Microsoft Word Mustafayeva Amalya docx



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə6/21
tarix24.06.2018
ölçüsü0,51 Mb.
#50966
1   2   3   4   5   6   7   8   9   ...   21

18 

 

 



 

ə

laqəni təyin edən ikinci qanuna görə isə bir ünsiyyət şəbəkəsinin dəyəri,şəbəkədəki 



düyün (node) sayının kvadratı ilə mütənasib işləməkdədir. 

Burada  əhəmiyyətlə  üzərində  dayanılması  lazım  olan  nöqtə,Moore  Qanununun 

ardında  texnoloji  inkişafın  xərc  salıcı  təsiri  açıqca  görülərkən,  Metcalf  Qanununun 

ə

srlərdir  var  olan,  sınanmış  və  isbat  edilmiş  təməl  iqtisadi  prinsiplər  üzərində 



qurulmasıdır.  Yalnız  kompüter  ya  da  rabitə  şəbəkəsi  deyil,  bütün  şəbəkələr  (dəmir 

yolu, quru yolu, suyolu, stansiya vs.) istifadəçilər arasında təmas nöqtələri meydana 

gətirirlər və aralarındakı ünsiyyəti (ticarət, müharibə və s) təyin edərlər. Bir-birləri ilə 

bu  şəkildə  təmasa  keçən  cəmiyyətlər,  fərdlər  istehsalı,  ticarəti  artırma  yolunda  səy 

göstərdikləri  ölçüdə  özlərinin  və  ətrafındakıların  rifahını  artırırlar.  Ancaq  hər 

şə

bəkənin  qurulması  müəyyən  bir  xərc  ehtiva  etməkdədir.  Moore  Qanunu,  internet 



şə

bəkələrinin xərcinin hər kəsin çata biləcəyi səviyyələrə düşəcəyini, Metcalf Qanunu 

isə hər yeni istifadəçinin şəbəkənin iqtisadi dəyərini keçəcəyini nəzərdə tutmaqdadır. 

Bu iki əsas qanun bizə niyə internetdə  birdən-birə belə bir partlama yaşandığını və 

bu  partlamanın  artaraq  davam  etdiyini  açıqlayır.Bu  iki  qanun  işığında, 

kommunikasiya  KT  birbaşa  və  sürətli  ünsiyyət  bağları  quraraq,  iqtisadi  uzaqlıqları 

azaltmış,  iş  dünyasının  fəaliyyətlərinin  əlaqələndirilməsi  üçün  lazım  olan  vaxta 

qənaəti  təmin  etmiş,  dəyişmə  xərclərini  salmış  və  maliyyə  bazarlarını  ölkələr  və 

qitələr ölçüsündə 24 saat fəal mövqeyə gətirmişdir. 

nternetin  istifadəçiyə  gətirdiyi  xərc  avantajından  istifadə  edərək  teleqraf, 

telefon,  kino  və  kabelli  televizorun  yavaş  inkişafı  ilə  radio,  peyk  TV  və  nternetin 

anormal sürətli inkişafları müqayisə edildiyində ortaya çıxan nəticə belədir ki, ilk alış 

xərclərindən  sonra  istifadəçi  xərci  olmayan  vasitələr  çox  daha  böyük  nisbətlərdə 

inkişaf göstərir. 



nternet  qtisadiyyatı 

nternet  texnologiyalarındakı  sürətli  irəliləmə  və  internetdəki  iqtisadi 

fəaliyyətlərin  ard-arda  çoxalması  nəticəsində  az  qala  hər  təşkilatın  bu  faktdan 

faydalanmaq  üçün  özünü  yenilədiyi  bir  dövrün  başındayaşayırıq. 

nternet 



19 

 

 



 

iqtisadiyyatı  dediyimiz  faktbu  gün  bütün  xəttləriylə  sənaye  inqilabıyla  müqayisə 

olunur. Hər hansı bir iqtisadiyyat, fizikimənada polad, neft, qaz kimi xammalları əsas 

məhsul  kimi  götürərkən,  bu  yeni  sferanın  iqtisadiyyatı  məlumatı,highspeed 

şə

bəkələrini  və  internet  protokolunu    əsas  məhsul  kimi  qəbul  edir. nternet 



iqtisadiyyatının  təyin  edici  xüsusiyyətləri  internet  proqramları,  elektron  vasitəçilər 

vəyeni iş strategiyalarıdır.  

Bu hissədə, internet ilə birlikdə iqtisadi proseslərdə yaşanan dəyişmə ilə klassik 

mənadakı  “iş”  anlayışının  yaşadığı  çevrilmə  prosesləri  nəzərdən  keçrilir.  Hər 

iqtisadiyyatın öz içində yaratdığı rəqabət strategiyaları, internet və texnologiyanın əks 

olunması ilə yenidən ələ alınacaq və internet iqtisadiyyatı anlayışı, rəqabətin dərəcəsi, 

iqamə  mal  və  ya  xidmətlərin  təhdidi,  alıcıların  gücü,  təchizatçıların  gücü  və  sektor 

xüsusiyyətləri çərçivəsindən qiymətləndiriləcək. 

Ancaq  burada  əhəmiyyətlə  üzərində  dayanılması  lazım  olan  nöqtə,  yeni 

iqtisadiyyat  və  internet  iqtisadiyyatı  anlayışlarının  arasındakı  incə  xəttdir.  Hər  nə 

qədər bu iki anlayış iç-içə keçmiş, inteqrasiya olunmuş kimi görünsə də əslində biri 

bir  iqtisadi  modeli  digəri  isə  bir  iqtisadi  sistemin  bütün  hissələrini    xarakterizə 

etməkdədir.Yeni  iqtisadiyyat  anlayışı,  yüksək  texnoloji  inkişafı  və  dünya  bazarının 

qloballaşması ilə iqtisadi ehtiyacların dəyişməsi və bu mühitdə düşünmə və fəaliyyət 

göstərmək  ehtiyacının  zəruri  olduğu  bir  iqtisadi  quruluşu  ifadə  edir.Daha  sadə  bir 

şə

kildə desək, hər sektordan müxtəlif firmaların iqtisadi fəaliyyətlərinin bir hissəsini 



şə

bəkə  mühitlərinə  sürüşdürməsi,  klassik  ticarət  fəaliyyətlərinin  yanında  eyni 

zamanda  şəbəkə  mühitində  də  fəaliyyətlərini  davam  etdirməsini  ifadə  edən  ümumi 

iqtisadi  prosesin  adıdır.  nternet  iqtisadiyyatı  anlayışı  isə,  şəbəkə  üzərində  yaşanan 

müxtəlif  ticari  fəaliyyətlərin  hamısını  ifadə  edən  geniş  bir  sistemin  ümumi 

adıdır.Bunu bir nümunə üzərində izah edək. Qəzet yayımı bir ticarət fəaliyyətini ifadə 

edir,  eynilə  e-ticarət  anlayışında  olduğu  kimi,  ancaq  media  iqtisadiyyatı  dediyimiz 

anlayış, qəzet yayımını  da özünə daxil edən geniş bir sistemin ümumi adıdır. 



nternet  qtisadiyyatının 4 Mərhələsi 


20 

 

 



 

Ümumi  olaraq,  Online  mediada  gəlir  üç  kanaldan  təmin  edilməkdədir.  Üzvlük 

xidmətləri, online reklam və məzmun əsaslı ödəmə sistemi. Buna qarşı, internet 

iqtisadiyyatının  yeni  iş  strategiyalarını  də  dörd  ayrı  mərhələyə  bölmək  olar.  Bunlar 

aşağıdakılardır. 

•  nternet infrastruktur mərhələsi,  

•  nternet tətbiqi mərhələsi, 

•    nternet vasitəçiləri(agentləri) mərhələsi  

•  nternet əsaslı ticarət mərhələsidir.  

nternet  nfrastruktur Mərhələsi: 

Bu mərhələ, bir IP köməyilə yaradılan işlər, məhsullar və xidmətlərlə şirkətləri əhatə 

edir.  Əsas  dəyişən  şəbəkə  infrastrukturunun  sağlam  işləməsidir  və  bu  internet 

iqtisadiyyatının varlığı üçün ön şərt sayılmaqdadır. nternet infrastruktur mərhələsinin 

müxtəlif hissələrindən söz etmək mümkündür. Bunlara aşağıdakılar daxildir 

•  nternet əsas  provayderlər (Qwest, MCI Worldcom) 

•    nternet Xidmət Provayderlər (Mindspring, AOL, Earthlink) 

•   Networking texnikası və Proqram Şirkətləri (Cisco, Lucent, 3Com) 

•  PC Server  stehsalçıları (Dell, Compaq, HP) 

•  Təhlükəsizlik (Axent, Checkpoint, Network Associates) 

•  Fiber Optik Sənaye (Corning) 

nternet Tətbiq Mərhələsi: 

Bu  mərhələdə  məhsullar  və  xidmətlər,  yuxarıdakı  IP  şəbəkə  infrastrukturunun 

üzərində inşa edilir və ticarət fəaliyyətlərinin internet üzərindən təmin edilə bilməsi 

üçün bu texnoloji infrastrukturu istifadə edir. Bu mərhələnin hissələri isə; 

•  ntertnet ekspertləri (USWeb / cks, Scient) 

•  nternet Ticarət tətbiqləri (Netscape, Microsoft, Sun, IBM) 

•  Multimedia tətbiqləri (RealNetworks, Macromedia) 

•  Web  nkişaf proqramlarıdır. (Adobe, NetObjects, allaire, Vignette) 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə