Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   55   56   57   58   59   60   61   62   63

_______________ Milli Kitabxana _______________ 
241 
 
1374 B. Ovçuların dediyinə görə maralı ceyran və cüyürü asan ovlamaq üçün 
aslan heyvanların üz tutduğu çeşmənin, yaxud irmağın ətrafına selik tökür. Buradan 
keçən heyvanlar selik sahibinin, aslanın qoxusunu alan kimi özlərini itirir və yırtıcıya 
təslim olurlar. 
1377 B. Qədimdə şəkər qamışından hazırlanan xüsusi tabaşir susuzluğu yatırmaq 
vasitəsi sayılırmış. Bunun üçün şəkər qamışını  yığıb xırmanda alışdırar, yanıb kül 
olmamış üstünə torpaq atar, söndürər və içindəki ağ kristalları  yığarmışlar. Bu ağ 
kristallar susuzluğu yatırmaq vasitəsi kimi işlədilərmiş. (prof. R.Əliyev). 
1380-1381 B. Dünya malına aludəliyin, nəfsin, tamahın ucbatından dilxorsan, 
saralmısan. Onillik sirkə içibmiş kimi üz-gözünü turşudursan. Heyhat, sənin az qala 
yüzillik acgözlüyünü onillik sirkə apara bilərmi? Səfranı sirkə ilə müalicə etsələr də, 
bunun sənə xeyri yoxdur. 
1382 B. Dədən Həzrət Adəmin qanı yeddi qatlı göylərin sürfəsində ikən ey yeddi 
çörək kömbəsinə bənzər yeddi səyyarəyə əl açıb dilənən İnsan, eyib deyilmi, nə üçün 
abrını-həyanı tökürsən! Yetər, üzünün suyunu tökmə! 
1387-1388 B. Ey yırtıcı  nəfsinin yağında yanıb, qovrulan İnsan! Nə  qədər ki 
sağsan, bu cahan mətbəxinin ocağında quru odun kimi od tutub yanacaqsan, o 
dünyada isə səni yalnız cəhənnəm alovları gözləyir. 
 
Doqquzuncu söhbət 
DÜNYA QAYĞILARINDAN QURTULMA BƏHSİ 
 
1422 B. Biz kainatın  əşrəfi yaranmışıq. Butün başqa varlıqlardan fərqli olaraq 
bizə düşünmək və dünya bilməcələrini qavramaq, anlamaq istedadı verilib. Yeddi qat 
göylərin sirlərini açan da bizik, fələyin əbcəddini, əlifbada hərflərin düzulüş qaydasını 
Yerin yazı taxtasında yazıb-oxuyan da biz! 
1430 B. Sən qeyri-müəyyən bir nur damlası idin, Tanrı  səni xəlq etdi, öz 
təfəkkürün ruh qüdrətin sayəsində Quzu (Həməl) bürcündən də yuxarılara ucaldın, 
bəxtəvərlik elçisi hüma quşu sənin uca başın üstündə qanadlarını gərdi. 
1431-1435 B. Bir nur damlası ikən göydə  sənin uçuş meydanın ucsuz-bucaqsız 
idi. Getdiyin yolun da sonu görünmürdü. Göydə aciz, avara qalıb yerə endin, gil ilə, 
su ilə birləşib xəlq olundun. Lakin yenə narahatsan. Bəzən Günəşi özünə doğru çəkir, 
bəzən də Günəş mövqeyinə yüksəlmək istəyirsən. Yer yuvarlağı dar gəlir sənə. Bircə 
ip üstündə oynamaq səni təmin etmir. Arzu və təfəkkür, ruh və könül səni yeni-yeni 
xariqələrə haraylayır, başqa iqlimləri kəşf etmək, ucalmaq sövdasındasan. Heç yanda 
qərar tuta bilmirsən. 
1436 B. Kamil insan özünün bütün qüvvəsini, bədən və idrak enerjisini bəşəriyyət 
və tərəqqi naminə xərcləyir, özu üçün yox, özgələr üçün yaşayır. 


_______________ Milli Kitabxana _______________ 
242 
 
Buna görə müflisdir. O, qədim və köhnədir, çünki ruhu özündən əvvəl gəlib dunyaya. 
Təzədir, çünki bədəni ruhundan qat-qat gəncdir, dünən doğulub. 
1437-1438 B. Yavrusunu öldürən ana - dünyamız. Ata öyüdləri – Həzrət Adəmin 
öyüdləri, günaha batmamaq və tövbə etmək tələbləri. 
Beytin mənası: Səni maddi dünyaya bağlayan yırtıcı ehtiraslarından  əl çək, 
mənəvi aləminin qayğısına qal! Atan Həzrət Adəmin yolu ilə get! Günahlarından əl 
çəkmək üçün tövbə qıl, təmizlən, pak ol! 
1440 B. Hədər keçən günlər - zülm etməyə, ucuz ehtiraslara, sərvət,  şöhrət, 
düşkünlüyünə sərf olunan çağlar. Bu hədər günlərin yerini doldurmağın yeganə çarəsi 
tövbə qılmaq, din yoluna qayıtmaq və gözəl yaşamağın qaydalarını öyrənməkdir. 
1448 B. Bu beyt bizi Adəm gilinin qırx günə yoğrulması, çocuğun ana bətnində 
doqquz ay, doqquz gün, doqquz saat, doqquz saniyə yetişməsi və insanın yalnız 40 
yaşında az-çox kəmalə yetməsi barədə düşüncələrə sövq edir. 
1449 B.  Ölərik, adımızı yeni doğulan çocuqlara, rütbəmizi, yerimizi başqa 
insanlara tərk edərik. 
1450 B. Dini etiqada görə, İnsan qiyamət günu mizan-tərəzi və haqq- məhkəmə 
qarşısında bu dünyadakı əməlləri üçün hesab verməlidir, buna görə o, haqqın hökmü 
ilə dirildilir və məhkəməyə gətirilir. 
 
TÖVBƏSİNİ POZAN ZAHİDİN HEKAYƏTİ 
 
1460 B. Alnımdakı yazı  məni Kəbədən meyxanəyə atdı. Halalımdan  əl çəkib 
harama qurşandım. Paklıq əlimdən çıxdı, çirkaba batdım, insanlıqdan əl çəkib nəfsə, 
tamaha uydum. 
1470 B. Ulu göylər daim öz qasırğaları, ildırımları və göy gurultuları ilə yatmış 
insanı ayıltmağa, xəbərdar etməyə çalışır ki, ömürdən sonra da başqa bir mənəvi ömür 
var. Onu düşün! Öləndə yatmaq eyib deyil. Həyatda yatmaq isə eyibdir. Ayıl! O 
dünyaya köcmək üçün azuqə yığ, mənəvi ömrünü uzatmaq üçün çarələr tap. 
1473 B. Gecə yarı - ömür yarı. 
 
Onuncu söhbət 
DÜNYANIN SONU HAQQINDA 
 
1476 B. Prof. R.Əliyev yazır ki, onuncu qoşmanı Nizami Gəncəvi Sultan Səncərin 
(1117-1153) məşhur saray şairi  Əvhədəddin  Ənvəri (vəfatı: 1188) və bir bölük 
Xorasan münəccimi tərəfindən xəbər verilmiş tufana həsr etmişdir.  Ənvərinin və 
onunla rəydaş olan ulduzşünasların 1176-cı ildə verdikləri xəbərə görə, 1186-cı ilin 
yayında iki nəhs səyyarə - Saturn ilə Mars Tərəzi 


_______________ Milli Kitabxana _______________ 
243 
 
(Mizan) bürcündə qarşılaşacaq, bunun nəticəsində Ay tutulacaq və böyük tufan qalxıb 
Yer yuvarlağı ilə  fələkləri alt-üst edəcəkdir. Nizami o çağın bir çox alim və 
ulduzşünasları kimi bir müddət  Ənvərinin nəhs falına inanmış, onların yalançılığına 
bələd olandan sonra isə falın puçluğunu sübuta çalışmışdır. 1186-cı ilin yayında 
nəzərdə tutulmuş gündə nəinki heç bir tufan, qasırğa baş verməmiş, əksinə, hava çox 
mülayim və xoş keçmişdir. Bu halda camaat Ənvərini təqib edərək  ələ salmağa 
başlamışdır. İndiyəcən araşdırıcıların diqqətini çəkməmiş bu. fakt "Sirlər xəzinəsi"nin 
yazılması tarixinin dürüstləşdirilməsində ciddi əhəmiyyətə malikdir.  
      1488 B. Bircə ovuc torpaq - insanın cismi. 
1491 B. Qəm küpü - Yer kürəsi. Matəm yaşılı - Yer kürəsini əhatə edən fəza, göy. 
Beytin mənası: Kədər bu dünyanın fitrətindədir, çünki kainatın əşrəfi olan İnsan 
gəldi-gedərdir, mahiyyətcə nakamdır. 
1492 B. Qəm küpünü (Yer kürəsini) torpaqdan təmizləmək onu felən Yer kürəsi 
funksiyasından azad edib göyə, səmaya çevirmək deməkdir. Başqa sözlə desək, 
burada söhbət maddi aləmə aludəlikdən, acgözlükdən,  şəhvətpərəstlikdən və s. 
eybəcər ehtiraslardan əl çəkib saflaşmaqdan, göylər kimi pak olmaqdan, mənəvi 
səmaya qovuşmaqdan gedir. Buna qadir olmayanlar çərxin qarşısında məğmun, aciz 
bəndələrdir, üzüqara adamlardır. 
1493 B. Yeddi nəhr - yeddi səyyarə. Dumanlı çevrə - dünyamız. Beytin mənası: 
Dumanlı çevrədən,  ətəyinizi murdarlayan dünyadan, maddi aləmdən qurtulmağa, 
bulaşıq ehtiraslardan təmizlənməyə, pak olmağa çalışın, səyyarələr dünyasına, 
mənəviyyat aləminə can atın! 
1494 B. Bir halda ki, mənəvi aləmdən bunca xəbərsizsiniz, onda əl çəkin bu 
maddi aləmdən, qara bir xətt ilə damğalayın Yer kürəsini, yeri-göyü alt- üst edin, alın, 
çıxarın səmaların əynindən ulduzlar ilə düymələnmiş geyimini! 
1498 B. Bütövlükdə göylər  əzəmətli bir sədəfə  bənzəsə  də,  əsil sədəf deyil, 
gözləri ulduz kimi işıldayan yırtıcıdır. 
1500 B.  Keçmiş münəccimlərin fikrincə, ulduzlara hədsiz diqqət yetirmək 
ziyandır.  İlan zümrüd şöləsindən kor olduğu kimi ulduza baxmaq ölçüsünü itirmiş 
insan da ziyan çəkə bilər. 
1501 B. Göylər zahirən sədəfə bənzəsə də nə şöləsi var, nə də içərisinin sağlam 
dürrü, gövhəri. Ulduzlardan ibarət min-min gözü olsa da, kordur. 
1505 B. Qəbir  - dünyamız  Damın bacası - dünyamızın  ən uca nöqtəsi,məsələn, 
Everest. 
Beytin mənası: Dünyada ölüm hadisəsinin qarşısını almaq mümkün deyil. Dünya 
fövqündə dayanmaq da qeyri-mümkündür. Qurtuluş yoxdur. 
1506 B.  Sərsəmlər, epileptiklər sağalmaq üçün, klassik təbiblərin göstərişilə 
qapısı, pəncərəsi bağlı qaranlıq odalarda yaşar və gun işığı görməzlərmiş (prof. 
R.Əliyev). 
 
  
1510-1512 B. Təbiətin və  cəmiyyətin inkişaf qanunauyğunluqlarını, çərxin 
gərdişini, onun teldən nazik, sapdan incə  hərəkət yollarını anlamaq, dərk eləmək 
dünyada hər kişiyə müyəssər deyil, çox çətin, zor işdir, bəlkə də qeyri-mümkündür. 
Sən tükün ucundan da incə olan bu mətləbləri dərk etməyə girişsən, mətləbə 
çatacağına əmin olma, işin gedişi səni xəmirdən bir tük kimi kənara atar. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə