Microsoft Word Mustafayeva Amalya docx



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə12/21
tarix24.06.2018
ölçüsü0,51 Mb.
#50966
1   ...   8   9   10   11   12   13   14   15   ...   21

36 

 

 



 

mümkün edir.  nternet üzərində təyyarə, qatar və ya otel otağı sifariş, online bilet alışı 

kimi  əməliyyatlar  zaman  itirmədən  asanlıqla  həyata  keçirilə  bilər.  Kitab,  CD, 

kompüter, hədiyyəlik əşya, qida, geyim və daha çox məhsul, satıldığı yerə getməyə 

ehtiyac  qalmadan  internet  üzərindəki  mağazalardan  sifariş  edilə  bilir.  Günümüz 

müəssisələrin    e-ticarət  mövzusuna,  daha  çox  əhəmiyyət  vermələri  və  buna  bağlı 

olaraq  AR-GE  fəaliyyətlərinə  ağırlıq  vermələri  lazımdır.  Çünki  e-ticarət  modelləri 

müəssisələrin yeni bazarlara açılmasına kömək edir. 

Üstünlükləri: 

• 

stədiyiniz  yerə  satış  /  stədiyiniz  yerdən  alver:  Satıcılar,  məhsul  və 



xidmətlərini  bütün  dünyaya  satma  imkanı  taparkən,  alıcılar  da  təqdim 

edilən  məhsul  və  xidmətlər  arasından  asanlıqla  seçim  edə  bilər.  Açıq 

şə

bəkə  üzərindən  reallaşan  e-ticarət  fəaliyyəti,  elektron  ünsiyyəti 



artırmışdır.  Bu  isə,  müəssisələrə,  bütün  istehlakçılara  və  digər 

müəssisələrə daha ucuz və asan bir şəkildə çatma imkanı yaradır. Bir çox 

müəssisə, bu yolla marketinq şəbəkəsi qurmadan məhsullarını sata bilər. 

•  Rəqabətdə üstünlük / Xidmət keyfiyyətində artım: Satıcılar, müştərilərinə 

daha  yaxın  olduqlarından,  rəqiblərindən  daha  çox  üstünlük  verilir. 

Müştərilər  də  daha  keyfiyyətli  xidmətə  qovuşar.  Elektron  mühitdə 

istehsal, marketinq və paylama fəaliyyətləri xərcləri salması səbəbiylə, e-

ticarət  müəssisələrə  milli  və  beynəlxalq  səviyyədə    rəqabət  üstünlüyü 

təmin etməkdədir və rəqabəti artırır. 

•  Satıcılar,  müştərilərinin  ehtiyaclarını  ətraflı  və  sürətli  bir  şəkildə  öyrənə 

bilər,  onlara  iqtisadi  qiymətlərlə  xüsusi  xidmət  təqdim  edə  bilərlər. 

Müştərilər  də  özlərinə  uyğun  məhsullara  daha  uyğun  qiymətlə  sahib 

olurlar. 

•  Vasitəçilərin  azalması  /  Ehtiyaca  sürətli  giriş:  E-Ticarət,  məhsul  və 

xidmətləri istehsalçıdan istehlakçıya vasitəçisiz çatdırar. Bu səbəblə, xərc 

və  zaman  baxımından  həm  satıcı,  həm  də  alıcı  sərfəlidir.  Beləcə 




37 

 

 



 

məhsulların sifariş edilməsi ilə təslimi arasında keçən müddət minimuma 

enməkdə, zamandan qaynaqlanan xərclər ilə fond xərcləri düşməkdədir. 

•  Əməliyyat  xərclərinə  qənaət  /  Daha  ucuz  məhsul  və  xidmətlər:  Elektron 

mühitdə  edilən  əməliyyatlar  normal  əməliyyatlara  nisbətən  çox  daha 

ucuza  başa  gəldiyindən,  həm  satıcı,  həm  də  alıcı  əhəmiyyətli  ölçüdə 

qənaət  edə  bilər.  Elektron  ticarətdə  ehtiyac  duyulan  sənədlər  elektronik 

mühitdə hazırlanmaqda, bu məlumat və sənədlər əlaqədarların istifadəsinə 

təqdim  olunur.  Beləcə,  əməliyyatlar  minimum  səhv  ilə  qısa  bir  müddət 

içində və dəftərxana xərci ödənmədən tamamlanır.  nternet ə söykənən e-

ticarət  və  elektron  paylama  sistemləri  beynəlxalq  ticarəti  sürətləndirir. 

stehlakçılar üçün əməliyyat xərcləri və nəqliyyat nəqliyyat xərcləri azalır. 

stehlakçılar  evlərindən  çıxmadan  problem  yaşamadan  və  zaman 

xərcləmədən virtual mağazalardan alver edə bilirlər. 

•  Yeni  iş  imkanları  /  Yeni  məhsullar:  E-ticarət,  mövcud  məhsul  və 

xidmətlər  üçün  bazar  yaratmaq  və  ticarətin  quruluşunu  dəyişdirməsinin 

yanında, bir çox yeni məhsul və xidməti də özü ilə gətirmişdir. E-ticarət, 

mal  və  xidmət  bazarlarının  quruluşunu  dəyişdirir,  yeni  məhsullar,  yeni 

marketinq  və  paylama  texnikalarına  yol  açmaqda,  sürətli  bir  şəkildə 

məhsul  inkişaf  etdirilməsi,  test  edilməsi  və  müştəri  ehtiyaclarının  təsbit 

edilməsini  mümkün  etməkdə,  bazar  tələbatının  dəyişikliklərə  sürətlə 

cavab verə bilməkdədir.  stehlakçılar internet sayəsində, yeni məmulat və 

məhsul  məlumatlarını  asan  tapa    bilməkdə,  məlumat  sahibi  olmaqda  və 

alternativ məhsulları müqayisə etməkdə, asanlıqla satın ala bilməkdədir. 

•  E-ticarət,  iqtisadi  bir  fakt  olmasına  qarşı,  ictimai  və  siyasi  həyata  təsir 

etməkdədir.Həmçinin  iqtisadiyyatın məlumat və məlumatı idarə təməlinə 

dayanması,  təhsil,  mədəniyyət,  səhiyyə  və  ictimai  təhlükəsizlik  kimi 

sahələrdə  internetdən  istifadəni  çoxaltmışdır.  Bu  vəziyyət  ictimai 

siyasətlərin yenidən nəzərdən keçirilməsinə gətirib çıxarmışdır. 

•  Müəssisələr arası rəqabəti artırmaqda; 




38 

 

 



 

•  Müəssisələrdə ümumi xərcləri salmaqda 

•  Xərclər qiymətlərə təsir edir 

• 

stehlakçı baxımından məhsul variantları artmaqda 



•  Siber vasitəçilər meydana gəlməkdə 

•  Həyatı asanlaşdırır; 7 gün 24 saat (7x24) iş prinsipi ilə davamlı ticarət və 

alış-veriş imkanı təqdim etməkdə 

•  7x24  prinsipi  ilə  açıq  olan  mağazalar,  vasitəçilərin  da  funksiya 

dəyişdirməsi ilə məhsul qiymətlərini 10'a 1 səviyyəsində ucuzlatmaqda 

E-iş və ya E-biznes 

nternet  mühitində  hər  cür  iş  əlaqələrinin  və  bunlarla  əlaqədar  hissələrin  icra 

edilməsidir.Həmçinin    ticarət  işiylə  məşğul  olan  tərəflər  arasında  yeni  iş  əlaqələri 

qurmaq  üçün  edilən  yazışmalar,  reklamlar,  təqdimatlar,  danışıqlar  və  s. 

ə

məliyyatların elektron mühitdə reallaşmasıdır 



E-işin həcmi, bir firmanın bir çox yeni marketinq kanalı ilə özünü tanıtmasıdır. 

Bu güclü yeni kanal, şübhəsiz  nternetin və əlaqədar texnologiyaların istifadəsi, satışı 

artırma,  imic  yüksəltmə  və  müştəri  ilə  ünsiyyəti  artırma,  müəssisədən-müəssisəyə 

xidmətlərin təmini çox əhəmiyyətli bir vasitədir. 

Bu  hədəfə  çata  bilmək  üçün  şirkətlər,  öz  kompüter  sistemlərində  olan 

məlumatları  paylaşıma  açmalı,  elektronik  mühitdə  sənəd  alış-verişi  edə  bilməli, 

işlərini  icra  etmək  üçün  lazımdırsa  veb  saytlarından  satış  və  ya  internet  üzərindən 

satınalma əməliyyatlarını yerinə yetirməlidirlər. 

"Qısacası  E-Business  mühitinə  keçmək  istəyənlər  daha  açıq  və  şəffaf  olmağı 

qəbul etməli, kompüter sistemlərini bu hədəfi dəstəkləyəcək nöqtəyə gətirməlidirlər." 

E-iş  proqramları    müştərilərin  marağını  gün  keçdikcə  daha  çox  cəlb  edir. 

Müştəridə  inam  yaratmaqla    yüksək  məhsuldarlıq  artımı  təmin  edilməkdədir. 

stehlakçılar,  firmaların  avtomatik  iş  müddətlərindən  faydalanır.  Bu  da  firmalarda 

məhsuldarlıq və gəlirlilik artımına gətirib çıxarmaqdadır. 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə