Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   17   18   19   20   21   22   23   24   ...   63

_______________ Milli Kitabxana _______________ 
82 
 
Xəttü xalı neyşəkər, hüsnü - könül meyvəsi,  
Cismi bəlkə də güldan, özü - bir gül dəstəsi. 
 
Fındıq ağzı şəkər, qənd, badam gözləri xumar,  
İnnabı püstəsinin üstə incə xətmi var? 
 
Saçlarının gecəsi "halal sehri"nə bənddi,  
Babil sehri, hind xalı ovsunlamış bu xətti. 
 
Camalları, xalları, incə qəmzələrilə,  
745
        Döndərdilər aləmi Hindistana, Babilə. 
 
Gözüm baxdı gözünə... bir təbəssüm qazandı,  
Ürəyim bir cüt gözün başına çox dolandı. 
 
İti dilli qəmzəsi, gör, tikanmı, ya neştər?  
Saçlarının düyünü bizim işlərə bənzər. 
 
Hər kamana qoymamış qəmzəsinin oxunu,  
Bir baxışla öldürür aşiqlərin çoxunu. 
 
Qanad verir ürəyə sanki İsa nəfəsi,  
Ürəyin torpağında abi-həyat çeşməsi. 
 
Ətri yasəmən kimi bədənində, əynində,  
750    
     Yaşmağını Ay kimi, daşıyır öz çiynində. 
 
Gül üzü, al dodağı şəkər, badam səpmədə,  
Bəlkə pənah aparır güllər şəkərə, qəndə. 
 
Həyat verdi, can verdi hər baxışı cahana,  
Hər kirpiyi can üçün dönüb oldu bütxana. 
 
Gümüş tək ağ üzündə ətir saçır qara tel,  
Müşkün özü ətrini ondan alır elə bil. 
 
Gümüş buxaq, ağ buxaq kəmər bağladı tərdən,  
Göy qurşağı yarandı Günəş yanında birdən. 


_______________ Milli Kitabxana _______________ 
83 
 
Zülf - İbrahim, yanaqlar - İbrahim atəşləri,  
755  
      Göz - İsmail, kirpiklər - onun qətl xəncəri. 
 
Yanağının atəşi bir dəstə reyhan oldu,  
Nərgizinin üstündə xəncər də xəndan oldu. 
 
Mey tək yandırar səni bir busə versə əgər,  
Dodağı ölgünləri İsa kimi dirildər. 
 
Onun tərli yanağı şehi ağappaq nəsrin,  
Ay camalı nur saçır göydə Sürəyya təkin. 
 
Necə qəşəng açılıb hurinin ağ yaxası,  
Səhər naməsidirmi nur möhürü - tuğrası? 
 
Tanrı ərənlərinin hümməti, xalqın canı,  
760
        O nurun divanəsi, o işığın qurbanı. 
 
Ağız susur... qaşlarsa doymur incə söhbətdən,  
Gözlər qonuşur... çünki dil tutulub heyrətdən. 
 
Ağ süfrəni, gör, necə gül rəngli mey bəzəyir.  
Qızıl, gümüş qədəhlər nərgizlərə bənzəyir. 
 
Əqlin başı aylanır bu dairə içində,  
Əldən gedir ürəyin dözümü də, gücü də. 
 
Gülməkdən vaxt tapmayan gül ağızlar qiyamət  
-Bircə ah da çəkməyə qalmayıb daha taqət. 
 
Məğlub olub... başını səbr aşağı saldı,  
765
       Fitnə iki ahəngin arasındamı qaldı? 
 
Sədəfli saz ucaltdı Davudi nəğməsini,  
Nəql etdi Mahmud ilə Ayaz hekayəsini. 
 
Nizaminin şeri də bu dəm qənd, şəkər saçdı,  
Qəzəlxan ceyranların dillərində dolaşdı. 


_______________ Milli Kitabxana _______________ 
84 
 
    İKİNCİ XƏLVƏTİN SƏMƏRƏSİ 
 
Əzəlin toxuduğu bir xəlçənin üstündə,  
Ömürdən ötən çağlar yenə də öz hökmündə. 
 
Könül mənim şerimlə salam verir qulağa,  
Gözlər alır salamı, canla dodaq-dodağa. 
 
Türk gözəli gülərkən qəndin qəlbi daralır,  
770
        Ceyranların gözündən gözlər sürməni alır. 
 
Kətan geyinib gəlir ay camallı türk yarım,  
Sökülmüş kətan kimi çatlayır dodaqlarım. 
 
Gecənin sifətinə işıq silləsi çırpan,  
Ay səmada sübhədək aydınlığa pasiban. 
 
Bir az xəfif dəysəydi qəmzəsinin oxları,  
Can düşüb qədəminə, öpərdi torpaqları. 
 
İşığından islandı şamın ağ kirpikləri,  
Qısqanclıqdan ağardı çırağın bəbəkləri. 
 
Sitəmlər ki, etmişdi cövr ilə, cəfa ilə,  
775 
       Təbərrik bildi könül, götürdü vəfa ilə. 
 
Mən - su arxı, o - çəmən, mən - yaşıllıq,o - Günəş.  
Mən yuduğum paltarı qurudurdu o atəş. 
 
Bəhrəsindən daddığım o gecə, bostanında,  
Nəyi var, bilmişəmsə, günahkaram yanında. 
 
O yeni doğmuş Ayın şəfəqdəndi kəməri,  
Bütün məftunlarından gizlətmişdi bəhəri. 
 
Sən demə, məftununun məftunu olubmuş o
 Mənim eşqim - qığılcım, onunku - məşəl, alov! 


_______________ Milli Kitabxana _______________ 
85 
 
Deyirdik sübh açılsın bir az gec, bir az yavaş,  
780 
       Bu gecə pərdəmizə gündüz od vurmasın kaş. 
 
Sağ çıxa bilsəydik, ah, bu gecədən gündüzə,  
Bəlkə qiyamətəcən yaşayardıq göz-gözə. 
 
O gündüzdən işıqlı gecə - bütöv bir həyat,  
Yatsam, yuxumda belə bir də görmərəm, heyhat. 
 
Mənim o gecədən xoş gecəm olmayıb hələ,  
Elə gözəl bir gecə bir də düşərmi ələ? 
 
O gecəni bir daha görə bilmək üçün, ah,  
Əl qaldırıb göylərə deyirəm: Allah, Allah! 
 
Yox, qaranlıq deyildi, aydın gündü o gecə,  
785 
       Təkcə merac gecəsi tay olar ona, məncə. 
 
Fələyin ləli üçün "Günəş!" deyə mələr Ay,  
O gecənin dərdindən dirilər Ay, ölər Ay. 
 
Neçin gecə gündüzə özünü düşmən sayır?  
Bəlkə min gün içində o gecəni arayır! 
 
Mən hər şeydən asudə. Bir də nə gördüm öndə:  
Qılınc vurur başına, səhər al qan içində! 
 
Yandırdı kirpiyimi qaynar Günəş, inanın,  
Göz yaşlarım bürüdü könlümün eyvanını. 
 
Yağış Günün qırmızı köynəyini yudu ki,  
790
        Pak olsun əl qaldırıb salamlarkən göyləri. 
 
Günəşin yaratdığı hövzə sanma lal durub,  
Sənin və mənim kimi min-min sənək sındırıb. 
 
Çərx gümüşlə bəzəmiş ulduzların dəstini,  
Açmış altun Günəşin qızıl səhifəsini. 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə