Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   14   15   16   17   18   19   20   21   ...   63

_______________ Milli Kitabxana _______________ 
70 
 
O saray hərəminin dərhal məhrəmi oldum
"Gəl lap içəri". - Getdim. Nurlu bir hücrə buldum. 
 
Elə parlaq hücrə ki, çılçıraqban, müqəddəs,  
590
       Yaman gözlər onu heç görməsin, görə bilməz! 
 
Bir əfsanə içində yeddi hekayət kimi,  
Yeddi xəlifə burda əyləşiblər səmimi. 
 
Ora fələk mülkündən daha böyük məmləkət,  
Torpağına can verən küləkləri nə xoşbəxt! 
 
Orda günorta şahı gəlib başda əyləşib,  
Nəfəsabad diyarı bir azca istiləşib. 
 
Qarşımızda qırmızı, qızıl donlu süvari,  
Zəfər rəmzi bir gəncin ləl rəngində paltarı. 
 
Şikar kəşfiyyatçısı, sərt, acıqlı bir cavan,  
Yanında qara bir qul - bir az qəmgin, pərişan. 
 
Pusquda ayıq-sayıq, mahir bir kəməndatan,  
595
        Gümüşdən zireh geyən mis bədənli pəhləvan. 
 
Sanki onlar pərvanə, mənim könlüm şəm idi,  
Onlar pərişan... bircə mənim könlüm cəm idi. 
 
Mən öz qənaətimlə könül mehmanı oldum,  
Yalnız könül şahının nemətinə vuruldum. 
 
Mən könül ordusunun görüncə bayrağını,  
Üz çevirdim aləmdən, atdım hər novrağını. 
 
Öz dililə söylədi könül mənə: "Ey dilsiz!  
600
        Uçur dilək quşunu bu yuvadan, uçur tez! 
 
Bu cür tüstü içində tutuşar odum məgər?  
Mən duzam, xoşlayarmı hər duzu sütül ciyər? 


_______________ Milli Kitabxana _______________ 
71 
 
Mənim kölgəm bu dəhrin sərvindən əzəmətli,  
Addımlarım, ayağım onunkundan qüdrətli! 
 
Xəzinəyəm, amma ki, harun kisəsində yox,  
Səninlə olmasam da, uzaqda deyiləm çox, 
 
Ona çox qulaq asdı mənim nitq bülbülüm,  
Nəfəsini duyunca utandı, susdu könlüm. 
 
Sıxılaraq baş əydim, bir müddət yerə baxdım,  
605
        Qulağıma ədəblə qulluq həlqəsi taxdım. 
 
Ustad - könül xacəsi təzələdi əhdimi,  
Fələklərə ucaldı sayəsində Nizami. 
 
Qalmadı riyazətdən, pəhrizdən başqa yolum,  
Dedim: mən də o pirdən riyazət dərsi alım. 
 
BİRİNCİ XƏLVƏT - QƏLBİN TƏRBİYƏSİ 
 
Ədəb dərsinə keçdi o riyazət öyrədən,  
Məni doqquz fələyin çıxartdı çevrəsindən. 
 
Yolumuz həlqə-həlqə, əyri-dolay, çən-duman,  
Fəqət, mənim ustadım sapmadı öz yolundan. 
 
Elə bir yerə çatdı yolumuzun axırı,  
610
        Tamam arxada qaldı onun dolambacları. 
 
Sözü daşdan keçən pir bizimçin qürur idi,  
Tanrımız olmasa da Tanrıdan bir nur idi. 
 
O pir iki cahanda mənə gözətçi, hami!  
Yoxsa çəkib dərdimi, qayğıma qalardımı? 
 
İşlərimi yoluna qoymasa da bu dəm o,  
Bilirəm, şəfqətini əsirgəməz məndən o. 
 


_______________ Milli Kitabxana _______________ 
72 
 
Mənim tək ədəbsizə ədəb öyrədən o pir,  
Az qala qulum oldu, mənalıdır bu tədbir. 
 
Mənim kimi qulundan bezib üz döndərmədi,  
615
        Qənimət bildi bəlkə bir yoxsulla ülfəti. 
 
Züleyxanın vətəni Misirdənmi o, gəldi?  
Yusifini quyudan çıxarmaqla yüksəldi! 
 
Uyğudan qapanarkən gecənin qara gözü,  
Yandı sübhün çırağı, işıqlandı Yer üzü. 
 
Doğdu Günəş, Fələyin nəhənk çırağı yandı,  
Gecənin qaranlığı dan rənginə boyandı. 
 
Mənim əlimdən tutdu əli çıraqlı ustad,  
Gəlib çatdıq bir bağın ətəyinə xeyli şad. 
 
Ətəyimi arıtdı kədər tikanlarından,  
620
        Gülə qərq etdi məni gül nəfəsli o insan. 
 
Güldüm yaşıl çöldəki lalə kimi, zər kimi,  
Yüz yerdən parçalandı paltarım güllər kimi. 
 
Canını təslim etdi canıma al lalələr, 
Yaz yanaşdı, bağladı belimə güldən kəmər. 
 
Gah qan rənginə düşdüm al qırmızı mey kimi,  
Gah da yırtdım gül kimi köynəyimi - qönçəmi. 
 
Tez budaqdan budağa, güldən gülə can atdım,  
Bir qaynağa qovuşub, su içməkdi muradım. 
 
Mənim eşq bayrağım bənd olunca bir yerə,  
625
        Vəfa qoxusu gəldi başqa bir yandan yenə. 
 
Açıq deyim: bir yarın rayihəsi, nəsimi,  
Mənə ürək, can verdi İsa nəfəsi kimi. 


_______________ Milli Kitabxana _______________ 
73 
 
Fırlatdı bir tərəfə mindiyim kəcavəni,  
Səhər rüzgarlarına yar-yoldaş etdi məni. 
 
"En aşağı! - Söylədi, - Özündən çox vurma dəm,  
Enməsən, endirərəm səni mənlik təxtindən!» 
 
O xəyal dənizində mən ki, bir gəmi oldum,  
O cənnət havasında cənnət sakini oldum. 
 
Orda axır sərin su, burda od düşüb cana,  
630 
     
 İrmağın qıyısına at sürdüm yana-yana. 
 
Qarşımdakı saf bulaq Günəşdən daha parlaq,  
Xızr yuxusunda da görməmiş bu cür bulaq. 
 
Nərgizlər - oyaq gözlü, yasəmənlər yatağı  
Baxsan, uyudar səni günün günortaçağı. 
 
Qaliyə iyli behişt bu bağın qulu oldu,  
Fələklər dairəsi onun həddi-hüdudu! 
 
Güllər qərar tutublar yarpaqlar yaxasında,  
Ətəkləri sürünür tikanlar arasında. 
 
635
        Tulkü vermiş tikana dərisinin rəngini,  
Çeyranlar çiçəklərə göbəyinin mişkini. 
 
Şəkər gülüşü güldən xəcalət çəkən tutu,  
Məst olub, yaşıllığı qanadlarıyla tutub. 
 
Şehlər dadlı süd kimi damır təzə otlardan,  
O südün şəkərilə məst olub ahu, ceyran. 
 
Gəlin otağı kimi süslü gül yuvasında,  
Ceyranlar gül ovlayır, böcəklər salır səda. 
 
Necə quçaqlaşıblar, görün, xeyri gülləri,  
Gül rəngli ənbər üçün yelpik olub hər biri. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə