Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   5   6   7   8   9   10   11   12   ...   63

_______________ Milli Kitabxana _______________ 
31 
 
Bu nə dildir, ilahi, nələr gəlir başıma:  
100
       Desəm, peşman oluram, deməsəm, yenə peşman. 
 
De, sən hara, mən hara? Bu gücsüz qollar hara?  
Mən kiməm ki, tapınım ulu pərvərdigara? 
 
Necə ürək eləyib o ümmana girər can?  
Necə, hansı hünərlə su içər o bulaqdan? 
 
Vəsfində dilim dönməz, sıxar məni eyiblər,  
"Tanrını dərk eləyən dilsiz qalar" deyiblər. 
 
Çiy sözlərim göstərir sizdən xəcalətimi,  
Əfv elə, əsirgəmə məndən mərhəmətini. 
 
Dərgahına gələndə özümüzü itirdik,  
105
       Sənin səxavətinə böyük ümid gətirdik. 
 
Ey dərdlilər hamisi, yar ol qəmxar ol bizə,  
Çarəsizlər çarəsi, əlac et dərdimizə. 
 
Karvan sovuşur, baxın, bizsə qalmışıq geri,  
Kimsəsizlər kimsəsi, atına kimsəsizləri. 
 
Söylə, kimə sığınaq, ey bənzəri olmayan?  
Döyək hansı qapını? Yalnız sənsən əltutan. 
 
Bizim ki qibləmiz yox sənin qapından kənar,  
Bizə üz göstərməsən, üzümüzə kim baxar? 
 
Bizdən başqa kim sənə bunca yalvara bilər?  
110
       Kim tökər gözlərindən qan-yaş dolu gilələr. 
 
Əfv et suçlarımızı, ulu Tanrı, bağışla,  
Sığınmışıq biz sənə ümidlə, yalvarışla. 
 


_______________ Milli Kitabxana _______________ 
32 
 
Nizaminin adına şərəf gətirən Xuda!  
Sənin qulun olmağım ağalıqdır dünyada. 
 
Onun dilinə dua, şükür ərməğanı ver,  
Seni dərk etsin deyə mərifət nişanı ver. 
 
PEYĞƏMBƏRLƏRİN SONUNCUSU HƏZRƏT 
MƏHƏMMƏDƏ GÖZƏLLƏMƏ 
 
Birinci nəqş edilmiş "Əlif" oxu lövhədə,  
Ağ pərdəli qapıda qismət oldu Əhmədə. 
 
Qüdrət, səltənət verdi "Əlif "hey" həlqəsinə,  
"Dal"-dan gərdənlik aldı, "Mim"-dən kəmər özünə. 
 
"Əlif', "dal" ilə "mim" də tapdı həyat qüvvəsi,  
Bir dövlət dairəsi, bir kamal xəzinəsi. 
 
Firuzədən yapılmış bu əngin mavilikdə,  
Cənnət qəsrindən gələn turuncdu tazəlikdə. 
 
Turuncun da dünyada öz adəti, dəbi var:  
Öncə meyvə gətirər, sonra çiçək, gülbahar. 
 
Onun oldu birinci peyğəmbərlik bayrağı,  
Son peyğəmbər olmağın şərafəti, növrağı. 
 
Möhür kimi verildi Məhəmmədə yeni Ay,  
120 
      Hansı zəbərcəd qaşlı üzük olar ona tay? 
 
Cahanın qulağında onun "mim" həlqəsi var,  
Ona təslim həlqəsi iki dünyadır aşkar. 
 
O - sahəölçən ağa, Məsih - ona qulluqçu,  
O - Tanrının elçisi, Bu - yalnız muştuluqçu. 
 


_______________ Milli Kitabxana _______________ 
33 
 
Təhsili olmasa da o, çox yüksəkdir, inan,  
"Əlif' ilə Adəmdən, "mim" ilə Məsihadan. 
 
Sədaqətdə, vəfada "əlif' gördülər onu,  
Peyğəmbərliyin başı, peyğəmbərliyin sonu! 
 
Məhəmməddir aləmin ən işıqlı nöqtəsi,  
125 
      Bütün deyilmişlərə nöqtə qoyub nüktəsi. 
 
Cahana baş əyməyən kamil kişi olsa da,  
Öyünməkdən, kibrdən uzaq gəzdi dünyada. 
 
Şan-şöhrət tapdı "ədəb" gələndə onun səsi,  
Fələklər, kəhkəşanlar - kəmərinin düyməsi. 
 
Onun hərəm evində pərdəçidir hurilər,  
Ürəyindən su içir ismət, ləyaqət, hünər. 
 
Silir günahı gözdən türbəsini ziyarət,  
Xərac aldı Məkkədən onun düşdüyü qürbət. 
 
Susması könüllərə işıq salan zəriflik,  
130
       Qüsurlara od vurar ondakı eşq, ariflik. 
 
Fitnə yaratmağıyla könüldə eşq oyadar,  
Ona heyran olmayan məgər bir insanmı var? 
 
İnsanlığın ən böyük başçısı, xeyirxahı,  
Ağır başlı, vüqarlı, çevik yürüşlü dahi! 
 
Odur əzəl dərsini əbədəcən oxuyan,  
Canını çıraq edib, Tanrı nurunu yayan. 
 
Feyzindən yardım dilər Günəşin nur qaynağı,  
Ayı merac gecəsi şaqqaladı barmağı. 
 


_______________ Milli Kitabxana _______________ 
34 
 
135
      Darısqal kökslərə o asiman doldurub, 
          Karvanqıran ulduzun köhləninə nal vurub. 
 
Eşidəndə ki, gəlir, dönür meracdan geri,  
Yedəklədi Boz atı sənət süvariləri. 
 
Atının yəhərindən yapışmaq səadəti,  
Nizaminin qisməti. Gec yetişdi növbəti. 
 
     PEYĞƏMBƏRİN MERACI 
 
O cənub hökmdarı - peyğəmbər geçə yarı,  
Məşəl çəkib, nurlatdı dibsiz qaranlıqları. 
 
Doqquz fələk apardı onu ənginliklərə,  
Məşəl tutan oldular yolunda Ayla Zöhrə. 
 
Göyün hərəm evindən keçdi onun sürəti,  
140  
      Yeddi iqlimi, altı tərəfi, dörd cəhəti. 
 
Mübarək çöhrəsini görüncə gün qaraldı,  
Gecə rəqsə başlayıb, özgə bir ahəng aldı. 
 
Ağır yuxuya getdi yad gözlər, yaman gözlər,  
Uyğu üzəngisini çəkdi... çapdı peyğəmbər. 
 
Can qəfəsilə birgə onun könlünün quşu,  
Uçdu dünya torundan, nə gözəldi uçuşu. 
 
Dərhal büküb atdılar, görüncə çöhrəsini,  
Mələklər qanadını, fələklər xirqəsini. 
 
Onun can qəfəsində uçan qanadlı quşdu,  
145
       Can qəlibi qəlbindən xeyli yüngül olmuşdu. 
 
Addım-addım can atır sanki yar nəfəsinə,  
Allah çəkir onları vüsal məsafəsinə. 
 


_______________ Milli Kitabxana _______________ 
35 
 
Ona dikib bu yolda iki cahan gözünü,  
Səcdəsinə qapandı görən kimi üzünü. 
 
Başı hər çur rütbədən çox uca olduğundan,  
Bir mənzil əvəzinə yuz mənzil kəsdi, inan. 
 
Hundür axurlu Rəxşi köyu tərlə islatdı,  
Yəhəri son mövqedə şax bir çiyinə atdı. 
 
Göylər - dəniz sədəfi, o sədəfin gövhəri,  
150 
       Başına taç qoymağa apardılar irəli. 
 
O ətirli gecədə çərx öküzü nə çaldı?  
Bəlkə yer öküzündən min-min gövhəri aldı. 
 
Səmai yolçuluğun muştuluğu gör nədən: 
Kəməri - Cövza bürcü, tacı - Xərçəng bürcündən! 
 
Başaq bürcü parladı, nur salxımı yaratdı,  
"Sünbülə"ni götürüb Aslan bürcünə atdı. 
 
Tərəzinin düzəldib Zöhrə bir cüt pərini,  
Ölçdü qutlu gecənin vəznini, dəyərini. 
 
Siqlətinin önündə səcdə qıldı tərəzi,  
155    
     Daşdan, tərəzidən də ağırdı onun vəzni. 
 
Qalxdı, Əqrəb bürcünün yanaşdı quyruğuna,  
Süsənbər nəfəsindən bir məlhəm verdi ona. 
 
Yay bürcü kamanından ov yıxan bir ox atdı,  
Çəpiş-Çüdey bürcünü zəhirmardan çıxartdı. 
 
Balıq qarnına girmiş Yunistək Hut bürcündən,  
Dolça bürcündən keçdi, Yusif doğdu hüsnündən. 
 
Təxti Sürəyya təki Quzu bürcündə qurdu,  
Dərhal çöllərə çıxdı çiçəklər ordu-ordu. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə