Microsoft Word N. Z. Ismay?lov Atmosferdenkenar astronomiya derslik doc



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə24/38
tarix14.10.2017
ölçüsü1,02 Mb.
#4943
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   38

 

99

      Ener$isi  ifratyüksək 



ε  ≥ 10 QeV olan fotonlar Çerenkov 

şüalanmasına görə qeyd olunur. Bu şüalanma yüksək ener$ili 

fotonların atmosferdə pozitron və elektron seli tərəfindən udulması 

nəticəsində yaranır. Çerenkov şüalanmasını  aşkar etmək üçün bu 

şüalanmanı fotoelektron gücləndiriciyə fokuslayan reflektordan 

istifadə olunur. Bu qurğularda fotonların effektiv qeydolunma sahəsi 

10

5

 m



2

 çatır. 


 

5.4. Qamma-diapazonda astronomik müşahidələr 

 

    Yumşaq QŞ oblastı rentgen diapazonunun təbii davamıdır. Bu 



spektral zolaqda bir çox rentgen mənbələri, o cümlədən, ifratyeni 

ulduzların qalığı, pulsarlar (məsələn, Krabşəkilli dumanlıq və onda 

olan PSR 0531+21 pulsarı), aktiv nüvəli qalaktikalar (NGc 4151 və A 

Kentavr) və qara deşiyə namizəd obyektlər (Qu X-1) müşahidə 

olunmuşdur. 

    Günəş alışmalarında güclü QŞ müşahidə olunur. İlk dəfə 1972-ci 

ilin avqustunda alışmaları müşahidə edən zaman kosmik qamma-

mənbələrin xətti spektri müşahidə olunmuşdur. Annihilyasiyadan 

alınan 511 keV ener$ili xətt və ener$iləri 2.23 MeV, 4.43 MeV və 

6.14 MeV olan nüvə xətləri Günəş alışmaları zamanı yüksək ener$ili 

zərrəciklərin sürətlənmə mexanizmini müəyyən etməyə imkan 

vermişdir. Digər kosmik obyektlərin qamma-xətləri müşahidə 

olunmuşdur. Bunlardan, Qalaktikanın mərkəzi, Kentavr A 

radioqalaktikası, kosmik QŞ parıltısı  və s. misal ola bilər. 

Qalaktikanın annihilyasiya şüalanması intensivliyinin dəyişən, 

mərkəzi nüvənin isə kompakt ~ 0.1 pk ölçülərə malik olması 

müəyyən olunmuşdur. 

 

100 



    Qamma-astronomiyada ən mühüm hadisələrdən biri güclü kosmik 

QŞ parıltılarının kəşf olunması olmuşdur. Artıq 1981-ci ildən QŞ 

parıltı  mənbələrinin göy sferində koordinatları  təxminən 60

″ 

dəqiqliklə təyin olundu. Buna baxmayaraq hələ indiyədək belə parıltı 



mənbələri hər hansı astrofiziki obyektlərlə eyniləşdirilməmişdir. Bəzi 

mülahizələrə görə, qamma-parıltılar neytron ulduzları ilə əlaqədardır. 

    Aralıq qiymətə malik ener$ili QŞ  hələlik metodiki çətinliklər 

üzündən nisbətən pis öyrənilmişdir. Bu oblastda yeganə  dəqiq 

müşahidə olunan mənbə Krabşəkilli dumanlıqda yerləşən PSR 

0531+21 pulsarıdır. 

    Sərt QŞ oblastı nisbətən daha yaxşı öyrənilmişdir. İlk dəfə 1968-ci 

ildə  QŞ-ın kosmik mənşəli olması ABŞ-ın «OSO-3» süni peykində 

qurulmuş qamma-teleskop vasitəsi ilə Ağ Yolda ener$isi 100 MeV-

dən böyük  olan qamma-kvantları müşahidə etməklə  aşkar olundu. 

Bundan sonra bir-birinin ardınca ABŞ-ın «SAS-2»(1972-1973), 

«cOS-B» (1975-1982) qalaktikada diffuz QŞ-ın xassələrini  

öyrənmişdir. Məlumdur ki, belə  QŞ ulduzlararası mühitdə, nüvə  və 

elektronlardan ibarət kosmik şüaların ulduzlararası qazla qarşılıqlı 

təsirindən yaranır.    Diffuz  QŞ-ın qalaktika en və uzunluq dairəsi 

boyunca yayılması da kifayət qədər yaxşı öyrənilmişdir. 

    «SAS-2» və «cOS-B» peyklərində alınan müşahidələr ener$isi 

ε ≥ 


100 MeV olan diskret kosmik mənbələri də  aşkar etməyə imkan 

vermişdir. 30-a qədər sərt QŞ  mənbəyi aşkar olunmuşdur, bunların 

əksəriyyəti qalaktika ekvatoruna yaxın yerləşir (Şəkil 3.4.1). İndiyə 

qədər cəmi üç mənbə  -      Krabşəkilli dumanlıqda pulsar, Yelkən 

bürcündə  və 3c273 kvazarı eyniləşdirilmişdir. Eyniləşdirilməmiş 

mənbələrin təbiəti hələ ki, aydın deyil. Əgər belə  mənbələrə  qədər 

məsafəni 3-4 kpk götürsək onların sərt QŞ oblastında işıqlığı 10

35

-



10

36

 erq/san olar. Bir çox hallarda, çox güman ki, QŞ  mənbəyi 




 

101


kosmik  şüaların zərbələrinə  məruz qalan ulduzlararası buludlardır. 

Orion bürcü istiqamətində də güclü QŞ mənbəyi aşkar olunmuşdur. 

    İfratyüksək ener$ili QŞ oblastında müşahidə apararkən Krabşəkilli 

dumanlıqda və Yelkən bürcündə pulsarlar və Qu bürcündə X-3 

mənbəyinnin kəşfi bu tədqiqatların çox perspektivli olduğunu sübut 

edir.  


    Bundan başqa müasir astronomiyanın ən anlaşılmaz hadisələrindən 

biri də, QŞ oblastında müşahidə olunan qamma-parıltılardır. 

Təxminən sutkada bir dəfə  səma qamma şüalar oblastında 

partlayışdan çox parlaqlaşır. Bu partlayışların səbəbi və bizdən hansı 

məsafədə yaranması hələ indiyədək naməlum olaraq qalır. 5.4.1 - ci 

şəkildə qalaktika koordinatlarında göy sferi təsvir edilmişdir. Bu 

sistemin başlanğıc koordinatı  Ağ Yolun mərkəzindədir. Xəritədə 

Kompton adına rəsədxana  

 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 5.4.1. cOS-B peykinin müşahidələri əsasında göy sferində aşkar 

olunan diskret qamma-şüalanma mənbələrinin yerləşmə sxemi. 

 

 

102 



 

 

 



tərəfindən müşahidə olunan təxminən 800 naməlum parıltı qeyd 

olunmuşdur. Bu müşahidələr aparılana qədər astronomlar elə hesab 

edirdilər ki,  qamma-parıltılar bizim Qalaktika diskində  cəmlənir. 

Lakin şəkildən görünür ki, qamma-parıltılar bütün səma üzrə bərabər 

paylanmışdır. Belə qamma-parıltıların hansı məsafədən yaranması bir 

çox elmi konfransların müzakirə mövzusu olmaqdadır. Hazırda 

qamma-parıltıların koordinatları  dəqiqləşdirilir.  İndiyədək 2000-dən 

çox qamma-parıltı kataloqa salınmışdır. ABŞ Milli Kosmik 

Agentliyi, Kompton adına Qamma-rəsədxana tərəfindən verilmiş 

5.4.2. – ci şəkildə qamma parıltı mənbələri təsvir olunmuşdur. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə