Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə170/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   167   168   169   170   171   172   173   174   175

 

514


-vasitələrin  (sosial  subyektlərin,  siyasi  təşkilatların-

tərəflərin)  tələbatları  və  maraq  obyektlərinin,  sahələrinin, 

əşyalarının, predmetlərinin tarazlı əsaslarla uyğunlaşdırılması; 

-vasitələrin  (tərəflərin)  təsir  imkanlarının  tarazlı  qaydada 

uyğunlaşdırılması; 

-vasitələrin  (subyektlərin)  təsir  istiqamətlərinin  və  bu 

baxımdan  fəaliyyət  sahələrinin  və  istiqamətlərinin  tarazlı 

qaydada uyğunlaşdırılması;  

-vasitələrin  (subyektlərin)  məqsədəçatma  vasitələrinin 

fərqli  məzmunla  taraz  şəkildə  (alətlər  və  icra  vasitələri) 

uyğunlaşdırılması və s. 

Uyğunlaşdırma  zamanı  bərabər  şəkildə  paylaşma,  bərabər 

səviyyədə  təsir  etmə,  qüvvə  tətbiq  etmə,  bərabər  vasitələrdən 

istifadə  etmə,  bərabər  səviyyədə  (imkanlara  və  tələbata 

müvafiq)  faydalanma,  nəticələr  əldə  etmə  kimi  hərəkətlər 

edilir. Həmçinin uyğunlaşdırma proseslərində seçim amili əsas 

rol oynayır. Uyğunlaşdırma münasibətləri bir-birinə bağlayaraq 

sistem əmələ gətirir, eləcə də qarışıq tərkiblərin formalaşmasını 

əsaslandırır.  

 



 

515


NƏTİCƏ: 

 

Kitabda  şərh  edilən  mövzuda  belə  bir  qənaətə,  elmi-

nəzəri  nəticələrə  gəlinir  ki,  istər  cəmiyyətdə,  dövlət  daxilində, 

istərsə  də  dövlətlər  arasında  münasibətlər  ehtiyac  və 

tələbatlardan formalaşan maraqlar üzərində qurulur. Maraqların 

təmini  məqsədilə  hərəkətdə  olan  tərəflərin  öz  imkanları 

çərçivəsində  və  güclərinə  müvafiq  olaraq  ümumi  bərabərlik 

şərtləri  əsasında  fəaliyyət  göstərmələri  və  bu  baxımdan  da 

ortaq  məxrəclərə  gəlmək  əsasları  balanslaşdırmanı  meydana 

gətirir.  İdraki  nəticələr  göstərir  ki,  balanslaşdırma  özündə 

tərkib  elementlər  və  onların  müəyyən  şərait  və  məkanlarda 

müvafiq  zaman  kəsiyində  hərəkətlərini  əks  etdirən  bir 

vəziyyətdir. 

Bu  vəziyyətin 

formalaşması 

da  müxtəlif 

proseslərdən  (müəyyən  məqamlarda  və  koordinatlarda  mütləq 

və  ya  nisbi  əsaslı,  şərti  məzmunlu  balanslı  və  disbalanslı 

vəziyyətləri 

formalaşdıran 

proseslərdən) 

yaranır. 

Balanslaşdırma  prosesləri  tənzimləmə  proseslərinin  tərkib 

hissəsi  olaraq,  həm  də  tənzimləmə  funksiyası  üçün  bir 

istiqamət  rolunu  oynayır.  Balanslaşdırma  cəmiyyətdaxili  və 

dövlətlərarası  hərəkətlərin  meydana  gətirdikləri  enerjidən  və 

əksinə  olaraq,  enerjinin  yaratdığı  və  müəyyən  əşyalara, 

vasitələrə,  mənəvi  aləmə  təsir  etdiyi  proseslərdən  yaranır. 

Balanslaşdırma  bir  zahiri  forma  olaraq  daxili  məzmun 

baxımından həm mexaniki vasitələrdə, həm də münasibətlərdə 

mövcud  olur.  Mexaniki  vasitələrə  təsiri  də  məhz  insanlar 

həyata  keçirirlər  və  bu  baxımdan  da  onlar  prosesləri 

sistemləşdirərək maraqlarının təminatı istiqamətinə yönəldirlər. 

Balanslaşdırma  proses  olaraq  həm  də  inikasdır,  təbii 

tarazlıqların  baş  beyində  əks  olunmasıdır.  Bununla  yanaşı, 

qeyd  etmək  olar  ki,  vərdişlərdir  ki,  daima  ardıcıl  baş  verən 

proseslər üçün bir model, layihə rolunu oynayır.  

Balanslaşdırma  həm  iki  və  ya  çoxtərəfli  istiqamətlərə 

malik  olur,  həm  də  birtərəfli  istiqamətlərdə həyata keçirlir.  İki 



 

516


və  ya  çoxtərəfli  istiqamət  dedikdə,  burada  prosesə  cəlb  edilən 

vasitələrin  qarşılıqlı  maraqlarını  başa  düşmək  lazımdır. 

Biristiqamətli  balanslaşdırma  proseslərinin  məzmununda  da, 

yəni  hər  hansısa  bir  subyektin  prosesləri  öz  maraqlarına 

müvafiq  olaraq  tənzimləməsi,  istiqamətləndirməsi  zamanı  da 

balanslaşdırma  prosesləri  yaşanır.  Bu,  o  deməkdir  ki,  proses 

başlıca  olaraq  bir  istiqamət,  bir  trayektoriya üzrə baş verdikdə 

də  həmin  prosesin  tərkibinə  müxtəlif  və  fərqli  məqamları 

özündə  birləşdirən  balanslı  və  disbalanslı  vəziyyətlər  cəlb 

edilir.  Həm  çoxşaxəli,  həm  də  təkistiqamətli  proseslər  mütləq 

şəkildə  əksliklərin  mübarizəsi  və  vəhdətini  ehtiva  edir  və 

fərqliliklərdən  bütöv  birmənalılıqlar,  fərqli  tərkiblərdən 

sistemlər meydana gəlir.  

 

Bu  kitabdakı  mövzu  istiqamətləri  üzrə  aşağıdakı  konkret 

nəticələrə gəlindi: 

 

-dövlətlərin daxili siyasətində balanslaşdırma sabitliyə və 



dinamik inkişafa xidmət edir

dövlətlərin  daxili  siyasətində  olan  tarazlığı  xarici 

siyasətləri ilə sıx bağlıdır; 

-dövlətlər  daxildə  tarazlıq  yaratmq  üçün  hər  kəsin 

hüquqlarını qoruyan normalar yaratmalı və icra etməlidir; 

-dövlət  ümumi  və  xüsusi  hallarda  nəzrət  funksiyasını 

yerinə yetirməlidir; 

-dövlət-cəmiyyət  əlaqələrində  olan  sabitlik  və  yüksək 

səviyyə  cəmiyyətin  inkişafına  xidmət  edir  və  cəmiyyət  sabit 

qalır; 


-dövlət tarazlı münasibətlər üçün proseslərin dönərliliyini 

və  zaman  və  məkan,  şərait  çərçivəsində  statistik  və  dinamik 

hərəkətləri  etməlidir,  hadisələrin  trayektoriyalarında  mərkəzi 

və ətraf elementləri müəyyən etməlidir; 

-dövlət müşahidə funksiyasını yerinə yetirməlidir; 



 

517


-cəmiyyətdə  və  dövlətdə,  eləcə  də  beynəlxalq  aləmdə 

münasibətlərin balanslaşdırılması idarəedən şəxsin, rəhbərin də 

şəxsi keyfiyyətləri, baxışları ilə əlaqədardır; 

-münasibətlərin 

balanslaşdılrılması 

əsasən 


dövlətin 

sisteminə  aid  olan  strukturların  qarşılıqlı  maraq  doğuran 

şəraitdə işləməsidir; 

-beynəlxalq  münasibətlərdə  tarazlaşdırma  beynəlxalq 

resursların imkanlara və güclərə görə bərabər paylanmasıdır. 

 

Birinci fəsil üzrə:  

 

Gəlinmiş nəticələr: 



-balanslaşdırmanın 

tərkibini 

formalaşdırmaq 

üçün 


elementlər  sistemyaratma,  sistemə  cəlb  olunma  xassələrinə 

malik olmalıdır; 

-elementlərin  fəaliyyəti  mexanizm  və  struktura  malik 

olmalıdır; 

-elementlərin  qarşılıqlı  düzülüşü  və  fəaliyyəti  simmetrik 

xassələrə malik olmaldır; 

-elementlərin  qarşılıqlı  düzülüşü  və  fəaliyyətində  zaman 

və  məkana  müvafiq  olaraq  harmonik  vəziyyətlər  meydana 

gəlməlidir; 

-balanslı  vəziyyətlərin  yaranması  subyektlərin  qarşılıqlı 

şəkildə maraqlarını təmin etməkdən asılıdır. 

 

İ



kinci fəsil üzrə 

 

Gəlinmiş nəticələr:  



   

-balanslaşdırma 

münasibətlərdən, 

əlaqələrdən, 

mövqelərdən  irəli  gələn  hərəkət  vəziyyətləridir  və  tərəflərin 

bərabər  şəkildə  bölünmüş  əsaslarla  maraqlarının  təminatına 

əsaslanır; 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə