Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   2   3   4   5   6   7   8   9   ...   63

_______________ Milli Kitabxana _______________ 

 
Nizami 1209-cu il martın 12-də doğma  şəhəri Gəncədə  vəfat etmişdir. 
İndi onun məzarı üzərində möhtəşəm bir məqbərə ucalmaqdadır. Dahi şair və 
mütəfəkkirin adı doğma vətəni Azərbaycanda  əbədiləşdirilmiş,  əsərləri 
dəfələrlə kütləvi tirajla nəşr olunmuşdur. Nizami Gəncəvinin anadan 
olmasının 800 və 840 illik yubileyləri geniş qeyd edilmişdir. 
 
* * * 
 
Nizaminin ilk iri həcmli əsəri "Sirlər xəzinəsi" poemasıdır. Yaxın və Orta 
Şərq  ədəbiyyatında didaktik poema janrının  ən qiymətli nümunəsi olan bu 
əsər dahi şairin yaradıcılığında epik şeir sahəsində ilk qələm təcrübəsi idi. 
Əsər hicri tarixilə 570-ci ildə yazılmışdır ki, miladi təqvimilə 1174-1175-ci 
illərə uyğun gəlir. "Azərbaycan  ədəbiyyatı tarixi"nin birinci cildində (Bakı, 
1960) mexaniki səhv nəticəsində poemanın 1170-ci ilin əvvəllərində yazıldığı 
göstərilmişdir. Təəssüf ki, bu mexaniki səhv sonra yazılmış bütün əsərlərdə, 
o cümlədən dərsliklərdə təkrar olunmuşdur. Poemadakı 
 
Beş yüz ilə yetmiş olub, qalx, oyan,  
Gün qalxıb, məclisə gəl durmadan 
 
beyti və bir sıra başqa faktlar poemanın 1174-cü ilin avqustundan 1175-ci ilin 
iyul ayına qədər olan dövrdə yazıldığını  təsdiq etməkdədir. Poemanın bəzi 
əlyazmalarında olan artırma misralara görə,  əsər 1176-cı il sentyabr ayının 
30-da tamamlanmışdır. Bu, yəqin ki, əsər yazılandan bir qədər sonra 
köçürülən nüsxələrdən birinin tarixidir. 
"Sirlər xəzinəsi" adından da göründüyü kimi, zahirən Nizamiyə  qədər 
Yaxın və Orta Şərq  ədəbiyyatında geniş yayılan didaktik əsərlər silsiləsinə 
daxildir. Mövzuca, məqsədcə müəyyən dərəcədə "Kəlilə  və Dimnə", 
"Qutadqu bilik", "Hədiqətül-həqiqə", "Siyasətnamə", "Qabusnamə", "Cəhar 
məqalə" və b. kimi əsərlərə yaxın olan "Sirlər xəzinəsi" həm də onlardan 
fərqlənir. Dahi şair sanki özünəqədərki didaktik ədəbiyyatı yekunlaşdırıb ona 
daha yüksək humanist, demokratik istiqamət vermişdir. 
Sənai Qəznəvi artıq XII əsrin əvvəllərində "Hədiqətül-həqiqə" ("Həqiqət 
bağçası") poeması ilə didaktik poema janrını yeni bir yüksəkliyə qaldırmışdı.  
"Hədiqətül-həqiqə"dən əlavə bir sıra kiçik 
  


_______________ Milli Kitabxana _______________ 

 
poema, çoxlu qəsidə, qəzəl və rübailər müəllifi olan Sənainin yaradıcılığı 
farsdilli poeziyada humanist fikirlərin təsdiqi baxımından xüsusi mərhələ 
təşkil edir. XII əsrin bir çox şairləri, o cümlədən Əbül-Üla Gəncəvi, Xaqani 
Şirvani humanist poeziya sahəsində onun varisi olmaları ilə fəxr etmişlər. 
Dahi Azərbaycan  şairi Nizami Gəncəvinin də öz ilk poemasını  Sənai 
Qəznəvinin "Hədiqətül-həqiqə" əsərinə nəzirə kimi yazması təsadüfi deyildir. 
Bu, Nizaminin, özündən  əvvəlki humanist şeirin nailiyyətləri ilə 
hesablaşması, ona biganə qalmaması ilə izah edilməlidir.  Şair sələfinin 
əsərinin adına uyğun ad seçməklə  bərabər, onun bəzi fikirlərinə  də  şərik 
olduğunu bildirmiş, hətta bir çox hekayələrini onun hekayələri ilə mübahisə 
şəklində yazmışdır. "Sultan Mahmud və qarı" hekayəsi ilə "Sultan Səncər və 
qarı" hekayələri dediklərimizə misal ola bilər. 
Bir həqiqətdir ki, Nizaminin "Sirlər xəzinəsi" məzmunu, mündəricəsi, 
humanizmi, aşıladığı fikirlər və  sənətkarlıq baxımından Sənainin 
poemasından qat-qat yüksəkdə durur. "Sirlər xəzinəsi"nin özündə  də bu 
həqiqət müəllif tərəfindən aydın şəkildə göstərilir: 
 
Gəldi iki namə iki ölkədən,  
Hər biri bir Bəhramı tərif edən.  
Köhnəcə kandan o tökübdür zəri,  
Tapdı təzə bəhrdə bu gövhəri.  
Qəznədə qaldırdı o, yerdən ələm,  
Vurdu bu Rum sikkəsinə bir rəqəm.  
Olsa da ol sikkədə söz zər kimi,  
Yaxşı bil ondan zərimi, sikkəmi.  
Azsa da ondan yükümüz, varımız,  
Yaxşıdır ondan ki, xiridarımız.
1
 
 
Nizami özü aydın  şəkildə  Sənainin didaktik poema janrında dəfələrlə 
işlənmiş  vəzn və formadan istifadə etdiyini (Sənainin  əsəri xəfif behrində 
yazılmış, hekayələr müəyyən prinsip gözlənmədən verilmişdir) göstərməklə 
onun əsərini qızıla bənzədir. Başqa sözlə, Sənainin poemasının yüksək ədəbi 
qiymətini etiraf edir. 
 
 
 
 
 
                                                           
1
"Sirlər xəzinəsi"ndən götirilən şeir parçalarının tərcüməsi bizimdir. Orijinalın vəznini saxlayan 
bu tərcümə əsərdəki fikir gərginliyini daha aydın nəzərə çarpdırır. 
 


_______________ Milli Kitabxana _______________ 

 
"Sirlər xəzinəsi"ni, sözün həqiqi mənasında, Nizaminin yaradıcılıq 
manifesti adlandırmaq olar. "Xəzinə" adını şair əsərə təsadüfən verməmişdir; 
"Sirlər xəzinəsi", doğrudan da, həyatın ayrı-ayrı sahələrini  əhatə edən, 
cəmiyyətin müxtəlif təbəqələrinin rəngarəng surətlər silsiləsini yaradan, yeni 
fikirlər, ideya və qənaətlər ifadə edən bir əsərdir. Böyük şair didaktik poema 
janrının imkanlarından bacarıqla istifadə edib, oxucu ilə lirik monoloqlar 
şəklində söhbət edir, onu düşündürən, narahat edən problemlərə toxunur, 
bütün hallarda orta əsrlərin qatı zülməti içərisindən işığa, həqiqətə, xeyrə 
səsləyir. 
Poema müxtəlif məsələlərə həsr edilmiş müqəddimə, 20 məqalət (söhbət) 
və bu məqalələri epik lövhələrlə  əks etdirən 20 kiçik hekayədən ibarətdir. 
Kitabın tamamlanması haqqında kiçik bəhslə poemaya yekun vurulur. 
Başlanğıcda  şair tovhid, minacat, nət adlı başlıqlar altında Allahdan, 
peyğəmbərdən söhbət açır, islam dini ehkamları çərçivəsində onları tərifləyir. 
Zamanın tələbinə uyğun hərəkət edən şair bu bəhslərin özündə belə ənənəvi 
dini ifadələrlə olsa da, çox ciddi ictimai problemlərə toxunur. Nizaminin 
sənətkar mövqeyi bu hadisələrə münasibətdə də açıq-aydın diqqəti cəlb edir; 
şair oxucunu həyəcanlandırır,  şairin  əhvali-ruhiyyəsi, ürək təlatümləri 
oxucuya da sirayət edir. Məlum olur ki, bütün bu təriflər, müraciətlər  əsil 
mətləbə keçmək üçün bir bəhanədir. Zəmanəsindən son dərəcə narazı olan 
şair Allaha və peyğəmbərə  də böyük ideallar naminə müraciət edir, qədim 
düzlük və doğruluq, təmizlik dövrünün, islamın ilk illərinin həyatını 
qaytarmağa çağırır: 
Pərdəni at, təkcə özün çıx çölə,  
Pərdə mən olsam da, onu məhv elə.  
Çərxə öz acizliyini et bəyan,  
Aç dəxi dünya düyünün durmadan.  
Nəqşini poz, durma tez ol ruzgarın,  
Surətini məhv elə ulduzların...  
Kim ki sevir zülməti, nurdan sən et,  
Kim ki sevir cövhər, ərəzdən gen get...  
Zülm oduna tezcə su tök bir görək,  
Torpağın altında qoy itsin külək... 
 
Son misralar şairin həyəcanını daha aydın ifadə edir. Şeirdə dörd ünsür (od, 
su, torpaq, hava) ancaq zahiri poetik gözəllik xatirinə yox, 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə