Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   20   21   22   23   24   25   26   27   ...   63

_______________ Milli Kitabxana _______________ 
94 
 
Gördü üzümdə tər var - xəcalət nişanəsi,  
Üz döndərmədi məndən, kimsəsizlər kimsəsi. 
 
Feyzilə qəbul etdi mənim yalvarışımı,  
895 
       Çiynimdən dağ götürdü, sığalladı başımı. 
 
Peşmanlıq, tövbə dolu bir nəfəs getməz hədər,  
Qiyamətdə Tanrının qəzəbini söndürər. 
 
Ey boşboğaz, aldığın hər boş nəfəs, fikir ver:  
Bir əzab tərəzisi, bir ziyan ölçüsüdür. 
 
Boş keçmiş hər gününü bir ziyan meyarı say,  
Neçə il öldürmüsən, neçə fəsil, neçə ay. 
 
Ömrünün tərəzisi incisizdir, ey sərxoş!  
Həyat qədəhin dolur, həyat sandıqçansa boş. 
 
Tərəziyə yerdəki daşları doldurma sən,  
900
        Bu fani muncuqları qolbağına vurma sən. 
 
Nə qədər yığmısansa, bircə dirhəmə dəyməz,  
Ömrü verdiyin sövda bir nəfəsmiş, boş nəfəs. 
 
Hər nə almısansa, ver, cəm etməyə can atma!  
Əlindən gələn qədər payla, bölüş, uzatma! 
 
Belin məzlum əlindən, boynun kölə haqqından,  
Qurtulsa, qiyamətdə bəlkə taparsan aman. 
 
Onda sənin ətəyin yetimlərə tor olmaz,  
Dullar tutub yaxandan, səndən tələbkar olmaz. 
 
Köhnə, cındır döşəkli bu dünyadan sən əl çək,  
905
        Kirli ətəyini yu, nəfsin gözünə mil çək. 
 
Ya sən qəriblər kimi ruzu yığ yol getməyə,  
Ya çəkil Nizamitək dünyadan bir guşəyə. 
  


_______________ Milli Kitabxana _______________ 
95 
 
                  İkinci söhbət 
 
ƏDALƏTLİ VƏ İNSAFLI OLMAĞA DAİR 
 
Ey kamalı, tədbiri xilqətlərə hökm edən!  
Ayağı baş tacına dürr olan, gövhər verən! 
 
Şahsan, şah qəsri istə, qoy görsün dünya səni,  
İncisənsə, ara, bul Tanrı xəzinəsini. 
 
Dünyanın o üzündən kimin var ki, xəbəri?  
Səninlə məndən savay kimdi bilən bu sirri? 
 
910
        Tanrının xəlq etdiyi ilkin əzəli nurdan, 
Hamıdan çox pay alan sənsən, özünsən, inan. 
 
Cahan - sənin öz evin, sən - bu evin açarı,  
Səninkidir bu bağın hər barı, hər nuban. 
 
Əzmin, böyüklüyünlə tutmusan yer üzünü,  
Qürur yaraşır sənə, ver irəli köksünü. 
 
Sənin dövrən bu dünya çevrəsinin dışında,  
Qiymətin iki cahan üzüyünün qaşında. 
 
Səhər göylər Günəşə gör neçin tutur ayna?  
Kimliyini tanıtsın kainata, cahana! 
 
Sənin beşiyin olan sonsuz mavilik ki, var,  
915    
   
Rahat yatmağın üçün gör necə yırğalanar. 
 
Can quşu da, ölüyə can verən İsa da sən,  
Sənin tək uca xilqət varsa, ancaq özünsən. 
 
Günəşin ki sinəsi qızıl odla doludur,  
Üzünü gördüyündən onu sarmış bu qürur. 
 


_______________ Milli Kitabxana _______________ 
96 
 
Soruş, bircə telinə dəyərmi o incə Ay?  
Səndən alıb nurunu, gülümsəyər gecə Ay. 
 
Sən cahanın qulu yox, gövhərisən, dürrüsən,  
Xoşbəxt yaşa, qəm yemə, ön cərgədə yurü sən. 
 
Yer üzünə bənzə ki, uca tutmur özünü,  
920
        Rüzgar tək xəfif ol ki, fəth edir yer üzünü: 
 
Hava çəkən, boş yerdən məhsul verən yer üstün,  
Havalılar yel əssə, qalxıb toz olur bir gün. 
 
Ver qəlbini Tanrıya - xoşbəxt olmaq istəsən,  
Eşqin özü şahlıqdır, elə bil təxt üstəsən. 
 
Soruş: harda qaldı din, təriqət qaldı harda?  
Dəyanət getdi əldən, əmanət qaldı harda? 
 
Hansı könüllərdə ki, dindən od var, əsər var,  
İkinci dünyadan da xəbər tutmuşlar onlar. 
 
Əlində, ovcundadır hər nə varsa dünyada,  
925
        Dinin dərdini çək ki, sərvətin olsun o da. 
 
At aləmi, tut dini... var ikən bu cür imkan,  
Bu alverdə nə üçün aldatsın səni şeytan? 
 
Din adlı kəhrəbanın arpa boyda zərrəsi,  
Bir batmanlıq iksirin bərabəri, əvəzi. 
 
Tök ətəyindən daşı, cəvahiri satın al,  
Dəyiş qara torpağı saf qızıla, qalx, ucal! 
 
Bu alverdə, bu yolda ruzuya çatmaq asan,  
930
        Bir alıb, on verirsən, düz on qat qazanırsan. 
 
Bu qazancdan faydalı daha nə var cahanda?  
Bu ziyansız alverdən xeyir götür bir anda. 
  


_______________ Milli Kitabxana _______________ 
97 
 
Dini sevib qorumaq sənin borcundu hər gün,  
Bu yolda can qoyublar haqsevərlər haqq üçün. 
 
Xeyirxahlığı güdmək - adillik nişanəsi,  
Xalqa xidmət - kişinin ən böyük xəzinəsi! 
 
Ordu üçün, yurd üçün xoş diləklər bəsləsən,  
Bir gün yüksələcəksən yurdun nəzərində sən. 
 
Ev yıxdı, mülk uçurtdu, zülmkarlar nə qədər,  
Tapdı dövləti yalnız xalqı incitməyənlər. 
 
Atdığın hər addımınm düşün gələcəyini,  
935  
      Öncə gördüklərini, sonra görəcəyini. 
 
Çalış xəlq üçün qazan asudəlik, səadət,  
Xəlqi döyən, incidən nə qazanıb? Xəcalət! 
 
Təkcə öz dincliyini güdməklə məst olmusan,  
Batır tədbir gəmisi, ayıl, ey sərxoş insan! 
 
Haydı, zəbt et, mənimsə gücsüzlər tifaqını,  
Tısqırınca basıb ye yetimlərin haqqını. 
 
Qiyamət, məhşər günü bəs nə üzlə, söylə, sən,  
Gözə görünəcəksən, haqq-hesab verəcəksən? 
 
Arxalan ancaq dinə, o qüdrətə, əzmə sən,  
940
        Məgər sən zərdüştçüsən, günəşbaz, acgözmüsən? 
 
Bu sarışın, yuvarlaq Günəş zərnixə oxşar,  
Aybaşı günlərində tapar onu qadınlar. 
 
Doqquz mıxlı çadırda, hər nə varsa, yaxşı bax,  
Zərnixbaz gəlinciyin oyunlarıdır ancaq. 
 
Məsih kimi mənim də bircə budur marağım:  
Ömrümün çırağında qoy tez tükənsin yağım. 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə