Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   55   56   57   58   59   60   61   62   63

_______________ Milli Kitabxana _______________ 
238 
 
xilqətlərdən daha kamil olması müqabilində  nəcib, xeyirxah, humanist olmalı, 
özündən aşağı pillədə duranların hamısı qarşısında məsuliyyətini, cavabdehliyini daim 
dərk etməlidir.  İnsan bütün flora, fauna aləmini, bütün təbiəti sevib qorumağa, 
yaşatınağa borcludur. Onun başlıca məziyyətlərindən biri cəmiyyəti kamilləşdirmək 
və təbiətlə cəmiyyət arasında üzvi ahəngdarlıq yaratmaqdan ibarətdir. 
1280 B. Bu beytdə Nizaminin humanizm konsepsiyasının məğzi verilib. Tanrıdan 
öyrəndiyi "adlar elmi"ni və bütün bəşəri təcrübəsini Adəm öz törəmələri üçün qoyub 
getmişdir. İnsan bu məsuliyyəti və kainatın əşrəfi olduğunu dərk etməlidir. 
1280-1283 B. İnsan əzəli dayədən süd əmməyincə qənd, şəkər dadıb, yəni xilqətcə 
gözəl, ülvi, humanist yaradılıb, suyu şirin və qanı  şirin xəlq olunub. Məgər bundan 
böyük yaxşılıq olar? İnsana yalnız mənəvi üstünlük, idrak adlı misilsiz töhfə deyil, 
həm də cismani üstünlük verilib. Bütün xilqətlər ilə müqayisədə ən kamili, ən gözəli 
İnsandır! 
1286 B. Nizaminin fikrincə, bütün heyvanlar və quşlar və ümumən, canlı-cansız 
təbiət  İnsana xidmət üçün yaradılmışdır. Buna görə insan öz xidmətçisinin qədrini 
bilməli, flora, fauna aləmini, ümumən, təbiəti qorumalıdır. 
1294 B. Ay gündüzlər pərdəli gəldiyi, görünmədiyi halda, gecələr görünür
deməli pərdəsiz qalır. 
1295 B. Gecə hər şeyi öz qaranlıq pərdəsi altında saxladığı halda dan yeri- sübh 
bu pərdəni aradan qaldırır və bütün gizlinləri faş edir. 
1296 B. Yeni Bal arısının sirləri bəzən elə sirr olaraq qala bildiyi halda,sənin heç 
bir sirrin bəşəriyyətin nəzərindən yayınmır. Bal arısının gül pərdəsi deşiksiz, bütöv 
olduğu halda, sənin fəza, fələk, göy adlı pərdən şan-şan, göz-gözdür. O gözlər hər şeyi 
apaşkar görür. 
1297 B. Hörümçək toru - acgözlük, nəfs, tamah toru, şöhrət, sərvət düşkünlüyü. 
1298-1299 B. Pərdə ardındakı Tanrı  ərənləri - ilahi qüvvələr.  Pərdə dalından 
çıxmaq - din yolundan çıxmaq. 
1304 B. Sən heç olmasa qırx gün riyazət cəbrinə qatlaşa bilsən, bədənin cürbəcür 
ehtiraslardan: sərvət,  şöhrət, qadın düşkünlüyü və acgözlük azarı kimi müxtəlif 
xıltlardan təmizləməyi bacarsan, ruhun yuvası, qaynağı olan könül kimi, can kimi 
paka çıxarsan (prof. R.Əliyev). 
1311 B. Ucuz ehtiraslar ardınca qoşmaq dəmirçixanaya getmək və od kürəsinə 
yanaşmaq kimidir: üstünə çınqılar səpələnəcək, bəlkə də səni yandıracaqdır. Zəka və 
təfəkkür, insanlığa xidmət ardınca getmək isə  əttar dükanına varmağa bənzər. Bu 
halda sən düşüncə və idrak rayihəsinə qərq olacaqsan! 
1318 B. Məhəmməd peyğəmbərin əmisi Əbu-Talib islamiyyəti qəbul etmədiyinə 
görə əslində cəhənnəmə vasil olmalıdır. Lakin Həzrətlə qohumluğu onu əsfələsafilin 
atəşindən qoruyur. İslamı  qəbul etməsə  də,  Əbu-Talib nəcib, xeyirxah kişi olmuş, 
Həzrət peyğəmbər onun xətrini istəmişdir. 
 
FİRİDUN ŞAHIN CEYRAN OVU HEKAYƏTİ 
 
1325 B. Ahunun belinin dərisi sərt, qaba olduğu halda, qarnının dərisi, xüsusilə 
göbək ətrafı hamar, incə və yumşaq olur. Şah əlindəki kamanın kirişini o qədər dartdı 
və sürtdü ki, ceyranın göbəyi kimi yumşaltdı  və öz atını (Rəxşini) odlanmış ciyəri 
kimi qızışdırdı. 


_______________ Milli Kitabxana _______________ 
239 
 
1330 B. Kaman dilə  gəlib deyir ki, bu ceyran yavrusu sənin nəzərinin 
himayəsində irəliləyir. Kimin cürəti çatar ki, sənin diqqətinə, zirehinə  tərəf ox 
tuşlasın?! 
1331 B.  Sən çalğıçısan,  şahim, məgər razı olarsanmı ki, sənin ceyranını 
ovlasınlar, dərisindən dəf düzəldib özgələr çalsın?! Yaxud dümbək çalanların əlləri ilə 
döyəclənsin?! (prof. R.Əliyev). 
1336 B. Mənası: Hər kim öz xalqına, bəşəriyyətə sədaqətlə və təmənnasız xidmət 
etməyi bacarırsa, o, xəzinə sahibi olacaqdır. 
 
Səkkizinci söhbət  
YARADILIŞIN HÜSNÜNƏ DAİR 
 
1341-1342 B. Yəni insanlıq və kainat yaradılmazdan öncə varlıq bomboş  və 
olduqca yoxsul idi. Prof. R.Əliyevin elmi açıqlamasından aydınlaşır ki, bu məqamda 
Nizami məşhur yunan filosofu Ərəstunun yaradan və yaradılmışlar arasındakı 
fəsilələri öyrənmək üçün icad etdiyi on qatlı (mərtəbəli)  əql nəzəriyyəsindən 
bəhrələnmişdir: birinci əql, küll əql, fərdi əql və sair. 
1348-1350 B. Axar su - hərəkətdə olan göy, yaxud onun qar, yağış yağdırma 
şakəri. Yəni Tanrı öz kəraməti ilə yerləri, göyləri hərəkətə gətirməklə, səni su ilə gilin 
vəhdətindən yaratdı. Sən bir toz zərrəsi kimisən, dünyanı tutsan da, yenə  zərrəciyə 
çevrilib yox olacaqsan, bir cüz ikən küllə qovuşacaqsan. Səndə  nəfs, tamah, sərvət, 
şöhrət düşkünlüyündən ibarət o qədər kirli ehtiraslar var ki, dünya sənsiz çağlarını 
şükranlıqla xatırlayır. 
1355 B. Əski astronomiyaya görə, göydəki on iki ulduzlar topasından biri sayılan 
Cevza, yaxud baş-başa vermiş iki qızcığaz şəklində Əkizlər bürcü Hava bürcü hesab 
edilir. Buna görə soyuqdəymə və qan aldırma hadisəsi ilə əlaqələndirilir. 
1356 B. Keçmişdə Ay tutulanda teşti, ləyəni döyəcləyib, yaxud mis qapaqları bir-
birinə  çırpıb haray-həşir qoparardılar. O çağlar sən yox idi, deməli, teşt də  sənin 
mənasız hay-küyün, döyəcləməyin ucbatından zərbələr yemirdi. 
1357 B.  Dini  əsatirə görə Harut və Marut adlı iki qılman tərəfindən yoldan 
çıxarılan  əli qavallı gözəl musiqi və  şənlik ilahəsi Zöhrə ayağı sürüşgənliyinə görə 
Tanrı tərəfindən cəzalandırılmış, yerdən göyə qovulmuş, Venera 
 


_______________ Milli Kitabxana _______________ 
240 
 
ulduzuna çevrilmişdir. Onu yoldan çıxaran Harut və Marut isə qanaddan məhrum 
edilmiş və Babilistanda bir quyuda başıaşağı halda asılmışdır. 
1360 B. Sən dünyaya gələndən sonra ulduzları gözə  gətirdin və  bəd nəzərinlə 
onların şən gəcavəsi üstündəki bayrağın ulduzunu qırdın (prof. R.Əliyev). 
1363 B. Səhərin məşəli - günəş. Sübhi sadıq - buludsuz, dumansız, parlaq sübh. 
Fərri kazib - yalançı şəfəq, yaxud alatoran sübh. 
1364 B. Sən ki göylərə bunca əzab, əziyyət vermisən, gör nə qədər miskindir ki, 
hələ də sənə səcdə qılır, sənə xidmət etmək üçün belinə kəmər bağlayır! 
1365 B. İsa peyğəmbərin təliminə görə "insan ruhun səməridir", şair buna işarə ilə 
bildirir ki, eşit, inanma, çünki bunlar ürəyin yox, dilin sözüdür (prof. R.Əliyev). 
1366 B.  Sən daşıdığın  İnsan adına layiq deyilsən. Tacın başından daha 
qiymətlidir. Elə bir itsən ki, boyunda gəzdirdiyin xalta belə səndən bahalıdır.O qədər 
eşşəklik eləmisən ki, qarşındakı arpa-saman torbasına da layiq deyilsən. Nizami bu 
cür ittihamlar irəli sürürkən insanın heyvansal mahiyyətini,acgözlüyünü, sərvət və 
şöhrət düşkünlüyünü, ruh və mənəviyyat zənginliyi qayğısı çəkmədiyini ifşa edir. 
1367 B. Laqqırtı evi - dünyamız. 
1368 B. Bircə ovuc torpaq - bədən. Bircə gil qırığı - bədən, cism, can- yuvası - 
ürək olan ruh aləmi. 
Beytin mənası: Sən bədənini yaşatmaq naminə ruh aləmindən  əl çəkdin. O 
dünyanı atdın, yalnız bu dünyanı tutdun. 
1370 B. Nizami Gəncəvi yenə insanın maddi aləmə aludəliyini və mənəvi aləmə 
biganəliyini rüsvay edir. Maddi nemətlər sırasında fındıq soyuducu maddə sayılır. 
Beytin mənası: Sincab kimi çevik mütəhərrik, qaynar beyin, alovlu zəka sənə ona 
görə verilmişdir ki, öz ruhunun qayğısını çəkəsən! Amma sən əksinə davrandın, fındıq 
rəngli torpağa bağlanmağınla onu soyutdun, korladın, öz qanadlarını  qırdın. Özünü 
dəli, divanə etdin. 
1371 B.  "Ölməmişdən  əvvəl ölün!" - Əl çəkin zülm etməkdən, yırtıcı 
ehtiraslardan, acgözlükdən, sərvət və şöhrət düşkünlüyündən. Əl çəkin! 
1372 B. Dünya budaqdan budağa atılıb səninlə  əylənən sincab deyil,qədrini 
bilməsən, yaşamağı bacarmasan, səni kamına çəkən  əjdahadır, yırtıcıdır, gecəsi, 
gündüzü kimi ikiüzlüdür, yəni aldadıcıdır. 
1373 B. Dələ yalnız pişikdən qorxur. Sən ki pişik deyilsən, dələduzluqdan, pişiyi 
qorxutmaqdan, alçaq ehtiraslar ilə əylənməkdən əl çək! Gecə- gündüz kimi tülkülük 
etmə, ikiüzlülükdən əl çək! 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə