Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   8   9   10   11   12   13   14   15   ...   63

_______________ Milli Kitabxana _______________ 
45 
 
Bir yanda rəxnə salır, bir yanda tor qururlar,  
Dinimizi gözündən, urəyindən vururlar. 
 
Sən şeytanın üstünə Öməri göndər, ya da,  
Əmr et, Əli vuruşsun bu vuruş meydanında. 
 
Saçını ay üzünə Yəmən tülü kimi sər,  
At bu Yəmən cübbəni, ay camalını göstər! 
 
Kəməri bərk çəkib, vur qapı bağlayanları,  
275
       Bu bir neçə alçağı bir az da alçalt barı. 
 
Beş yüz əlli doqquz il uyudun, yatdın yetər!  
Oyanıb məclisə gəl... yaxmdır ulu günlər. 
 
Qalx ayağa, əmr elə, oyat sən İsrafili,  
Qoy üfürüb keçirsin bu bir neçə qəndili. 
 
Gizlən sirr pərdəsində, xəlvət yaşa, sayıq ol!  
Biz hamımız uyğuda, barı bir sən ayıq ol! 
 
Dünya - ölüm, qan yurdu. Son qoy bu afətə sən,  
Mərd əlini uzat, tut hamımızın əlindən. 
 
Könlündə haqdan savay məgər bir dilək varmı?  
280
       Sənə qovuşan kəslər başqa bir şey umarmı? 
 
Qayğı gözüylə bir yol qoca dünyaya baxsan,  
Hər müşkülü açacaq, zülmü yandıracaqsan. 
 
Barmağının ucuyla işarə qıl fələyə,  
Bütün varlıq verilər sənə sovqat, hədiyyə. 
 
Əfv eləsən bir ovuc toza, gülə dönəni,  
Qiyamətdə, məhşərdə axı kim qınar səni! 
 
Aç pərdəni, aşiqlər görsün hüsnünü bir dəm,  
Sevincdən xirqəsini atsın qoy iki aləm. 
 


_______________ Milli Kitabxana _______________ 
46 
 
Nizami ruhu səndən xoş xəbər gözləməkdə,  
285
       Sənin baharın onun könlünü süsləməkdə. 
 
Vəfa qoxusu göndər mənə gül nəfəsindən,  
Bəxş et bir dilənçiyə Suleyman mülkünü sən. 
 
PEYĞƏMBƏRİMİZƏ BEŞİNCİ GÖZƏLLƏMƏ 
 
Ey yalvaclar tacının ən qiymətli gövhəri,  
Sultanlara taç verən ağ günlər peyğəmbəri! 
 
Yad da sənə möhtacdır, ümmətindən olan da,  
Çörəyini yeyənlər nə qədərdir cahanda. 
 
Adın ilə başlanır beytimin başlanğıcı,  
O həm də qafiyətək söz sonunda baş tacı! 
 
Bizim bu viran kəndə gəlincə bir işarət,  
290
       Sənin ruhun, Adəmin cismi qurdu imarət. 
 
Əllərinlə bəzənmiş bu tazə mülkə əhsən,  
İlk kərpici Adəmdir, son kərpici özünsən. 
 
Həm Adəmsən, həm də Nuh, yox, onlardan ucasan,  
Onların vurduqları düyünləri açansan.  
Adəm bir buğda daddı, ağır günaha batdı,  
Tövbəsi - bir gülşəkər, tövbə dadına çatdı. 
 
Sənin ətrin Adəmə tövbə yolu göstərdi,  
Kandarının torpağı onunçün gülşəkərdi. 
 
Sözünü şəkər bilib, tövbə edərkən Adəm,  
295   
     Gülşəkər də əl çəkdi, inan, şəkərliyindən. 
 
Tanrı qəbul topumı yaratmışdı əzəldən,  
Könüllər meydanına atdı onu qəfildən. 
 


_______________ Milli Kitabxana _______________ 
47 
 
Adəm öz çovkanıyla topun önündə durdu,  
Hamıdan tez, birinci zərbəni özü vurdu. 
 
Ancaq atı şığıdı saman dalınca sağa,  
Yazıq top aciz qalıb, qısıldı bir bucağa. 
 
Nuh təşnəydi, bu dünya süfrəsinə yanaşdı,  
Çeşmə çıxdı yadından, tufan başından aşdı. 
 
Növbə çatdı, İbrahim köhlən səyirtdi... heyhat,  
300
     Çatdırmadı mənzilə, üç dəfə büdrədi at. 
 
Könlü darıxan Davud zilə qaldırdı bəmi,  
Amma, səsi çatmadı, dağılmadı dərd-qəmi. 
 
Ədəb-ərkan gözlədi, alqışlar Süleymana!  
Peyğəmbərlik tacını umub, axtarmayana. 
 
Atıldığı quyuda Yusif nə tapdı? Dolça,  
Bir də dolçaya bağlı uzun ip gördü ancaq. 
 
Bezdi quru aləmin yolçuluğundan Xızr,  
Bir də gördü ətəyi çeşmədə islanıbdır. 
 
Musa çatdımı kama, camdakı şadlığına?  
305
       Əlindəki şüşəni çırpdı Ərni dağına. 
Məsiha bu qidaya tamah salmadı... Bəli.  
Çünki xalqın önündə ləkəliydi, ləkəli! 
 
Təkcə özün bacardın bu işi, bu hünəri,  
Heyran qoydu qeyrətin, iradən fələkləri. 
 
Möhürləndi bu namə sənin öz ünvanınla,  
Tamamlandı bu xütbə dövrünlə, dövranınla. 
 
Qalx! Bu fələkdən qat-qat gözəl bir dairə qur,  
Fələk bunu bacarmaz, Sən bəşərə arxa dur. 
 


_______________ Milli Kitabxana _______________ 
48 
 
Xütbənin meydanıdır fələyin səhifəsi.  
310
      Çövkənin ucunda bir topdur Yer kürrəsi. 
 
O yoxluq aləmindən bir toz da ucalmayıb, 
At çap, meydan sənindir, heç bir kimsə qalmayıb. 
 
Fanilik nəçidir ki, dağıtsın piyaləni? 
Alçaq yoxluq kimdir ki, silsin dünyadan səni? 
 
Yoxluğun ayağını yoxluq içində bağla!  
Faniliyin əlini faniliklə ayaqla! 
 
Nəfəsi dilsizlərə dil verən ey hünərvər!  
Yaralı ciyərlərə məlhəm qoyan peyğəmbər! 
 
Sənin yolunu tutan ağıl qan dəryasından  
315 
       Dartıb can gəmisini, sahilə çıxmış müdam. 
 
Yurdunun qapıları - doqquz çərxin qibləsi,  
Altı günə yaranmış ərz - saçının həlqəsi. 
 
Bircə tük əskik olsa sənin məğrur başından,  
Mübarək saçların tək pərişan olar cahan. 
 
İdrakınla oxudun hətta yazılmayanı,  
Əqlinlə işıqlatdın beyin adlı cahanı. 
 
Hər sözə, hər cümləyə həssas yanaşdın daim,  
Ta ki, sənin sözünə barmaq qoymasın heç kim. 
 
Özgələrin sözünə barmaq qoyuruq bir az,  
320
      Ancaq sənin sözünə heç kəs irad tutamaz. 
 
Sənin qapının tozu - qovut, şəkər əvəzi,  
Cövhərini yoğurmuş püstə, xurma çərəzi. 
 
Bir ovuc qovudunla qırx gün dolanmaq mümkün,  
Məhəbbət səhrasını gəzib seyr etmək üçün. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə