Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   7   8   9   10   11   12   13   14   ...   63

_______________ Milli Kitabxana _______________ 
40 
 
Əlindən hər şey gələr, kim olarsa bağrı daş,  
Qara-qura sövdaya meydan açar o kütbaş. 
 
Məhəmmədin dürrünü sındırmasaydı əgər,  
Öyünə bilərdimi o daş məgər bu qədər?! 
 
Dar ağız qutusuna daş dəydi, düşdü gövhər,  
Gövhər daşdan doğulur, əbəsmi söyləyiblər? 
 
Qan bahası verməyə məgər daşın pulu var?  
215
        Peyğəmbərin ağzını neçin yaraladılar? 
 
Daşın ağzından çıxan yüz-yüz mirvari məgər,  
O bircə sınıq dişin əvəzini ödəyər? 
 
Qara mədəndən çıxan min-min işıqlı inci,  
Məgər ola bilərmi bircə dişin ödənci? 
 
Zəfər onun dişinin qan bahasıydı yəqin,  
Bütün canı-cövhəri zəfərindi, zəfərin. 
 
Ağzını qanla yudu, qoruyub muradını,  
Başı üstə ucaltdı mərhəmətin adını. 
 
Sınıq dişi kökündən yerli-dibli çıxartdı,  
220
       Böyük zəfər naminə şükr edib, onu atdı. 
 
Vaz keçdi könlündəki bütün arzularından,  
Bir arpa dəyərində gözündə iki cahan. 
 
Onun döyüş ordusu döyüş meydanında ər,  
Əli bayraq əvəzi, dili sıyrılmış xəncər. 
 


_______________ Milli Kitabxana _______________ 
41 
 
Haqq xəncəri dilinin nə ehtiyacı dişə?  
Məgər dişli xəncərlə gedərlərmi döyüşə? 
 
Qoy ondan zövq alanlar diş bəhsini unutsun,  
Hamı atsın tikanı, gülündən dəstə tutsun. 
 
Bağlar güllə doluykən kim tikandan bəhs açar?  
225
      Sapa inci düzərkən ilana lüzummu var?! 
 
Onun gülü üstündə bülbülləşib Nizami,  
Feyzindən açılıbdır təbi qızılgül kimi. 
 
SON PEYĞƏMBƏR HƏZRƏT MƏHƏMMƏDƏ  
ÜÇÜNCÜ GÖZƏLLƏMƏ 
 
Ey varlığı ən təmiz ruhlardan daha təmiz!  
Ruhuna canım fəda! Ulu peyğəmbərimiz! 
 
Sənsən rəhmət yurdunun tən ortası, mərkəzi,  
Qələminlə silindi hər zəhmətin nöqtəsi. 
 
Sən Əcəm şahlarının həmişəlik şahısan,  
Ərəb yolçularının Ayısan, pənahısan. 
 
Yolu göstərməsən də, yol tapırlar sayəndə,  
230
       Baş kətxuda özünsən, kəndə heç dönməsən də. 
 
El baxır, heyran qalır kərəminin sirrinə,  
Təkcə tamaşa etmək olmaz təklik pirinə. 
 
Şirin xurma yediyin qonaqlıq süfrəsindən,  
Xırda-xuruş hansı pay gətirmisən, söylə sən? 
 
Dil aç ki, insanlığa bal kimi sözlər gərək,  
Ağız suyunla bitən həqq xurmasından dərək. 


_______________ Milli Kitabxana _______________ 
42 
 
Ey gecə saçlarıyla gündüzlərə səpən nur.  
Sənə eşq atəşimiz dirilik suyumuzdur! 
 
Ağıl sənin üzünün məftunudur, ey qoca!  
235
       Məftunların nə qədər? Saçlarının sanıyca. 
 
Çərx - sənin kəmərinin ügəyində bir kölə,  
Səhər - gülər üzünün günəşindən bir şölə. 
 
Bu günahkar aləmi günahdan qurtardın sən,  
Ətirləndi müşkünlə yerin göbəyi, əhsən. 
 
Türbənin təsirindən Ərəbistan - gülüstan,  
Ölkənin hüdudları müşk ətirli bağ-bostan. 
 
Bağ demirəm, torpağın cənnətdən də yaxşıdır,  
Süleymanm mehindən, o təxtdən də yaxşıdır. 
 
Sənə ibadət qılan Kəbəni od qarsımış,  
240
        Mübarək dodağının gül suyuna susamış. 
 
Sənin təxtü-tacını daşıyır cahan, bəşər,  
Təxtin - bu Yer kürrəsi, tacın - səma könüllər. 
 
Kölgən yoxdur, çünki sən böyük əql işığısan,  
Yaxud Tanrı nurunun sayəsindən bir nişan. 
 
Dörd bayrağın – təkbirin müsəlmanlıq mehvəri,  
Beş duan - beş namazın sultanlıq növbətləri. 
 
Düşkünlərin torpağı bağa döndü feyzindən.  
Qüdrət sahiblərinin gözü nur aldı səndən. 
 
Merac gecəsində sən - aləmə dost, aşina,  
245
      Ayaqların toxundu fələklərin başına. 
 
Sən gəldin, göy ətəyi doldu daş-qaşla, zərlə,  
Göy çevrəsi süsləndi altunla, al rənglərlə. 
  


_______________ Milli Kitabxana _______________ 
43 
 
Sübhün sədəfindəki, ah, bu hansı ətirdi?  
Səba müşk ətri verən nəfəsini gətirdi. 
 
Nəfəsinin saçdığı o ətri, ənbəri sən,  
İki dünyaya versən, necə ucuz verərsən! 
 
Qocaman Sidr ağacı - təxtinin bir ayağı,  
250
       Ərş sənin qəsrindəki kürsüdən də aşağı. 
 
Ruhunun pəncərəsi - açıq, aydın bir səhər,  
O günəşin yanında ərş zərrəyə bənzər. 
 
Əzəl sübhü hüsnünü əks eləyən bir ayna...  
Onsuz yayılardımı sənin nurun dünyaya? 
 
İki cahan başçısı, neçin yer altındasan?  
Məgər xəzinəmisən, gözdən, könüldən nihan?! 
 
Ey müqəddəs xəzinə, sən ki, yerdəsən artıq,  
Bütün xəzinələri yerə tapşırmalıyıq. 
 
Yoxsulluğun - viranə, vücudun xəzinədir,  
255
       Hamıya yetən kölgən şamına pərvanədir. 
 
Fələyin əyri çərxi - ahının hədəf yeri,  
Dolçasının çənbəri - quyunun yaş kəndiri. 
 
Bu ağ, qara dünyanın soltanları - Ayla Gün,  
Peykin olub yolunda, xəbərçidir səninçün. 
 
Ağıl şəfa arayır - onun Loğmanı sənsən,  
Ay yol tədarükündə - canı, cananı sənsən. 
 
Qalx, vüsal umanların gecəsini gündüz et,  
Nizaminin təbini işıqlandır, ulduz et. 


_______________ Milli Kitabxana _______________ 
44 
 
     PEYĞƏMBƏRİMİZƏ  
DÖRDÜNCÜ GÖZƏLLƏMƏ 
 
Ey Mədinə köynəkli, Məkkə pərdəli gözəl!  
260
       Günəş nə vaxta kimi kölgədə qalacaq, gəl! 
 
Aysan əgər, nurundan bir şölə göndər bizə,  
Gülsən əgər, bağından ətrin gəlsin təptəzə, 
 
Canlarını dişinə tutub yol gözləyənlər,  
İmdad istər, ey dada yetişən sevgili ər! 
 
Durma Ərəb çölündə, Əcəm yurduna atlan,  
Gecə o qara, gündüz ağ köhlənlə qanadlan! 
 
Elə tazələndir ki, sən bu köhnə dünyanı,  
Tutsun səsin, nəfəsin qoy hər iki cahanı. 
 
Sultanlıq et, əmirlər səni sultan biliblər,  
265
       Özün oxu xütbəni, sükut etsin xətiblər. 
 
Torpağın xilafətə bir gül çələngi atdı,  
Heyhat, fitnə küləyi gül ətrini dağıtdı. 
 
Çək ipini, təxtindən endir asudələri,  
Bulaşıq abidlərdən təmizlə bu minbəri. 
 
Gəlib evə soxulan bu cinləri qovla, qır!  
At ölüm quyusuna alçaqları, amandır! 
 
Qoyma basıb yesinlər, onlar qarınquludur,  
Ləğv et iqtalarını, qudurmasın hər quldur. 
 
Cansız cisimlərik biz, sən buyur, can ol bizə,  
270
       Hamımız qarışqayıq, gəl, Süleyman ol bizə. 
 
Başçı sənsən, bəs neçin başsız qalıbdı karvan?  
Mərkəz sənsən, bəs neçin bayraq qalxır kənardan? 
  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə