Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   26   27   28   29   30   31   32   33   ...   63

_______________ Milli Kitabxana _______________ 
121 
 
Qəmə, dərdə tab etmək - peyğəmbərlik pilləsi,  
1225
     Sən axtaran dincliklə - yalnız ölüm kölgəsi. 
 
Acı yeyib, xilas ol xudbinlik mərəzindən,  
Acı şərab deyilmi damaqlara dad verən?! 
 
Sərvtək düz yaşa ki, düyünlərdən azad ol,  
Öz bağrını yeməklə sən şamlar kimi şad ol. 
 
Xəzinə xazinidir, seyr elə əjdahanı,  
Dərdə dözüm yaradır hər cür zövqü, səfanı. 
 
Kimlər ki çəkir zəhmət, məgər taparmı illət?  
Məşəqqətin sonundan başlanır istirahət. 
 
Fələk sənin bəxtindən açmasa bir düyünü,  
1230
     Salmaz sənin boynuna başqa zəncir düyünü. 
 
Əcəl yoluna çıx ki, sənə haqqı tanıdır,  
Bu şadlıq karvanını çəkən qəm karvanıdır. 
 
OVÇU İLƏ İTİN VƏ TÜLKÜNÜN HEKAYƏTİ 
 
Tez görən, uzaq görən, usta bir ovçu vardı,  
Gəzib biyabanları, ov yerini tapardı. 
 
Bəd bir iti vardı ki, çeviklikdə şir, aslan,  
Günəş şüalarını ceyran belində tutan. 
 
Kərgədan tük salardı boynunun qüvvəsindən,  
Çöl eşşəyi dişindən, dağ kəli zərbəsindən. 
 
Yolçuluqda ovçunun dostu, arxadaşıydı,  
1235  
   Çox işinə yaramış vəfalı yoldaşıydı. 
 
Gecə keşik çəkən it gündüz əmrə müntəzir,  
Görərdin ki, onunçün qida gəzir, yem gəzir. 
 
 


_______________ Milli Kitabxana _______________ 
122 
 
Bir gün aslan ovçunun yox oldu aslan iti,  
Ovçunun göz yaşları ciyərlərini diddi. 
 
Dedi: - Gör miyançısı qəza olan ovlağı!  
Şir başından üstündür burda itin ayağı. 
 
Bildi ki, dərd əlindən qanə dönsə də ürək,  
Ciyərini dişində tutub tab etmək gərək! 
 
Ovçu dözdü, səbrinin misqal boyda arpası,  
1240
        Bəlkə bir dirhəm qədər xeyir gətirdi azı. 
 
Ovçunun qarşısına bir tülkü çıxdı lapdan,  
Dedi: - Səbr etmək olmaz, sən ey səbrli İnsan! 
 
Eşitdim ki, o eşsiz qüdrət, hünər yolçusu,  
Dünyadan köçüb gedib... Nə qəm, başın sağ olsun! 
 
Bir anda yaxalardı yüz cüyürü, ceyranı,  
Oldu zirəkliyinin, cəldliyinin qurbanı. 
 
Bilirəm, sənin üçün bu dərd hər şeydən betər,  
Ovladığın qəm-kədər sənə iki ay yetər. 
 
Qalx, bu ovdan kabab çək, ver könül ziyafəti,  
1245
        Dərisi dərvişlərin, əti ovçu qisməti. 
 
Bilirəm, çox yemisən dadlı, ləzzətli xörək,  
Bir də yağlı tülkülər əlinə keçməyəcək. 
 
Yağlıyıq, yavanıqmı? Düşündürmür heç səni,  
Süfrəmizdən çəkmisən iştahının əlini. 
 
Nə yaxşı ki, uzağam daha sənin torundan,  
Nə yaxşı ki, azadam şikarından, darından. 
 


_______________ Milli Kitabxana _______________ 
123 
 
Sirdaşından ayrısan, bəs bu nə cür vəfadır?  
Qəm yemirsən... bəs nədən ciyərlərin yaradır? 
 
Ovçu dedi: - Doğacaq... hamilədir bu gecə,  
1250
        Qəmim bircə günlükdür, keçib gedər indicə. 
 
Bircə bundan şadam ki, bu ölümlü dünyada,  
Sevinc, kədər həmişə bir-birini qovmada. 
 
Bu boş, fani dünyada, bu dəyişən qəlibdə,  
Xidmət, sərvət, səltənət elə gedib-gəlib də. 
 
Hər şey keçib gedəcək: həm Ay, ulduz, həm fələk,  
Rahatlıq da, möhnət də bir gün sona yetəcək. 
 
Bir azca şadlanıram dərdim, qəmim olanda,  
Çünki sevinc müjdəsi gətirir qəm cahanda. 
 
Bu qəmdən Yusif kimi mən bəlaya uğradım,  
1255
       Fəqət qurd deyiləm ki, dərddən dərimi yırtım. 
 
Ey tülkü, şad olma ki, mənə dağ çəkdi fələk,  
Hələ sənintək şikar əlimə çox düşəcək. 
 
Ovçu bunu deyərkən yollar toza büründü,  
Toz pərdəsi dalından cəsur köpək göründü. 
 
Gəldi, öncə dolandı arxasını, önünü,  
Lapdan dişinə çəkdi qasığını tülkünün: 
 
Bir az geçikdim deyə sən məni pislədinmi?  
Geciksəm də, yetirdim özümü aslan kimi! 
 
Mənim ləkəsiz xaltam sənin dinintək təmiz...  
1260
         Tülkünün peysərini yəqin yeyəcəksiniz. 
 


_______________ Milli Kitabxana _______________ 
124 
 
O kimsə ki, bəsləyir yəqinliyə sədaqət,  
Onun işinin sonu səadətdir, səadət. 
 
Yəqinlik yolunu tut daim bu kainatda,  
Yəqinlikdən mübarək mənzil yoxdur həyatda. 
 
Yəqin inam gücünə saf qızıla dönür daş,  
Ayaqda əyləşənlər başa keçirlər, qardaş. 
 
Yəqin bir inam ilə addım atsan qorxusuz,  
Oddan su çıxararsan, dəniz dalğasından toz. 
 
Yəqini təvəkkülə qarışdırıb yoğuran,  
1265 
       Yazar kərəm əlilə: "Ruzu yalnız Tanrıdan!" 
 
Yəqin əhli nuş edər daşdan yumşaq hər nə var,  
Nə quyruqda sülənər, nə çibintək qan sorar. 
 
Tanrı yoluyla getsən, nə qəm ye, nə qüssə çək,  
Evindən yavanlığın heç vaxt əskilməyəcək. 
 
Tanrı qapısında ol, o hər kəsdən uludur,  
Ruzunu ondan istə, ruzu verən də odur. 
 
Kim içəri girdisə Tanrının qapısından,  
Əliboş qayıtmadı səbəbsiz yerə, inan! 
 
Yəqin əhli misilsiz, kamil - onlar, naşı - biz,  
1270
        Biz onların ayağı, onlar bizim başımız! 
 
Səccadənin ucunu təmiz suya salarlar,  
Al qırmızı şəraba bal dadı verər onlar. 
 
Sənə bircə günlük də möhlət vermirkən ömür,  
On illik azuqəni israf nədən ötrüdür? 
 
  


_______________ Milli Kitabxana _______________ 
125 
 
O gün ki, xəlq olundu bizim surətlərimiz,  
Dərhal ayırd edildi dürlü qismətlərimiz. 
 
O Tanrı süfrəsindən pay göndərilmiş sənə,  
Onda veriləndi ki, indi çatır süfrənə. 
 
Gecə-gündüz çabalar dolanmaq üçün hər kəs,  
1275
       Öz qismətindən artıq, inan, heç nə yeyəməz! 
 
Əzəldə söz verdiyin din uğrunda, get, çalış,  
İşləməklə nə dövlət, nə də ruzu çoxalmış. 
 
İstəsən ki, olasan hamıdan əziz insan,  
Çalışmaq səndən gərək, başarmaqsa Tanrıdan! 
 
Çox əlləşdi Nizami, nə qazandı? Soyuq ah,  
Neylədisə, yol açdı isti nəfəsli Allah! 
             
              Yeddinci söhbət 
 
İNSANLIQ MƏRTƏBƏSİNİN BÜTÜN               
XİLQƏTLƏRDƏN ÜSTÜNLÜYÜ 
 
Sən, ey fələklər qədər uca, dəyərli İnsan!  
Nazını çəkməkdədir bu yer, bu göy, kəhkaşan. 
 
Heç xəbərin varmı ki, səsin yetişir hara?  
1280
       Sənin zənn etdiyindən xeyli ucalıqlara! 
 
Səni öncə bəsləmiş dayəni yad eylə, an, 
Qənd, şəkər dadmayınca süd əmmədin sən ondan. 
 
De, sənə bundan böyük yaxşılıq olardımı?  
Sən də artırmalısan yaxşılığı, yardımı. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə