Microsoft Word National-doklad-azer doc



Yüklə 180,1 Kb.
Pdf görüntüsü
səhifə6/6
tarix31.08.2018
ölçüsü180,1 Kb.
#65647
1   2   3   4   5   6

11 

 

Beləliklə,  həm    Azərbaycan  Respublikasının  Konstitusiyasının  154-cü  maddəsi,  həm  də



Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 142-ci maddəsi  Azərbaycan Respublikasının

Konstitusiyasının mətnində dəyişikliklərə dair qərar qəbul edilməsini istisna edir.  



4) Konstitusiyada  dәyişikliklәr  edilmәsi  qaydası  diqqәtli  mәhkәmә

araşdırması predmeti olmalı, yoxsa siyasi subyektlәrin müstәsna preroqativi kimi 

qalmalıdır?  Sizin  yurisdiksiyanızda    hüquqşünas-alim  vә  praktiklәr    arasında  bu 

mәsәlә ilә bağlı hansı ekspert fikri üstünlük tәşkil edir?  

 

Azərbaycan  Respublikası  Konstitusiyasının  152-ci  maddəsində  xüsusən  qeyd  olunur  ki, 

Azərbaycan  Respublikasının  Konstitusiyasının  mətnində  dəyişikliklər  yalnız  referendumla

qəbul edilə bilər. 

Azərbaycan  Respublikası  Konstitusiyasının  153-cü  maddəsinə  əsasən,  Azərbaycan 

Respublikası Konstitusiyasının mətnində dəyişiklikləri Azərbaycan Respublikasının Milli Məclisi 

və  ya  Azərbaycan  Respublikasının  Prezidenti  təklif  etdikdə,  təklif  olunan  dəyişikliklərə  dair 

əvvəlcədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyi alınır. 

“Konstitusiya  Məhkəməsi  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  61.3-cü 

maddəsinə  əsasən,  Azərbaycan  Respublikası  Milli  Məclisinin  və  Azərbaycan  Respublikası 

Prezidentinin  təkliflərinə  mahiyyəti  üzrə  Konstitusiya  Məhkəməsinin  Plenumunda  baxılması

onların dərc olunduğu gündən ən geci 7 gün keçənədək başlanmalıdır. 

Həmin  Qanunun  61.4-cü  maddəsinə  əsasən,  Konstitusiya  Məhkəməsi  təklif  olunmuş 

dəyişikliklərin  Azərbaycan  Respublikası  Konstitusiyasının  155-ci  maddəsinin  tələblərinə

uyğunluğu haqqında əsaslandırılmış rəy qəbul edir. 

Azərbaycan Respublikası Konstitusiyasının 155-ci maddəsinə əsasən, Konstitusiyanın 1-

ci, 2-ci, 6-cı, 7-ci, 8-ci və 21-ci maddələrində dəyişikliklər və ya onların ləğv edilməsi haqqında, 

3-cü  fəslində  nəzərdə  tutulmuş  insan  və  vətəndaş  hüquqları  və  azadlıqlarının  ləğvi  və  ya 

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan 

daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz.

 

 

         Konstitusiyanın  mətninə  dəyişikliklər  edilməsi  ilə  bağlı  referendum  keçirilərkən 



səsvermə   bülleteninə   Konstitusiya Məhkəməsinin rəyinin qısa xülasəsi daxil edilir.  

         Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsinin 

Plenumu  cari  ilin  25  iyul  tarixində  Azərbaycan  Respublikası  Prezidentinin  təqdim  etdiyi 

təkliflərinə  baxarkən,  qərara  aldı  ki,  “Azərbaycan  Respublikası  Prezidentinin  təklif  etdiyi 

“Azərbaycan  Respublikasının  Konstitusiyasına  dəyişikliklər  edilməsi  haqqında”  Azərbaycan 

Respublikasının  Referendum  Aktının  layihəsindəki  dəyişikliklər  Azərbaycan  Respublikası 

Konstitusiyasının 155-ci maddəsinin tələbinə müvafiqdir”.  

 

5) Konstitusiya 



Sizin 

yurisdiksiyanızın 

konstitusiya 

dәyişikliklәrinә

konstitusiya    nәzarәtini  nәzәrdә  tuturmu?  Әgәr  nәzәrdә  tutursa,  onda  hüquq

subyektlәrindәn  hansı    Әsas  Qanuna  edilәn  konstitusiya  dәyişikliyinin 

konstitusiyaya uyğunluğunu mübahisәlәndirmәk üçün Konstitusiya Mәhkәmәsinә

müraciәt  edә  bilәr?  Konstitusiya  dәyişikliyinin  Konstitusiyaya  uyğunluğunun

mәhkәmә araşdırması qaydası Qanunda nәzәrdә tutulubmu? 

 

Azərbaycan  Respublikası  Konstitusiyasının  1-ci  maddəsinə  əsasən,  Azərbaycan 

Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Azərbaycan xalqı 

öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər (Maddə

3). Referendumla həll onunan məsələlərdən, Azərbaycan Respublikası Konstitusiyasının qəbul 

edilməsi və ona dəyişikliklər edilməsini qeyd etmək zəruridir.

  

Azərbaycan  Respublikası  Konstitusiyasının  152-ci  maddəsində  xüsusən  qeyd  olunur  ki, 




12 

 

Azərbaycan  Respublikasının  Konstitusiyasının  mətnində  dəyişikliklər  yalnız  referendumla



qəbul edilə bilər. 

Azərbaycan Respublikası Konstitusiyasının 155-ci maddəsinə əsasən, Konstitusiyanın 1-

ci, 2-ci, 6-cı, 7-ci, 8-ci və 21-ci maddələrində dəyişikliklər və ya onların ləğv edilməsi haqqında, 

3-cü  fəslində  nəzərdə  tutulmuş  insan  və  vətəndaş  hüquqları  və  azadlıqlarının  ləğvi  və  ya 

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan 

daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz.

 

 

Azərbaycan  Respublikası  Konstitusiyasının  mətnində  dəyişikliklər  Azərbaycan 



Respublikası Milli Məclisi və Prezidenti tərəfindən təklif oluna bilər. 

Qeyd  olunduğu  kimi,  Azərbaycan  Respublikası  Konstitusiyasının  mətnində  dəyişikliklər 

Azərbaycan  Respublikası  Milli  Məclisi  və  Prezidenti  tərəfindən  təklif  olunduqda,  Azərbaycan 

Respublikası Konstitusiya Məhkəməsinin rəyi alınmalıdır. 

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 40.3.10-cu 

maddəsinə əsasən, Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası 

Prezidentinin  Azərbaycan  Respublikası  Konstitusiyasının  mətnində  dəyişikliklər  edilməsi 

haqqında  təkliflərinə  dair  Konstitusiya  Məhkəməsinin  rəyinin  çıxarılması  ilə  əlaqədar  işlərin 

icraatı  Konstitusiya  Məhkəməsində  baxılan  konstitusiya  işləri  üzrə  xüsusi  konstitusiya 

icraatınına aid olunur. 

Azərbaycan  Respublikası  Milli  Məclisinin  və  ya  Azərbaycan  Respublikası  Prezidentinin 

Azərbaycan  Respublikası  Konstitusiyasının  mətnində  dəyişikliklər  edilməsi  haqqında 

təkliflərinə  dair  Konstitusiya  Məhkəməsinin  rəyinin  çıxarılmasına  dair  Qərar  qətidir,  heç  bir 

orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. 

        Konstitusiyanın  mətninə  dəyişikliklər  edilməsi  ilə  bağlı  referendum  kecirilərkən 

səsvermə   bülleteninə Konstitusiya Məhkəməsinin rəyinin qısa xülasəsi daxil edilir. 

Azərbaycan  Respublikası  Konstitusiyasının  154-cü  maddəsinə  əsasən  Azərbaycan 

Respublikasının  Konstitusiya  Məhkəməsi  referendumla  qəbul  olunmuş  Azərbaycan 

Respublikası Konstitusiyasının mətnində dəyişikliklərə dair qərar qəbul edə bilməz. 

        Beləliklə,  Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsi  konstitusiya 

dəyişikliklərinə  həm  prosessual,  həm  də  maddi  hüquq  baxımdan  nəzarəti    səlahiyyətli  deyil.

Eyni zamanda nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin qərarının qəbul edilməsi üçün 

əsas təşkil etmiş Azərbaycan Respublikası Konstitusiyasının norması referendum nəticəsində

dəyişdirildikdə,  həmin  qərar  Konstitusiya  Məhkəməsi  tərəfindən  qismən  və  ya  bütövlükdə

qüvvədən  düşmüş  hesab  olunur  (“Konstitusiya  Məhkəməsi  haqqında”  Azərbaycan 

Respublikası Qanununun 66.5-ci maddəsi) . 



          

6)   Konstitusiya Mәhkәmәsi Әsas Qanuna edilәn dәyişikliyin konstitusiyaya 

uyğunluğunu  maddi  hüquq  baxımından  yoxlamağa  sәlahiyyәtlidirmi,  yoxsa 

dәyişikliyin konstitusiyaya uyğunluğunu yalnız prosessual tәrәfdәn araşdırma ilә

kifayәtlәnir?  Konstitusiyada  müvafiq  eksplisit  sәlahiyyәtlәri  tәsbit  edilәnәdәk

Konstitusiya  Mәhkәmәsi  Konstitusiyaya  edilmiş  dәyişikliyә  öz  mövqeyini  yaxud 

öz şәrhini veribmi? Konstitusiya Mәhkәmәsinin mövqeyi nәyә әsaslanır ? Elә bir 

presedent  mövcuddurmu  ki,  Konstitusiya  Mәhkәmәsi  konstitusiya  dәyişikliyinә

mәhkәmә nәzarәtini maddi hüquq yaxud prosessual әsaslara söykәnәrәk hәyata 

keçirmәk sәlahiyyәtlәrini müfәssәl izah etsin? Konstitusiyaya edilmiş dәyişikliyin 

Konstitusiyaya  uyğun  olmadığını  tanıyan  Konstitusiya  Mәhkәmәsi  qәrarının 

hüquqi  nәticәlәri  nәdir?  Zәhmәt  olmasa,  Konstitusiya  Mәhkәmәsinin 

yurisdiksiyasından misallar gәtirin. 

 

Azərbaycan  Respublikası  Konstitusiyasının  154-cü  maddəsinə  əsasən  Azərbaycan 

Respublikasının  Konstitusiya  Məhkəməsi  referendumla  qəbul  olunmuş  Azərbaycan 

Respublikası Konstitusiyasının mətnində dəyişikliklərə dair qərar qəbul edə bilməz. 




13 

 

Qeyd  olunduğu  kimi,  Azərbaycan  Respublikası  Konstitusiyasının  mətnində  dəyişikliklər 



Azərbaycan  Respublikası  Milli  Məclisi  və  Prezidenti  tərəfindən  təklif  olunduqda,  Azərbaycan 

Respublikası Konstitusiya Məhkəməsinin rəyi alınmalıdır. 

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 40.3.10-cu 

maddəsinə  əsasən  Azərbaycan  Respublikası  Milli  Məclisinin  və  ya  Azərbaycan  Respublikası 

prezidentinin  Azərbaycan  Respublikası  Konstitusiyasının  mətnində  dəyişikliklər  edilməsi 

haqqında  təkliflərinə  dair  Konstitusiya  Məhkəməsinin  rəyinin  çıxarılması  ilə  əlaqədar  işlərin 

icraatı  Konstitusiya  Məhkəməsində  baxılan  konstitusiya  işləri  üzrə  xüsusi  konstitusiya 

icraatınına aid olunur. 

Azərbaycan  Respublikası  Milli  Məclisinin  və  ya  Azərbaycan  Respublikası  prezidentinin

Azərbaycan  Respublikası  Konstitusiyasının  mətnində  dəyişikliklər  edilməsi  haqqında 

təkliflərinə  dair  Konstitusiya  Məhkəməsinin  rəyinin  çıxarılmasına  dair  Qərar  qətidir,  heç  bir 

orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. 

Konstitusiyanın mətninə dəyişikliklər edilməsi ilə bağlı referendum kecirilərkən səsvermə

bülleteninə   Konstitusiya Məhkəməsinin rəyinin qısa  xülasəsi daxil edilir. 

          “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 61.3-cü 

maddəsinə  əsasən  Azərbaycan  Respublikası  Milli  Məclisinin  və  Azərbaycan  Respublikası 

prezidentinin  təkliflərinə  mahiyyəti  üzrə  Konstitusiya  Məhkəməsinin  Plenumunda  baxılması

onların dərc olunduğu gündən ən geci 7 gün keçənədək başlanmalıdır. 

Azərbaycan  Respublikası  Konstitusiyasının  154-cü  maddəsinə  əsasən  Azərbaycan 

Respublikasının  Konstitusiya  Məhkəməsi  referendumla  qəbul  olunmuş  Azərbaycan 

Respublikası Konstitusiyasının mətnində dəyişikliklərə dair qərar qəbul edə bilməz. 

Beləliklə, Konstitusiya Məhkəməsi konstitusiyaya edilən dəyişikliklər barəsində məhkəmə

nəzarəti səlahiyyətini həyata keçirirməyə səlahiyyətli deyil. 

Eyni zamanda nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin qərarının qəbul edilməsi 

üçün  əsas  təşkil  etmiş  Azərbaycan  Respublikası  Konstitusiyasının  norması  referendum

nəticəsində  dəyişdirildikdə,  həmin  qərar  Konstitusiya  Məhkəməsi  tərəfindən  qismən  və  ya 

bütövlükdə qüvvədən düşmüş hesab olunur (“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan 

Respublikasının Qanununun 66.5-ci maddəsi) . 

 

7) Sizin 

yurisdiksiyanızda 

konstitusiya 

hakimiyyәtinin 

güclәnmәsi 

istiqamәtindә,  xüsusilә  Konstitusiya  Mәhkәmәsinin  Әsas  Qanuna  edilәn 

dәyişikliklәrin  yoxlanılmasına  yönәlәn  sәlahiyyәtlәrinin  güclәnmәsi  tendensiyası 

müşaiyyәt  edilirmi?  Belә  yanaşmanı  hüquqşünas  alimlәr  vә  cәmiyyәtin  başqa 

nümayәndәlәri  dәstәqlәyirlәr?  Belә  olan  halda  mәhkәmә  nәzarәti  necә  tәmin 

olunacaq?  Konstitusiya  Mәhkәmәsinin  sәlahiyyәtlәrinin  genişlәnmәsi  vә

tanınması  konstitusiya  mәqsәdlәrinin  hәyata  keçirilmәsinә  tәkan  olacaq  yaxud 

onların mahiyyәtini tәhlükә altına qoyacaq?  Xahiş edirik qeyd edәsiz bu mәsәlә

sizin yurisdiksiya çәrçivәnizdә necә hәll olunur? 

 

Azərbaycan  Respublikası  Konstitusiyasının  154-cü  maddəsinə  əsasən  Azərbaycan 



Respublikasının  Konstitusiya  Məhkəməsi  referendumla  qəbul  olunmuş  Azərbaycan 

Respublikası Konstitusiyasının mətnində dəyişikliklərə dair qərar qəbul edə bilməz. 

Konstitusiyanın  şərh  edilməsinə  dair  qeyd  etmək  istərdik  ki,    Konstitusiya  Məhkəməsi  1 

avqust  2003-cü  il  tarixində  Azərbaycan  Respublikası  Konstitusiyasının  130-cu  maddəsinin  IV 

hissəsinə  uyğun  olaraq,  Azərbaycan  Respublikası  Prokurorluğunun  sorğusu  əsasında,

Konstitusiyanın Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərə aid tələbləri ilə bağlı 

100-cü maddəsinin müddəasının şərh edilməsinə dair konstitusiya işinə baxmışdır. Məhkəmə

qərara  almışdır  ki,  Azərbaycan  Respublikası  Konstitusiyasının  100-cü  maddəsinin  “…başqa 

dövlətlər  qarşısında  öhdəliyi  olmayan…”  müddəasının  hüquqi  mənası  vətəndaşın  xarici 

dövlətlərlə  bağlılığına  və  onlardan  asılılığına  səbəb  olan  münasibətlərin  mövcudluğu  ilə 

əlaqədar yaranan öhdəliklərinin olmamasını ehtiva edir. 

Belə  öhdəliklər  uzun  müddət  ərzində  xaricdə  yaşamaqla  bağlı  əmələ  gələn  davamlı, 




14 

 

möhkəm  və  sabit  münasibətlərin  mövcudluğuna  səbəb  olan  qeydiyyat,  vergi,  ölkə  ərazisini



müəyyən  müddətdən  artıq  tərk  etməmək  və  s.  kimi,  habelə  siyasi  hüquqi  və  bu  cür  digər

öhdəliklər də ola bilər. 

Konstitusiya  Məhkəməsi  21  oktyabr  2005-ci  ildə  Konstitusiyanın  130-cu  maddəsinin  IV 

hissəsinə  müvafiq  olaraq,  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  2005-ci  il  14  oktyabr 

tarixli,  8-8/2005  saylı  sorğusu  əsasında,  konstitusiya  işinə  baxmışdır.  Məhkəmə  qərara 

almışdır  ki,  Azərbaycan  Respublikası  Konstitusiyasının  12-ci  maddəsinin  II  hissəsi,  24-cü 

maddəsinin II hissəsi, 71-ci maddəsinin II hissəsi, 72-ci maddəsinin II hissəsi, 155-ci maddəsi, 

Azərbaycan  Respublikasında  İnsan  hüquq  və  azadlıqlarının  həyata  keçirilməsinin 

tənzimlənməsi haqqında Konstitusiya Qanununun 3-cü maddəsi və İnsan hüquqlarının və əsas 

azadlıqların  müdafiəsi  haqqında  Konvensiyanın  11-ci  maddəsinin  II  hissəsinin  müddəaları 

baxımından  Azərbaycan  Respublikası  Konstitusiyasının  49-cu  maddəsində  nəzərdə  tutulan 

sərbəst toplaşmaq azadlığı hüququna demokratik cəmiyyətdə zəruri olan və qanunla müəyyən 



edilmiş məhdudiyyətlər qoyula bilər. 

 

Yüklə 180,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə