Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   18   19   20   21   22   23   24   25   ...   63

_______________ Milli Kitabxana _______________ 
86 
 
Bir az yüngül oyandı ağır yatan dan yeri,  
Qaranlığın qanını tökdü qızıl xəncəri. 
 
Mən dözmədim şəfəqin yürüşü qarşısında,  
Qalxan etdim canımı bu qılınca, bu oda. 
 
Çaydan sıçradı səhər - o təşnələr düşməni,  
795
        Gecənin körpüsünü sökdü, öldürdü məni. 
 
Bir səs gəldi könlümün təzə xərabəsindən:  
"Mükafatım, ey səhər, söylə, budurmu səndən? 
 
Bundan bir azca əvvəl yarım mənə yar idi,  
Qaranlığa nur saçan qızıl şamım var idi. 
 
Hanı o şam, o gecə? Hara qol-qanad açdı?  
Uzaqlaşdı, dağ aşdı, guya heç olmamışdı. 
 
Yemiş sənin balını, sanc onu neştərinlə,  
Pambığına od vur, od, yol tükünü, ver yelə! 
 
Ağıllandır xamların, qorxma, olsan da qatil,  
800
        Yanmışları yandırmaq əlində çətin deyil". 
 
 
Göz yaşımı görüncə gün məni qucaqladı,  
Şəfəq və şəfqət saçdı, qan-yaş töküb ağladı. 
 
Mənim ahımla yandı o dan yeri, o xırman,  
Günəşin od qaynağı dondu göz yaşlarımdan. 
 
Fələk zəhər də verdi, ümid də verdi mənə,  
Gecə ilanı muncuq, Günəş gətirdi mənə. 
 
Səhərin gözlərindən işıq aldım, nur aldım,  
Çox şeydən xəbər tutdum, yenə bixəbər qaldım. 
 
Hər kim ayaqlaşırsa, bu yürüyən fələklə,  
805 
       Demək, qucur aləmi səhər boyda ürəklə. 


_______________ Milli Kitabxana _______________ 
87 
 
Aylı gecələrindən sən ey xəcil qaldığım,  
Günduzünün yanında üzü qara olduğum! 
 
O gecəni vəsf edib mən ki qələm çalmışam,  
Ondan ədəb, mərifət, ondan ibrət almışam. 
 
Yalqızlıq pərdəsinin qara rəngidir gecə,  
O zülmətdə bircə nur idrak nurudu, məncə. 
 
Manqalda ud ağacı gül suyuyla yanaşı,  
Biri xəstə naləsi, o biri də göz yaşı. 
 
Süfrədəki nemətlər, bəxtimdəki məlakə,  
810 
       O Qədr gecəsinin xəyal nurudu bəlkə. 
 
Bu göy qübbə altında, de, kimlərdir ucalan?  
O qaranlıq pərdəyə, o sirrə vaqif olan? 
 
Bizə pərvanəliyi öyrədən gündən bəri,  
Həmən şamdan yaxşı şam yandırıbmı dan yeri? 
 
Çalış sən də o şamdan bir azca nur alasan,  
Sən də Nizami kimi dönüb çıraq olasan. 
 
               Birinci söhbət 
 
ADƏMİN YARADILMASINA DAİR 
 
O zamanlar ki, eşqə səcdə qılan yox idi,  
Yoxluq içində varlıq səssiz bir çocuq idi. 
 
Lakin gəldi o xoşbəxt yoxluqdan bu varlığa,  
815 
     
Bəşər darvazasını açdı bəxtiyarlığa. 
 
Pərilərin sonuncu çocuğuydu bu bəndə,  
İnsan oğullarının ilkiydi Yer üzündə! 
 


_______________ Milli Kitabxana _______________ 
88 
 
Tanrıya bayraq dikib ilk xəlifəsi oldu,  
Bayraq kimi ensə də, bir də qalxıb doğruldu. 
 
"Adəmə ad öyrətdim, torpağını qırx günə,  
Yoğurdum!" - ayə gəldi təkcə Adəm şəninə. 
 
Gözləri gah bulaşıq, gah tərtəmiz bir aləm,  
Həm qızıldı, həm sərraf, həm məhək daşı Adəm. 
 
Göydə yaşayanların ən gözəli, ən xası,  
820
        Təptəzə yer əhlinin o idi tək aynası. 
 
Canının şəkli bildi insanlıq o igidi,  
Yeddi səma qolunun qızıl bilərziyidi. 
 
Çıxdı iki beşikdən - qovuşdu cism ilə can,  
İki cövhər məğzini mənimsədi ilk İnsan. 
 
Odur zindan əhlinin mükafatı, xələti,  
Ruh əhlinin saqisi, sədri, ilham qüvvəti. 
 
Bu xilqətin siniri, səddi - onun bazarı,  
Varlığında Allahın saflıq, qüdrət axarı. 
 
O hələ süd qoxulu qırx günlük bir çocuqkən,  
825
        Dil açdı, dərs öyrəndi qırx yaşlı müdriklərdən. 
 
Eşqin gözəl yazısı alnında şölələndi,  
Cənnətin qucağında bir gülüstandır indi. 
 
Uzaq görən ən parlaq gözdən çıraq aldı o,  
Ən uca bir ağaca qondu, yuva saldı o. 
 
Ondan dən alsın deyə cənnət quşların gəldi,  
Şərəfi qarşısında bütün başlar əyildi. 
 
Tamah saldı kərəmin bəxş etdiyi danəyə,  
Atdı ev-eşiyini, cənnətə vida deyə. 


_______________ Milli Kitabxana _______________ 
89 
 
Şükür sənə, ey Tanrı, tələdə saralır dən,  
830 
       Dəyərdimi bu şükrə? Dən qoyulmuşdu qəsdən. 
 
Tanrıya dualardan, diləklərdən yaranmış,  
Səcdəsinə az qala cümlə cahan qapanmış. 
 
Adəmin darvazası kimə qiblə olmadı?  
Yalnız bircə divanə - İblis səcdə qılmadı. 
 
Səkkiz cənnət bağından üstünə gül səpildi,  
Bütün güllərə ləçək, iblisə dağ çəkildi. 
 
Lakin, ey insan oğlu! Adəm gülmədi sənsiz,  
Cənnətdə bir rahatlıq, inan, bilmədi sənsiz. 
 
Cənnətdə hökm etməyə tükənmişdi dözümü,  
835
        Dərd çəkirdi ki, sən də görəsən Yer üzünü. 
 
Qəlbində övlad eşqi, övlad - onun sabahı.  
Bir arpaya dəyməzdi buğda yemək günahı. 
 
Ciyərini dağladı buğdadan gələn ağrı,  
Buğda dənəsi kimi iki bölündü bağrı. 
 
Buğda kimi lüt-üryan, gözü-könlü qubardı,  
Nə torpağı, nə daşı, nə də ruzusu vardı. 
 
Bildi: şuma düşməsə çatar əhdinə haçaq?  
Dəyirmana girməsə, üzü ağ olmayacaq. 
 
Buğda yeyincə, üzü buğda rəngini aldı,  
840 
       Bərk utandı, ay kimi, saman kimi saraldı. 
 
Buğda qara torpağı yarıb çıxırsa necə,  
Adəm sənin uğrunda cəbrə dözdü eləcə. 
 
Deyərsiz bir buğdaya elə ki, tamah saldı,  
Özü də buğda kimi çıplaq, lüt-üryan qaldı. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə