Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə166/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   162   163   164   165   166   167   168   169   ...   175

 

502


proseslərinin tərkib elementləri arasında qarşılıqlı təsir amilləri 

sxemləşdiricilik  baxımından  dəyişən  və  sabit  koordinatlar 

arasında cərəyan edə bilər.  

Bu  baxımdan  balanslaşdırma  proseslərinin  özlərinin 

müxtəlifliyinə də iki aspektdən yanaşmaq olar:  

-balanslı  vəziyyətin  əmələ  gəlməsi  proseslərinin  səbəb  və 

nəticə  (başlanğıc  və  son-məlumdur  ki,  səbəb  prosesin 

başlanmasını,  nəticə  isə  sonunu  şərtləndirir.  Hər  bir  hadisənin 

nəticəsi  onunla  əlaqəli  olan  digər  hadisələrin  başlanması  üçün 

şərt,  səbəb  ola  biləcək  zərurətləri  yarada  bilir)  arasındakı 

məsafədəki müxtəlif vəziyyətləri; 

-balanslı  vəziyyətlərin  zamana  və  şəraitə  müvafiq  olaraq 

dəyişməsi,  balanslı  və  disbalanslı  vəziyyətlərə  keçidlərin 

müxtəlifliyi.  

Balanslaşdırma 

proseslərinin 

özləri 

də 


müəyyən 

zamanlarda,  zaman  müddətində,  zaman  intervalında  baş  verə 

bilər.  Buna  balanslı  vəziyyətin  əmələ  gəlməsi  üçün  tərkib 

vəziyyətlərin tez bir anda bir-birini əvəzləməsi və nəticədə qısa 

müddətə balanslı vəziyyətin əldə edilməsi kimi hallar təsir edə 

bilər.  Əgər  biz  istənilən  bir  proses  tərkibinə  (prosesual 

vəziyyətə)  müşahidə  obyekti  kimi  baxsaq,  onda  belə  bir 

qənaətə  gəlmək  olar  ki,  proseslərdə  maraqlı  olan  tərəflər 

(prosesi  yaradan  vasitələr),  tərəflərin  hərəkətləri,  hərəkət 

trayektoriyaları,  hərəkətləri  şərtləndirən  motivlər  (mücərrəd 

vasitələr-tərkib  elementləri)-ehtiyac,  tələbat,  maraq,  hərəkətə 

başlamanı  şərtləndirən  vəziyyətlər-şərait,  zaman,  məkan; 

qarşılqlı tərəflərin hərəkətlərindən yaranan (nəticə vəziyyətləri) 

və  sonrakı  hərəkətlərdə  təkanvericilik  və  istiqamət  müəyyən 

edən  amillər  olan,  həmçinin  tərəflərə  təsir  edən  momentlər-

vəziyyətlər  hesab  edilə  bilən  ziddiyyətlər,  razılıqlar,  eləcə  də 

balanslı 

vəziyyətlərin 

əldə 

olunmasında 



vəziyyətlərin 

yaranması  üçün  istifadə  edilən  metodlar,  üsullar  və  vasitələr-

danışıqlar,  dialoqlar,  yığıncaqlar  və  icra  vasitələri,  icra  yolları 

ümumilikdə  prosesin  tərkib  strukturunu  yaradır.  Mexanizm 




 

503


nəticəsində,  yəni  məqsədli  və  trayektoriyalı  hərəkət  əsnasında 

tərkib  elementlərinin  qarşılıqlı  təsirlər  nəticəsində  bir-birini 

əvəzləməsi  və  dəyişməsi  hallarının  müxtəlifliyi  baxımından 

qeyd  etmək  olar  ki,  balanslı  proseslərin  başlanğıcı  və  sonu 

arasında  yaranan  vəziyyətlərin  müxtəlifliyi  balanslaşdırma 

proseslərinin  müxtəlifliyini  özündə  əks  etdirir.  Balanslı 

vəziyyətlərin  əldə  edilməsi  üçün  tərəflər  bir  neçə  mərhələlər 

də  adlaya  bilirlər.  Hər  hansı  bir  problemin  həllində  şərait, 

zaman  və  məkandan,  eləcə  də  tələbat,  ehtiyac  və  zərurətdən 

irəli gələrək  müxtəlif  mərhələlər  öz əksini tapa bilər. Xüsusilə 

mübahisələrin,  böhranlar  və  münaqişələrin  həllində  uzun  və 

qısa  müddətli  proseslər  həyata  keçirliə  bilər.  Başlanğıc  və  son 

arasında 

müxtəlif 

vəziyyətlər 

yarana 


bilər. 

Balanslı 

vəziyyətlərin  yaranması  və  mövcudluğu  mərhələləri  həm 

balanslı  vəziyyətlərin  bir-birini  əvəzləmələri  ilə,  həm  də 

disbalanslı  vəziyyətlərdən  balanslı  vəziyyətlərə  keçidlərlə 

müşahidə  ediləcək  əsasda  ardıcıl  olmayan  mərhələlərlə 

müşahidə  edilə  bilər.  Məsələn  şərti  olaraq qeyd etmək olar ki, 

bir  il  ərzində  bir  istiqamət  üzrə  say  hesabı  ilə  on  ədəd  15-20 

gün  ərzində  davam  edən  balanslı  vəziyyət  yaranıb.  Digər 

günlər  isə  disbalanslı  vəziyyətlərlə  müşahidə  edilib.  Təqribən 

hər  iyirmi  gün  keçdikdən  sonra  balans  pozulub,  tərəflər 

təkrarən  balansın  yaranması  üçün  müəyyən  tədbirlər  görməli 

olublar.  Disbalanslı  vəziyyətlər  iyirmi  birinci  gündən  iyirmi 

beşinci  günə  qədər  davam  edib,  təkararən  balanslı  vəziyyətlər 

yaranıb.  Sonra  yenə  də  disbalanslı  vəziyyətlər  meydana  gəlib. 

Lakin  bir  qədər  uzun  müddət  davam  edib.  Burada  zaman 

baxımından hər balanslı və disbalanslı vəziyyətlər eyni şəkildə 

və  ardıcıl  olaraq  davam  etməyib.  Bir  il  ərzində  əvəzləmələr 

həm  ardıcıllıqla,  həm  də  ardıcıl  olmamaqla  davam  edib. 

Buradan  belə  bir  nəticəyə  gəlinir  ki,  balanslaşdırma 

proseslərinin  trayektoriyası  mütləq  dəyişən  koordinatlarla 

müşahidə  edilir.  Lakin  ümumi  nisbətdə  balanslı  vəziyyətlərin 

sayı  üstünlük  təşkil  edibsə,  bu  o  deməkdir  ki,  həmin  ildə 



 

504


münasibətlərdəki 

vəziyyət 



ümumi 

balanslaşdırma  ilə 

nəticələnib.  İstər  dövlət  daxilində,  istərsə  də  beynəlxalq 

münasibətlərdə  balanslı  vəziyyətlər  həm  zaman  baxımından, 

həm də zamana uyğun dəyişikliyə təsir göstərəcək digər əlaqəli 

elementlər  baxımından-məsələn,  uyğun  olan  və  ya  uyğun 

olmayan şərait, məkan,  ehtiyac, tələbat, maraq və s.-pozula və 

bərpa  oluna  bilir.  Bu  o  deməkdir  ki,  ümumi  münasibətlər 

sahəsi  öz  mühit  xüsusiyyətlərinə  görə  müddət  və  istiqamət 

amili  əsasında  dəyişən  və  sabit  məqamları  özündə  birləşdirən 

baza  və  üst  qat  strukturundan  ibarətdir.  Münasibətlərin 

hərəkətlərin  nəticəsi  olan,  eləcə  də  hərəkətlərə  təkan  verən 

mücərrəd  element  kimi  xüsusiyyətlərini  nəzərə  alsaq, 

həmçinin,  çoxlu  sayda  obyektlərə  malik  olması  qənaətinə 

gələrək  belə  hesab  etmək  olar  ki,  hərəkət  və  münasibətlərin 

qarşılıqlı  ehtivası  münasibətlər  mühitinin  dinamik  və  statistik 

tərkibini  müəyyən  edir.  İstənilən  dinamik  tərkib  statistik 

tərkibdən,  statistik  göstəricilərdən  formalaşır.  Münasibətlərin 

balanslı  vəziyyətinin  müxtəlifliyi  həm  də  onunla  izah  edilə 

bilər ki, prosesin strukturunda müxtəlif zamanlarda və şəraitdə 

meydana gələn müxtəlif statistik elementlər qarşılıqlı olaraq və 

birlikdə  rəngarəng  dinamikiliyi  təmi  edir.  Bir  məsələni  də 

xüsusi  olaraq  qeyd  etmək  olar  ki,  hərəkət  prosesində  nisbi 

xüsusiyyətlərə  malik  olan  sabitliklər  və  dəyişmələr  meydana 

gəlir.  Statistik  proseslər  və  dinamik  proseslər  bu  sabitlik  və 

dəyişmələrdən  formalaşır.  Sabitlik  və  dəyişmələr  müəyyən 

anlar  və  şəraitlərdə  bir-birilərini  əvəzləyir,  həm  də  bir-birinə 

xidmət  edir.  Bu  baxımdan  da  hesab  etmək  olar  ki,  sabitlik  və 

dəyişkənlik  vahid  formada,  kombinasiya  (qarşılıqlı  əlaqədə, 

birləşmiş  şəkildə)  formasında  təzahürdə  olur.  Münasibətlər 

sferalarında uzun müddətli dəyişikliklər müəyyən mərhələdə və 

səviyyədə  uzun  müddətli  və  ya  qısa  müddətli  sabitlik 

məqamlarını yaradır. Uzun müddətli dəyişkənlik uzun müddətli 

sabitlikər 

formasından, 

sabitliklər 

anlarının 

cəmindən, 

statistikasından 

hesablarından 

formalaşır. 

Dəyişkənliklər 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə