Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   55   56   57   58   59   60   61   62   63

_______________ Milli Kitabxana _______________ 
250 
 
1776 B.         Paltarını bu teştdə təmiz yumaq istəsən, 
                      Ucal, suyu Günəşin qaynağından istə sən! 
Yəni cəmiyyət  əlaqələrindəki çirkdən təmizlənmək istəsən, yüksəlməli, öz 
ruhunun günəşinə qovuşmalısan! 
 
ZALİM PADŞAH İLƏ DÜZ DANIŞAN KİŞİNİN DASTANI 
 
1790 B.         Ürəkləri sındıran zülmkar bir şah vardı, 
                      Dirəşməkdə, höcətdə Həccacı mat qoyardı. 
Həccac Yusif oğlu (661-714) Ömərilər sülaləsinin xəlifələri adından xilafətin 
müəyyən vilayətlərini idarə edən görkəmli dövlət xadimi olmuşdur. Xilafət 
düşmənlərinə qarşı mübarizədə, güman ki, əsil rəqəmləri  şişirdən salnaməçilərin 
dediyinə görə, 130 min adamı edama məhkum etmişdir. Həccacın vəfatı günundə isə 
ömərilərin dustaq evlərində onun əmrilə azadlıqdan məhrum edilmiş 15 min kişi və 30 
min qadın olmuşdur. Buna görə Yaxın  Şərq  ədəbiyyatında onu qəddar zülmkar 
saymaq dəb halına düşmüşdur. Bununla belə, güman etmək olar ki, onun surəti 
ömərilərə düşmən kəsilmiş Abbasilər sülaləsinin tarixçiləri tərəfindən təhrif 
edilmişdir. Qədim salnamələrin birində deyilir: "Namuslu adamlara münasibətində o, 
yaxşı insan, üsyançılara münasibətində isə qəddar idi. Nəzərə almalıyıq ki, Həccacın 
hakimiyyət illəri zidd qüvvələrin toqquşduğu, həyəcanlı  və mürəkkəb bir dövr 
olmuşdur. 
1792 B.        Aytək, güntək itigöz bir xəfiyyəsi vardı,  
                     Bağlı qalan işləri ustalıqla açardı. 
Gecənin qaranlığı hər şeyi gizlətdiyi, sirri batırdığı halda Ay və dan yeri sirr açan 
sayılır. İşıqda hər şey görünür, gizlinlər, bilməcələr açılır. 
 
On beşinci söhbət 
PAXILLARDAN ƏLHƏZƏR 
 
1818-1819 B. Çınlayır dünya sazı... rəqqası yoxdur, heyhat!  
                       Dəniz cəvahir dolu... qəvvası yoxdur, heyhat!  
                       Qılınc, tac parıltısı, dirhəm şöləsi, gövhər,  
                       Nə istəsən buyur, seç... bərq vurur xəzinələr. 
Təbiət və  cəmiyyət gözəlliklər, ülviliklər ilə doludur. Oğul istəyir ki, qollarını 
çirməsin, istedadına arxalansın və bu sonsuz gözəlliklərə  bədii lövhələrdə 
canlandırmağa qadir olsun! Gerçəklikdəki gözəllikləri canlandırmağa böyük sənət, 
böyük sənətkar gərək! 
1827 B.        Dünya yolçuluğunda gör nə qədər yol gedən,  
                     Bir az da ağıllıdır daldakı öndəkindən. 


_______________ Milli Kitabxana _______________ 
251 
 
Arxadan gələn  şairlər, yeni gənclər öndə gedənlərdən, qocalardan, bəzən daha 
ağıllı, daha istedadlı olurlar. Çünki onlar qabaqda gedənin də təcrübəsini mənimsəyə 
bilirlər. Halbuki öndə gedən çox vaxt arxada gələnin özündən və irsindən xəbərsizdir. 
1828 B.        Yalnız idrak əhlinə yaraşır şərəf, ad-san, 
                     İdrak üçün fərqi yox, cavansan, ya qocasan. 
Sənət aləmində başlıca meyar heç də  gənclik, yaxud qocalıq deyil, ilk növbədə 
istedadır, idrakın qüdrətidir. Buna görə şərəf də, çələng də, adsan da yalnız və yalnız 
istedada görə müəyyənləşdirilməlidir.  İstedadı qiymətləndirməyi bacarmayan 
cəmiyyət naqisdir və bəlkə antihumanistdir. 
1829 B.        Eşitdim: qocalırkən mərcana çevrilir daş. 
                    Düşün bir az, hər daşdan mərcan yaranmır, qardaş! 
Məgər hər saçı ağarmışa ağsaqqal demək olar? Məgər hər daş mərcana çevrilir? 
Nizami poemanın bu fəslini yazırkən saraya soxulmuş qoca şerbazlardan şiddətli 
dərəcədə pislik görmüş, zərbə dadmışdır. Buna görə  fəslin demək olar ki, hər beyti 
mənəvi cəhətdən qocalmışlara qarşı hiddətlə, sağlam nifrətlə doludur. 
1830 B.        Xəbislər qocaldıqca bir az da quduzlaşır, 
                    Ləçər arvadlar kimi qeyzi başından aşır. 
Poemanın orijinalında "ləçər arvad" ifadəsi əvəzinə "dağlı arvad" məcazı işlədilir. 
Dağlı arvad - əfsanəyə görə dağda yaşayan, gözəgörünməz bir qadındır, qışqırana əks-
səda verən odur. Əslində  əks-sədanı yaradan içiboş yuvalar, zağa, kaha və 
mağaralardır. Nizami saraya soxulmuş  şerbaz  əleyhdarlarını  həmin içiboşlara, ilan, 
əqrəb yuvası maqaralara və boş hay-küy salan ləçər arvadlara bənzədir. 
1833-1839 B.      Qönçədən çıxmış gülün ətri zərif, incədir,  
     Fəqət köhnə tikanın yarası bərk incidir. 
                             
                             Dəyib xal salan üzüm - göz üçün bir tutiya,  
      İlansa qocalırkən dönüb olur əjdaha. 
                             
                            Cavanların başında ağıl qollu-budaqlı,  
                            Kif atan başlar isə çox da xoşlamır ağlı. 
                             
                            Ayı, günü, həftəni öyrənmək istəyənlər,  
                            Baxmaz köhnə təqvimə, baxsa da verməz səmər. 
                            
                            Aslanlardan çox yeyər acgöz, qoca köpəklər,  
                            Ceyranın göbəyini canavar kimi sökər. 


_______________ Milli Kitabxana _______________ 
252 
 
Məni çox da qınama, qorxsam qoca qurdlardan,  
Mən ki məzlum Yusifəm, yerim də quyu, zindan. 
 
Yox, qocalar gənc kimi vura bilməzlər yara,  
Gəncin əlinin suyu bənzər yanar odlara. 
Bu parcanın və onun davamının başlıca münaqişəsi gənclik ilə qocalıq arasında 
gedən mübarizədir. Nizami mənəvi qocalığı  mənəvi gəncliyin ilk düşməni, başlıca 
döyüş və mübarizə qaynağı hesab edir, buna görə təfəkkürü, ruhu qocalmışları "yara 
vuran köhnə tikana", "əjdahaya çevriliş qartımış ilana", içində ağıldan başqa hər şey 
olan "kif atmış başa", köhnəlmiş və əhəmiyyətini itirmiş cındır təqvimə, aslanlardan 
çox yeyən "qoca köpəyə", "ceyranın göbəyini sökən canavara" bənzədir və  əksinə, 
gəncliyi birinci növbədə, mənəvi gəncliyi səciyyələndirmək üçün ən gözəl, işıqlı 
bənzətmələr seçir: quru tikanın antonimi olan "qönçədən çıxmış gül", "dəyib xal salan 
üzüm", "qollu-qanadlı  zəka ağacı", "əlinin suyu oddan, alovdan qüdrətli xilqət" bu 
bənzətmələr sırasındadır. 
1841 B.        Ağ yasəmən çatarmı yamyaşıl, tər söyüdə?  
                    Ağ saçları qoyarmı o bənzəsin hindliyə? 
Burada yasəmən qocalığın, söyüd gəncliyin rəmzidir. Məgər istedadsız ağ saçlı 
qocalar istedad və gənclik timsalı hindliyə bənzəyə bilərmi? 
1843 B.        Yalnız xudbinlərdi, bax, bərk tutanlar köhnəni, 
                     Haqqa tapınan ərlər xudbinliyin düşməni. 
Mənəvi cəhətdən qocalmışlar, xudbinlər yaşamaq haqqını itirmiş köhnəlikdən 
dördəlli yapışmışlar, buna görə onlar Allah, insaf, vicdan kimi ulu anlayışlardan min 
ağac uzaq düşmüşlər. Haqqı, Allah yolunu tutan gənclər isə xudbinliyin 
düşmənidirlər, tərəqqi uğrunda sağlam mübarizdirlər. 
1844 B.        İndi bilal gördüyün Ay ki, saçır nurunu, 
                    Kamal çağına ercək, bədr adlandır sən onu. 
Bu gün aypara sandığın gənc sənətkar sabah dolğun Ay kimi şəfəq saça bilər, 
ovun bədrini hilal ikən görməyi bacar. 
1845 B.        Cavan xurma ağacı yüksəldimi səmaya, 
                    Əlini elə at ki, çata bilsin xurmaya. 
Nizami özünü və öz poeziyasını artıq bar verən xurma ağacına bənzədir, 
əleyhdarlarını xəbərdar edir ki, bu xurma ağacına hörmətlə, ehtiramla yanaşmalısan. 
Əks halda, xurma yemək əvəzinə əlinə, ağzına tikan batar.  
1853 B.        Bəxt ucaldan bayrağı kim aparsın irəli? 
                    Yalnız onu hifz edən igidlərin əlləri! 
Böyük bir poeziya bayrağı ucaldılıbsa, gərək hamı, qocalı-cavanlı öz nəfəsilə onu 
dalğalandırsın, ucaltsın, irəli getməsinə yardım qılsın! 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə