Microsoft Word National-doklad-azer doc



Yüklə 180,1 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix31.08.2018
ölçüsü180,1 Kb.
#65647
1   2   3   4   5   6

 

yekun, aksiomatik və vacib göstərişlər kimi müəyyən etmək olar. Məhkəmə hakimiyyətinin, o 



cümlədən ədalət mühakiməsinin həyata keçirilməsi zamanı onlara riayət edilməsi qanunçuluq 

və hüquq qaydasının zəruri şərtidir. 

Azərbaycan  Respublikası  Konstitusiyasında  eksplisid  prinsiplər  “Ümumi  müddəalar” 

bölməsinin  birinci  fəsilində  öz  əksini  tapmışdır.  Həmin  prinsiplər,  dövlətin  əsaslandığı  əsas 

dəyərləri  əks  etdirməkdən  başqa,  qanunvericilik  və  icra  hakimiyyəti  orqanları  tərəfindən 

qaydalarına  riayyət  edilməli  olan  normalardı.  Qeyd  olunan  normalar  subyektiv  hüquq  və 

hüquqi vəzifələri yaradaraq, məhkəmələr tərəfindən müdafiə olunmalıdır. 

İnsan  və  vətəndaşın  pozulmaz  və  ayrılmaz  hüquq  və  azadlıqları  Azərbaycan 

Respublikasının  Konstitusiya  quruluşu  konsepsiyasının  əsasını  təşkil  edir.  Azərbaycan 

Respublikası  Konstitusiyasında  vahid  konstitusiya  quruluşu  prinsipləri  məhz  bu  əsaslar 

üzərində müəyyən olunur. 

Birinci növbədə bu ən ali dəyər kimi insan və vətəndaş hüquq və azadlıqları və insanın 

cəmiyyət və dövlətdə hüquqi vəziyyətini müəyyən edən digər prinsiplərdir; hüquqi dövlətçilik, 

sosial  dövlətçilik,  iqtisadi  zona  və  azad  iqtisadi  fəaliyyətin  vahidliyi,  mülkiyyətin  müxtəlif 

formalarının bərabər müdafiəsi və s. 

Eyni  zamanda,  həmin  prinsiplər  dövlət  hakimiyyətinin  quruluşunu  müəyyən  edir: 

demokratiya  və  xalq  suverenliyini,  Azərbaycan  Respublikasının  dövlət  suverenliyini, 

hakimiyyətin qanunvericilik, icra və məhkəmə sistemlərinə bölünməsini, dövlət hakimiyyəti ilə 

yerli özünüidarətmənin fərqləndirilməsi və s.  

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi öz qərarlarında eksplisid prinsiplərə 

dəfələrlə  əsaslanıb.  Belə  ki,  29  oktyabr  2010-cu  il  tarixli  Qərarında  Konstitusiya 

Məhkəməsinin Plenumu qeyd edib ki,Hüququn müxtəlif sahələrinin normaları Konstitusiyada 

demokratik, hüquqi dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və 

azadlıqlarının təminatını nəzərdə tutan prinsiplərə əsaslanmalıdır. 

Konstitusiyanın  25-ci  maddəsində  bəyan  edilən bərabərlik  prinsipi  insan  hüquq  və 

azadlıqlarının  hər  hansı  ayrı-seçkilik  olmadan  ədalətli  qaydada  eyni  hüquqi  imkanlar 

əsasında həyata keçirilməsini nəzərdə tutur. Həmin maddənin V bəndində nəzərdə tutulur ki, 

dövlət  orqanları  və  hakimiyyət  səlahiyyətlərinin  daşıyıcıları  ilə  münasibətlərdə  hər  kəsin 

bərabər  hüquqları  təmin  edilməlidir.  “Hakimiyyət  səlahiyyətlərinin  daşıyıcıları”  dedikdə, 

əsasən dövlət orqanlarının və bələdiyyələrin vəzifəli şəxsləri başa düşülür. Onlar eyni faktiki 

hallara  malik  olan  işlərdə  eyni  qərarlar  qəbul  etməli  və  bu  qərarı  qəbul  edərkən  hər  hansı 

şəxsə  (fiziki  və  ya  hüquqi  şəxsə)  qarşı  yalnız  bərabərlik  hüququnu  rəhbər  tutaraq 

yanaşmalıdır”. 

 

3) Konstitusiyanın  ayrılmaz  hissәsi  hesab  olununan  hәr  hansı  implisid 

normalar  mövcuddur?  Mövcud  olmalarını  necә  izah  etmәk  olar?  Zaman 

keçdikcә hәmin normalar necә formalaşır? Qeyd olunan normaların mәnşәyi hәr 

hansı  hüquq  mәnbәlәrindәn  irәli  gәlir?  (mәs.  Konstitusiya  hüququ  vә  ya 

beynәlxalq hüquqdan irәli gәlәn konstitusiya prinsiplәri). Hüquqşunas alimlәr vә 

ya  cәmiyyәtin  digәr  qruplarının  nümayәndәlәri,  konstitusiya  ilә  tәsbit  olunmuş 

prinsiplәrin inkişafına öz töhfәlәrini vermişdilәrmi?  

 

Konstitusiya  Məhkəməsi  tərəfindən  müxtəlif  normaların  şərh  edilməsi  və  qanuniliyin 

yoxlanılması  təcrübəsində  Konstitusiya  ilə  təsbit  olunmamış,  lakin  müvafiq  sosial 

münasibətlərə,  ədalət  və  hüquqi  müəyyənlik  üzrə  fundamental  təsir  göstərən,  o  cümlədən 

ictimai,  dövlət  və  kommersiya  maraqlarının  balansını  qoruyan,  dəyərlərin  formalaşması 

müəyyən olunur.  

Belə  ki,  Qanun  və  məhkəmə  qarşısında  hər  kəsin  bərabərlik  prinsipindən  Məhkəmə, 

hüquq normasının müəyyənliyi, aydınlığı, ikimənalı olmaması prinsipini müəyyənləşdirmişdir. 

Qanun və məhkəmə qarşısında hər kəsin bərabərliyi, normanın eyni cür şərhi və anlaşılması 

şərti ilə təmin edilə bilər. 




 

Belə ki, hüquq normasının müəyyənliyi prinsipi Qanunvericiyə irəli sürülən konstitusion 



tələb kimi, öz əksini 06 avqust 2002-ci il tarixli “Azərbaycan Respublikası Vergi Məcəlləsinin

 

49.3 və 49.6-cı maddələrinin şərh edilməsi  haqqında” Qərarda öz əksini tapmışdır: «Hüquq 



normasının müəyyənliyi, aydınlığı, ikimənalı olmamasının ümumi hüquqi şərtləri kimi hamının 

qanun  və  məhkəmə  qarşısında  bərabərliyinə  dair  Konstitusiya  prinsipindən  irəli  gəlir.  Belə 

bərabərlik hüquqtətbiqedicilər tərəfindən yalnız normanın eyni cür şərhi və anlaşılması şərtilə 

təmin edilə bilər. Hüquq normasının məzmununun qeyri-müəyyənliyi isə əksinə, hüquqtətbiqi 

prosesində onun qeyri-məhdud anlaşılmasına imkan yaradır və qaçılmaz olaraq özbaşnalığa, 

hamının  qanun  və  məhkəmə  qarşısında  bərabərliyi,  eləcə  də  qanunun  aliliyi  prinsiplərinin 

pozulmasına gətirib çıxarır”. 

Hüquqi müəyyənlik prinsipinə riayyət edilməsi ilə, normayaradıcılıqda - insan hüquq və 

azadlıqların  təmin  edilməsi  sahəsində  vahid  və  əvvəldən  ehtimal  olunan  hüquqtətbiqedici 

təcrübəsi  üçün  şərait  yaradılır.  Qanunvericilik  akltarından  əlavə,  hüquqi  müəyyənlik  tələbi, 

məhkəmə tərəfindən qəbul olunan qərarlarda da irəli sürülür.    

13  iyun  2008-ci  il  tarixli  Qərarda,  Məhkəmə  qeyd  etmişdir  ki,    konstitusiya  hüququnun 

doktrinası  hüquqi  müəyyənlik  prinsipini  Azərbaycan  Respublikası  Konstitusiyasının 

Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. 

Eyni  zamanda  Konstisusiya  Məhkəməsi,  qanunun  aliliyindən  irəli  gələn  mütənasiblik 

prinsipini  müəyyənləşdirmişdir.  29  oktyabr  2010-cu  il  tarixli  Qərarında,  Konstitusiya 

Məhkəməsinin  Plenumu  qeyd  etmişdir  ki,  normanın  düzgün  şərh  edilməsi  üçün, 

Konstitusiyanın  Preambulasında  əksini  tapan  qanunun  aliliyinin  tərkib  hissəsi  olan 

mütənasiblik prinsipi nəzərə alınmalıdır. 

Mütənasiblik prinsipinə müvafiq olaraq fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər 

hansı  müdaxiləni  nəzərdə  tutan  tədbirlər  inzibati  orqanın  güddüyü  qanuni  məqsədə 

mütənasib  olmalı,  həmin  məqsədə  çatmaq  üçün  öz  məzmunu,  yeri,  vaxtı  və  əhatə  etdiyi 

şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 

Mütənasiblik  prinsipi  uyğunluq,  zərurilik  və  yararlılıq  meyarlarına  cavab  verməlidir. 

Uyğunluq meyarına görə fərdin və ya hüquqi şəxsin hüquq və azadlıqlarını məhdudlaşdıran 

hər hansı bir tədbir inzibati orqan tərəfindən nəzərdə tutulan məqsədə nail olmaq üçün uyğun 

olmalıdır.  Zərurilik  meyarına  əsasən  inzibati  orqan  tərəfindən  tətbiq  olunan  məhdudlaşdırıcı 

tədbirlər  daha  az  məhdudlaşdırıcı  qanunvericilik  vasitələrinin  olmadığı  yerdə,  qarşıya 

qoyulmuş  məqsədlərə  nail  olunmaq  üçün  ən  yumşaq,  zəruri  olmalıdırlar.  Yararlılıq  meyarı 

qarşıya  qoyulmuş  məqsədlərə  qeyri-mütənasib  olan  hər  hansı  həddən  artıq  inzibati 

tədbirlərdən istifadə edilməməsini, ictimai maraqlarla tarazlaşdırmasını nəzərdə tutur”.  

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 17  mart 2016-cı il tarixli  Qərarında, 

Azərbaycan  Respublikasının  Konstitusiyasının  73-cü  maddəsinin  mənasından  irəli  gələn 

vergilərin  və  başqa  dövlət  ödənişlərinin  yalnız  qanunla  müəyyən  edilməsi  prinsipinə  istinad 

edir. 

İmplisid  normalarının  əsasını  həm  Konstitusiyanın  eksplisid  prinsipləri,  həmdə 



beynəlxalq müqavilələrdən irəli gələn ümumi beynəlxalq hüquq prinsipləri təşkil edir. 

Hüqüqşunas  alimlərə  qaldıqda,  onlar  Konstitusiya  Məhkəməsi  tərəfindən  ekspert 

qismində  iclaslara  dəvət  olunurlar  və  onların  rəyi  qəbul  olunan  Qərara  öz  təsirini  göstərə 

bilər.  


Beləliklə,  alimlər  bəzi  hallarda  implisid  prinsiplərin  formalaşmasında  öz  töhfələri  ilə 

birbaşa istirak edirlər. 

 

4) Konstitusiya 

prinsiplәrinin 

müәyyәnlәşdirilmәsindә 

Konstitusiya 

Mәhkәmәsinin  rolu  nәdәn  ibarәtdir?  Konstitusiya  prinsiplәri  Konstitusiya 

Mәhkәmәsi  tәrәfindәn  hansı  qaydada  müәyyәn  edilib  vә  edilir?  Qeyd  olunan 

prinsiplәrin  müәyyәnlәşdirilmәsindә  vә  tәdbiqindә  Konstitusiya  Mәhkәmәsi 

tәrәfindәn hansı şәrhedici üsüllar istifadә olunur? (mәs. sistematik, grammatik, 

tarixi, mәntiqi vә s.).  



Yüklə 180,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə