Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   2   3   4   5   6   7   8   9   ...   63

_______________ Milli Kitabxana _______________ 
10 
 
böyük fikirlərin obrazlı ifadəsi üçün xatırlanır. Zülm və ədalətsizlik alovları 
üzərinə su tökülsün, ədalət bərpa edilsin, mənəm-mənəmlik, qürrə, başqa 
sözlə, özbaşınalıq, haqsızlıq yeli torpağa gömülüb yox olsun - deyən  şairi 
narahat edən onun zəmanəsi, insanların taleyidir. Eyni həyəcanlı, narahat 
çağırış peyğəmbərə müraciət hissəsində də özünü aydın göstərir. 
Poemanın müqəddiməsində  şeir və  sənət məsələlərinə  də xüsusi diqqət 
yetirən şair sözün meydana çıxması, insan həyatında rolu, onun qiyməti və s. 
haqqında söhbət açır. Sözü xilqətin birinci gözəli adlandıran Nizami doğru 
göstərir ki, qələm hərəkətə başlayan zamandan dünyanın gözünü sözlə 
açıbdır. Söz insanın canı, bədən isə onun mənzilidir. Bayraqlar söz qədər 
qələbə çala bilməz, söz hər şeydən qiymətlidir: 
 
Kimsə alıb söz və zəri bir sabah  
Sərrafa göstərdi, dedi: - Ey qoçaq,  
Köhnə qızıl, ya təzə söz yaxşıdır?  
Söylədi usta: - Təzə söz yaxşıdır.  
Qasid olub söz haraya getmədi?  
Söz kimi kimsə bir işi etmədi. 
 
Göründüyu kimi, Nizami sözə geniş  mənada yanaşır, dilin, bədii sözün, 
nitqin, yazının bəşəriyyətin inkişaf tarixindəki misilsiz rolundan, onun müasir 
həyatda əhəmiyyətindən danışıb, sözü insanın canı və özü hesab edir. Nizami 
ümumiyyətlə sözdən danışdıqdan sonra şeir haqqında söhbət açır, ərşin ötən 
bülbülü saydığı  şairin zəhmətinə yüksək qiymət verir, onu peyğəmbərlərə 
yaxın tutur. Şair və  şeir qarşısında ciddi ictimai vəzifələr qoyan Nizaminin 
fikrincə, şeir insanları tərbiyə etmək vasitəsidir. 
 
Kim ki sözə verdi sığal, sahmanı,  
Sözlə bişirdi çiy olan insanı. 
 
Nizami şeirin asan yazılmadığını, dərin düşüncələr, yaradıcılıq iztirabları 
nəticəsində yarandığını qeyd edir. Onun yaratdığı hər söz canın bir parçasıdır, 
qəlbin dişi ilə yonulmuş heykəldir; o, yeni söz üçün axtarışa başlayanda gah 
ölür, gah dirilir. Şair yaradıcılıq prosesinə çox ciddi bir iş kimi yanaşır, onun 
ağırlığından danışır. 
  


_______________ Milli Kitabxana _______________ 
11 
 
Mədən açıb tapmaq üçün bir göhər,  
Yeddi göyə fikri salar rəxnələr.  
Yaxşı sözü övladına tay tutar,  
Səy edib ilham ataya oxşadar.  
Xoş nəfəsi canlara dinclik verər,  
Hər sözü dillərdə gəzər sərbəsər.  
Nəqqaşısa kim bu gözəl dilbərin,  
Bil ki, o, şairdir, oxu sözlərin. 
 
Əsil sənətkar, həqiqi  şair haqqında Nizaminin qənaəti belədir. Dahi şair 
sözü hörmətdən salan alçaq adamlara, var-dövlət və şöhrət xatirinə ona-buna 
mədhiyyə yazanlara da biganə qalmır, onları nifrətlə xatırlayır. Nizami dünya 
İntibahının  ən qüdrətli  şairlərindən biri kimi poeziya sənətinə onun insana, 
həyat həqiqətinə xidməti baxımından qiymət verir. Şairin fikrincə, hər  şeir 
qaralayanı, qafiyə qoşanları şair adlandırmaq olmaz: 
 
Çoxlu çaparlar bu yolu getdilər,  
Alçaq olanlar onu xar etdilər.  
Diddi bu söz, parçaladı bağrımı,  
Söz bəzəyən tökdü sözün abrım.  
Candır ürək meyvəsinin qiyməti,  
Onlar üçün yox su qədər hörməti.  
Tapdı əlindən necə ey çərx, aman,  
Yaltaq olub şerə düyünlər salan... 
 
Qızıl üçün saralıb-solan, qızılla sözü qiymətdən salan, söz ləlini qiyməti 
olmayan daş-qaşa dəyişən bu şaircikləri Nizami alçaq adlandırır. Zahirən, 
saraylarda yüksək mövqe tutan bu adamların özlərini alçaltdığını Nizami həm 
nifrət və  qəzəb, həm də ürəkağrısı ilə qeyd edir. O, saray şairi vəzifəsinin 
aqibətindən söz açır, saraylarda bir müddət zərli don geyənlərin axırda 
qurğuşun yediyini, civə kimi zərdən ötrü ölənlərin axırda Sultan Səncərin 
dəmiri ilə məhv olduqlarını xatırladır. Nizami şeiri ucuz tutmağı rəva görmür, 
şairdən ağır zəhmət, böyük iradə tələb edir. 
Xalq və hökmdar problemi Nizami poeziyasının, o cümlədən "Sirlər 
xəzinəsi"nin əsasını təşkil edir. Çox vaxt bu problemi ədalətli 
  


_______________ Milli Kitabxana _______________ 
12 
 
hökmdar ideyası  şəklində ifadə edirlər. Guya Nizaminin məqsədi  ədalətli 
hökmdar surəti yaratmaq imiş ki, şair sonrakı əsərlərində buna çalışmış, lakin 
arzuladığı ideal hökmdar surətini İskəndərin simasında, son əsərində yarada 
bilmişdir. Nizami yaradıcılığında xalq və hökmdar probleminin həllinə, 
inikasına bu cür yanaşmaq birtərəfli və yanlışdır. Nizaminin məqsədi ideal 
şah obrazı yaratmaq olsaydı, ilk əsərindən başlayaraq son əsərinəcən istənilən 
qədər ədalətli şah surətləri yarada bilər, onlarda heç bir nöqsan da görməzdi. 
Nizami dühasının böyüklüyü ondadır ki, mütəfəkkir şair xalqla hökmdar, 
fərdlə  cəmiyyət arasındakı münasibətləri və bu münasibətlərin kölgəli 
cəhətlərini qorxmadan, cəsarətlə açıb göstərə bilmiş, onların səhvlərini, 
cinayətlərini üzlərinə deməkdən çəkinməmiş, ibrətləndirmək, qorxutmaq, 
öyrətmək, xəbərdarlıq etmək yolu ilə onları  ədalətə, insanlığa, sülhə 
istiqamətləndirmişdir.  Əsərlərində  şahların  ədalətini təsvir etmək Nizami 
üçün az əhəmiyyətlidir, dövrün hökmdarlarını isə  xəcalətləndirmək, 
utandırmaq, həvəsləndirmək, ağıllandırmaq yolu ilə  ədalətə yönəltmək, 
onların  ədalətli olmasına nail olmaq şairin zəngin  ədəbi irsinin əsas 
qayələrindən birini təşkil edir. 
"Sirlər xəzinəsi"  əsərindəki bir çox məqalət və hekayələrini də  şair onu 
çox narahat edən, düşündürən problemə  həsr etmişdir. "İnsanın mərtəbəsi 
haqqında" birinci məqaləti, "Ədalət və insafı gözləmək haqqında" ikinci 
məqaləti, "Padşahın rəiyyətə qayğı göstərməsi haqqında" üçüncü məqaləti, 
hekayələrdən "Özündən naümid olub bağışlanan padşahın hekayəsi", 
"Nuşirəvan və bayquşların söhbəti", "Sultan Səncər və qarı", "Zalım padşahla 
zahidin dastanı", "Bir şahzadənin hekayəsi" və başqalarını xatırlamaq 
kifayətdir. Həmin hekayə  və  məqalətlərdə hamını düşündürən aktual bir 
məsələ - hökmdarın xalqla rəftarı  məsələsi qoyulub həll edilir. Dahi şair 
dövrünün zalım hökmdarlarını gah axirətlə qorxudur, gah zülmün bu dünyada 
onlara zərər, ziyan yetirəcəyini xatırladır, onları xalqın qəzəbi ilə hədələyir. 
 
Aləmi kim fəth eləyər zülm ilə.  
Mülkü ədalətlə alarlar ələ.  
Məmləkət ədlilə olar payidar,  
İşlərin əql ilə olar bərqərar. 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə