Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   51   52   53   54   55   56   57   58   ...   63

_______________ Milli Kitabxana _______________ 
229 
 
771 B. Keçmişdə belə bir təsəvvür varmış ki, kətan Aya nöqsan gətirir (prof. 
R.Əliyev). 
776 B. Mən bir su arxı kimi başımı o çəmənin (o gözəlin) ayağına qoymuşam ki, 
ondan qüvvət alım, gözəlin göz yaşıdır, məhəbbətdir arxımızı dirilik suyu ilə 
dolduran, bizi yaşadan. Mən yaşıllığamsa, o, günəşdir. Mənim nöqsanlarımı, 
ləkələrimi aradan qaldıran, yuduğum libasımı qurudan və paka çıxaran da onun 
hüsnünün atəşidir. 
791 B. 
Günəşin yaratdığı hövzə - dan yeri. 
792 B. 
Beytdə gecənin əriməsi, səhərin açılması vəsf olunur. Ulduzların gümüşü 
Günəşin qızılı altında qalır. 
794 B. Yəni gecə bitdiyi, sübh açıldığı üçün yarın vəslinə yetə bilmədim, canımı 
onun yolunda sübhə qurban verdim. 
803 B. İlanın başındakı muncuq şəkilli buynuzcuq keçmişdə cadu və sehrin, 
gözdəymənin əlacı sayılarmış. 
 
Birinci söhbət 
ADƏMİN YARADILMASINA DAİR 
 
814  B. Burada hələ günah işləməyən Adəmin Həvva ilə birlikdə  cənnətdə 
dolaşması və paklığı, çocuqluğu nəzərdə tutulur. 
815  B. Burada Adəmin buğda yeməklə günahı  işlətməsinə  və tövbə  qılmasına 
işarə olunur. 
816 B. Həzrət Adəm mələk və  pərilərin son yavrusu sayılır. Beytin məzmunu 
Qurandan gəlmədir: "Biz səmum atəşindən əvvəl cinləri xəlq etdik" 
818  B. Beytin məzmunu Qurani-şərifdən gəlmədir: "O, Adəmə bütün adları 
öyrətdi", "O, Adəmi torpaqdan yaratdı. Sonra ona "Ol!" dedi". 
819 B. Bulaşıqdı — çünki torpaqdan xəlq olunub. Təmizdi - çünki ruhu var. 
Qızıldı - çünki İnsan yaranıb. Sərrafdı - çünki yaxşını pisdən, xeyiri şərdən seçə bilir. 
Məhək daşıdır - çünki günahları yoxlamaq üçün sınaq vasitəsidir. Bu təsvirlə Nizami 
Adəmin tam qiymətini verir. 
820 B. Adəm səmada yaşayan mələklərin, pərilərin varisi və bütün bəşəriyyətin 
atasıdır və deməli, yaşamaq aynasıdır. 
821 B. Canın  şəkli - cism. Adəm bəşəriyyətin canının  şəkli, biçimidir,yəni 
cismidir. Səmanın yeddi qatı onun qolunda bilərzik kimidir, yəni buyuruğuna tabedir. 
Adəm kainatın əşrəfidir, bütün xilqətlərdən üstündür. 
822 B. 
İki beşik - göylə yer, pərilər və insanlar aləmi. 
823 B. 
Zindan əhli - bu dünyada yaşayanlar. Ruh əhli - ruhanilər. Adəm ona görə 
saqi sayılır ki, Tanrının ona öyrətdiyi adları o, mələklərə və insanlara öyrətmişdir. 
824  B. Cahan dairəsi Adəmin alış-veriş aləmi, bazarıdır, Tanrı öz yaradıcı 
qüdrətini ilk dəfə onun timsalında aşkarlayır. 


_______________ Milli Kitabxana _______________ 
230 
 
827  B. Birinci misra Adəmin  ən parlaq göz-nəzər sahibindən, yəni Həzrət 
Məhəmməd peyğəmbərdən peyğəmbərlik nuru almasına işarədir.  Ən uca ağac – 
cənnət. 
828 B. Cənnət quşları - mələklər.  Dən aldı - bilik aldı. Mələklər Adəmə ona 
görə minnətdardırlar ki, Adəm Tanrıdan öyrəndiklərini onlara öyrətmişdir. 
831 B. Beytin məzmunu Qurani-şərifdən gəlmədir: "Bütün mələklər ona 
(Adəmə) səcdə qıldılar. İblisdən başqa". 
832  B. Beytin mənası Qurani-şərifdən gəlmədir: "O (Tanrı) dedi: - Ey iblis, sənə 
nə olub ki, baş əyənlərlə birlikdə secdə qılmırsan? 
O cavab verdi: - Mən sənin quru torpaqdan, dağılmış qara gildən yaratdığına heç 
vaxt səcdə qılmaram". 
838 B. Adəmin atasız, anasız yarandığına işarədir. 
840 B. Cənnətdən qovulduqdan sonra Adəmin Günəş altında yanması və dərisinin 
saman rənginə düşməsi nəzərdə tutulur. 
845 B. Cəzalandırmaq məqsədilə buğda ağız açır ki, insanları udsun. Buğdanın 
ağzı - onu iki hissəyə bölən orta xətt. 
853 B. Onun günahı ucbatından solmuş ismət gülünü canlandırmaq üçün Adəm 
yağış yağdırdı, buna görə  Sərəndibə köçüb çadır qurmağı lazım bildi. Sərəndib - 
Seylon. 
855 B. Rəvayətə görə  əməlindən peşman olub tövbə  qılmış  Həzrət Adəm 
Hindistanı  qırx il dolaşaraq göz yaşları tökmüş, yas, matəm rəmzi olaraq nil (lil) 
rəngli paltarını daim əynində daşımış və başına bəla kəsilmiş nil çöhrəli fələk yalnız 
bundan sotra ondan əl çəkmiş, Adəmin tökdüyü göz yaşları yerində yaşıl çəmənlər 
göyərmişdir. 
856 B. Fələk vuran ləkə - yeməyə  məcbur edildiyi buğda sayəsində  cənnətdən 
qovulması. 
857  B. Turan dünyasının bir hissəsi olan Xəta (Xətay, Kitay, Xütən, Qara Kitay, 
qədim Türklərin iki qitəni qapsayan (ehtiva edən) məskənlərindən biridir. Dəqiq 
xəritəsini vermək çətindir. Ancaq hər halda Himalay dağlarından başlayaraq 
Əfqanıstanın  şimal hüdudlarına, Xorasanın cənubunadək uzandığı, Tibet (türkcə: 
tanqut), Qaraqurum, Pamir (türkcə ham yer – hamar yer), əsası türklər tərəfindən 
qoyulmuş Xanbalıq (Pekin) ərazilərini qapsadığı şəksizdir. 
Nizami Gəncəvi bütün türklərin o sırada Xəta türklərinin cismani və əxlaqi hüsnü 
ilə fəxr etdiyini bildirir. Üzüqara Adəmin Xəta türkləri kimi üzüağ olduğunu, Ay kimi 
şölə saldığını və qüsurlarını, xətalarını tövbə papağı altında gizlətdiyini vəsf edir. 
860 B. Altıqapılı ev - dünyanın altı cəhəti: alt, üst, ön, arxa, sağ, sol. Dini rəvayətə 
görə Adəm cənnətdə olarkən cənnət xəzinəçisinin ona verdiyi gül 
 


_______________ Milli Kitabxana _______________ 
231 
 
və bitki toxumlarını qoruyub saxlamış  və  cənnətdən qovulandan sonra planetin hər 
tərəfinə səpmişdir. 
862 B. 
Ud- Hindistanda bitən elə bir gözəl ağacdır ki, yandırılanda ətrafa xoş bir 
rayihə saçır, buna görə manqalda istifadə olunan odun sırasında ayrıca yer tutur. 
Nizami bəşəriyyət qarşısında böyük xidmətləri olan Adəmi "ud" və "eşşək" epitetləri 
ilə süsləyir. Burada "eşşək" zəhmət və cəfakeşlik timsalıdır. 
863  B. Bu beyt ilə Nizami bəşəriyyətə xitab edir, onun yolunda Həzrət Adəmin 
nələr çəkdiyini bildirir. 
864 B. Nə  qədər ömrün bahar çağındasan, gəncsən, enerjini, özünü gözəl 
əməllərə  həsr et ki, alaq, tikan sayaraq səni bostandan, insanlıq aləmindən kənara 
atmasınlar. 
865 B. 
Qocalıq ömrün son baharı, xəzan çağıdır. Buna görə gəncliyin qədrini bil
xalqa xidmətini gənclikdə gücləndir! Ömrün sonu titrətmə, qızdırma, möhnət və 
iztirab ilə doludur. 
874  B. Nizaminin fikrincə, cismani və  mənəvi hüsnün atributlarından biri - 
çeviklikdir. Yalnız nəfsini cilovlamağı bacaran, dünya yükünü çiyninə götürməyən 
pak nəfəsli, pak cövhərli insanlar çevik və ruhən qanadlı olurlar. 
875 B. Bundan əvvəlki beytdə yürüdülmüş fikrin davamıdır. Nəfsini cilovlaya 
bilməyənlər, dünya yükünu öz öhdəsinə götürənlər Qaf dağı kimi ağırlaşıb öz yerində 
qalır, çevik, ruhən qanadlı insanlar isə ruzigar kimi azad " və  sərbəst dolaşırlar. 
Belələri bütün kainatın mənəvi hökmdarıdır. 
877 B. Divarları aynalı otaq - bizim dünya. Bu dünyada hamı  və  hər  şey səni 
gördüyü halda, sən yalnız özünü görürseə, deməli, xudbinsən, eqoistsən. 
878  B. Nizaminin fikrincə, eqoist, xudbin adamlar diri olsalar da ölü kimidirlər, 
çünki hər  şeydən üstün tutduqları vücudlarını  cəmiyyətdən və  təbiətdən özləri ayrı 
salmışlar. 
 
UMİDSİZ PADŞAHIN BAĞIŞLANMASI DASTANI 
 
900 B. Fani muncuqlar - qızıl, mülk, varidat yığmaq aludəliyi. 
 
İkinci söhbət 
ƏDALƏTLİ VƏ İNSAFLI OLMAĞA DAİR 
907-908 B. Nizami kainatın  əşrəfi,  ən böyük yetirməsi, təbiətin nadir dürdanəsi 
hesab etdiyi İnsanı öz adına layiq olmağa çağırır: öz ömrünü, varlığını yalnız böyük 
və  nəcib  əməllərə, xeyirxah, bəşəri qayələrə  həsr edənlərin Tanrı  xəzinəsində inci 
kimi yaşamağa layiq olduğunu bildirir. 
910 B. Əzəli nur - kainatı, təbiəti və  bəşəriyyəti yaradan qüdrətin cövhəri. 
Nizaminin fikrincə, İnsan həmin gövhərdən daha çox bəhrələnmiş, 
 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə