Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   12   13   14   15   16   17   18   19   ...   63

_______________ Milli Kitabxana _______________ 
62 
 
Müştəri ulduzumu söz ovsununda şair?  
485
          Ya harutun sehrini qırıb pozan Zöhrədir? 
 
Yəğmaladı bu kəndi qaçaq-quldur atlılar,  
Şer adlanan bu dağı alçaqlar alçaltdılar. 
 
Ağıl başımdan çıxır. Görün, sözbaz nə qədər...  
Sözü abırdan salır şer, söz çeynəyənlər. 
 
Mən qanım bahasına yetirdim can meyvəsi,  
Neçin su qiymətinə satılsın könül səsi? 
 
Dad əlindən, ey fələk, söylə, haçaq, bəs haçaq,  
Beli kəmərli mərdlər zülmündən qurtulacaq? 
 
Başda gəzdirilməli sənət düşdü ayağa,  
490
         Aç ayaqdan qandalı, döndər sözü bayrağa! 
 
Qızıl üçün, zər üçün sinov gedən həriflər  
Sənətin sikkəsini, görün nəyə veriblər?! 
 
Qızıl sözü qızıla dəyişənlər alçalır,  
Zülmətə işıq salan ləli verir, daş alır. 
 
Sənətini bilənlər ən uca dağdan uca...  
Bu işıqlı zirvəni kimlər alçaltdı bunca? 
 
Sultanın qızılından zərli əba geyənlər, 
Bir gün çörək yerinə dəmir çeynər, daş yeyər. 
 
Fəqət, saf civə kimi zər qəmi çəkməyən kəs,  
495
          Diri qalar, sultanın qılıncım gəmirməz. 
 
Madam ki, baldır sözün, ucuz satına onu sən,  
Rəvamı söz şəhdini çibinlərə verəsən? 
 
Sənə vəfalı yoxsa, umma hətta vəfanı,  
Sormasalar, söyləmə hətta xoş bir duanı. 
 
Şəriət elmi səni adlı-sanlı bilməsə,  
Girişmə şairliyə, uyma yırtıcı nəfsə. 


_______________ Milli Kitabxana _______________ 
63 
 
Şəriət elmindədir şairin şair gücü, 
Söz de ki, kəmərindən nur alsm Cövza bürcü. 
 
Şerin qaldırar səni, Sidrdə əyləşdirər,  
500
        Sənə ən uca qatda şahlıq, sultanlıq verər. 
 
Hökmdarlıq şərəfi qazandırar söz sana,  
Söz hakimi demişlər söz yaradan ozana. 
 
Fələklərə ucalan bir söz yaratmayınca,  
Fələk kimi süst olub oturma bikar, bica. 
 
İsmətli ol əriyib baş əyən şamlar sayaq,  
Gündüz təvazö əhli, gecələr ayıq-sayıq. 
 
O zaman ki, ilhamın aşıb-daşar, qızışar,  
Çərxin köhlən atını ram edərsən... yumşalar. 
 
Hər şeri bəyənmə sən, yarat elə bir əfsun,  
505
          Dünyanın şah əsəri sənin qismətin olsun. 
 
Lovğalanma, görsən də gövhəri əllərində,  
Ondan da əlasını ara öz içərində. 
 
Qızışma, sözü bir az ehtiyatla bəyən sən,  
Sən ki, uca rütbəli söz yarada bilənsən. 
 
Söz yolunun başına bayrağını dikənlər, 
At çapar, Günəşi - top, Ayı - çövkən eləyər. 
 
Sənətkar duymasa da nəfəsində od, şölə,  
Azaltmaz sürətini hətta bir nəfəs belə. 
 
Təfəkkür meydanında oddur şair ürəyi.  
510
          Yazığı gəlsə belə, dalda qoyar fələyi. 
 
Cəbrail qanadını at edib çapar şair,  
İsrafilin telindən yelpazə yapar şair. 


_______________ Milli Kitabxana _______________ 
64 
 
Yol vermə ki, tarlanı tapdalasın hər yetən,  
İnci düzdüyün sapın ucunu göstərmə sən. 
 
Əncirin qol-budağı bomboş qalardı yayda,  
Ənciryeyən olsaydı bütün quşlar dünyada. 
 
Bu şivənin, bu dilin mahir ovçusuyam mən,  
Dəyər məni görməyə, şairlər xasıyam mən. 
 
Hər hücrəyə köçürdüm şeri, şeriyyəti mən,  
515
          Çıxartdım meyxanədən, ucaltdım sənəti mən. 
 
Birdəfəlik tullayıb zünnar ilə xirqəni,  
Zahidlər, rahiblər də gəlib tapdılar məni. 
 
İndi mən al-qırmızı bir qönçəyə bənzərəm,  
Quzey rüzgarlarını durub burda gözlərəm. 
 
Aşkarlasam, car çəksəm bakirə sözlərimi,  
Səs salaram cahana qiyamət suru kimi. 
 
Mən söz cadugəriyəm, tazə, köhnə hər nə var,  
Mənim məftunum olar, mənim heyranım olar! 
 
Bütün sehrbazları mat qoyur sehrim mənim!  
520
         Mələkləri aldadan əfsundu şerim mənim. 
 
Gəncəm - Babilim mənim Harutu yandırmada,  
Ən uzaq ulduzu da Zöhrəm nurlandırmada. 
 
Zöhrəm söz dəyərini Mizan bürcündə ölçür,  
Dilim - ruh aləminin lisanıdır, gözüdür. 
 
Duz-çörəyim bilirəm öz cadugər şerimi,  
Halal sehrim sındırır harutun hər sehrini. 
 
Ürəyinin şəklidir Nizaminin sözləri,  
Mənim halal sehrimlə daim canlı, dipdiri! 
 


_______________ Milli Kitabxana _______________ 
65 
 
GECƏNİN VƏSFİ VƏ KÖNÜLƏ DALMA 
 
"Qalxanını at suya!" - dedi Günəş torpağa,  
525
          Özü də qalxanını atdı, qoydu qırağa. 
 
Gördü can verir Günəş, cahan bir az daraldı,  
Onun saralıb-solan süpərindən rəng aldı. 
 
Qonşuları - ulduzlar yaraqsız görüb onu,  
Dərhal qılınc çəkdilər vurmaq üçün boynunu. 
 
Öküz bürcü - boynunda neçə muncuq, sədəf, zər  
Yıxıldımı, üstünə xəncər çəkər Ay-Ülkər. 
 
Əl qaldırıb, incitdi Ay öz süd nənəsini,  
Gündüz zınqırovuyla gəzdi göy qübbəsini. 
 
Qaranlıqdan qorxaraq nənə dayə əl atdı,  
530
        Torpaqdan fərəh dolu neçə məcun yaratdı. 
 
Məsiha nəfəsindən şəfa saçdı Yer Aya,  
Qara sevda oduna su səpdi duya-duya. 
 
Sərin şərbət verdilər sanki təşnə xəstəyə,  
Atdı qara sövdanı, Ay qalxdı yerdən göyə. 
 
Xəstələnmiş qəmərdən boşaltdı bir ləyən qan,  
Qara mürəkkəb kimi qaraldı bütün cahan. 
 
Üzə çıxdı gecənin içindəki rəngləri,  
Qəza söydü, faş etdi üzüqara kafəri. 
 
Hər ləhzəsində cilvə, hər nəfəsində bir naz,  
535
        Neçə hoqqadan çıxdı gecə - köhnə hoqqabaz. 
 
Ayın ağ rəndi üstə qızılgüllər tulladı,  
Zöhrə öz qavalından gümüş pullar tulladı. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə