Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   46   47   48   49   50   51   52   53   ...   63

_______________ Milli Kitabxana _______________ 
214 
 
PEYĞƏMBƏRİMİZİ ÖYƏN İKİNCİ GÖZƏLLƏMƏ 
 
207 B. Həzrət peyğəmbərin ayağının bildiyini özgələrin heç başı da bilmir. Yəni 
qeyri-adi zəka qüdrətinə malikdir. 
210 B. Məhəmməd peyğəmbərin ciddi kişi olduğuna və çox nadir hallarda 
gülümsədiyinə işarədir. 
211  B. 625-ci ildə Ühüd dağı  ətəyindəki vuruşmada sapand ilə atılan daşdan 
Həzrət peyğəmbərin bir dişinin sınması hadisəsi yad olunur. 
 
SON PEYĞƏMBƏR HƏZRƏT MƏHƏMMƏDƏ  
ÜÇÜNCÜ GÖZƏLLƏMƏ 
 
227 B. İslam etiqadına görə  bədən natəmiz, ruh isə pakdır. Nizami Gəncəvi 
Məhəmməd peyğəmbərin fövqəlinsan yarandığını, deməli həm cismən,həm də ruhən 
pak olduğunu bildirir. 
228 B. Əski  əlifba ilə yazdıqda "zəhmət" sözündəki "Z" hərfi üstündən nöqtə 
götürülərsə, həmin söz "rəhmət" oxunur. Beytin mənası budur ki, Həzrət peyğəmbər 
hamının zəhmətini özü çəkdiyi üçün böyük təşəkkür, minnətdarlıq və  rəhmət 
qazanmışdır. 
237 B. Orijinalda "günahkar" əvəzinə  "ətəyi islanmış" ifadəsi işlədilib. "Yerin 
göbəyi" deyildikdə, Kəbə  nəzərdə tutulur. Beytin mənası budur ki, sən öz nəcib 
əməllərinlə aləmi üz qaralığından xilas etdin. Kəbə torpağı  sənin pak, müqəddəs 
nəfəsinlə ətirləndi, çiçeklənib şöhrət tapdı. 
239 B. Dini etiqada görə, Süleyman peyğəmbər təbiətin bütün xilqətləri, o 
cümlədən küləyin üstündə hakimiyyətə malikmiş. Onun əmrilə külək qasırğaya dönüb 
tufan qoparar, yaxud xoş bir nəsimə çevrilib bağların, gülüstanların üstündən  əsər, 
aləmi gül, çiçək  ətrinə  qərq edərmiş: Nizami Gəncəvi Məhəmməd peyğəmbərin 
nəfəsini Həzrət Süleymanın mehindən də  şəfa-bəxş  və  ətirli hesab edir, bu qüdrət 
sayəsində  Həzrət peyğəmbərin ata yurdu Hicazın və ümumən,  Ərəbistanın cənnət 
misallı bir məmləkətə çevrildiyini bildirir. 
258 B. Cəmiyyətin və kainatın bilməcələrini tam dərk edə bilmədiyinə görə ağıl 
şikəstdir, onun yeganə loğmanı sənsən, gəl, yol göstər. 
Həmişə, yolda, səfərdə olan Ayın da arayıb axtardığı sənsən, gah batır, gah çıxır, 
gah incəlir, gah bədrlənir. Bütün bunlar sənin vücudunu görmək həsrətindəndir. 
 
PEYĞƏMBƏRİMİZƏ DÖRDÜNCÜ GÖZƏLLƏMƏ 
 
260 B. Məkkə şəhərində anadan olmuş Məhəmməd peyğəmbərin Mədinədə vəfat 
və dəfn edilməsini nəzərdə tutur. 
273 B. Məhəmməd peyğəmbərin əmisi oğlu və qızı Həzrət Fatimənin əri Həzrət 
Əli (656-661) öz əfsanəvi qəhrəmanlığı ilə islam dini tarixində 


_______________ Milli Kitabxana _______________ 
215 
 
məşhurdur. İkinci xəlifə Ömər (634-644) isə dini əsatirə görə hansı yerdən keçsəymiş, 
şeytan (iblis) həmin sahəyə üç gün ayaq basa bilməzmiş. 
274 B. Rəvayətə görə, Məhəmməd peyğəmbər cümə  və bayram günlərində 
özünün Yəmən şəhərində tikdirdiyi qara cübbəsini geyər və tellərini alnına tökərmiş. 
276 B. Nizami Gəncəvi Məhəmməd peyğəmbərin 559 il yatdığını, yəni dünyadan 
o vaxtdan bəri getdiyini bildirir. Həzrət Məhəmmədin 11 -ci ildə vəfat etdiyini (miladi 
632) nəzərə alsaq, "Sirlər xəzinəsi"nin qələmə alındığı tarix aydınlaşır. 559-11-570. 
Deməli, Nizami ilk poemasını 570-ci ildə (miladi 1174) yazmağa başlamışdır. 
 
PEYĞƏMBƏRİMİZƏ BEŞİNCİ GÖZƏLLƏMƏ 
 
289 B. Butün peyğəmbərlərdən sonra gəlməsinə baxmayaraq Həzrət Məhəmməd 
bütün peyğəmbərlərin sonudur, yekunudur. Ondan sonra peyğəmbər gələ bilməz. 
291  B. Beyt Həzrət Məhəmməd ilə bağlı bir hədis  əsasında qurulmuşdur: 
"Mənimlə  məndən  əvvəlki peyğəmbərlərin məsəli ona oxşayır ki, bir kişi ev tikir
bitirir, bəzəyir, lakin bircə damının tacından başqa! Mən peyğəmbərlərin sonu olaraq 
həmin damın tacıyam". 
292  B. Dini etiqada görə buğda yeyib cənnətdən qovulmuş Adəmin üzrü,tövbəsi 
yalnız Məhəmməd peyğəmbər tərəfindən qəbul edilmiş, Nuh peyğəmbər də 
ümumdünya daşqınından Həzrət Məhəmmədin yardımı sayəsində qurtula bilmişdir. 
294  B. Dünya gülüstanında sənin vücudunun rayihəsilə  Həzrət Adəmin üzrü, 
tövbəsi qəbula yetmişdir. 
295 B. Sənin hər sözünu şəkər və bal kimi yeyən, qəbul edən Həzrət Adəm üzr 
istəyirkən, tövbə  qılırkən, adi gülşəkər sənin qarşında öz adından utandı, 
gülşəkərlikdən əl çəkdi. 
296 B. Qəbul topu - peyğəmbərlik mövqeyi. Tanrı bu mövqeyi lap əzəldən 
müəyyənləşdirsə də, topu öz çovkanı ilə ələ gətirmək heç kəsə nəsib olmayıb, bu işi 
yalnız Həzrət Məhəmməd peyğəmbər bacarmışdır. 
299  B. Prof. R.Əliyev bu beytin məzmununun Quranın "Nuh" surəsindən iqtibas 
edildiyini bildirir. Nuh peyğəmbər öz ümmətini bütpərəstlikdən əl çəkməyə və bircə 
Tanrıya tapınmağa dəvət qılarkən ona qulaq asmayıb günah işlətdilər, kafirlik və 
asilik etdilər. Onda Həzrət Nuh Tanrıya üz tutmalı oldu: "Xudavənda! Yer üzündə, 
evlərdə yaşayan heç bir kafəri saxlama!" Bu bəd duadan sonra Yer üzünü sel, su 
basdı, Nuh öz gəmisinə yalnız layiq bildiklərini götürüb xilas etdi. Həmin bəd dua 
Nuh peyğəmbərin səhvi, suçu sayılır. 
 
  


_______________ Milli Kitabxana _______________ 
216 
 
300 B. Həzrət İbrahim ilə bağlı hədislərdən birində onun həyatda üç dəfə yalan 
danışmasından, deməli, atının üç dəfə büdrəməsindən söhbət gedir. 
301  B. Dini etiqada görə, nəğmənin yaradıcısı,  şair Davud peyğəmbər Uriya 
xanıma evləndikdən sonra səsini itirmişdir. Bəm səslə Tanrıya yalvarmaq əvəzinə o, 
zilə keçmiş, buna görə duası qəbula yetməmiş, peyğəmbərlik topunu əlində sonadək 
saxlaya bilməmişdir. 
302 B. Qədim yəhudilərin peyğəmbərləri və padşahı sayılan Həzrət Süleyman 
peyğəmbərlik tacına layiq olduğu halda təxtindən, tacından  əl çəkə bilməmiş, 
Tanrının ortaya atdığı qəbul topunu götürüb saxlamağı bacarmamışdır. 
303 B. 
İmkanı olduğu halda, fürsəti əldən vermiş, düşdüyü quyuda yalnız ucuna 
kəndir bağlı dolça görə bilmişdir. 
304 B."Ətəyi islanmış" ifadəsinin məcazi mənası "günahkar", "suçlu" deməkdir. 
Nizami deyir ki, Xızr peyğəmbər öz peyğəmbərlik funksiyasını yerinə yetirmək 
əvəzinə əbədi yaşamaq eşqinə düşdu, dirilik suyunun ardınca zülmətə getdi və dirilik 
suyu bulağında ətəyini islatdı, yəni bəşəriyyətin qarşısında suçlu, günahkar qaldı. 
305 B. Həzrət Musa peyğəmbərlik piyaləsini içmək istədi, ancaq bacarmadı. 
Şüşəsini Tur dağında qayaya çırpıb, Tanrı  dərgahına  əl qaldırdı. "Özünü mənə 
göstər!" Lakin Tanrıdan cavab aldı ki, "Lən tərani" ("Sən məni heç vaxt görə 
bilməzsən!"). 
306 B. Atasından xəbərsiz olduğu üçün xalqın nəzərində  ləkəli sayılan  İsa 
peyğəmbər (Məsihə) peyğəmbərlik süfrəsinə heç tamah da salmadı. Yəni Tanrı 
dərgahına çatmaq, onunla görüşmək səadəti heç gümanına da gəlmədi. 
307 B. Peyğəmbərlər içində Tanrı ilə görüşmək səadəti yalnız Sənə nəsib oldu, 
Tanrıdan başqa heç bir kimsəyə, heç bir nemətə ulvi məhəbbət bəsləmədin, qəbul 
topunu udub Tanrı görüşünə nail olan bircə Sənsən, öz qeyrət və iradən ilə fələkləri 
heyran qoyan qüdrətsən. 
314 B. Sənin nəfəsində elə bir qüdrət var ki, dilsiz-ağızsız heyvanları, bitkiləri, 
cansız təbiəti belə dilə gətirir, onlara nitq verir. 
316 B. "Kun - Ol!" əmri ilə Tanrının dünyanı altı günə yaratmasına işarə olunur. 
 
İSLAM PADŞAHI MƏLİK FƏXRƏDÇİN 
BƏHRƏM ŞAH İBN DAVUDA ÖYGÜ 
 
328 B. "Nöqtə kimi düyünlənmək" Nizami Gəncəvinin Gəncədə yaşadığına və 
bu şəhərdən çıxıb gedə bilmədiyinə işarədir. 
329 B. Hüma (Hümay) əsatirə görə geniş qanadlı  səadət quşudur, guya kimin 
üstünə qanadını  gərsə, həmin adam xoşbəxt olar, hətta padşah seçilə bilər. Nizami 
Gəncəvi Bəhram şahı özünün hüma quşu, himayəçisi, hamisi olmağa çağırır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə