Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   49   50   51   52   53   54   55   56   ...   63

_______________ Milli Kitabxana _______________ 
223 
 
573 B. Hatif(ə) - qışqıran, bağıran, hayqıran, dəruni səs, mələklərin, yaxud 
vicdanın səsi. 
576 B. Məni maddi dünyaya bağlayan təbii-bioloji instinktlərin hökmündən 
qurtulmağı bacardım, ruh qüdrəti qazandım. 
578 B. Maddi aləmdən qurtulmaq, mənəvi yüksəkliyə qalxmağı bacarmaq insana 
baha tamam olur, yalnız canını dişinə tutmaqla bu işi görə bilirsən. 
580 B. Yəni: açıldım, büküldüm, yumrulanıb topa döndüm, top kimi başsız, 
ayaqsız bir şey oldum. Ətəyim yaxamdan seçilmədi. 
587 B. Məhəbbət karvanımın öncülləri mənə  nəvaziş göstərdilər, vücudumun 
zahiri pərdəsini qaldırdılar ki, ürəyimi görə bilsinlər. 
591 B. Prof. R.Əliyevin yozumuna görə yeddi xəlifə - ürəyin yeddi xidmətçisidir: 
1. Ürəkcik. 2. Ağ ciyər. 3. Qara ciyər. 4. Öd kisəsi. 5. Dalaq. 6. Mədə. 7. Böyrək. 
Birinci misra Firdovsinin "Şahnamə"sində İsfəndiyar ilə bağlı "Yeddi xan" ("Həft-
xan") dastanına işarə vurur. 
592-595 B. Günorta şahı – Günəş (ürək). Nəfəsabadın istilənməsi -nəfəs alırkən 
ağ ciyərin istilənməsi. Qızıl donlu süvari - ürək. Paltarı ləl rəngli gənc - qara ciyər. 
Acıqlı bir cavan - öd kisəsi. Qədim təbabət anlayışına görə, öd kisəsinin iki ağzından 
biri ağ ciyərə açılıb qanı təmizləyir, onun tortasını özünə çəkir, ikinci ağzı isə qursaq 
ilə birləşib, qara səfranı  mədəyə çatdırır, adama iştah gətirir, buna görə muəllif ona 
şikar kəşfiyyatçısı ləqəbi vermişdir. Qara qul — dalaq. Kəməndatan — mədə, onun 
kəməndi -bağırsaq. Misbədənli pəhləvan - böyrək. 
600 B. 
Dilək quşu - ruh. Dilək quşunun uçması - insanın dünyaya əlvida deməsi, 
ruhun cismdən xilas olması. 
601  B. Könül deyir ki, mənim odum, atəşim cismani ürək yuvasının tüstüsü ilə 
ülfət yapa bilməz, çünki ürək səni maddi aləmə çəkir, məni isə mənəvi aləmə. Mən 
duzam, ürək isə duzun nə olduğunu bilməyən bir parça et. 
602 B. Söhbət yenə ruhun, könülün bədəndən, cisimdən, ürəkdən üstünlüyü 
haqqında gedir. İkincilər, Nizaminin fikrincə, gəldi-gedər və müvəqqətidir, birincilər 
əbədi,  əzəli. Buna görə Nizami Gəncəvi ruhun kölgəsini dəhrin, bu dünyanın 
sərvindən daha əzəmətli hesab edir. Ruhun ayağı və addımları adi insan ayağından və 
insan addımlarından daha cəsur, daha qüdrətlidir. 
603 B. Mən elə bir xəzinəyəm ki, çox da uzaqda olmadığım üçün istəsən məni 
ələ gətirə bilərsən. Yaxşı ki, son dərəcə varlı olduğu halda həm də son dərəcə xəsis 
olan və buna görə Tanrı  tərəfindən cəzalandırılan və  xəzinələri ilə birlikdə yerin 
yarğanına gömdürülən Qarunun ixtiyarında deyiləm. 
 
  


_______________ Milli Kitabxana _______________ 
224 
 
BİRİNCİ XƏLVƏT - QƏLBİN TƏRBİYƏSİ 
 
608 B. Riyazətlə məşğul olmaq - oruc tutmaq, namaz qılmaq, az yatmaq,yemək, 
nəfsi, tamahı ram etmək və s. bu kimi vasitələr ilə qəlbi tərbiyələndirməkdir. Doqquz 
fələyin çevrəsindən çıxmaq isə maddi aləm qayğılarından qurtulmaq deməkdir. 
"Riyazət öyrədən" anlayışı orijinalda "rayiz"şəklində  işlədilmişdir. Bu sözün digər 
mənası xam atı ram edən minici deməkdir. 
609 B. Keçmişdə döyüş atını döyüş  şəraitinə alışdırmaq məqsədi də  qıldan 
düzəldilmiş  kəndirdə düyün vurmaqla yeddi həlqə hazırlar, birincisini atın boynuna 
salar, qalan hissəni yerin üstünə  sərərmişlər. At ayağını  həmin həlqələrə qoyub 
irəliləməyi bacarsa, onu əhliləşmiş sayarmışlar. Riyazət yolu ilə kamilləşən Nizami 
özünü həmin çətinlikləri dəf edən köhlənə  bənzədir, qüdrətli  əsər yazmaq üçün 
varlığında qüdrət qaynaqları kəşf etdiyini bildirir. 
610 B. Riyazət öyrədən pir məni elə  təlimlərdən keçirdi ki, bütün əzab - 
əziyyətlər, çətinliklər arxada qaldı, cismani dügümlərdən qurtuldum. 
616 B. Qədim Misir fironu Əzizin Həzrət Yusif peyğəmbərə vurulmuş arvadı 
Züleyxa klassik poeziyada şəhvət, tamah, çılğın ehtiraslar rəmzidir. 
617 B. 
Sübhün çırağı - Günəş. 
619 B. Burada "bağa çatdıq" ifadəsi "ruh aləminə qovuşduq" mənasındadır. 
622 B. Yəni: köksüm lalənin bağrı kimi dağlandı. Belimin qurşağı güllərin kəməri 
kimi ləçək-ləçək, dağım-dağım oldu. 
626 B. Nəfəsinin qüdrətilə ölüləri dirildən  İsa peyğəmbər (Məsiha, Məsih) kimi 
yarının rayihəsi mənə ürək, can verdi. 
635 B. Göbəyinin yumşaq tükü ilə fərqlənən tülkü, dərisinin gözəl rəngini sanki 
tikanlara bəxş eləyib. Ceyranlar isə göbəyindəki mişki (ətirli maddəni) elə bil rayihəsi 
aləmi bürümüş çiçəklərə, güllərə bağışlamışlar. 
639 B. Bir-birinə sarmaşan Xeyri gülləri yelpiyə dönərək bağın, gülüstanın 
ənbərini, ətrini hər tərəfə yaymaqdadır. 
640 B. Qaşları, kirpikləri boyamaq üçün istifadə olunan sürmənin tərkibində 
zümrüd də vardır. Bu tərkib gözə işıq gətirdiyi halda, ilanın gözlərini kor edir. 
642 B. Nizami Gəncəvi vur-tut bircə günlük ömrü olan süsən çiçəyini, dini əsatirə 
görə anadan olduğu gün dil açıb danışan Həzrət İsa peyğəmbərə bənzədir. Bu çiçək 
dini rəvayətə görə, cibinə salıb çıxaran kimi əli şüa saçan Musa peyğəmbərə bənzəyir, 
Həzrət Musanın ərəbcə "bəyza" deyilən ağ əli kimi parıldayır. 
646 B. Nizami yaradıcılığında Türk anlayışı gözəllik, qüvvət, paklıq, ağlıq və işıq 
anlayışlarının atributudur. Burada o, ağ yasəməni qıpçaqlarda 
 


_______________ Milli Kitabxana _______________ 
225 
 
(əngin çöllərdə) yurd salmış türklərin aypara nişanlı döyüşçü çadırına oxşadır. Bu 
çadır o qədər əzəmətlidir ki, Sürəyya ulduzunadək ucalıb da ona şölə verir. 
647 B. Məcus - atəşpərəst, zərdüştçü. Nizami laləni atəşkədə atəşinə, alov 
dillərini isə oda sitayiş qılan muğ kahinin yuxarı qalxmış əllərinə bənzədir. 
648  B. Sehl və Lalə, Süheyl və  Səmən  əsatirdə  aşiq-məşuqə sayılırlar."Türk 
yasəmən" ifadəsi isə Nizamidə ənənəvi məcazlardandır. Türkün əbədi bahar, təzəlik, 
paklıq rəmzi olduğuna işarədir. 
649  B. Qaqum adlı heyvana yağı  kəsilmiş sincabın mənası yaşıllıq deməkdir. 
Müəllif demək istəyir ki, yumşaq axar su yaşıl otlara toxunur. 
652 B. Yarpaqlar və budaqlar arasından yerə düşən şüalar klassik şeirdə kölgənin 
dodaqlarına oxşadılır. Yarpaqlar tərpənirkən həmin  şüalar da tərpəndiyinə  və yer 
dəyişdiyinə görə bunu da kölgənin nitqi hesab etmişlər. Hərəkət etməyən quma 
məcazi mənada ölü qum deyilir. 
İkinci misranın mənası: suyun təhriki ilə diriltmiş qum çay axarı boyunca 
yürüşdədir (prof. R.Əliyev). 
655 B. Lalənin manqalında (məcmərində) uzərrik yandırıb tustünü söyüdə 
yelləyərlər ki, cadu sınsın, onun bədənindən çıxsın. 
659-660 B. Keçmişdə güləş meydanına çıxan pəhləvan hərif axtaranda əlində 
narınc atıb tutaraq var-gəl edərmiş. 
Birinci beytin mənası: Günəş doğdu. Yəni Günəşi  əlində narınc kimi atıb-tutan 
göylər özunün yaşıl-mavi gözəlliyinə görə Yerə, onun turunclu bağlarına meydan 
oxuyur. 
İkinci beytin mənası: Öz gümrahlığı və coşğunluğu ilə öyünən bahar ilə bayrağını 
şəfəqlərlə süsləmiş fələklər arasında da belə bir rəqabət var. 
663 B. Fələk bağlardan keçəndə yaşıllığını girov qoyub əvəzində yaqut kimi 
qırmızı, al şəfəqləri çalıb getmişdi. 
667 B. Sərv ağacını çox sevən qırqovul adətən ölüm vaxtı yaxınlaşanda can 
vermək üçün onun dibinə gəlir. Burada həm də ölü turac tapılanda güman eləmişlər 
ki, o, qırqovulun canını almağa gəlmiş, caynaqları ilə  sərvi zəncirləmək fikrinə 
düşmüşdür. Başqa bir etiqada görə qırqovulu öldürən sərv ağacının qoxusudur. 
669 B. Etiqada görə bayquş xarabalıqda yaşayır. Xarabalıqda isə çox vaxt xəzinə 
yerləşir. Bayquşu adətən bəduğur sayıban öldürürlər. Nizami demək istəyir ki, xəzinə 
sirrini saxlamağına bayquş başı ilə cavab verir, viranədə yaşamaq və viran olmaq 
onun alnına yazılıb. 
672 B. Şəmşad baharı gördüyü üçün qızışan, odlanan lalənin ürək döyüntülərini 
hiss etdi, kölgəsini onun yanar bağrının üstünə saldı ki, lalə alışıb yanmasın. 
673 B. 
Gecənin göz titələri - ulduzlar. 
674 B. 
Qızıl kəndirli Yusif- Günəş, yaxud dan yeri. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə