Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   10   11   12   13   14   15   16   17   ...   63

_______________ Milli Kitabxana _______________ 
54 
 
Sən öz quluna geydir cahanın cübbəsini,  
385
       Nizamiyə bəxş elə qəbul rayihəsini. 
 
Ətli-canlı olsa da sözüm, kəlamım...Yenə  
Arıqlayır, yetincə sənin ürfan süfrənə. 
 
İncisiz, ləlsiz qalıb bu dənizlə bu mədən,  
Ona əlinlə mərcan, ağzınla inci ver sən. 
 
Fəqət pisə, dargözə vermə zərrəcə imkan,  
Oxlarından yaqut saç, qılıncından da mərcan. 
 
Taleyin fələk kimi məsud, bəxtiyar olsun,  
Hər işində, gücündə bəxtin sənə yar olsun. 
 
Uğrunda can qoyanlar, ox tutanlar nə qədər...  
390
       Ağbəxt mənəm, qarabəxt səni istəməyənlər. 
 
Zəfərlərin başımız üstündə bayraq olsun,  
Düşmən başı qələmin ucu kimi vurulsun! 
 
KİTABIN YAZILMASI SƏBƏBİ 
 
Mən ki tazə bir gülə şərqi bəstələyirəm,  
Mən ki sənin bağında bülbüləm, bilir aləm. 
 
Dedim: sənin kəndində bir zəng çalsın əllərim,  
Sənin eşq ocağına mən də bir nəfəs verim. 
 
Heç kəsin yalan sözü əsir etməmiş məni,  
Dilim, qələmim demiş yalnız qəlbim deyəni. 
 
Tazə söz caduları, oyunlar göstərən mən,  
395
        Yeni heykəl yaratdım yeni qəlibli sözdən. 
 
Ona səhər kimi pak ədəb öyrətdim ancaq,  
Sehr pərdəsi tikdim, dan yeritək üzü ağ. 
  


_______________ Milli Kitabxana _______________ 
55 
 
Ədəbdədir şahlığın, dərvişliyin nüvəsi,  
Ondadır ilahinin neçə sirr xəzinəsi. 
 
Nə şəkərim üstünə gəlib yad arı qonar, 
Nə də mənim bal arım yadlardan şəkər umar. 
 
Bu cür dənizdə Nuhun əlindən düşər sipər,  
Xızr isə dolçasını bu suda qırıb gedər. 
 
Yaratdım bu gözəli, püşk atdım şahlar üçün,  
400
       Adın çıxdı falımda, necə xoşbəxtəm bu gün. 
 
Bir cüt namə yazıldı qeyrət, qüdrət adından,  
Hər ikisi hər iki Bəhram şaha ərməğan. 
 
Onun yazdığı əski mədəndən doğulan zər,  
Bu "Sirlər xəzinəsi" - tazə dənizdən gövhər! 
 
Bayrağım qaldırdı o mərd Qəznədən göyə,  
Sənsə vurdun damğanı Rum elində sikkəyə. 
 
Baxma ki, o damğada söz qızılla yazılıb, 
Ondan qat-qat üstündür mənim damğam, qızılım. 
 
Mənim yüküm, xəracım onunkundan olsa da,  
405
        Matahıma müştəri qat-qat çoxdur dünyada. 
 
Şivəm qərib görünsə rədd etmə, ey şəhriyar,  
Azca nəvaziş görsə, qəriblikdən qurtular. 
 
Mənim təzə sözlərim bar gətirdi bağ kimi,  
Özgəsinin neftilə yanmadı çıraq kimi. 
 
Bu nemət ki, süfrənə qoyuram - ərzə bəlli;  
Hələ bircə kimsənin ona dəyməmiş əli. 
 
Bax dadına, duzuna dadlıdırsa, nuş olsun,  
Dadsızsa, yaddan çıxart, unut, fəramuş olsun. 


_______________ Milli Kitabxana _______________ 
56 
 
Axşam əl uzadırkən fələklə bir təama,  
410
          Sən mənim də qarşıma bir tikə qoy, unutma. 
 
Sənə məhəbbətimi vəsf etdim dönə-dönə.  
Qoy sənə qul xidmətim iftixar olsun mənə! 
 
Vəfasını gördüyüm hər sultandan daha çox,  
Sənə bağlanmağı mən üstün tutdum, şübhə yox. 
 
Vəfa ilə bitəcək sənə xidmətim daim,  
Qalmayacaq gözümdə bir mətləbim, bir əhdim. 
 
Əbədilər qəsrinə, şahlıq adlı büsata,  
Mədh yazan şairlər xeyli yığışıbsa da. 
 
Nizaminin yanında ədəb gözlərlər yəqin.  
415
          Nizami - Nizamidir, bəs onlar kimdir, deyin? 
 
Şairlik zirvəsinə mən ki çoxdan çatmışam,  
Dalda qoyub tay-tuşu, köhlənimi çapmışam. 
 
Mən ki söz almazından odlu qılınc yaratdım,  
Arxadan gələnlərin boynunu vurub atdım. 
 
Elə yüksək zirvəyə qalxmışam ki, baxın bir:  
Ayaqlarım ən uca başların üstündədir. 
 
Elə yüksəkdəyəm ki, yalnız orda uçaram.  
Öz hümmətimə layiq yer istər, yol açaram! 
 
Sənin fikir nurunda təki qalxım, yüksəlim,  
420
          Ayağın dəyən yerə təki baş qoya bilim. 
 
Ayaq tozun olum ki, baş çəkim kəhkəşana,  
Əl verməsən çatmaram, inan, şöhrətə, şana. 
 
Dedim: bir-iki aya şahın hüzurunda mən,  
Yeröpmə adətini təzələrəm ürəkdən. 


_______________ Milli Kitabxana _______________ 
57 
 
Heyhat, çıxış yolum yox... dəmir həlqəyə düşdüm,  
Bağlı qapı dalında çox qaldım, çox döyüşdüm. 
 
Qabıq qoydum yolunda. Dedim: qaya, daş yarım,  
Təki sənin yanında yüksəlsin etibarım. 
 
Gördüm arxam, önüm də aslanlarla doludur,  
425 
         Qılınclarla kəsilmiş yolum - ölüm yoludur. 
 
Qılınclarla qapanmış bu ölkədə, qoy dedim,  
Ən uca, güclü səslə sənə bir xitab edim. 
 
Çəkdim sənin qapına qaynayan söz çeşməmi,  
Özüm yerimdə qaldım bir qum danəsi kimi. 
 
Mən sənin qabağında bir zərrəyəm, ey Günəş!  
Səhər dualarımı qəbul eylə, fikirləş. 
 
İnci dolu dənizin atdı, tutdu təbimi,  
Kəmərindən asıldı ürəyim daş-qaş kimi. 
 
Nə qədər ki həyat var, hər keçən gündüz olsun,  
430
         Gecə şahlıq gövhərin qoy min-min ulduz olsun. 
 
Gör nə qədər parlaqdır sarayda bəxt ulduzun.  
O qəsrin bu qəsrdən bir az da üstün olsun! 
 
SÖZ QOŞMAĞIN FƏZİLƏTİ HAQQINDA 
 
İlk dəfə tərpənəndə sözdən güc aldı qələm,  
Sözdən doğuldu ilk hərf... şahiddir bütün aləm. 
 
Xəlvət pərdəsini ki qaldırdılar, atdılar,  
Öncə söz cüvələndi. Sözdən can yaratdılar. 
 
Sözdən bir səs, bir nəfəs gəlməmiş... inan mənə:  
Can girmədi palçıqdan xəlq olunmuş bədənə. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə