Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   16   17   18   19   20   21   22   23   ...   63

_______________ Milli Kitabxana _______________ 
78 
 
Sərxoşları ayıldan bağ gülütək sehri var,  
Dostun verdiyi meytək tövbələri sındırar. 
 
Təbərxuntək, innabtək qan tökən gül dodaqlar,  
Cana qıyar, şəkərin ağ başını bıçaqlar. 
 
Qızılgüldür, yaşıldır, fəqət, qənd qamışından,  
Noğulmu, nabatmıdır? Yox, şərbət sanar dadan. 
 
Ud ağacına oxşar xalı ciyər yandırar,  
Gündüzün sədəfində qaliyə əzən nigar! 
 
Xalının həsrətilə yandı aşkar, gizlincə,  
695
        Ay özü göy üzündə xala döndü bir gecə. 
 
Onun ləli gecəni Ay təkin nurlandırar,  
Ala gözləri bizi Günəşdən çox yandırar. 
 
Ürəklərin karvanı neçə fərsəng uzanar,  
Fəqət, bu şüa yollar onun ağzı kimi dar. 
 
Məgər o daşürəkli mənə zərrəcə yandı?  
Ciyərimin üstündə ürəyim parçalandı! 
 
Bal dodaqları sözmü, ya gülüş səpir onun?  
Hüsnü şüalar saçır, hər qəmzəsi bir əfsun. 
 
İnci qutusu kimi qapanmışdı dar ağzı,  
700
        Aralansa dodaqlar, qənd, şəkər satar ağzı. 
 
O hoqqanı, o dürrü elə ki, gördü eşqim,  
Elə sehrləndi ki, bu sehri yapmaz heç kim. 
 
Ağır tay kimi atdım parıltıya uymağı,  
Ruhum boynumdan açdı hər cür xaltanı, bağı. 
 
O qənirsiz gözələ baxmağa taqət hanı?  
Başımdan aşan gördüm dirilik bulağını, 
 


_______________ Milli Kitabxana _______________ 
79 
 
Ağılmı getdi əldən, divmi göründü gözə?  
Dəmir qandal vuruldu sanki biləyimizə. 
 
Məgər mey nəşəsilə kədəri silmək olar?  
705
        Günəşin nur qaynağı məgər gillə suvanar? 
 
Dərdlilərin yoldaşı, könüldaşı - dərd, açı,  
Şərab düşkünlərinin şərabdadır əlacı. 
 
Ey sinəmə çəkdiyin dağdan xəbərsiz nigar,  
Sənindir ruhumdakı bu tazə bağ, bu bahar. 
 
Mənim gözlərim çıraq, sən üstümdə çıraqban,  
Sözüm - bağdı, göz yaşım - bağı suvaran bağban. 
 
Pərdə dalında qalan bir gözəlin siması,  
Bu gün mənimçün "İxlas" surəsinin aynası. 
 
Bu dolaşıq kələfin ucu tapılanacan,  
710
        Başım dizim üstündə - çox əyləşdim nigaran. 
 
Yəqinlik yolu seçdim yara yetməkdən ötrü,  
Sən də mənim getdiyim yolla get, ey dost, yürü! 
 
Yox, bu pərdəyə yadsan, dayan, şair yürüsün,  
Nizaminin işini elə Nizami görsün. 
 
   İKİNCİ XƏLVƏT - GECƏ GÖRÜŞÜ 
 
Könlüm - ustadım mənim qədəh vurmaq istədi,  
Bir neçə tay-tuşuna "Gəlin, dərdləşək!" dedi. 
 
Səhər kimi işıqlı gecənin masasında,  
Vardı arzu edilən hər cürə nemət, qida. 
 
İlk baharı andıran məclis, asudə işrət,  
715
        Nə rüzgardan çəkinmə, nə də bir ayrı möhnət. 
  


_______________ Milli Kitabxana _______________ 
80 
 
Pəncərədən girən meh buxar qoxusu saçır,  
Darda qalan Yusifin köynəyindən bəhs açır. 
 
Gecə şahı öldürmüş gecə bəkçilərini,  
Eşqin şəkəri üstə çırpınan böcəklərmi? 
 
Sazçalanlar pərdədə rəng arar, ahəng arar,  
Keçir vəfa bəhsinə pərdə dalındakılar. 
 
Yerə dəymək eşqilə Süheylin qədəmləri  
Dürr üstünə ləl səpir, şeh üstünə mirvari. 
 
Yanır ciyərin şamı - yanır şamın ciyəri,  
720
        Atəşin ürəyitək ürəyin atəşləri. 
 
Manqalda ud ağacı məclisi nurlandırır,  
Şəkər saçır... şəkər də udu alovlandırır. 
 
Gül suyu şüşəsindən saçır ətri, şəkəri,  
Ağ süfrəyə zər tökür şamın al şölələri. 
 
Şərab noğuldan öpüş almaq üçün biqərar  
Noğul ağzından badam, gözündən şəkər saçar. 
 
Şəkər dodaq, badam göz bir-birinin məhrəmi  
Eşq oyunu qızışır Mərrix ilə Zöhrənin. 
 
Qulaq qapılarına çatır şirin vədələr,  
725
        Gülüş gül dodaqlardan dirilik suyu istər. 
 
Tülkünün göbək xəzi altındadır qaplanın,  
Aslan kəmər eyləmiş göbəyini ceyranın. 
 
Aşiqin yaxasında məşuqənin əlləri,  
Rəqs edənlər məclisə saçır dürrü, gövhəri. 
 
Şamlar əli qədəhli saqilərmi, dayanmış,  
Taslar mey aludəsi, pərvanələr bayılmış. 
 


_______________ Milli Kitabxana _______________ 
81 
 
Uyğu nəyə bənzəyir? Qanadsız pərvanəyə,  
Təşəkkürlə baş əyən şamlar dönüb şöləyə. 
 
Əlindəki sazıyla Zöhrə məclisə zivər,  
730
        Dürüst bir ahəng ilə mizrab sındıran əllər. 
 
Məclis qızıb, qeyb olub uyğusuzluq xumarı,  
Bir-birindən nur alır məhəbbət çıraqları. 
 
O şeyi ki, təklikdə heç bir kəs tapa bilməz,  
Bircə nəfəsdə tapır onu iki həmnəfəs. 
 
Bir-birinə verirlər sevgililər mükafat,  
Bədən bədənə peşkəş, könül könülə sovqat. 
 
O bəzənmiş hüçrədən yoxluq yükünü guya,  
Atmışlar ölüm adlı tamam başqa dünyaya. 
 
Şadlıq quşu naməni qanadına bağladı,  
735 
       Sürəyyanın qırıldı yeddi qolu, qanadı. 
 
Dan quşunun - xoruzun səsi atəş dolusu,  
Məhəbbət quşlarının ciyərinə səpdi su. 
 
Quşcuğazlar mürgülü... xoşdur uyğunun dadı,  
Ayın əli, göylərin ayaqları bağlıdı. 
 
Yabancılar qapıdan girə bilməz içəri,  
Pərilərin telləri - divanələr zənciri. 
 
Müştərinin ürəyi qəm həlqəsində çarpar,  
O, üzük həlqəsindən bir az da xırdaca, dar. 
 
Cinlər büdrəyən kəsə hücum etdikləri tək,  
740
        Hər aşiqin ağlını başdan alır bir mələk. 
 
Tikanları götürür kirpik ucunda onlar,  
Könül qapılarında yasəmənlik salanlar... 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə