Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə167/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   163   164   165   166   167   168   169   170   ...   175

 

505


statistikası  isə  mərhələli  sabitlik  vəziyyətlərini  ortaya  çıxarır. 

Belə  halda  dəyişkənliklər  yaradan  fəaliyyət  tarazlı  qaydada 

həyata 

keçirilməlidir 



ki, 

ziddiyyətlər, 

qarşıdurmalar 

yaranmasın.  Ziddiyyətlər  əsasında  mövcud  olan  dəyişmələr 

zamanı trayektoriyadan kəskin şəkildə kənara çıxmalar yaranır, 

nəzarətsizlik meydana gəlir. Sabitlik və dəyişkənlik məqamları 

arasında  uyğunsuzluqlar  meydana  gəlir.  Belə  ki,  şərti  olaraq 

qeyd  etmək  olar  ki,  dəyişikliklər  həndəsi,  sabitlik  isə  ədədi 

silsilə  ilə  bir-birini  əvəzləyərsə,  iki  vəziyyət  arasında  kəskin 

krordinasiya  dəyişikliyi  baş  verərsə  tarazlıq  pozula  bilər. 

Kəskin  dəyişmə  momentləri,  yəni  statistiklik  tamın  tərkibində 

dinamik  inkişafdakı  rəvan  proseslərin  qarşısını  ala  bilər.  Bu 

baxımdan  tədrici  əvəzləmələr  və  statistik  uyğunluq  dinamik 

inkişafın  əsasını  təşkil  edir.  Statistik  və  dinamik  müxtəliflik 

də  balanslaşdırma  proseslərinin  tərkibinin  rənagarəngliyini 

təmin edir.  



 

Balanslaşdırma proseslərində koordinasiya amili 

  

Balanslaşdırma  müəyyən  məkanda,  fəzada,  müstəvidə 

elementlərin  (tam  və  tərkib  hissələrin),  vasitələrin,  tərəflərin 

(münasibətlərdə  subyektlərin)  hərəkətlərinin,  maraq  və 

məqsədlərinin 

tərkib 


elementlərinin 

koordinatlarının 

uyğunlaşdırılması,  birləşdiriliməsi  və  əlaqələndirilməsidir  (hər 

hansı  bir  koordinat  nöqtəsinə  və  koordinat  (nöqtənin 

vəziyyətini  təyin  edən  ədəd)  mərkəzinə,  koordinat  dayağına 

müvafiq  olaraq).  Uyğunlaşdırma  (koordinasiya)  prosesləri 

zamanı  məsafə  bərabərliyi  və  istiqamət  bərabərliyi  məsələləri 

ortaya  çıxır.  Məlumdur ki, elmi  izah baxımından koordinasiya 

dedikdə,  hərəkətin,  anlayışın,  hər  hansı  bir  şeyin  tərkib 

hissələrinin  uzlaşdırılması,  birləşdirilməsi,  qaydaya  salınması, 

əlaqələndirilməsi  başa  düşülür.  Balanslaşdırma  proseslərinin 

tənzimlənməsi  və  balanslı  vəziyyətin  əldə  edilməsi  məhz 

koordinasiya  ilə  müəyyən  edilir.  Balanslaşdırma  prosesləri 




 

506


zamanı  (mexanikada  və  ictimai-siyasi  münasibətlər  sahəsində) 

müəyyən  bir  sistemdə  mövcud  olan  vasitələrin  hərəkətlərinin 

uzlaşdırılması,  sistemin  tərkib  hissələrinin  uzlaşdırılması, 

hərəkət 


mexanizmlərinin 

qaydaya 


salınması, 

uyğun 


koordinatların seçilməsi, müəyyən məkanda bir və  ya bir neçə 

koordinasiya  xətti  üzrə  tərkib  hissələrin  əlaqələndirilməsi, 

müxtəlif  məzmunlu  və  formalı  hərəkətlər  arasında  əlaqələrin 

yaradılması  və  s.  kimi  proseslər  baş  verir.  Bu  proseslər, 

vasitələrin  hərəkətləri,  yerdəyişmələri  koordinatlarla  müəyyən 

edilir.  Koordinatlar  bir  növ  ölçülərin  müəyyən  edilməsini 

tənzimləyir.  Məsələn,  hesab  etmək  olar  ki,  mexanikada 

müəyyən bir sahədə (fəzada) eyni bir trayektoriya üzrə hərəkət 

edən  eyni  ölçülü  vasitələrin  taraz  qaydada  hərəkətlərini  (yəni 

vasitələrin  hərəkətləri  arasında  eyni  zaman  ardıcıllığı,  eyni 

məkan  dəyişmələri)  təyin  edən  nöqtələr  koordinatlar  mövcud 

olur.  Bir  neçə  koordinat  arasında  birləşmələr  istənilən  ölçüdə 

sahənin  quruluşunu,  ərazi  tutumunu  və  eləcə  də  hərəkətlərin 

miqyasını,  kəmiyyətini  müəyyən  edir.  Vasitələr  zaman 

ardıcıllığı  ilə  (ardıcıl  zaman  dəqiqliyi  ilə)  tətbiq  edilən  eyni 

qüvvələr  sayəsində  bir-birinin  məkanlarını  eyni  koordinatlar 

üzrə, 

müvafiq 


trayektoriya 

istiqamətində 

əvəzləməklə 

hərəkətlərdə  olurlar.  Qrafikdə  təsvir  edilən koordinat nöqtələri 

vasitələr  (tərkib  hissələr)  arasında  trayektoriya  cızmalarını, 

onların  zaman  baxımından  ardıcıl  yerdəyişmə  məsafələrini 

müəyyən edir. Burada tamın tərkib hissələri (mərkəzi elementə 

bərkidilmiş  hissələr)  eyni  qüvvənini  təsiri  ilə  periodik  olaraq 

eyni  ardıcıllıqla  hərəkət  edirlər.  Bütün  sahələrdə  mövcud  olan 

sistem  tərkibində  hissələrin  hərəkətləri  mərkəzi  elementlərlə 

(güc  tətbiqedici  mərkəz-qüvvə  mərkəzi)  əlaqəli  şəkildə  həyata 

keçirilir.  Mərkəzi  elementə  tətbiq  edilən  qüvvə  fırlanma 

hərəkəti  yaradır  və  mərkəzi  element  ona  bərkidilmiş  hissələri 

müvafiq  istiqamət  üzrə  hərəkətə  gətirir.  Fırlanma  hərəkətinin 

sürəti  cismin  kütləsinə  hesablanaraq  arasıkəsilmədən  (nəzərdə 

tutulmuş  müəyyən  zaman  üçün)  tətbiq  edilən  qüvvənin 




 

507


kəmiyyətindən  asılı  olur.  Fırlanma  hərəkətinin  sürətinə 

vasitələrin  mövcud  olduğu  məkanda  (məsələn,  havada) 

sürtünmə  qüvvəsi  təsir  göstərir.  Mexanikada  bərabər  tərkib 

hissələrdən  bərkidilmiş  çarxların  hərəkətlərini  buna  misal 

çəkmək  olar  və  s.  Eləcə  də  qeyd  etmək  olar  ki,  konveyer 

(işlənib hazırlanan şeyləri bir yerdən başqa yerə ötürmək və ya 

nəql etmək üçün arası kəsilmədən hərəkət edən qurğu) üsulu ilə 

məhsulların  daşınması  proseslərində  konveyer  hissələrinin 

ardıcıl  koordinatlar  üzrə  ardıcıl  zamanla,  tətbiq  edilən  bərabər 

qüvvə  (qüvvənin  müəyyən  zaman  üçün  nəzərdə  tutulan 

kəmiyyəti  müəyyən  anlarda  ardıcıl  tətbiq  edilən  qüvvələr 

cəmindən  ibarət  olur)  ilə  ardıcıl  hərəkət  prosesləri  baş  verir. 

Həmçinin  qeyd  etmək  olar  ki,  şirə  və  digər  maye  məhsulları 

istehsalı  zamanı  qablaşdırma  proseslərində  müəyyən  bir 

mexanizmin,  sistemin  tərkib  hissələri  ardıcıl  olaraq,  nəzərdə 

tutulmuş qaydada bərabər səviyyəli hərəkətlər edir. Bu hərəkət 

trayektoriyasında  tərkib  hissələr  bərabər  səviyyəli  qaydada 

ardıcıl olaraq sıralara düzülür. Burada mexaniki vasitələrin tam 

tarazlaşdırılması  (sistemin  hərəkət  və  hərəkətsiz  vəziyyətində) 

mövcuddur.  Ardıcıl  və  eyni  məsafədə  və  eyni  zamanda, 

nəzərdə tutulmuş məkanda hərəkətlər mövcud olur. Hərəkətlər 

zamanı  ardıcıl  olaraq  nəticələr  əldə  olunur,  məqsədlər  yerinə 

yetirilir. 

Balanslaşdırma 

proseslərində 

uyğunlaşdırma 

prosesləri  ardıcıl  şəkildə  və  bərabər  imkanlar  səviyyəsində 

məqsədlərin  yerinə  yetirilməsini  təmin  edir.  Uyğunlaşdırma 

proseslərinin  özləri  də  maraqların  uyğunlaşdırılmasını  təmin 

edir.  


Məlumdur ki, bir mexaniki sistem (böyük (təkmil) və kiçik 

sistemlərdən  ibarət  ola  bilər)  bir  və  ya  bir  neçə  istiqamətlər 

üzrə  məqsədlərə  çatmaq  vasitələrinin  istehsalı  (istehsalat 

müəssisələrinın təşkili yolu ilə) ilə məşğul olur. Bu sistemlərdə 

tərəflər  bir  və  ya  bir  neçə  hissələr  üzrə  nəzərdə  tutulmuş 

qaydalara  müvafiq  olaraq,  əşyalara  təsirlər  edirlər.  Təsirlər 

prosesində  vasitələr  qruplaşmış  qaydada  bərabər  səviyyədə 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə