Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   21   22   23   24   25   26   27   28   ...   63

_______________ Milli Kitabxana _______________ 
98 
 
Nə vaxtacan sürəcək pərvanə kimi yanmaq,  
Çıraqlar qarşısında zəbun düşmək, odlanmaq?! 
 
Sən İsaya qəsd edən bu pərdəni qır, at ki,  
945
        Ayaqları qandallı olasan İsa təki. 
 
Hər kəs ki, İsa kimi duyub, sevib insanı,  
İnsafı sayəsində tutub cümlə-cahanı. 
 
Zülm ilə tutmaq olmaz bu cahanı, bu mülkü,  
Mülkü ələ gətirmək yalnız insafla mümkün! 
 
Adil olmayanların sənə nə faydası var?  
İnsafsız səni yalnız tufanlara tullayar. 
 
Ədalət müjdəsilə cahanı şad eylə sən,  
İşlər gör ki, iş olsun, yurdu abad eylə sən! 
 
Ədalət təşnəsidir, inan bu gözəl diyar,  
950
        Ədl ilə iş görənlər əbədi özül tapar. 
 
ADİL NUŞİRƏVAN İLƏ VƏZİRİN HEKAYƏTİ 
 
Ayrılıb rəiyyətdən, səltənətdən, saraydan,  
Bir gün ov həvəsilə atlandı Nuşirəvan. 
 
Bu səfərdə munisi, dostu yalnız vəzirdi,  
Özgəsini xoşlamır, tək onunla gəzirdi. 
 
Ovlaq həndəvərində baxdı, birdən nə gördü:  
Düşmənin qəlbi kimi boş bir viranə gördü. 
 
Gördü ki, bir cüt bayquş civildəşir, uçurlar,  
Şahın hövsələsi tək araları xeyli dar. 
 
955
       Vəzirdən soruşdu şah: - Nə qonuşur bu quşlar?  
Nədir bu həyəcanlı qışqırışlar, təlaşlar? 
 


_______________ Milli Kitabxana _______________ 
99 
 
Vəzir cavab verdi ki: - Ey dövrün tacidarı!  
Öyüd xoşlamış olsan, anladaram əsrarı. 
 
Bir toyun sövdasıdır bu dartışma, bu söhbət,  
Bir kəbin üstündədir bu bazarlıq, məşvərət. 
 
Bu quş verib qızını, başlıq umur o quşdan,  
Gəlin başlığı istər bir az öncə, bu başdan. 
 
Deyir: bu viran kəndi cehiz verirsən mənə,  
Bir neçə xərabə də qoymalısan üstünə. 
 
O biri quş deyir ki, əbəs alver etməyək,  
960
        Şahın zülmlərini görüb, qüssədən əl çək. 
 
Şah bu şahsa, gərdiş də bu cür gedərsə yenə,  
Yüz min belə xərabə cehiz verərəm sənə. 
 
Yatmışdı, silkələdi bu cavab padşahı,  
Ciyərini yandırdı onun fəryadı, ahı. 
 
Baş-gözünə döydü şah, axıtdı göz yaşları,  
Göz yaşlarından savay nə olar zülmün barı? 
 
Barmağını dişlədi heyrət ilə, mükəddər:  
"Zülmün gücünə bax ki, quşlar da tutmuş xəbər. 
 
Zülmü hansı zirvəyə çatdırıb ki, gör, bəşər,  
965
        Toyuqların bağrını çalağanlar didirlər. 
 
Ey dünyanın düşgünü; qafil mən, bixəbər mən!  
Başıma döyməliyəm hələ, gör, nə qədər mən! 
 
Nə vaxtacan soydurub soyacağam elləri?  
Yaddanmı çıxarmışam qiyaməti, məhşəri? 
 
Nə vaxtacan edim mən bunca əliuzunluq?  
Öz başıma açdığım oyun qorxuludur çox! 
 


_______________ Milli Kitabxana _______________ 
100 
 
Bu mülkü verib mənə, bəxş eləyib ki, Tanrı,  
Qovum yaramazlığı, qoruyum yadigarı. 
 
Üstüm bəzək, içimsə təzək kimidir, heyhat,  
970
        Üstüm qızıl, içim mis. Misəm, ey dadi-bidad! 
 
Gərək sənin könlündə kərəm olaydı, inan,  
Utanaydm özündən, ya da ulu Tanrıdan! 
 
Bu dünyada zülm oldu zövqüm, əyləncəm mənim,  
O dunyada başıma kül tökməzmi qəm mənim? 
 
Barsız, miskin ömrümün mükafatı - cəhənnəm,  
Mənim sümüyümü də yandıracaq bu sitəm. 
 
Nə vaxtacan töküm mən - yoxsa ömrün uzunu,  
975
        Həm xalqımın qanını, həm üzümün suyunu?! 
 
Qiyamət - məhşər günü yapışaraq yaxandan,  
Cavab istəyəcəklər, ey soyğunçu, bunu qan! 
 
Peşimanlıq həyası boğsun məni, yanmasam,  
Qoy bağrım daşa dönsün, bu qüssəni qanmasam. 
 
Bu peşmanlıq, bu həya, bu iztirab, bu kədər,  
Yol yoldaşım olacaq məhşər gününə qədər! 
 
Çiynimdəki yük qədər deyin kimin yükü var?  
Dünyada kim mənim tək bunca zavallı olar? 
 
Bu qədər cəvahirdən, bü qədər cah-cəlaldan,  
980
        Nə apara bildi Cam, nə götürdü Nəriman? 
 
Sonsuz vilayətimdə hər şey itaətimdə,  
Nə istəyirəm daha mən öz aqibətimdən?" 
 
O qədər dəyişdi ki, şahın halı, əhvalı,  
Naləsindən yumşaldı atının polad nalı. 


_______________ Milli Kitabxana _______________ 
101 
 
Ordugaha dönüncə təzələdi işləri,  
Vilayəti bürüdü həssas nəvazişləri. 
 
Əli qələmli, adil bir şah gördülər onu,  
Fərman verib ürəklə, kəsdi zülmün yolunu. 
 
Boğdu cövrü, cəfanı, car çəkdi ədaləti,  
985 
       Axır nəfəsinədək qorudu səadəti. 
 
Zəmanədə nə qədər devrim - inqilab oldu,  
Nuşirəvan ölsə də, onun haqq səsi qaldı. 
 
Onun adı yazılmış sikkənin üzərində,  
"Adil" sözü gördülər xoş günlərin birində. 
 
Bəli, ondan dünyada parlaq xatirə qaldı,  
Ədalətin zəngini kim ki, çaldı, uçaldı. 
 
Könül yıxma, könül tik, can qoy xalqın uğrunda,  
Səndən mehrini onda əsirgəməz Tanrı da. 
 
Tap, sənə yar olsunlar Günəşə at çapanlar,  
990
        Dostun səfası üçün cəfa çəkən - bəxtiyar. 
 
Sən ucalmaq istəsən, dərdi al, dərmanı ver,  
Onda hamı deyəcək: - Qulunam, fərmanı ver! 
 
Məhəbbətində qızğın, nifrətində soyuq ol,  
Günəş kimi, Ay kimi payla nurunu bol-bol. 
 
Hər kəs yaxşılıq etsə, yatmış bəxti ayıldar,  
Bir gün həmən yaxşılıq öz üstünə qayıdar. 
 
Sən çərxin gərdişinə qiyas gözüylə baxsan,  
Yaxşı-yaman gündə də haqşünas olacaqsan! 
 
Bu hərlənən günbəzin dal seyrinə bir müddət,  
995
        Hər şeydən üstün nədir? Tanrımıza itaət! 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə