır.  Onu  da  nəzərə  almaq  lazımdır 

ki,  ola  bilər  ki,  bir  böyük  sistemin  bir  tərkib  hissəsində 

(müəyyən  məkan  üzrə  strukturlaşmış  bütöv  komponentində) 

tarazlaşmış hərəkətlər sayəsində nəticələr (məsələn, məhsullar, 

ya  da  məhsul  hissələri)  əldə  edilsin,  ola  da  bilər  ki,  belə 

nəticələr  birləşmiş,  əlaqələndirilmiş  sistem  tərkiblərindən  əldə 

edilsin.  Bu  da  şəraitdən  və  mövcud  imkanlardan  asılı  olan  bir 

amildir.  

Yuxarıda  sadalanan  fikirləri  nəzərə  alaraq,  aşağıdakı 

şəkildə ümumiləşdirmələr aparmaq olar:  

-sistem  balanslaşdırması  prosesləri  bərabərdir-  tərkib 

sistemlərinin balanslaşdırılması cəminə; 

-sistem  bərabərdir-  tərkib  məkanlar  üstəgəl  tərkib  hissələr 

(vasitələr); 

-sistem mexanizmi bərabərdir- tərkib hissələrin hərəkətləri 

və  istiqamətləri,  həmçinin  hərəkət  qaydaları və üsulları, forma 

və məzmunları cəmi; 

-balanslı  mühit  bərabərdir-  sistemin  ayrı-ayrı  tərkib 

hissələrinin (strukturun) balanslı mühitinə; 

-balanslaşdırma 

prosesləri 

zamanı 

tərkib 


hissələrin 

koordinasiya məsələləri, prosesləri bərabərdir- ümumi sistemin 

koordinasiyasına; 

-balanslaşdırma  zamanı  sistemin  tərkib  hissələrinə  tətbiq 

edilən  qüvvələr  cəmi  sistemə  ümumilikdə  tətbiq  edilən 

qüvvələri formalaşdırır;  




 

510


-ümumi,  yekun  məqsəd  tərkib  məqsədləri  yaradır,  tərkib 

məqsədlərdən yekun məqsədlər formalaşır və s.  

Ümumi  yekun  məqsəd  fərqli  məzmuna  və  formaya  malik 

olan  tərkib  məqsədlərdən  ibarət  olur.  Hər  bir  fərqli  tərkib 

məqsədə  çatmaq  üçün  fərqli  məkanlar, şərait və  ardıcıl, növbə 

ilə  gələn  zaman  müəyyən  edilir.  Fərqli  məqsəd,  müəyyən 

məkanda  və  zamanda  fərqli  hərəkətləri  zəruri  edir.  Bir 

məkanda tərkib məqsədə çatmaq üçün hərəkətlər arasında eyni 

vasitələr  taraz  vəziyyətinə  gətirilir.  Vasitələr  arasında 

koordinasiya  yaradılır.  Bu  məqsədə  çatdıqdan  sonra  növbəti 

əlaqəli  məqsədə  çatmaq  tələb  olunur.  Bu  zaman  başqa  şərait 

yaranır.  Şəraitin  mövcud olduğu  müəyyən məkanda hərəkətlər 

balanslaşdırılır.  Ola  bilər  ki,  eyni  zamanda  müxtəlif  şəraitlər 

koordinasiyasında,  tərkib  məqsədlərə  nail  olmaq  üçün  eyni 

zamanda  fəaliyyətə  başlansın.  Bu  baxımdan  yekun  məqsədə 

çatma  mexanizmi  həm  ardıcıl,  həm  də  eyni  zamanda  müxtəlif 

məkanlarda,  müxtəlif  tərkib  hissələrə  tətbiq  edilən  qüvvələr 

sayəsində  formalaşır.  Buradan  yenə  də  belə  bir  nəticəyə 

gəlmək  olar  ki,  məkanlar  daxili  bərabərlik  (hər  məkan  üzrə), 

məkanlararası  ötürülmələr,  məkanların  arasında  mövcud  olan 

fərqlilik  (yəni  məkanların  daxili  eyniliyi,  məkanlararası 

müxtəliflik)  ümumi  məkan  tarazlığını  yaradır.  Müxtəlif 

tərkiblərin  balanslı  hərəkətləri  ümumi  sistemin  balanslı 

mühitini  formalaşdırır.  Hər  bir  yarımsistem  (yarımsistem 

dedikdə geniş bir məkanın müəyyən hissəsində olan və məqsəd 

(məqsədlər)  üçün  nəzərdə  tutulan  fəaliyyət  göstərən  və 

nəticələr  əldə  edən  vasitələrin  qarşılıqlı  hərəkət  birliyi-ümumi 

strukturun  birləşmələrdən  ibarət  olan  tərkib  strukturu  başa 

düşülə bilər) öz daxilində koordinasiya proseslərini ehtiva edir. 

Eləcə  də  sistemlərarası  koordinasiya  ümumsistemin  tarazlığını 

yaradır.  Bu,  tək  mexanikada  deyil,  həmçinin  sosial  və  siyasi 

münasibətlər sistemində də mövcud olur. 

Məqsədlərin  özləri  uyğunlaşdırılmış  tərkiblərdən  ibarət 

olduğundan koordinasiya məqsədəçatma, tərkibləri birləşdirmə 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə