Microsoft Word Mustafayeva Amalya docx



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə3/21
tarix24.06.2018
ölçüsü0,51 Mb.
#50966
1   2   3   4   5   6   7   8   9   ...   21

 

 



 

qoyulan kapital hər zaman  geri qayıdır. Bununla da,  E-hökümət orqanları idarəetmə 

xərclərini 15-20% azalda biləcəkdir[31]. 



 

 



 

I Fəsil. Rəqəmsal iqtisadiyyatın konseptual anlayışları vəüstünlükləri 

1.1.  Rəqəmsal iqtisadiyyata keçid və onun ənənəvi iqtisadiyyatdan fərqi 

XX əsrin sonlarından etibarən  nformasiya kommunikasiya texnologiyalarından, 

şə

bəkə  texnologiyalarından  istifadənin  genişlənməsi  rəqəmsal  vasitələrdən  istifadə 



olunmasına  gətirib  çıxardı.  Böyük  həcmli  informasiya  materiallarının,  rəsmlərin, 

videoların,  müxtəlif  animasiya  tipli  məlumatların,  filmlərin    və  s.  ötürülməsi  üçün  

qısa bir müddətdə multimediya vasitələri yarandı.Onlar geniş şəkildə tətbiq olunmağa 

başladı. Bu yeniliklərdən istifadə  iqtisadiyyata öz təsirini göstərməyə başladı. Şəbəkə 

texnologiyalarından istifadə nəticəsində iqtisadi əlaqələrin qurulması, lokal və qlobal 

şə

bəkələrdən istifadə, iri müəssisələrdə  korporativ şəbəkə və sistemlərin yaranması 



və  s.  bu  kimi  məsələlər    iqtisadiyyatın  bir    sahəsi  olan  rəqəmsal  iqtisadiyyatın 

yaranmasınasəbəb  oldu.Rəqəmsal  iqtisadiyyat  rəqəmli  hesablama  texnologiyalarına 

ə

saslanan  iqtisadiyyat  sahəsi  hesab  olunur  və  bəzən  onu  inernet  iqtisadiyyat  və  ya 



yeni  iqtisadiyyat  adlandırırlar.Rəqəmsal  iqtisadiyyat  termini  1997-ci  ildə  Don 

Tapscottun  ”Rəqəmsal  iqtisadiyyat:şəbəkə  intellektinin  mənfi  cəhətləri  və 

üstünlükləri”(“The  Digital  Economy:  Promise  and  Peril  in  the  Age  of  Networked 

Intelligence”)  kitabında  işlədilmişdir  [8].Rəqəmsal  iqtisadiyyat  adlanan  bu  kitabda 

internet vasitəsilə kommersiyanı dəyişdirməyin yolu göstərilmişdir. 

Thomas Mesenbourga görə “Rəqəmsal iqtisadiyyat” konsepsiyasını aşağıdakı 3 

komponentlə eyniləşdirmək olar:[20] 

•  nfrastrukturun  dəstəklənməsi  (kompüter  avadanlığı,  proqram  təminatı, 

telekommunikasiya, şəbəkə və s.) 

•  E-biznes (təşkilat hər bir prosesi kompüter şəbəkələri üzərindən aparır) 

•  E-kommersiya (malların transferi, məsələn onlayn kitab satışı və s.) 



10 

 

 



 

Lakin Bill  mlahın şərhində bu sərhədlər daha da genişləndirilir. O buraya başqa 

komponentləri    məsələn,  sosial  media  və  internetdə  axtarışı  da  əlavə  edərək 

mürəkkəbliyi  artırır.Bu  yeni  iqtisadiyyatda  rəqəmsal  şəbəkə  və  rabitə  infrastrukturu 

qlobal  platforma  üzərində  insanlar  və  təşkilatlar  üçün  strategiyalar  hazırlamağa, 

ə

məkdaşlıq etməyə, ünsiyyət yaratmağa, informasiya axtarışına və s. imkan verir. 



Rəqəmsal  iqtisadiyyatın  daha  aydın  xarakteristikasının  müəyyənləşdirilməsi 

ə

nənəvi  iqtisadiyyatla  bağlıdır.Belə  ki,rəqəmsal  iqtisadiyyat  “yeni  iqtisadiyyat”ın, 



“informasiya  iqtisadiyyatı”nın  və  informasiya  cəmiyyətinin  əsasında  duran  başlıca 

vasitədir. Rəqəmsal iqtisadiyyatın təşəkkülü və sürətli inkişafı  ənənəvi iqtisadiyyatda 

bir  çox  dəyişikliklərin,yeniliklərin  dəyaranmasına  gətirib  çıxardı.  Rəqəmsal 

iqtisadiyyatın  üstünlükləri  rəqəmsal  texnologiyanın  malik  olduğu  üstünlüklərə 

ə

saslanır.  Belə  ki,  rəqəmsal  texnologiya  -  xüsusi  kodlaşdırma,  mübadilə  və  istifadə 



qaydalarına  əsaslanaraq  informsiya  proseslərinin  yerinə  yetirilməsi  zamanı 

yəni,informasiyanın  saxlanması,  daşınması  və  ötürülməsində  yüksək  sürətin, 

operativliyin və yaddaşa qənaət etməklə  daha çox məlumatın əldə olunmasını təmin 

edir.  Rəqəmsal  texnologiya  informasiya  emalı  prosesində  dəqiq  riyazi  üsulların 

tətbiqinə  və  o  cümlədən  informasiya  ilə  müxtəlif  manipulyasiyaların  həyata 

keçirilməsinə imkan yaradır. 




11 

 

 



 

Rəqəmsal  iqtisadiyyatın  yaranması    əvvəldədə  vurğuladığımız    kimi  ənənəvi 

iqtisadiyyatda  dəyişikliklərin  baş  verməsinə  səbəb  oldu.Klassik  yəni,ənənəvi 

iqtisadiyyatda  kapital maddi formada qəbul edilir. Bunlara adətən maşınlar, qurğu və 

binalar,  torpaq  və  s.  aiddir.  Zaman  keçdikcə    iqtisadiyyatda  pulun  rolu  daha  da 

möhkəmləndi və kapitalı pul formasında qəbul etməyə başladılar. Nəticədə  məhz pul 

kütləsi vasitəsilə əmək alətləri və vasitələrini əldə etmək mümkün olurdu. Rəqəmsal 

iqtisadiyyatın  meydana  gəlməsi  nəticəsində  isəəsas  təyinedici  rol,funksiya  

informasiyaya verildi. Beləliklə informasiya kapitalı meydana gəldi. 

Kapitalın  effektivliyinin  təhlilinin  aparılması  aktivlərin  müxtəlif  növlərinin 

fərqləndirilməsinə  şərait  yaratdı.  Buraya  cari  aktivlər  (dövriyyə  vəsaitləri),  əsas 

fondlar,  investisiyalar(istiqraz  aksiyaları),  qeyri-material  aktivlər  daxildir(qeyri 

material  aktivləri  dedikdə  ticarət  nişanı,  patentlər,  müəliflik  hüququ,  işçilərin 

yaradıcılıq potensialı və s. digər aktivlər). Müasir dövrdə müəssisələrdə  gələcək üçün 

alıcılıq  qabliyyətinə  malik  tələbləri  proqnozlaşdıran,  müəssisələrin  maliyyə  və 

təşkilati  strukturunu  planlaşdıran,  gəlir  əldə  olunmasını  təmin  edən  aktiv  kimi 

informasiya  kapitalını  qəbul  etmək  olar.  nformasiya  kapitalının  yaranması, 

dövriyyəsi  və  istifadəsi,  qiymətləndirilməsi  və  təhlili  proseslərini  rəqəmsal 

texnologiyalar  olmadan  təmin  etmək  mümkün  deyil.  Rəqəmsal  texnologiyaların 

tətbiqi bu kapitaldan istifadənin səmərəliliyinin təmin olunmasına imkan verir .  

Rəqəmsal  iqtisadiyyatın  ənənəvi  iqtisadiyyatdan    fərqli  və  üstün  cəhətləri 

mövcuddur.  Bunlardan  ən  əsası  ondan  ibarətdir  ki,  burada  məhsul,  daha  doğrusu 

informasiya  məhsulu,  yəni  kapitalı    hərəkətdə  və  dövriyyədə  daha  aktivdir.  Yüksək 

texnologiyanın    tətbiq  edilməsi  və  qlobal  əlaqələrin  mövcud  olması  qısa  zamanda  

məhsulun istehsalının həyata keçirilməsini təmin edir. Başqa sözlə, məhsulun  satışı 

üçün bazarın axtarılması və seçilməsi, satışa görə ödəmələrin gecikdirilmədən həyata 

keçirilməsi, o cümlədən yeni növ və çeşidlərin müəyyənləşdirilməsi və alıcıya təklif 

olunması,  rəqabətin  gedişatının  daimi  olaraq  nəzarətdə  saxlanılması  mümkündür. 

Rəqəmsal  iqtisadiyyat  texnologiyaların    təminatı  baxımından    böyük  xərclərin  və 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə