Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   2   3   4   5   6   7   8   9   ...   63

_______________ Milli Kitabxana _______________ 
13 
 
Dövrün hökmdarlarının cılızlığını, bir heç olduğunu Nizami müxtəlif 
boyalarla poemasının bir çox yerlərində nəzərə çarpdırır. Dəhşətlisi odur ki, 
qız kimi özünə sığal verib əyləncələrlə gün keçirən bu adamlar xalqı olmazın 
müsibətlərə düçar edir, nahaq qanlar tökür, kəndləri,  şəhərləri xarabalığa 
çevirir, ölkənin abadlığı, xalqın rifahı qeydinə qalmırlar. Bunları gördükcə, 
düşündükcə  şairin qəzəbi tüğyan edir, söz qılıncını  çəkib bu qorxunc 
düşmənə qarşı hücuma keçir. 
 
Zülm eləmək yaxşı deyil heç zaman,  
Tökmə nahaq qan, gedər abrın-həyan.  
Hümməti xalqın pis olar, qorx aman,  
Məzlum ahından çəkin, ey hökmran.  
Hümmət o yerdən ki, salar bir nəzər,  
Baxma həqarətlə, əsər göstərər.  
Bir neçə hümmətli kişi, sal yada,  
Neylədi hümmətlə böyük Mahmuda...  
Eylə zülm xəncərini sən kənar,  
Oxlarına olmayasan ta düçar.  
Şahlıq üçün şərtdir ədalət fəqət,  
Aləmə zülm oldu, yetər, bir sənət. 
 
Dahi Nizaminin zalım hökmdarlara qarşı bu qəzəbli hayqırtısı, hədələyici 
nərəsi onun xalqın oğlu olduğunu, xalqın dərdini öz dərdi kimi yaşadığını 
bütün aydınlığı ilə sübut etməkdədir. Bu, xalq qəzəbi və narazılığının  ən 
parlaq poetik inikası idi. Dövrün əli qılınclı  ağaları haqqında bu şəkildə 
cəsarətlə danışmaq həm də zamanın, ictimai-siyasi həyatda baş verən böyük 
irəliləyişin, xalq şüurunun oyanmasının nəticəsi idi. 
"Nuşirəvan və bayquşların söhbəti" hekayəsi romantik planda işlənsə də, 
real həyatın eybəcərliklərini çox doğru  əks etdirir. Əsərin qəhrəmanı olan 
Nuşirəvan islamdan xeyli əvvəl yaşamış Sasani hökmdarıdır. Lakin burada 
təsvir edilən həyat Nizami dövrünün həyatıdır. Nuşirəvanın ov zamanı 
qarşılaşdığı  mənzərə XII əsrin mənzərəsi, Nizaminin gördüyü, yandığı 
faciənin təsviridir.  Şair  ədalətsizliyin, qətl və qarətin həddini aşdığını 
göstərmək üçün maraqlı bir üsul işlətmişdir; həmişə xarabalıq sevən 
bayquşlar şahı yaxşı tanıyırlar. Onlar əmindirlər ki, əgər şahları budursa, az 
bir vaxta min-min kənd xarabaya çevriləcəkdir. Quş dili bilən vəzirin köməyi 
ilə bayquşların söhbətini dinləyən Nuşirəvan xəcalət çəkir, əməllərini yadına 
salıb peşman olur. 
  


_______________ Milli Kitabxana _______________ 
14 
 
Burda Nizami Nuşirəvanın daxili monoloqunu verir. Bu düşüncə-
monoloq hekayənin ən güclü hissəsidir. Şahın bütün bəd əməlləri öz dili ilə 
sadalanır, xəcil, peşman olduğu onun öz dilindən söylənir: 
 
Barmağını dişlədi şah: Zülmə bax.  
Quşlara çatmış sitəmimdən soraq.  
Gör necə zülm eylədim insanlara,  
Bayquş oturtdum evə, eyvanlara.  
Özgə malın zülm ilə aldım, yetər,  
Qaldım ölümdən nə qədər bixəbər.  
Oldu bu gün zülm tamaşa mənə,  
Vay ola məhşər günü rüsva mənə.  
Bəli, qiyamətdə tamam bunları,  
Hey soracaqlar tökülən qanları.  
Ah! Nə qədər yetdi məlamət mənə,  
Bəsdir ömürlük bu xəcalət mənə.  
Söylə, bu vardan ki bilinmir sayı,  
Sam nə götürdü, ya Süleyman nəyi? 
 
Şahın dili ilə deyilən bu sözlər Nizami əsrinin ədalətsiz şahları üçün ciddi 
ittiham idi. Bu ittiham canilərin yaşamağa haqqı olmadığını, onları  məhv 
etmək, etdikləri günahların, qarət elədikləri malların, tökdükləri qanların 
hesabını bir-bir soruşub cəzalarını vermək lazım olduğunu göstərir. Bu 
hissədə güclü bir inkar da var. Lakin Nizami romantik sənətkar kimi 
qəhrəmanı dəyişdirir; Nuşirəvan ədalətli işlər görməyə başlayır, tarixdə Adil 
Nuşirəvan adı ilə tanınır. Bu, şairin arzusu idi. O istəyirdi ki, dövrünün zalım 
hakimləri Nuşirəvan kimi hərəkət etsinlər. Ancaq bunlar söz idi. Nizami də 
hiss edirdi ki, sözlərə əhəmiyyət verən azdır. Bununla belə, şair sənətin təsir 
gücünə inanır, söz, sənət vasitəsilə  əməl, iş  tələb edirdi. "Bəhanə  gətirmə, 
bunlar sözdür, səndən isə  iş  tələb olunur. Əgər işlər sözlə düzəlsəydi, 
Nizaminin işləri göylərə ucalardı". Bu etirafda, bu inamda müdrik, mübariz, 
narahat bir qəlbin ağrıları gizlənmişdir.  Şahın darğası  sərxoş halda gələrək 
kimsəsiz qanın təhqir edir, filan gecəyarısı filanı filan küçədə kim öldürüb 
deyə sorğu-suala tutur, canini onun evində axtarır. Qarı bu cinayətin necə, nə 
üçün baş verdiyini dəqiq başa düşür. Əgər şahın darğası sərxoş olarsa, canilər 
qan tökəcəklər. Camaat təhqir olunacaq, şahın ədaləti yox olacaqdır. 
  


_______________ Milli Kitabxana _______________ 
15 
 
Dəxlini mülkün talayır oğrular,  
Dul qarılardan çəkilir sorğular. 
 
Şahın üzünə, hərəkətlərinə diqqətlə baxan qarı onu yaxşıca öyrənir, 
hökmdarın bu zülmdə  iştirak etdiyini, özbaşınalıq və cinayətlərə  şərait 
yaratdığını başa düşür. Bu yerdən hekayənin ikinci hissəsi başlayır.  Əgər 
birinci hissədə qarı  şikayətçidirsə, ikinci hissədə bir ittihamçı - xalq 
ittihamçısıdır. Qarı onu şahlığa layiq olmayan qul, qarətçi, utanmaz, hünərsiz, 
oğru adlandırır. Qarının bu sözləri ildırımtək çaxır, alov kimi saçılır. 
Hekayənin axırında Nizami lirik ricətə keçir, əsərdə  təsvir edilən hadisələri 
öz dövrü ilə əlaqələndirərək yazır: 
 
İndi ədalətdən, aman, yox soraq,  
Qaçmış o, Simürğə aparmış pənah.  
Mavi bu çardaqda abır yox daha,  
Əsla bu torpaqda görünmür həya.  
Qalx, Nizami, yaş axıt sən yenə,  
Qan yaşı səp qanlar olan qəlbinə. 
 
Böyük sənətkarın xalqın halına nə qədər ürəkdən yandığını, elin faciəsinə 
necə acı göz yaşları tökdüyünü, sadə adamların dərdindən ayrı bir dərd-qəmi 
olmadığını göstərən və  şərhə, izaha ehtiyacı olmayan bu alovlu, həm də 
fəryad dolu misraları Yaxın və Orta Şərq İntibahında humanizm ideyalarının 
ən yüksək, misilsiz bir ifadəsi kimi qiymətləndirsək, səhv etmərik. 
Dərin ifşaedici məzmunu etibarilə "Zalım padşahla zahidin dastanı" və 
"Sultan Səncər və qarı" hekayələri bir-birinə çox yaxındır.  Əgər "Sultan 
Səncər və qarı"da  şah məmurlarının cinayətləri və  şahın bu cinayətlərə 
laqeydliyi  əks olunmuşsa, "Zalım padşahla zahidin dastanı"nda feodal 
gerçəkliyinin başqa bir kölgəli cəhəti açılıb göstərilmişdir. Sultan Səncər 
şikayətləri eşitmir,  əhəmiyyət vermir, cinayətkarları  cəzalandırmır, onlara 
şərait yaradırsa, bu hekayədə  təsvir edilən zalım padşah daha qəddardır. O, 
hər tərəfi casuslarla doldurmuşdur, haqq deyən dilləri kəsdirir,  şahın 
zülmündən  şikayət eləyənləri məhv etdirir. Onun ölkəsində  şahın  əleyhinə 
danışmaq ən qorxulu cinayət sayılır. Bu isə Nizami dövrünün mənzərəsidir. 
Ona görə də Y.E.Bertels bu hekayəni "Sirlər xəzinəsi"nin açarı və poemanın  
 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə