Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə169/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   165   166   167   168   169   170   171   172   ...   175

 

511


yollarını, 

metodlarını 

müəyyən 

edir. 


Yarımsistemlərin 

koordinasiyası  sistemin  ümumi  mexanizmisinin  formalaşması 

yollarını  müəyənləşdirir.  Koordinasiya  üsul  və  vasitələrin 

müəyyən  edilməsində  mühüm  rol  oynayır.  Sxemdən  görünür 

ki,  yarımsistemlər  fərqlidir  (dairələrin  fərqliliyi).  Hər  bir 

yarımsistem  daxilində  yaranan  fərqli  hərəkətlər  yarımsistemin 

balanslı  mühitini  yaradır.  Balanslı  vəziyyət  əkslikərin 

mübarizəsindən  və  vəhdətindən  yaranır.  Tam  sistemin  özünün 

balanslı mühiti onun yarımsistemlərinin fərqliliyi, müxtəlifliyi, 

çalarlığı ilə müşahidə edilən vəziyyətindən formalaşır. Buradan 

bir  daha  belə  qənatə  gəlinir  ki,  balanslı  vəziyyət  fərqli-fərqli 

məkanlarda  (hər  bir  məkan  dairəsi  üzrə)  fərqli  hərəkət 

məzmunlarından, 

balanslaşdırma 

fəaliyyətinin 

tərkib 


elementlərinin koordinasiyasından yaranır. 

 

Münasibətlərdə koordinasiya və tarazlaşdırma 

 

Belə  bir  prinsipdən  çıxış  etmək  olar:  hər  bir  varlıq,-  istər 

konkret,  istər  mücərrəd  olsun,-  şüurda,  anlayışlarda  müəyyən 

nöqtələrlə  sərhədlənən,  müəyyən  nöqtələr  arasında  xətlərin 

birləşməsindən  əmələ  gələn,  müəyyən  sahələri  əhatə  edən 

təzahürlərdən  ibarətdir.  Bu  təzahürlər  beyində  təsvir  olunur, 

yaddaşlarda  həkk  olunur.  Əvvəlcə  qeyd  edildiyi  kimi, 

münasibət  anlayışının  özü  də  mücərrəd  koordinatlar  arasında 

mövcud  olan  anlayışdır.  Münasibət  canlı  aləmi  əks  etdirən, 

canlı  varlıqlar  arasında,  canlı  varlıqla  cansız  aləm  arasında 

tellər  yaradan  mücərrəd  vasitələrdir.  Münasibətin  özünün 

mahiyyətində  kəmiyyət,  ölçü  amili  var.  Bu  baxımdan 

münasibətin 

koordinatları 

var 

və 


münasibətlərarası 

koordinasiya prosesləri həyata keçirilir.  

Münasibətlərin  tərkib  elementləri,  münasibətlər  sisteminin 

forma  və  məzmun  tərkibi,  mahiyyəti  əlaqəli  şəkildə,  birləşmiş 

qaydada  vahid  bir  məzmun  təşkil  edir.  Münasibətlər 

hərəkətlərdən 

formalaşdığından 

hərəkətlərin 

forma 

və 



 

512


məzmunu da koordinasiyaları müəyyən edir. Hər bir hərəkətin 

nöqtələri  (koordinatları)  mövcud  olur  ki,  bu  koordinatlar  da 

hərəkətin  formasını,  kəmiyyətini,  başlanğıc  və  sonunu 

müəyyən  edir.  Münasibətlərin  koordinasiyası  amilinə  iki 

aspektdən  yanaşmaq  olr:  birincisi,  müəyyən  məkanda, 

müəyyən 


sahədə 

mövcud 


olan 

münasibətlərin 

tərkib 

elementlərinin 



koordinasiyası; 

ikincisi, 

sahələrarası 

münasibətlər  sistemininin  koordinasiyası.  Hər  iki  istiqamət 

münasibətlərin iki və çoxtərəfli balanslaşdırılmasını təmin edir, 

münasibət  subyektlərinin  uyğunlaşdırılmış  şəkildə  fəaliyyətini 

əsaslandırır.  Digər  tərəfdən  də  koordinasiya  münasibətlərin 

təbəqəli  və  sahəli  şəkildə  inkişafını  zəruri  edir.  Hər  bir 

münasibət,  eləcə  də  münasibətlərin  tərkib  elementlərinin 

uzlaşması,  əlaqələndirilməsi  müəyyən  trayektoriya  üzrə 

münasibətlərin  inkişafını  və  balanslaşmasını  zəruri  edir. 

Həmçinin fərqli mühitlər yaradır. Fərqli hərəkət momentlərinin 

uzlaşması,  əlaqələndirilməsi  müəyyən  trayektoriya  üzrə 

hərəkətlərin eyniləşməsini, eyni son məqsədlər üçün edilməsini 

zəruri edir. Bu baxımdan da hesab etmək olar ki, münasibətlər 

məzmununun, 

münasibətlər 

tərkibinin 

əlaqələndirilməsi 

münasibətlərin tarazlı vəziyyətinin yaranmasını şərtləndirir.  

 

Münasibətlərin koordinasiyasına dair aşağıdakı  



qaydada ümumiləşdirilmiş fikirlər bildirmək olar:  

 

-münasibətlərdə  koordinasiya  müəyyən  əşyalara  təsirlər 



istiqamətində  tərəflərin  tələbat  və  ehtiyac  kəmiyyətlərinin 

eyniləşdirilməsidir-müəyyən istiqamətlər üzrə

-münasibətlərdə 

koordinasiya 

münasibət 

sahələri, 

münasibət  istiqamətləri  aralarında  halların,  məqamların, 

zaman,  məkan  və  şəraitlərin  eyniləşdirilməsidir,  uzlaş-

dırılmasıdır-zaman,  məkan,  şərait  amillərinin  də  koordinatları 

mövcuddur; 




 

513


-münasibətlərdə oxşar məzmunlu proseslərin başlanğıcı və 

sonu arasında proses davamlılığının əlaqələndirilməsidir; 

-proses  məzmunu  olan  halların,  vəziyyətlərin  (təsiretmə, 

hissələrə  parçalama,  tamın  əldə  edilməsi,  bu  baxımdan 

tənzimləmə, 

nəticə 


olaraq 

istifadə 

etmə, 

faydalanma 



məqamlarının  eyniləşdirilməsi,  əlaqələndirilməsi)  uzlaşdırıl-

masıdır; 

-ümumi  münasibətlər  sahəsində,  sistemində  koordinasiya 

münasibətlərin  yarımsistemləri  arasında  məzmun  tərkiblərinin, 

proses  tərkiblərinin  koordinatlarının  əlaqələndirilməsidir. 

(Qeyd,  ümumiyyətlə,  düşüncədə,  qavrayışlarda  istənilən  bir 

konkret  və  mücərrəd  elementin  ölçüsünü,  kəmiyyətini, 

miqdarını,  həcmini  müəyyən  edən  nöqtələr  vardır.  Kəmiyyət 

anlayışını 

nöqtələrarası 

məsafələrlə 

düşüncələrdə 

və 

təsiretmədə,  təsirlərin  həcmində,  miqdarında müəyyən  etmək 

olar); 

-balanslaşdırma 

proseslərində 

koordinasiya 

sistemin 

yarımstrukturları  daxilində  və  arasında  tərkib  elementlərin 

qarşılıqlı  mübarizə  məqamları  arasında  bərabərlik  və  qeyri-

bərabərlik hallarını birləşdirici amildir;  

-balanslaşdırma  proseslərində  koordinasiya  hər  hansı  bir 

əşyaya  (əşyalara)  təsirlər  zamanı  vasitələrin  təsir  tərzləri  və 

təsir  səviyyələri,  təsir  imkanları  arasında  koordinatların, 

ölçülərin əlaqələndirilməsidir. 

 

Vasitələrin tarazlı qaydada uyğunlaşdırılmasını  

aşağıdakı əsaslarla ümumiləşdirmək olar:  

 

-vasitələrin  (subyektlərin)  forma  və  məzmun  baxımından 

(məsələn, 

fərdlərin 

yaşlarının 

uyğunlaşdırılması, 

əmək 

qabiliyyətlərinin 



uyğunlaşdırılması, 

cəmiyyətin 

sosial 

təbəqələri arasında uyğunluq və birliyin yaradılması, statusların 



müəyyən edilməsi və onlar arasında əlaqələrin qurulması və s.) 

tarazlı şəkildə uyğunlaşdırılması; 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə