Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   13   14   15   16   17   18   19   20   ...   63

_______________ Milli Kitabxana _______________ 
66 
 
Mən belə bir gecədə yalqızam, çırağım yox,  
Nalə çəkən bülbüləm, gülüstanım, bağım yox. 
 
Ciyərimin qanını qatdım ürək sözümə,  
Ürəyimin suyundan od çilədim üzümə. 
 
Bir az götür-qoy etdim, öz qəlbimlə qonuşdum,  
Bir öyüd kitabını andım, ardınca qoşdum. 
 
Gizli bir hatif mənə dedi: - Möhtac olanda,  
540
        Borcu o qədər al ki, verməyə gücün çata. 
 
Nə üçün su səpirsən pak, təmiz atəşinə?  
Yel kimi yedək atı axı nə lazım sənə? 
 
Dərd gətirən torpağı burax, girsin tabuta,  
Şölə verən atəşi bəxş et parlaq yaquta. 
 
Ox atma ki, hədəfin öz düşüncəndir sənin,  
Atın öz ayağındır, qamçını az vur, çəkin! 
 
Yaramaz bundan artıq qəflətdə əyləşəsən,  
Canında su qalıbsa, könül qapısına səp. 
 
Bir qəlb hekayəsi de, bu göy qübbə içində,  
545
        Xoş bir nəğmədi dünya təmiz, mavi biçimdə. 
 
Qaçaq-quldura bənzər beş duyğudan uzaqlaş,  
Səninki qəlb yoludur. Qəlbi dərk etməyə qoş. 
 
Uçur Ərş aləminə bədəndən qurtulanlar,  
Cəbrail qanadını taxır ruhuna onlar. 
 
İki dünyanı atan tutur qəlb dünyasını,  
Ruh aləmində tapır nemətlərin xasını. 
 
Gərəksizdir bəlkə də, təbiətdə göz, qulaq,  
Üzəvarı pərdəyə dustaq olmuşuq, dustaq. 
 


_______________ Milli Kitabxana _______________ 
67 
 
Qönçə qulaqlarına pambıq tıxamısan ki...  
550
        Aldadar gözün səni, get, işə sal idrakı. 
 
Bağda gülə, nərgizə neçin səcdə qılırsan?  
Onlar sənin əlindən lələdağdılar, inan! 
 
Hər cür eybəcərliyin aynasıdır gözlərin,  
Od üstünə su tök ki, heç nə görə bilməsin. 
 
İnsan təbiətində dəllallıq şakəri var,  
Bəri başdan ən azı qırx yaşını nəqd umar. 
 
Ancaq qırx yaşa çatmaq ən böyük məsuliyyət!  
Səfər xərci gərəkdir, bir də zəhmət, məşəqqət. 
 
Qırx illik dərslərini təkrar etməkdən əl çək.  
555
        Yetər, əfsun oxuma! İndi sənə dost gərək. 
 
Ürək dostun az isə... bircəsini barı tap,  
Qəmlərini silməyə bir könül qəmxarı tap. 
 
Qəm yemə, qəmlərinə ortaq olanın varsa,  
Dərdin boynunu sındır, bir həmdərd tapılarsa, 
 
Ey dərdə ilişənlər, qəmə əsir düşənlər!  
Sizə dost dəyanəti dayaq deyilmi məgər? 
 
İki nəfəs tutuşsa, tapsalar bir-birini,  
Bir anda min kədərin qırarlar dizlərini. 
 
İlkin xoruz banında sübhün ətri saçılar,  
560
        İkincidə ulduzlar zanbaq-zanbaq açılar. 
 
İkinci xoruz banı imdadına çatmasa,  
Birinci rüsvay olar, batar qara bir yasa. 
 
Bir iş görə bilməzsən təklikdə sən, ey naçar!  
Ara, axtar, yarı tap, yaranı yar sağaldar. 
 


_______________ Milli Kitabxana _______________ 
68 
 
  
 
İnan, nemət sayılmaz cahan səltənətləri,  
Min qızılın bir dostdan üstün deyil dəyəri. 
 
Yer üzündə hər kəsin dosta ehtiyacı var,  
İllah, elə dosta ki, dar gündə dada çatar. 
 
Mey dostları zay edər ayı, günü, həftəni,  
565
 
       Beləsindən ustün bil qapındakı cəftəni. 
                        
                      Salxım ürəyinin sıx şirəsini, şəhdini,  
Torpağa dönməklə al bu dünyadan əhdini. 
 
Bil ki, ərşin sultanı xəlq edərkən cahanı,  
Çəkdi, qoşa yaratdı həm surəti, həm canı. 
 
Nəhayətsiz, sonsuzdur Tanrının kəraməti,  
Kərəm saçıb, can ilə birləşdirdi surəti. 
 
Surət, can birliyindən qəlb aləmi doğuldu,  
Xilafət mövqeyinə çatan xəlifə oldu. 
 
Üstə sultan xütbəsi olan bu könül ki var,  
570
        Ruh və cisim aləmindən yaranıb açıq-aşkar. 
 
Parlaqlığın könlünün Süheylindəndir əlbət,  
Könül cocuqlarındır bu can ilə bu surət. 
 
Dimağıma yetincə qəlbin səsi, sorağı,  
Çırağıma töküldü sanki beynimin yağı. 
 
Qulağımı dil sayıb, sükut etdim bu dəfə,  
Canım hədəf kəsildi içimdəki hatifə. 
 
Bu feyz ilə, qüdrətlə gücləndi nitqim, dilim,  
Təbim qurtuldu qəmdən, şadlıqla doldu qəlbim. 
 
Odlu göz bulağımdan buz suları qovanda,  
575
        Qəlbimin atəşilə qazan qaynadı canda. 


_______________ Milli Kitabxana _______________ 
69 
 
Beş hissə - beş quldura qəzəb silləmi sıxdım,  
Onlar aciz qaldılar, mən bir az güclü çıxdım. 
 
Bir mənzil, iki mənzil at çapdım dincəlmədən,  
İlk sıçrayışla çatdım könül qapısına mən. 
 
Getdim canım dişimdə mən öz könlümə sarı,  
Elə bil gecə yarı ömrüm də oldu yarı. 
 
Ruh adlı mehrabımın önündəyəm mən yetim,  
Bükülüb topa döndü mənim çövkən qamətim. 
 
Qəddim ikiqat oldu, haram qatdım yuxuma,  
580
        Çövkənim topa döndü, ətəklərim yaxama. 
 
Ayağım başım oldu, başım ayaqmı oldu?  
Boyum topa bənzədi, çövkən sayaqmı oldu? 
 
Əldən getdi iradəm, gözümdə gün qaraldı,  
Yüzluk təkliyə döndü, təklik yüz şəkil aldı. 
 
Səfərdaşlarım cahil, mən səfərdə xamtəhər,  
Kimsəsizlik yamandır, qəriblik ondan betər. 
 
Nə cür keçim qapıdan? Cığır hanı, yol hanı?  
Bəlkə geri qayıdım, tərk edim bu məkanı? 
 
Qorxudan nitqim batıb. Yolum dar bir keçiddi,  
585
        Fəqət cilovdan tutan eşqim dadıma yetdi. 
 
Döydüm qapını. "Kimdir vaxtsız gələn?" sordular.  
"Bir Adəm oğlu!" - dedim, -"Yer versəniz şad olar". 
 
Cəld içəri çəkdilər: "Buyur, Tanrı bəndəsi!"  
Qaldırdılar, yox oldu vücudumun pərdəsi. 
 
Sarayın ürəyindən bir səs qopdu: - Nizami!  
İçəri keç, bura gəl! - Bu səs necə səmimi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə