Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   2   3   4   5   6   7   8   9   ...   63

_______________ Milli Kitabxana _______________ 
16 
 
ən yaxşı hekayəsi adlandırır. Doğrudan da, Nizami "Sirlər xəzinəsi" ilə 
zəmanəsinin eybəcərliklərinə güzgü tutmuş, hər şeyi olduğu kimi göstərən bir 
poeziya aynası yaratmışdır. 
"Zalım padşahla zahidin dastanı"nda, adından görundüyü kimi, iki əsas 
surət vardır: zalım padşah və doğruçu qoca. Zalım padşah ordusuna, 
xəzinəsinə, casuslarına güvənir, doğruçu qoca isə düzlüyə. Zalım padşah 
hamını qanla qorxudub susdurmaq, özünə tabe etmək, qul vəziyyətinə salmaq 
istəyir. Doğruçu qoca isə düzlüyündən dönmür, zalımın inadını sındırır, onu 
özünə  təslim edir. Düzlüyün qarşısında cəlladın qılıncı  əlindən düşür, 
qəzəbdən bozarmış üzü gülümsünməyə  məcbur olur. Doğrudur, bu bir 
romantikadır, lakin onda güclü, inkar-edilməz bir həyat həqiqəti var. Düzlük 
eybəcərliyin, zalımlığın, qəddarlığın üzünə güzgü tutub onu özünə baxmağa, 
utanmağa, öz-özünü inkara məcbur edir. Zalım zalımlığını danır, haqqında 
zalım deyən qocanı qətlə yetirməyə hazırlaşdığı halda fikrini dəyişir, onu ifşa 
və inkar edən, heçliyini qorxmadan üzünə deyən gücsüz, zəif, onsuz da 
öldürüləcəyini düşünüb şahın yanına kəfən geyinib gələn, cəsarətli, ifşaedici 
sözlərindən dönməyən doğruçu qocaya cəza verə bilmir, əksinə, onu 
mükafatlandırır. Düzlük əyriliyə,  ədalət zalımlığa,  İntibah orta əsrlərə qalib 
gəlir.  Əyrilər çox olduğu kimi düzlər də çoxdur. Zalım padşahın casusu 
varsa, doğruçu qocanın da sevənləri, çətinə düşəndə köməyinə  gələnləri, 
gözlənilən təhlükəni xəbər verənləri var. Şərin casusluq edən nökərləri varsa, 
xeyrin də müjdə  gətirənləri var. Nizami bu iki cəbhəni, qüvvələrin 
tənasübünü doğru görür və əks etdirir. 
Nizami poeziyasında ictimai siniflərin, hakim təbəqələrlə xalqın bu 
şəkildə qarşı-qarşıya qoyulması, xalqın böyük gücünə inam, hökmdar və xalq 
probleminin tamamilə demokratik baxımdan düzgün həlli Yaxın və Orta Şərq 
İntibahının ən böyük nailiyyətlərindən biri idi. 
Nizami bununla da kifayətlənmir, yeniliyin köhnəliklə mübarizəsi, 
köhnəliyə qarşı amansız döyüşkən mövqe tutması fikrini irəli sürür. O, 
əsrlərin dumanı arxasından gələcəyə baxaraq, yeni ideyaların qələbəsi üçün 
yollar göstərir. Bu məsələdə ona əxiliyin mübariz humanist baxışları 
istiqamət verir. Xalq içərisində böyüyüb yaşayıb müdrikləşən,  şəhər 
sənətkarları ilə daim təmasda olan, qəlbi xalqın azadlığı və xoşbəxtliyi üçün 
döyünən, qələmi ilə "kiçik" adamların hüququnu müdafiəyə qalxan qüdrətli 
sənətkarı XII əsrin ən xəlqi fikir cərəyanlarından 
 
  


_______________ Milli Kitabxana _______________ 
17 
 
olan, ayrıca birlik formasına çevrilən  əxilikdən kənarda təsəvvür etmək 
olarmı? Ona görə  də  şairin poemasındakı bir çox fikirlər  əxiləri  şəhər 
sənətkarlarının bu mübariz birliyini yada salır. Nizami yeniliyin köhnəliklə 
mübarizəsindən danışanda  əxilər kimi düşünərək köhnə  əqidələri, köhnə 
budaqları  cəsarətlə doğrayıb tökməyi məsləhət bilir. Fəallığa, hərəkətə 
üstünlük verir. 
Nizami dünyanın zənginliyi, daimi inkişafı, get-gedə daha da 
gözəlləşməsi haqqında son dərəcə heyranlıqla danışır. Şairə görə, həyat daim 
irəliyə doğru inkişafdan ibarətdir; fikirlərdə, baxışlarda daim bir hərəkət və 
irəliləyiş vardır. 
 
Gündə bu bağdan yeni bir bar gələr,  
Hər şirinindən də şirin meyvələr.  
Çoxlu həmaildir ürəklər tamam,  
Hər biri xoşdur o birindən müdam.  
Həm bu yolun yolçuları bax ki sən,  
Zirək olur dəstə ötən dəstədən. 
 
Bu irəliləyiş  və inkişaf zamanı köhnəliklə yenilik qarşı-qarşıya gəlir. 
Köhnəlik öz yerini asanlıqla güzəştə getmir, yeniliksə onunla vuruşmaq, ona 
qalib gəlməklə özünü təsdiq edə bilər. Dahi şair əxilər kimi mübariz, döyüşən 
bir mövqedə duraraq köhnəliyi rədd edir. 
Nizaminin yeniliklə köhnəliyin qarşılıqlı münasibəti haqqındakı fikirlərini 
"Bir  şahzadənin hekayəsi" yekunlaşdırır. Hekayədə göstərilir ki, Mərvdə 
yaşayan gənc bir şahzadə ölkəni yeni qayda ilə idarə etmək istərkən 
ətrafındakı mühafizəkar, dövlətli adamların ciddi müqavimətinə rast gəlir, 
ölkə ona asi olur. Köhnələr təzəyə qarşı üsyan edib onu ölümlə hədələyirlər. 
Ümidini itirən, bədbinləşən gənc  şahzadə fikirli-fikirli yuxuya gedir. 
Yuxusunda bir qoca ona bu vəziyyətdən qurtulmağın yolunu öyrədərək deyir: 
 
Ey təzə ay, köhnə olan bürcü sök,  
Ey təzə gül, köbnə budaqları tök.  
Ölkə səninlə ola ta bərqərar,  
Şadlıq elə, sən də yaşa bəxtiyar. 
 
Deməli, yeniliyin qələbəsini təmin etmək üçün onun qarşısını alan maneələr 
aradan götürülməli, məhv edilməlidir. Nizaminin yenilik 
  


_______________ Milli Kitabxana _______________ 
18 
 
tərəfdarı olan şahzadə  qəhrəmanı da məhz belə edir. Yuxudan oyanan kimi 
iki-üç düşməni aradan götürür, köhnə qayda-qanunu pozaraq yeni qayda-
qanun yaradır, ölkə yeniləşir, abadlaşır. Bu, Nizami dövrü üçün son dərəcə 
cəsarətli bir ideya idi. Qəhrəmanın qəti hərəkəti ilə razı olan şair hekayəyə 
əlavə etdiyi lirik ricətdə bu ideyanı daha da dərinləşdirir, qətiyyət və inamla 
belə yazır: 
Ölməlidir mülkə pozuqluq salan,  
Qovmalıdır olsa qoşun bədgüman,  
Qol-budaq atmaz təzə şax, bil ki, sən.  
Köhnə budaqları əgər kəsməsən.  
Kəsməsən arxın önünü aşikar,  
Göylərə qaldırmaz əli göy çinar.  
Sən bulağın gözlərini açmasan,  
Gözdən axıtmaz su bu yer heç zaman. 
 
Şairin qənaəti budur ki, köhnəlik özbaşına təslim olmaz, onu güc,lə, silah 
yolu ilə təslim etmək lazımdır. 
"Ovçu, it və tülkü" hekayəsində biz inamlı bir şəxsin təntənəsi ilə 
qarşılaşırıq. Ovçunun sədaqətli, qoçaq iti birdən yoxa çıxır. Ovçu çox 
kədərlənir, lakin canını dişinə tutub gözləyir, inamını itirmir, gücündən artıq 
bir səbrlə dözür. Bir tülkü gəlib ovçuya istehza edir, itinə qarşı  vəfasız 
olduğuna, ondan ötrü qəm çəkmədiyinə görə ona tənə edir. Ovçu tülküyə 
inamla belə cavab verir: 
 
- Hamilədir zil gecə,  
Bir gün olar qəm keçəcək gör necə,  
Mən bu dar ovlaqda onunçün şadam,  
Şadlıq ilə qəm qala bilməz müdam...  
Qaçdısa bir dəm itim, ey hiyləgər,  
Sən kimi bir ovla geri tez dönər. 
 
Ovçu bu sözləri deyib qurtarmamış toz dumanı qalxır, it duman içindən 
çıxıb tülkünü tutur. Ən ümidsiz halda belə inam insanı mükafatlandırır. Dahi 
şair bu dərin fəlsəfi məzmunlu hekayəni inam haqqında himnlə bitirir: 
 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə