Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   15   16   17   18   19   20   21   22   ...   63

_______________ Milli Kitabxana _______________ 
74 
 
Nərgizlər baxanların gözlərinin sürməsi,  
640
        İlanları kor edər otun zümrüd şöləsi. 
 
Qafiyələr bəstələr orda qumruyla bülbül,  
Ağlı başdan çıxarar yasəmənlə qızılgül. 
 
İsa dilli, nisgilli, ömrü birgünlük süsən,  
Sübhə müjdə verməkdə Musanın pak əlindən. 
 
O qədər fəryad qıldı göyərçin dönə-dönə,  
Axır saldı göyü də öz göyərçin rənginə. 
 
Sultan söyüdlərinin müşk ətirli hüsnünə,  
Rüzgar ümid əlilə misralar qoşur yenə. 
 
Gah bahar gəlirdi ki, salamlasın hər yanı,  
645
        Gah gül təşəkkür ilə dindirirdi tikanı. 
 
Türkə bənzər yasəmən çöldə qurub ağ çadır,  
Çadırın ayparası Sürəyyaya nur saçır. 
 
Lalə namaz qılmağa gəlib atəşkədəyə,  
Məcus hindlilər kimi əlləri qalxıb göyə. 
 
Lalənin bağrı qara - ərəb yavrusu kimi,  
Türk yasəmən Yəməndə Süheyl ulduzu kimi! 
 
Sular yumşaqlığıyla Qaqum xəzinə bənzər.  
Yaşıl otla - Sincabla, qəribədir, cüt gəzər. 
 
Bağın darvazasında çut bayraq: qızıl, sarı,  
650  
      Qapılar pəncərətək açılmış göyə san. 
 
Aya, ulduza çatan uca budaqlar ki var,  
İşıqlıqdan kölgəyə qızıl pullar tullayar. 
 
Günəşin qulağına kölgə nəsə pıçıldar,  
Təsbeh çəkən suların əlində qum canlanar. 
  


_______________ Milli Kitabxana _______________ 
75 
 
Sünbülün busəsindən yaralanmış nəstərən,  
Gül dodağı incimiş qönçənin kirpiyindən. 
 
Xeyrinin ox qabında daha qalnamış tikan,  
İstər qalxana dönsün, istər diləsin aman. 
 
Titrəyir salxım söyüd oxla vurulmuş kimi,  
Lalənin manqalından qalxan dumanmı, çənmi? 
 
Sanki dalğalı çəmən qanadlanıb qalxacaq,  
Yasəmən təzəlikdən damla damla axacaq. 
 
Burda şəkər qamışı təbəssüm saçdı yenə,  
Sarı güllər boyandı qırmızı ləl rənginə. 
 
Hələ sərxoş çiçəklər, sərsəri çöl gülləri...  
Gül ətrilə açılıb yellərin şən dilləri. 
 
Turuncun yarpağından yaşıl görünən səma,  
Əlində qızıl narınc birdən çıxdı qarşıma. 
 
Fələklər bayrağını qızıl şəfəqlə süslər,  
660 
       Yaşıl bahar güləşib, onu yıxmaqmı istər? 
 
Bu göyərən aləmin hər gülü, hər çiçəyi, 
Sanki yerin canıdır, göylərin də ürəyi. 
 
Yaşılbaş dan ulduzu doğar hər gün dan üzü,  
"Daim yaşıl qalasan, ey bağ!" - Söylər bu sözü. 
 
Gəlib burdan keçəndə yaşıllığını lək-lək,  
Girov qoymuşdu sanki yaqutu çalan fələk. 
 
Günəşin qaynağından işıq almış hər bulaq,  
Cənnət hurilərinin gözlərindən də parlaq. 
 
Otlar namaz qılarkən seldən əl suyu almış,  
665 
       Qüslə görə şükr edib, qalxıb bir boy ucalmış. 
 


_______________ Milli Kitabxana _______________ 
76 
 
Süleymanın ətrini alınca neçə güldən,  
Quşlar Davud səsilə nəğmə söylər könüldən. 
 
Vurulmuş qırqovulun almaq üçün qanını,  
Çil kəklik cırmaqlayır sərvin ağ dabanını. 
 
Bağ bülbülə əmr etdi qarğayaraq qarğanı:  
- Gedin, alın canını, halaldır onun qanı! 
 
Atıb getdiyi gündən bayquş bu gözəl yeri,  
Onun alnına yazdı fələk viranələri. 
 
Əsdi Süheyl rüzgarı Yəmən yellərilə bir,  
670
        Bomboz, yanıq çöllərə gətirdilər rəng, ətir. 
 
Sürətlə qaçdığından yandı lalənin bağrı,  
Sinəsinə dağ çəkdi ürək çırpıntıları. 
 
Surətpərəst şümşadın kölgəsi əl-qol atdı,  
Az qala tər lalənin ciyərini çıxatdı. 
 
Gümüş dırnaqlarıyla səhər üzlü yasəmən  
Titələri silmişdi gecənin gözlərindən. 
 
Qızıl kəndirli Yusif quyu qazdı mübarək,  
Quyusu - yasəmənin çənəsindəki çökək. 
 
Yəhudi çalmasıtək saraldı yerin üzü,  
675 
       Su göstərdi Musa tək işıqlı əl möcüzü. 
 
O çeşmənin suyundan məlhəm düzəltdi torpaq.  
Nuş etdiyi nə varsa, geri qaytardı ancaq. 
 
Səhərin aydınlığı sığmadı göylə yerə,  
Kölgəni gəzdirməyi tapşırdılar yellərə. 
 
Gunəşin dodağını sancdı kölgə, axdı qan,  
Yel daradı, şeh düşdü söyüd yarpaqlarından. 
 


_______________ Milli Kitabxana _______________ 
77 
 
Orman qımıldanarkən işıq kölgəni qucdu,  
İrmağın yaxasında rənglər qol-qanad açdı. 
 
Mən tikan arayarkən nə tapdım: ud ağacı,  
680  
      Udla dolu manqaldı gül şaxəsi, gül tacı. 
 
Çiçək ovçu, gül boynu - bülbüllərin minbəri,  
Bənövşənin telləri - qızılgülün kəməri. 
 
Quşların cəh-cəhləri Davud səsindən də xoş.  
Güllər Nizamidən çox şəkər, qənd səpən olmuş. 
 
   BİRİNCİ XƏLVƏTİN SƏMƏRƏSİ 
 
Külək öz niqabını atınca bir kənara,  
Qəlbim, ustadım mənim könül verdi bir yara. 
 
Gördüm bir nigarı ki, nəfəsi gül qoxulu,  
Özü qəndə qarışmış, gülüşü şəkər dolu. 
 
685 
       O fitnəli, ay üzlü, ipək yaşmaqlı rəna,  
Gözəlliyilə Ayın od vurdu xırmanına. 
 
Zülfunün qıvrımları enmiş kəmərinədək,  
Başdan-ayağa göyçək, nazlı, duzlu, mübarək. 
 
Görüb onu, duz kimi yalamaq istər hamı,  
Duzlu göz yaşı tökər anıb duzlu dad-tamı. 
 
Qarışınca şəkərə gül dodaqların duzu,  
Dodaqların şəkəri suya düşdü, doğrusu. 
 
Şəkər bağında ondan tutuquşu utanar,  
Tutuquşu başından gözəl, ağ çənəsi var. 
 
Çənəsinin yumrusu tazə narınmca bənzər,  
690    
     Turunc dadlı buxağı bəlkə gümüş, bəlkə zər. 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə