Microsoft Word Mustafayeva Amalya docx



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə9/21
tarix24.06.2018
ölçüsü0,51 Mb.
#50966
1   ...   5   6   7   8   9   10   11   12   ...   21

27 

 

 



 

hələ    perspektiv  olaraq  qalır.Simsiz  kommunikasiya  vasitələri  Asiya  ölkələrini  təbii 

yanğın kimi zəbt etməkdədir,lakin aşağı gəlir səviyyəli ölkələr üçün bu çox baha başa 

gəlir.Bu  xidmətlər  Yaponiya,Cənubi  Koreya    və  onların qonşuları  arasında  regional 

informasiya  bərabərsizliyini  daha  da  genişləndirir.  Yaponiyada  təqribən  9  milyona 

yaxın  nəfər  DoCoMo  və  ya  -mode  mobil  telefonlarından  istifadə  edir  və  bununla 

NTT    şirkətinə    25  %  daha  çox  gəlir  qazanır.  Yaponiya,Cənubi  Koreya  və  Tayvan 

telefon istehsalçıları arasında rəqabət qiymətləri kifayət qədər aşağı endirmişdir.Çinin 

də bu bazara daxil olmasını nəzərə alsaq,qiymətlərin geniş miqyaslı istehsalatla bağlı 

olaraq  daha  da    aşağı  düşəcəyini  gözləmək  olar.2001  –ci  ilin  oktyabr  ayında  

Yaponiyada 3 G yəni 3-cü nəsil telefonları ictimaiyyətə təqdim  olunmuşdu.Asiyada 

telekommunikasiya  texnologiyalarının  yeni  bir  dövrə  keçməsi,bu  texnologiyaların 

sürətlə  yayılacığının  gözlənilməsinə  baxmayaraq,bunun  həmçinin  bir  sıra 

problemlərlə rastlaşacağı bildirilir.Hal-hazırda Asiya ölkələri geniş zolaqlı xətlərdən 

istifadə lisenziyasının qiyməti,bu xidməti təchiz edən bütün şirkətlər üçün çox böyük 

maliyyələşdirməproblemləri  yaradır.Bununla  bağlı  Avropada    keçirilən  hərraclar 

düzgün idarə olunmurlar  və uğursuzluqla nəticələnmişlər, məhz bu səbəbdən lazımi 

rəqabət və effektivlik əldə olunmamışdı. 

3G-nin  yaratdığı  imkanlar,  istifadəçilər  üçün  noutbukların  da  hər  an  yüksək 

sürətli internet  və telefonlarında  belə  internet  vasitəsi ilə video  faylları seyr  etməyə 

imkan  verir.Yaponiyada  -Mode  telefonları  kamerası  vasitəsi  ilə  çəkilən  şəkilləri 

birbaşa  elektron  poçt  vasitəsi  ilə  göndərmək  imkanına  malikdir. nternetə  və  geniş 

zolaqlı  internetə  çıxışın  statistik  göstəriciləri  regiondakı  ölkələrin  sənaye  üzrə 

inkişafının  ən mühüm göstəricilərindəndir.  

nformasiya  uçurumunu    araşdırarkən  bir  sıra  aparıcı  ölkələrin  təcrübəsindən 

istifadə  edilməli,onların bu  sahədə nə kimi  tədbirlərə  əl atdıqları  və  hansı nəticələri 

ə

ldə etdikərinə baxılmalıdır.Belə ölkələrdən biri bu sahədə çox uğurlu nəticələr əldə 



etmiş  Yaponiyadır. Bu istiqamətdə    Yaponiya  höküməti  tərəfindən bir  sıra  tədbirlər 

həyata keçirilir.Bunlar ilk zamanlar əsasən məktəblilərin və ümumiyyətlə bütün təhsil 




28 

 

 



 

ocaqlarının  kompüter  avadanlıqları  ilə  təchiz  edib  onları  internetə  çıxış  ilə  təmin 

etməkdən  ibarət  tədbirlər  idi.  Bunun  nəticəsində  Yaponiyada  2005-  ci  il  üçün  artıq 

99.9  %  məktəblərdə  internetə  çıxış  mövcud  idi  və  bunların  81.7%  i  yüksək  sürətli 

internet kategoriyasına aid idi(400 kbps və ondan çox).Yapon höküməti informasiya 

cəmiyyəti  yaratmaq  məqsədi  ilə  2001-ci  ilin  yanvar  ayından  başlayaraq  Elektron-

Yaponiya  Strategiyası  həyata  keçirməyə  başladı.Bu  strategiyaya  görə  Yaponiya  

2005-ci  ilə  qədər  dünyanın  ən  yüksək  informasiya  cəmiyyətinə  malik  olmalı 

idi.Yüksək  səviyyəli  informasiya  cəmiyyəti  dedikdə  isə  yalnız  tələb  olunan 

informasiya  avadanlıqlarına  malik  olan  cəmiyyət  yox  ,eyni  zamanda  elektron  –

dövləti və  idarəetmə  strukturları,elektron kommersiyası  və bu kimi  digər xidmətləri 

olan bir cəmiyyət olmalıdır.Bundan əlavə bu texnologiya və xidmətlərdən istifadə elə 

asan  olmalıdır  ki,  yaşından  asılı  olmayaraq  hər  bir  vətəndaşın  onlardan  istifadə 

etməkdə çətinlik çəkməsin. 

Elektron  Yaponiya  strategiyasının  əsas  məqsədlərindən  biri  də  ölkə  daxilində 

mövcud  olan  informasiya  qeyri-bərabərliyini  aradan  qaldırmaq  idi.  Hər  kəsin 

informasiya texnologiyalarına çıxışının olduğu bir vəziyyət yaratmaq çox vacibdir.Bu 

çıxış vasitəsi ilə cəmiyyət onlara təklif olunan xidmətlərdən asanlıqla istifadə edə və 

bununla da vaxtına qənaət edə bilər.Bu proqramı həyata keçirmək üçün Yaponiyanın 

bir çox nazirlikləri cəlb olunub.Daxili işlər və kommunikasiya,iqtisadiyyat,ticarət  və 

sənaye,Nəqliyyat  və  infrastruktur  nazirlikləri.Proqram  tərəfindən  həyata  keçirilən 

siyasətin əsası ondan ibarətdir ki,yaşından və fiziki imkanlarından asılı olmayaraq hər 

kəs  sərbəstliklə  informasiya  texnologiyalarından  istifadə  etmək  imkanına  malik 

olmalıdır.Bu  yanaşmaya  başqa  sözlə  “Universal  Dizayn”  yanaşması  da 

deyirlər.Strategiyanın  ilkin  nəticələri    artıq  2002-  ci  ildən  başlayaraq    özünü 

göstərməyə  başladı.Belə  ki,dünyadakı  ən  ucuz  internetə  qoşulmaq  haqqı 

(2500yen/ay) tətbiq olundu və bütün dövlət məktəbləri (bütün Yaponiya üzrə 40000) 

internetə  çıxışla  təmin  olundu.2003  -cü  ildə  birinci    strategiyanın  davamı  kimi    

Elektron-Yaponiya  strategiyası  elan  olundu.Bu  strategiyaya  7  aparıcı  sahəni  əhatə 

etməli idi: 




29 

 

 



 

- Tibb xidməti; 

- Qida; 

- Gündəlik yaşam; 

- Orta və kiçik sahibkarlıq; 

- Təhsil; 

-  şçi və əmək; 

-  ctimai xidmət sahəsi 

Növbəti  məqsəd ardıcıllığı isə aşağıdakı kimi idi: 

- informasiyaya “maneəsiz” çıxış; 

- xidmətlərdən “maneəsiz”  istifadə; 

- “maneəsiz” məktəblər; 

-  nformasiya və kommunikasiya texnologiyalarının inkişafı və daha yaşlı təbəqə 

və fiziki çatışmazlıqları olanlar üçün yeni sistemlərin işlənib hazırlanması. 

nformasiyaya maneəsiz çıxışı təmin etmək üçün iki ölçü müəyyən olunmuşdur: 

administrativ  informasiya  xidmətlərini  müəyyən    etmək  və  elə  bir  mühüt  yaratmaq 

ki,orada  hər  bir  şəxs  radio  xidmətlərindən  görmək  və  eşitmək  çatışmazlıqlarına 

baxmayaraq istifadə edə bilsin.Birinci ölçü 2 hissədən ibarətdir: 

1.Elektron –ölkənin informasiya xidmətlərini əlçatan etmək. 

2. ctimai  xidmətləri mümkün etmək. 

“Xidmətlərdən  maneəsiz  istifadə“  dedikdə  fiziki  çatışmazlıqları  olan  şəxslər 

üçün  nformasiya Texnologiyaları  və onlardan asanlıqla istifadəni  təmin etmək başa 

düşülür.Maneəsiz  məktəblər  dedikdə  isə  yuxarıda  qeyd  olunduğu  kimi  məktəblərin 

lazımi  avadanlıq  və  internetə  çıxış  ilə  təmin  edilməsi,həmçinin  çatışmazlıqları  olan 

uşaqların  da  onlardan  maneəsiz  istifadəsi  nəzərdə  tutulur.Məktəbə  gedə  bilməyən 

uşaqların on-line iştirakının mümkünlüyü də bura daxildir. 

nformasiya uçurumunun Çin təcrübəsini nəzərdən keçirək: 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə