Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   55   56   57   58   59   60   61   62   63

_______________ Milli Kitabxana _______________ 
253 
 
GƏNC ŞAHZADƏ VƏ ONUN 
QOCA DÜŞMƏNLƏRİNİN HEKAYƏTİ 
 
1867 B.        Bağlamasan kökünə tazə bulağı, arxı,  
                     Tufanla güləşərmi çinarın qol-budağı? 
Köhnəlmiş, sozalmış, qurumuş arxın lili, üfunəti təzə fidanın köklərini yandırıb 
çürüdə bilər, sən onun kökünə can verəcək yeni arx, yeni bulaq çək ki, qalxıb 
qanadlansın, qasırğalarla güləşə biləcək əzəmətli çinara çevrilsin! 
1869 B.        Özünü dərk edənin öz könül vaizi var, 
                    Ən gözəl öyüdləri qulağına pıçıldar. 
Nizami Gəncəvi burada "özünü dərk edən" hökmdar deyərkən Bəhram  şah 
Ərzincanlını, "ən gözəl öyüdləri" onun qulağına pıçıldamağa qadir "könül vaizi" 
dedikdə isə özünü nəzərdə tutur. 
1870 B.        Ağlını - qılıncını çıxar qınından bir an, 
                    Nə vaxtacan onu sən qında saxlayacaqsan? 
Bəhram  şah  Ərzincanlıya üz tutan Nizami özünü zəka qılıncına bənzədir və 
şahdan tələb edir ki, bu qılınc qında qalmasın. Zira bu sənət qılıncı köhnə mücrüdən 
çıxarılmayıb, Tanrı tərəfindən göndərilmiş ülvi bir töhfədir. Pak nəfəsli ilham, istedad 
sahiblərindən hökmdarlar gərək heç nəyini əsirgəməsin. 
 
On altıncı söhbət 
MƏSLƏKDƏ ÇAPUQ İRƏLİLƏMƏ 
 
1882 B.        Adəm asqırığının Məsihə çatdı səsi, 
                    Qoy natiqlərə çatsın yalnız dövlət xütbəsi. 
Cəbrail Həzrət Adəmin birinci asqırığını gizlətmiş və Məryəm ananın köynəyinin 
qoluna üfürmüşdür ki, bundan boylu olub çocuğunu, gələcək peyğəmbər  İsanı - 
Məsihi dünyaya gətirmişdir. Belə bir qüdrət, Cəbrail vasitəçiliyi dövlət başçıları üçün 
xütbə oxuma girəvəsi yalnız Nizami kimi natiq sənətkarlara yaraşır! 
1887 B.        Yalnız saxta sikkənin paxırını açır od, 
                     Oddan nə qorxun sənin, ey saf qızıl, ey yaqut?! 
İradə  və  məslək xadimləri çətinlikdə daha da bərkiyir, saflaşır, həyatın nə 
şaxtasından çəkinir, nə atəşindən. Necə ki, od içinə düşəndə  qızıl daha da saflaşır, 
başqa ərintilərdən təmizlənir. Yaqut isə odda yanmır.  
1912 B.        Covza bürcündən doğub çağır səadətini, 
                     Dövrün xoşbəxt oğlu ol, sən də sına bəxtini. 
 


_______________ Milli Kitabxana _______________ 
254 
 
Klassik astronomların dediyinə görə, Günəşin Covza (Əkizlər) bürcündən keçdiyi 
çağlarda (22 may - 22 iyun) anadan olan çocuqlar xoşbəxt taleyə malik olur. 
Çoxuşaqlı hökmdarlar bu etiqad ilə öz dəliqanlılarına eyni sayda qoz verir, qozu 
sındırmalarına tamaşa edərmişlər. Kimin heç bir qozu-cevizi çürük çıxmasa o, Covza 
bürcü  şöləsinə layiq sayılar, vəliəhd təyin olunarmış. Nizami burada "ceviz" və 
"covza" sözlərinin səs uyarlığından mahiranə istifadə etmişdir. 
1914 B.        Rahat çağladığından sellər, sular bəxtiyar.  
                     Dügümlü ud ağacı odda yanar, kül olar. 
Ud ağacı odda yandıqda ətir saçır. Buna görə manqalı udun köməyilə qalayırlar. 
1922 B.        Bizim doqquz katibin bir cüt hünərnaməsi,  
                     Nişan verə bilmədi məna dolu bir əksi. 
Bir cüt hünərnamə - gecə, gündüz. Doqquz katib - doqquz fələk. 
Beytin mənası:. Yer üzündə elə bir kişi tapılmadı ki, yaşamaq qanunlarını tam 
dərk etməyə qadir olsun. Doqquz katibin (doqquz fələyin) nə gecəsi, nə gündüzü 
həmin adamı nişan verə bilmədi. 
 
On yeddinci söhbət 
TAPINMA VƏ TƏCRİD BƏHSİ 
 
1964 B.        Əqlin - canındır sənin, bədəni, cismi sənsən, Canın bir xəzinədir, 
sehri, tilsimi sənsən. 
Buna görə tilsimi sınmdırmalısan bədəninə əziyyət verməlisən ki, canını-xəzinəni 
xilas edə biləsən. Yalnız bircə yolla - sərvət,  şöhrət,  şəhvət acgözlüyündən, kirli 
ehtiraslardan əl çəkməklə sən bu nadir xəzinəni özündə kəşf edə bilərsən. 
1972 B.        Tutuquşu gülənde çatladı qəndin bağrı,  
                     Kəkliyinsə ağzını yumdu qaqqıltıları. 
Tutuquşu güləndə orta həddi gözlədiyi və gözəl nitq nümayiş etdirdiyi üçün onun 
şirinliyindən qənd,  şəkər xəcalət çəkdi, bağrı çatladı. Kəklik isə orta həddi gözləyə 
bilmədi, qaqqıltıları dünyanı başına götürdü, buna görə özünü qartallara nişan verdi, 
ovlandı, ağzı biryolluq yumuldu. 
Nəticə: güləndə, qonuşanda, yeyib-içəndə, hər işdə orta həddi gözlə, ifrata varma! 
1980 B.        Hər sevinən ürəkdə yanğılı bir qəm də var,  
                     Hər gündüzün gövhəri gecə bətnindən doğar. 
Gündüzün gövhəri - Günəş. 


_______________ Milli Kitabxana _______________ 
255 
 
MÜRŞİD İLƏ MÜRİDİN HEKAYƏTİ 
 
Mürşid - yol göstərən, rəhbər, nəsihətçi, bələdçi, öz müridlərinə  rəhbərlik edən 
dini təriqət başçısı. Mürid - şagird, tərəfdar, ardıcıl; bir təriqətdə  şeyxin, yaxud 
murşidin ardınca qoşan təriqətçi. Təriqət - yol, dini məslək yolu. 
1998 B.        Sən ki eşşək deyilsən, əl çək bədən yükündən, 
                    Zahidlik yükü daşı, xam, deyilsən, əgər sən. 
Başqalarının qanını sormaq, zülm etmək, nəfs, tamah acgözlüyü, şöhrət və şəhvət 
düşkünlüyü kimi murdar ehtiraslara təslim olanlar bu dunyada öz boynuna çox ağır 
yük götürür və yükün ağırlığı altında çökürlər. Arif və cəsur insanlar isə bu cür qeyri-
insani yükdən imtina edir, bəşəriyyətə xidmət yolunu seçirlər. 
1999 B.        Sənin zahidlik xəttin əyilməsə, düz olsa, 
                   Yas nədir bilməyəcək, hamı batsa da yasa. 
Zahid - ibadətçi, pəhrizkar, asket. Sənin zahidliyin zahiri deyilsə, doğrudan da, 
dinə, Tanrıya, düzlüyə, bəşəriyyətə xidmətdən ibarətdirsə, onda sənə zaval yoxdur, 
heç vaxt ətəyin yaş olmayacaq, biabır olmayacaqsan. 
2000 B.        Zahidliyin göz diksə zərli şah xələtinə
                    Bənzəyər Süleymanla zənbil hekayətinə. 
Dünyanın məşhur tacidarları başına qızıl tac qoyub eyninə  zərli libas geyənlər 
zahidlik yoluna düşdükdə daha əzəmətli görünürlər. Belələri  ən böyük hökmdar 
olduğu halda zənbil hörən və öz əllərinin rəngi ilə yaşayan Süleyman peyğəmbərə 
bənzər. 
2001 B.        Dəruni zahidliyin qəbası altında şam, 
                    Hidayət nuru saçar, qızıl saçar hər axşam. 
Pilətəsindən, yağından və alışıb yanan cismindən, canından başqa heç nəyi 
olmayan şam, gecələr əsil zahidə bənzər: həndevərinə düzlük (hidayət) nuru və qızıl 
səpdiyi halda hay-küy salmadan yanar və bu yolda canını qurban verər. 
2002 B.        Xoşdur, zahid görünsə hətta meyxanələrdə, 
                    Xəzinələr saxlanır çünki viranələrdə. 
Aclıq, qıtlıq, yoxsulluq olan yerdə zahidlik onsuz labüddür. Meyxanələrdə, 
nemətlərin sərgisi açılan yerlərdə, saray və  kəşanələrdə zahidlik etmək isə ikiqat 
qəhrəmanlıqdır. Çünki burada nəfsi saxlamaq və başqaları haqqında düşünmək, 
onların, yoxsulların rifahı haqqında qayğı bəsləmək daha böyük hünər istəyir. Bir də 
zahidin (Tanrı  bəndəsinin), halal adamın hərəmxanaya qədəm qoyması - viranəyə, 
xarabalığa girməsi kimidir. Nə  qəm, nə yaxşı  xəzinələr məgər elə xarabalıqda 
yerləşmirmi? 
 


_______________ Milli Kitabxana _______________ 
256 
 
2003 B.        Zər yelənli bayrağın altında olduğundan, 
                    Nizami zahidliyi səfa gətirir müdam. 
Nizami zahidliyi heç də nemət qıtlığı ucbatından deyil, əksinə, o zər yelənli 
bayrağın altında, hökmdar, sultan himayəsində yaşayır, buna görə  qənaətcilliyi və 
zahidliyi ikiqat igidlikdir, səfa gətirən zahidlikdir. 
 
On səkkizinci söhbət 
İKİÜZLÜLƏRDƏN ƏLHƏZƏR 
 
2004 B.        Daim özünə bənzər saxta sikkələr kəsən
                    Qəlbi kimi boş qəlib yapanları tanı sən. 
Könül mədənindən inci və dürr kimi çıxardığın sözləri saxtakarlara, saraya 
soxulmuş  şeirbazlara, sərvət və  şöhrət dilənçilərinə göstərmə. Onların qəlbi qəlpdir. 
Onlar bəşəriyyətə sənət numunəsi əvəzinə "boş qəlib" təqdim edirlər ki, içində heç nə 
yoxdur. 
2006 B.        Qarşında işıq kimi parlaq görünər onlar,  
                     Arxanca kölgə kimi oğrun sürünər onlar. 
Zahiri bəzək-düzəklərinə, rütbə, vəzifə, çələnk və təltiflərinə, imtiyazlarına uyma. 
Üzdə parıltılı görünsələr də, içəridə zülmət kimidirlər, arxanca kölgə kimi sürünən 
casuslar, şaiyəbazlar səni güdaza vermək üçün fürsət, girəvə güdənlərdir. 
 
SİR SAXLAYAN İLƏ CƏMŞİDİN DASTANI 
 
2072 B.        Başını doqquz göydən dışarı çıxaranlar,  
                    Dəruni aləminin meydanında at çapar. 
Kainatın mənəvi hökmdarları yalnız və yalnız öz nəfsinə qalib gəlməyi bacaranlar, 
hər cür acgöz və yırtıcı ehtirasları boğub ram edə bilənlərdir ki, göylərin doqquzuncu 
qatından yuxarı qalxırdı  ərşə, Tanrı  mərtəbəsinə yüksəlir və özlərinin ruh aləmində 
köhlən səyirdirlər. 
2074 B.        Eşqin gizli qalması bir möcüzə sayılır, 
                    Elə ki üzə çıxdı, xərabatda bayılır. 
Eşq yalnız o zaman möcüzə  səviyyəli gözəlliyə, ülviyyətə çevrilir ki, ürəkdə 
bəslənir, faş edilmir. Elə ki, aşiq və məşuq bu sirri açdı, dilə-dişə saldı bir gün onları 
xərabatda bayılmış görürlər. Yəni böyük məhəbbət  əvəzinə yataq həyatı, cismani 
yaxınlıq müşahidə edilir. 
2075 B.        Sirr düyünü vurarkən din ipliyi seçdilər, 
                    Həllacın da ipini bu pambıqdan eşdilər. 
 
  


_______________ Milli Kitabxana _______________ 
257 
 
Həllac - pambıqdarayan və X əsrin məşhur filosof- sufi şairi Mənsurun ləqəbi. 
Beytin mənası: Məhəbbətin sirr kisəsinin ağzı dinin sapı ilə bağlanıb. Onu bağlı 
saxlamağı bacarmalısan. Əks halda səni Mənsur həllacın aqibəti bəklər. Sirri açdığına, 
"Mən - həqqəm!" deyə haray çəkdiyinə görə boğazına sabunlu ip, kəndir keçirildi. 
2076 B.        Nə qədər ki, bağlıdır qönçə rahat, salamat.  
                    Dönür qan çanağına açılan kimi, heyhat. 
Nə qədər ki, səba və Günəşlə vüsal sirrini saxlaya bilir, qönçə salamatdır. Elə ki, 
bu sirri açıb gülə çevrilir, dərhal qanını töküb onu dərir, aparırlar. 
Nəticə: sirri qorumalısan! 
 
On doqquzuncu söhbət 
AXİRƏTİ QARŞILAMAQ HAQQINDA 
 
2087 B.        Sənə - dindən əl çəkib dünya tələb edənə, 
2088 B.        Dinin keşikçiləri görün nə deyir, nə! 
"Qayıt ədalətsizin, nakəsin qapısından, Bu sirlər sarayının ətrafını gəz, dolan!" 
Dinin keşikçiləri - peyğəmbərlər.  Ədalətsizin, nakəsin qapısı - dünyamız. Sirr 
sarayı - axirət evi. 
2089 B.        Dünya bu odlu səhra səni coşdurdu... ancaq, 
                    Burda gizlətdiklərin orda aşkar olacaq. 
Dünya dedikləri bu odlu səhrada görduyün ilğımlar - dəbdəbələr, kəşanələr, 
sərvət,  şöhrət və  şəhvət yollarında qazandığın zahiri və müvəqqəti uğurlar səni 
coşdurur, havalandırır, unudursan ki, bu dünyadakı alçaqlıqların üçün o dünyada haqq 
məhkəməsi, mizan-tərəzi qarşısında hesab verməli olacaqsan! Bütün zülmlərin, 
xalqların qanmı sormaq üçün tələ, tor qurmağın,  əliuzunluğun, acgözlüyün üzünə 
çırpılacaq, haqqın divanından yaxa qurtara bilməyəcəksən! 
2116 B.        Onun dərinliyində itib batar mağaran, 
                     O sonsuzluq yanında bir heç olarsan, inan. 
Mağara - dünyamız. 
Beytin mənası: Mənasız yaşayanların dünyada heç bir izi qalmır. Belələri kainat 
adlı sonsuzluqda heç kimidirlər, sanki heç dünyaya gəlməyiblər. 
2120 B.        Hanı, biçə bilibmi göylər elə bir donu,  
                    İki papaqlı oğru çala bilməsin onu? 
İki papaqlı oğru - gecə, gündüz: çərxin gərdişi. 
Beytin mənası: Elə bir adam varmı ki, əcəl onu apara bilməsin?! 
  


_______________ Milli Kitabxana _______________ 
258 
 
2122 B.        Üzr, naz qapısından de, hansını açdın sən? 
                     Həmin qapı uzünə açılacaq təzədən. 
Yəni bu dünyada nə əkmisənsə, o dünyada onu biçəcəksən.  
2131 B.        Qurşun rəngli qalanı - bu göyləri zəbt elə,  
                    Bu əbləh Xüttəlanı yəhərlə min, dön yelə. 
Xüttəlan - Şərqi Türküstanda vilayət adı. Burda türklər öz cins atları ilə məşhurdu. 
Beytin mənası: Xüttəlan atını minib çap, bu dünyadan elə sürətlə get ki, heç izin-
tozun da qalmasın. Ruh aləmini, qurşun qalanı tutmağa tələs. 
 
HARUN ƏR-RƏŞİD İLƏ DƏLLƏYİN DASTANI 
 
2138 B.        Xəlifəlik təxtini alırkən ələ Harun, 
                    Ucalmışdı bayrağı Abbas oğullarının. 
Abbas - Məhəmməd peyğəmbərin  əmisi. Abbasilər xilafəti (750-1256) onun 
xələfləri və din tərəfdarları tərəfindən təşkil edilmişdir. 
 
İyirminci söhbət 
ƏSRDAŞLARIN YARAMAZLIĞINA DAİR 
 
2167 B.         Çiynimizdə cüt mələk dərdimizi çəkmədə,  
                     Bizimlə ülfətindən şeytan belə qüssədə. 
Dini etiqada görə, qiyamət - məhşər günü gəlib çatanda hər insanın çiynində 
əyləşəcək Rəqib və  Ətid adlanan iki mələkdən biri savab İşlərimizi, o biri bəd 
əməllərimizi qələmə alacaqlar. Onlar indidən bizim üçün qüssə  çəkirlər ki, görün 
bəşəriyyətin gördüyü savab iş nə qədər cılız, alçaqlıqları, suçları, günahları nə qədər 
böyükdür. Bizi yoldan çıxarmalı  şeytanlar, divlər belə qüssə  çəkir ki, görün kimə 
yoldaş, qohum olmuşuq?! (Vəhid Dəstgerdi). 
2170 B.        Gecədən qaranlıqmış qiyamətin səhəri,  
                    Sübh namaz qılanların hanı bayraq əlləri? 
Bayraq - paklıq və zəfər timsalıdır. Hanı elə insanlar ki, sübh namazına qalxanda 
göylərə doğru açılmış əlləri bayraq qədər pak və zəfər müjdəçisi olsun?! 
2176 B.        Külə döndər qəlbini, vəfa yalnız ondadır, 
                    İnsaf gilindən doğan reyhanımz ondadır.  
Mənası: Torpağa dön ki, hər şey torpaqdan doğur. 
2177 B.        Ürəyin qazandığı hər qələbə, hər zəfər. 
                    Sədaqətdən eşilmiş ən möhkəm yaya bənzər. 
İnsanda  ən ülvi hisslərin, xeyirxahlıq və  qəhrəmanlığın qaynağı ürəkdir. Buna 
görə Nizami onu möhkəmlikdə kaman kirişinə bənzədir. 


_______________ Milli Kitabxana _______________ 
259 
 
2184 B.        Riyazət hünərini bir tamaşa zənn elər, 
                    Ərənlər barəsində qara fikrə düşənlər. 
Paxıl və alçaq adamlar qəhrəmanlığı  bəyənməz, bunu qəhrəmanın özünü 
göstərməsi, oyunu kimi qələmə verərlər. 
2185 B.        Səxavətli mərdlərə israfçı deyir onlar, 
                    Sədaqəti, vəfanı müftə qulluq sayanlar. 
Vəfa və sədaqət duyğusundan yoksun (məhrum) olanlar bu hünərin daşıyıcılarını 
lağa qoyar, özünü bütünluklə xalqa, sənətə və bəşəriyyətə həsr etməyi gərəksiz, boş 
şey, israfçılıq adlandırarlar. 
2186 B.         Səxavət onlar üçun-yalnız rişxənd qaynağı, 
                     Müdrik söz, qüdrətli söz - qurumuş sel yatağı. 
Qəhrəmanlıqla nəfəs alan böyük soz yaradıcılarının gündəlik mətanəti cır, cılız, 
miskin adamların rişxəndinə səbəb olar. Poeziya bahadırlarının yaratdığı müdrik sözü, 
qüdrətli sözü "qurumuş sel yatağı" adlandırmaqdan utanmayan bu zavallılar yaddan 
çıxarırlar ki, həyatda hər  şey gəldi-gedəridir, qalan bircə iradə, ilham və  zəka 
gücündən yaranmış sözdür. 
2201 B.         Mənim könül bağımdan dərdiyim hər şerimi, 
                    Onlar inkar edirlər əski Nuh qövmü kimi. 
Kafirlər, iman gətirməyənlər Nuh peyğəmbəri inkar etdikləri kimi başı gora əsən 
bu qoca şeirbazlar, saraya soxulmuş  məddahlar da mənə qarşı cahad elan etmişlər. 
Lakin poeziya gəmim bu ümumdünya daşqınından sağ-salamat qurtaracaq, bu ədəbi 
cırtdanların hamısı selə, suya qərq olacaqlar. 
2202 B.         Sən ey Xızrın bayrağı, ucal, bir qəza törət! 
                    Yağdır, xoş nəfəsli Nuh, məlunlara qarğış et! 
Dini etiqada görə, İskəndər zülmətə dirilik suyu ardınca gedəndə bu dirilik suyunu 
çoxdan içmiş,  əbədiyyət qazanmış, yaşıl geyimli Xızr da ona qoşulmuş, dara 
düşənlərə, nicat umanlara öz nicat funksiyasını yerinə yetirmişdir. Nizami bircə gilə 
nura tamarzı qalan bu qaranlıq dünyada, alçaq mühitdə poeziyanın, böyük sənətin, 
dirilik suyu ardınca qoşduğunu bildirir, bu yolda Xızrı yardıma haraylayır, onun 
bayrağını öz başı üstündə görmək istədiyini bildirir, Nuh peyğəmbəri də çağırır ki, 
bəd duası ilə məlunları - onu gözü götürməyən saray məddahlarını tufana qərq etsin. 
 
BÜLBÜL İLƏ QIZILQUŞUN DASTANI 
 
2221 B.        Fələk görür işini daim dinməz-söyləməz, Çəmbərindən başını heç 
kəs qurtara bilməz. 
Haray-həşir qoparmadığına və  işini sakitcə gördüyünə görə  hər  şey fələyin 
ixtiyarında, hökmündədir. Hələ bircə  nəfər də tapılmayıb ki, onun çəmbərindən, 
həlqəsindən, dar ağacının ilgəyindən başını qurtara bilsin. 


_______________ Milli Kitabxana _______________ 
260 
 
KİTABIN SON SÖZÜ 
 
2223 B.        - Tanrı sənə yar olsun, katib, sabahın xeyir! 
2224 B.         Mən son nöqtəmi qoydum, daha qələm sənindir. 
                     Naxış vur ki, bu xalçam səmalarla yarışsın.  
                    Buqələmun qələmim rənglər sərgisi açsın. 
Dan yeri söküləndə bitirdiyim kitabım, ey katib, daha indən belə sənin qələminin 
hökmündədir. Ona elə bir naxış vur ki, yaratdığını xalça öz rəngləri, xalları, ovsunları 
ilə  səmaları heyran qoysun, fələklərin xalçasından daha zivər, daha münəvvər 
görünsün. 
2235 B.        Ayaqlarım bu yurda bənd olsa da... nə zərər? 
                     Əlimdə, ovcumdadır bəlkə bütün ölkələr. 
Özü Gəncədən çıxa bilməsə də, Nizami, poeziyasının cahan şöhrəti qazanacağanı 
elan edir. 
2239 B.        Uca boyun geyimi boya bərabər gərək,  
                     Ta qalxarkən ayağa utanmaya o mələk. 
Nizami Gəncəvi mələk kimi gözəl bir poema yaratdığnıı bildirir və bu gözələ 
yaraşan geyim, mükafat, çələng umduğunu dastanın ithaf obyektindən - Bəhramşah 
Ərzincanlıdan gizlətmir. 
  


_______________ Milli Kitabxana _______________ 
261 
 
MÜNDƏRİCAT 
 
Nizami Gəncəvi və onun "Sirlər xəzinəsi" poeması…………………………..4 
Başlanğıc………………………………………………………………………...23 
Tovhid və münacat……………………………………………………………...27 
İkinci münacat…………………………………………………………………..30 
Peyğəmbərlərin sonuncusu Həzrət Məhəmmədə gözəlləmə …………………..32 
Peyğəmbərin meracı …………………………………………………………....34 
Peyğəmbərimizi öyən ikinci gözəlləmə ………………………………………..39 
Son peyğəmbər Həzrət Məhəmmədə üçüncü gözəlləmə ……………………....41 
Peyğəmbərimizə dördüncü gözəlləmə ……………………………………..........44 
Peyğəmberimizə beşinci gözəlləmə ……………………………………………..46 
İslam padşahı Məlik Fəxrəddin Bəhram şah İbn Davuda öygü …………….….49 
Hüzurunda yer öpərkən söylənib ……………………………………………….51 
Kitabın yazılması səbəbi ……………………………………………………….54 
Söz qoşmağın fəziləti haqqında ………………………………………………..57 
Ölçülü sözün ölçüsüz sözdən üstünlüyü ……………………………………….60 
Gecənin vəsfi və könülə dalma ………………………………………………..65 
Birinci xəlvət qəlbin tərbiyəsi ……………………………………………….…71 
Birinci xəlvətin səmərəsi ………………………………………………………..77 
İkinci xəlvət gecə görüş ………………………………………………………..79 
İkinci xəlvətin səmərəs ………………………………………………………...84 
Birinci söhbət. Adəmin yaradılmasına dair ………………………………….....87 
Ümidsuz padşahın bağışlanması dastanı …………………………………...93 
İkinci söhbət. Ədalətli və insaflı olmağa dair ……………………………….…95 
Adil Nuşirəvan ilə vəzirin hekayəti ……………………………………..……...98 
Üçüncü söhbət. Dünya hadisələrinə dair 
………………………………….102 
Süleyman peyğəmbərlə qoca əkinçinin hekayəti ………………………….….106 
Dördüncü söhbət. Rəiyyətin haqqını padşahın qoruması ……………………108 
Qan ilə Sultan Səncərin hekayəti ………………………………………….….110 
Beşinci söhbət. Qocalığın sifətləri …………………………………………....113 
Kərpickəsən qocanın hekayəti ………………………………………………..117 
Altıncı söhbət. Varlığın etibarı haqqında ……………………………………..118 
Ovçu ilə itin və tülkünün hekayəti …………………………………………....121 
Yeddinci söhbət. İnsanlıq mərtəbəsinin bütün xilqətlərdən üstünlüyü ………125 
Firidun şahın ceyran ovu hekayəti …………………………………………...129 
Səkkizinci söhbət. Yaradılışın hüsnünə dair ………………………………….130 
Meyvəsatanla tülkünün və cibkəsənin hekayəti ……………………………...135 
Doqquzuncu söhbət. Dünya qayğılarından qurtulma bəhsi …………………..136 
Tövbəsini pozan zahidin hekayəti ……………………………………………..140 
 


_______________ Milli Kitabxana _______________ 
262 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Nizami Gəncəvi 
 
 
SİRLƏR XƏZİNƏSİ 
 
 
"Lider nəşriyyat" BAKI-2004 
  


_______________ Milli Kitabxana _______________ 
263 
 
Buraxılışa məsul:   Əziz Güləliyev 
 
Texniki redaktorlar: 
 
Rauf Cəfərov 
Rövşən Ağayev 
 
Tərtibatçı-rəssam:   Nərgiz Əliyeva 
 
Kompyuter səhifələyicisi:          
Rəşad Həmidov 
 
Kompyuter yığıcıları:  
Bəsti Cəfərova 
Aygün Məmmsdova 
 
Korrektorlar:  
 
Elmira Teymurova 
Pərinaz Səmədova 
 
 
 
 
Yığılmağa verilmişdir 29.04.2004. Çapa imzalanmışdır 04.11.2004. 
Formatı 60x90 Vi6. Fiziki çap vərəqi 16,5. Ofset çap üsulu. 
Tirajı25 000. Sifariş 161. 
 
 
 
Kitab "Şərq-Qərb" mətbəəsində çap olunmuşdur.  
Bakı, Aşıq Ələsgər küç., 17. 
 
 
 
 
 
 
 
 
 
 
000001 
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə