Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   9   10   11   12   13   14   15   16   ...   63

_______________ Milli Kitabxana _______________ 
49 
 
Nicat sübhü ver mənə, ey dağım, ey dayağım!  
Sən dirilik suyumsan, mən də sənin torpağın. 
 
Canımın behiştidir daşın, torpağın sənin,  
Cahanımdır, canımdır türbən, gül bağın sənin. 
 
Rüzgar olum, dolanım o türbənin başına,  
325
       Toza dönüm, qarışım torpağına, daşına. 
 
Torpağından gözünə sürmə çəkər Nizami,  
Yəhərini daşıyar sənin qulamın kimi. 
 
Torpağını isladıb təbərrik bilir bəşər,  
Mənim də torpağımı saçlarına çəksinlər. 
 
İSLAM PADŞAHI MƏLİK FƏXRƏDDİN  
BƏHRAM ŞAH İBN DAVUDA ÖYGÜ 
 
Bu mavi dairə ki, kainatı çevrələr, 
Burda bir nöqtə kimi düyünləndim bir səhər. 
 
Yox əlimdən tutanım, ayağımı açanım,  
Kölgənəm, üstümdə bəs hüma qanadın hanı? 
 
Ayağım bu torpağa batıb dərindən dərin,  
330
       Qollarımsa bağlanıb kəməndilə göylərin. 
 
Mərdin ayaq tozuna başımı qurban dedim,  
Bəzən ayağımla yox, dizlərimlə yeridim. 
 
O qədər nurlandım ki, şöləm düşdü hər yana,  
Dizim üstü çevrildi qəlbimin aynasına. 
 
O qədər zövq aldım ki, o mənəvi güzgüdən,  
Gözümün güzgüsünü yönəltdim hər yana mən. 
  


_______________ Milli Kitabxana _______________ 
50 
 
Ta görüm hansı güzgü işıq salır gözümə,  
Görüm hansı ocaqdan şölə düşür üzümə. 
 
Zəka nəzəri daldı cahan dairəsinə,  
335
       Baxdım bu mavi qövsə, baxdım yan-yörəsinə. 
 
Dada yetdi hümmətim, sezdim, anladım bunu:  
Nemət, səxavət əhli hökmdar olduğunu. 
 
Ey uca taleli şah, tacımızsan, ulusan!  
Bu firuzə bağcanın sən qızılgül kolusan. 
 
Sən - ümid qaynağı Xızr, sən - İskəndər güclü şah!  
"Məcəsti"ni şərh edən bilginlərə qibləgah! 
 
Xilqətin mehvəridir sultanımın qüdrəti,  
Onun vəsfində enmiş göydən Məqsud ayəti. 
 
Tək odur fələk taclı, Süleyman üzüklü şah,  
340
        Üfüqlərin güvənci - Məlik Fəxrəddin ancaq. 
 
Davudluq iddiası eyləyərsə, haqqı var,  
Onda müğənni səsi, Süleyman sorağı var. 
 
Hümmətilə yüksəldi İshaq bayrağı aşkar,  
Ona zidd çıxdı yalnız İsmaili zındıqlar. 
 
Altı qütbə addımlar, yeddi qatda təxti var,  
Doqquz göyə hökmdar, Bəhram - ulu tacidar! 
 
O öz bəhramlığını açıb göstərsə bir an,  
Bəhram Gurun nəsibi yalnız gor olar, inan. 
 
Əzmilə, cürətilə şahların sərvəridir,  
345
       Bilik xəzinəsilə alimlər rəhbəridir. 
 
Xəlqə cahan mülkünü bəxş eləyən bahadır,  
Həm Ərmən hökmdarı, həm Rum padşahıdır. 
 


_______________ Milli Kitabxana _______________ 
51 
 
Səltənətin şərəfi, xilafətin qəlbidir,  
Rum elinin fatehi, Əbxazın qalibidir. 
 
O, bütün kişilərdən aqil, ədalət əhli, 
Hər bir çomərddən üstün, kərəm, səxavət əhli. 
 
Dövlətinin ulduzu nur saçır fələklərə,  
Sədəf kimi qapısı can verib neçə dürrə. 
 
Balıqla, incilərlə dopdolu bir dənizdir,  
350
       Dərya kimi dalğalı, bulaq kimi təmizdir. 
 
Eşsiz, nadir bir yaqut nur saçır kəmərində,  
Ləl mərcan kəmərli Günəşin qənşərində. 
 
Görün, mavi pəncərə nə söylər ucalıqdan,  
Pəncəsiz qalacaqdır ona pəncə qaldıran. 
 
Karvan zəngi fələyin qulağını partladar,  
Qızğın nəfəsi Ayın şüşəsini parçalar. 
 
Məsuddu, bəxtiyardı dünyaya göz açanda,  
Daha gözəl olacaq aqibəti cahanda. 
 
Səxavət qədəhinin saqisi, lütfkarı,  
355 
      Onu sonsuz yaşatsın sonu olmayan Tanrı! 
 
HÜZURUNDA YER ÖPƏRKƏN SÖYLƏNİB 
 
İnsanlıq mayasının şanı-şərəfi, ey şah!  
Sənin əzəmətinlə işıqlanır bu dərgah. 
 
Qələbələr gətirir fələk sənə... seyr elə,  
Doqquz fələyin qarnı bir sirrinlə hamilə. 
 
Yerin, göyün qulağı ağ sədəf olmuş sənə,  
O kəskin qılıncının zəfər incilərinə. 
 


_______________ Milli Kitabxana _______________ 
52 
 
Gecə qılınc çalan Ay daim önündə naçar,  
Qılıncının ucunda qalxanı parçalanar. 
 
Qılıncına düşən su Fərat çayı tək coşğun,  
360
       Qırıb sürahisini o, dirilik suyunun. 
 
Qopardığın tufanda yuxuya gedən insan,  
Nuh olsa da, boğular, sağ qala bilməz, inan. 
 
Keyxosrovu Cəmşidlə bir göstərər piyalən, 
Günəş pərvanəsini yandırar nurlu çöhrən. 
 
Mənim aslan ürəklim, sən igidlər yıxmısan,  
Aslan söylədim, xeyr! Sən min aslan boğmusan. 
 
Orman aslanlarından fələk bəlkə də qorxmaz,  
Ancaq səni görəndə zağ-zağ əsər o qorxmaz. 
 
Vuruş vaxtı bu ciyər, bu mərd ürək kimdə var?  
365
       Hünərləri hardadır hünərdən dəm vuralar! 
 
Bu göy qübbə altında həmdəmisən bəşərin,  
Çoxunun çiynindədir murad verən əllərin. 
 
Kəramətli, tədbirli bunca vəzirlərin var,  
Fəqət, yalnız mələklər sənin əlindən tutar. 
 
Zamanın üzüyünü sənə bəxş eləyib bəxt,  
Verdi Süleyman təxti, qızıl ayaqlı bir təxt. 
 
O Tanrı ki, bəxş etdi sənə gənclik, məmləkət,  
Özü köməyin olsun, əskilməsin bu qüdrət! 
 
Ayaq basdığın torpaq qızıla, zərə dönür,  
370
       Səni yada salanda zəhər şəkərə dönür. 
 
Mey içməsə səninlə Firidun məqamlılar,  
Zöhhakın zülm ilanı çiyinlərindən çıxar. 


_______________ Milli Kitabxana _______________ 
53 
 
Mey iç ki, mütriblərin, saqilərin var sənin,  
Qəm yemə ki, ağ günün, simü zərin var sənin. 
 
Ölkənin bel sütunu, sultanlar sığnağısan,  
Qılıncınla, tacınla güc-qüdrət qaynağısan! 
 
Ey tac alan, təxt alan çırpışmalar rəhbəri,  
İldırımdan betərdir qılıncının kəsəri. 
 
Xəzinələr saçırsan xəlifələr sayağı,  
375
       Birinə tac verirsən, birinə təxt ayağı. 
 
Neçə tac üstündədir sənin zəfər qılıncın,  
Şahlar xəzinəsindən axıb gəlir xəracın. 
 
Ayağına baş qoyan fələklərə yüksələr,  
Səni sevən könüllər bəxtəvərdən bəxtəvər! 
 
Sayəndə bayquş belə xoşbəxtdir hüma qədər,  
Zirvənə ucalan baş qədəmin olmaq istər. 
 
Haqqı inkar edənlər qayıdıb həqiqətə  
Səndən şikayətçidən gedirlər şikayətə. 
 
Düşmənlərin nal kimi dara çəkilib batır,  
380
       Rəxşinin yer dağıdan dırnağı altındadır. 
 
Yeddi fələk, yeddi göy - kəmərinin toqqası,  
Səkkiz cənnət də sənin bayrağının şaqqası. 
 
Kimin ki başı sənin hökmün altında deyil,  
Onun tacı başına bir ilgək olacaq, bil. 
 
Hər elmin tacidarı, fənnin memarı sənsən,  
İki aləmin canı, can birliyi özünsən. 
 
Bir qulaqburması ver, ədəb alsın səxavət,  
Yandır sözün şamını, nəşə saçsın qoy sənət. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə