Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   55   56   57   58   59   60   61   62   63

_______________ Milli Kitabxana _______________ 
244 
 
1515 B. Başında papağın varsa, kişisənsə, deməli, ülvi bir mərama tapınmalı, baş 
əyməli, bu məram yolunda can yandırmalısan. Belində  kəmərin varsa, deməli, bu, 
xidmət kəməridir, qulluq etməli, insani borcunu yerinə yetirməlisən. 
1517 B. Həyat ocağının şöləsi - Günəş. 
1523 B. Nəfəs iki mənada işlədilib: 1. Nəfəs. 2. Ah-nalə, qarğış (prof. R.Əliyev). 
Başqalarının eybini göstərsən, əks-hücuma keçər, səni ləkələməyə çalışarlar. Necə 
ki, aynaya nəfəs dəyəndə ayna dumanlanır, ləkələnir. 
1528 B. Nizami Gəncəvi hər hansı canlı  və cansızda, təbiət, yaxud cəmiyyət 
hadisəsində ilk növbədə gözəli, yaxşını, müsbəti görməyə  və bu barədə danışmağa 
çağırır. Tovus quşunun  əlvan güllər kimi rənglər sərgisini görmədiyin halda yalnız 
çəlimsiz, eybecər ayaqlarını görmək, yalnız bu barədə danışmaq sənə yaraşmaz və 
hətta eyib gətirər. 
1529 B. Nizami bundan əvvəlki beytdə dediyini təkrar edir və bir az da 
zənginləşdirir. Çirkində gözəli, adidə ülvini, qarada ağı görə bilmək, kəşf eləmək 
yalnız müdrik kişilərin hünəridir. 
 
İSA PEYĞƏMBƏRİN HEKAYƏTİ 
 
1537 B. Əntiq Romada və Yunanıstanda eyvanları dürlü quş və heyvan rəsmləri 
ilə bəzərmişlər. Şair həmin adətə işarə vuraraq Həzrət İsa peyğəmbərin dili ilə bildirir 
ki, bu it vaxtilə o qədər mahir, çevik, qudrətli  şikarçı olub ki, sahibi onun şəklini 
eyvanına çəkdirib. 
1542 B. Dini anlayışa görə, Tanrı doqquz fələyi ona görə yaradıb ki,insanların 
eybinin üstünə  pərdə  çəksin və  mələklər insanın yalnız savab işlərini görsün, 
günahlarını tam muşahidə etməyə macal tapmasınlar (prof.R.Əliyev). 
1543 B. Həlqə - xalta, köləlik xaltası. Şair deyir ki, bu dar, üzükvarı dünyada hər 
şey sənin boynuna köləlik xaltası taxmaq, səni nökər, qul görmək istəyir. Əgər özün 
də bunu istəyirsənsə, deməli, kişi deyilsən, qulsan. 
1544 B. Qədim münəccimlərin dediyinə görə, Sürəyya ulduz topası Böyuk köpək 
bürcünün xaltası mövqeyindədir, daha doğrusu, ikinci birincidə yerləşir. İkinci misra 
eşşəkdən yalnız yük daşımaq üçün deyil, həm də nəq- 


_______________ Milli Kitabxana _______________ 
245 
 
liyyat vasitəsi kimi istifadə edən İsa peyğəmbəri yada salır. Şair özünün vəsf və ifşa 
obyekti olan qəhrəmanını - İnsanı xalta gəzdirməməyə, eşşəklik etməməyə çağırır. 
1547 B. Yəni Nizaminin dərdini çəkmək sənə qalmayıb. 
 
On birinci söhbət 
DÜNYANIN VƏFASIZLIĞI HAQQINDA 
 
1552 B. Qəm gəmisi - dünyamız. Yük - yığdığın var-dövlət. Aydındır ki, nə qədər 
çox var-dövlət yığırsansa, gəmidə yükün bir o qədər ağır olacaq və tufan, qasırğa 
başlananda ilk növbədə yükü ağır olanlar batacaq. 
1561-1562 B. O dünyanı bu dünyaya satına. Mənəvi aləmi, ruh dünyasını kaftara 
bənzəyən bu maddi aləmdən üstün tutmağı bacar! 
1569 B. Orijinalda Nizami "hərislər"  əvəzinə "duzsuz"lar məcazını  işlədir.  Bu 
səhra - dünyamız. 
Beytin mənası: Yalnız kabab və  şərab düşkünləri, hərislər və tamahkarlar bu 
səhranın, bu dünyanın od rənginə, zahiri parıltısına uyurlar. Düz və duzlu adamlar isə 
yanıb kabab olurlar. 
 
On ikinci söhbət 
DÜNYAYA VİDA 
 
1607 B. Bu dünyanı at, o dünyanı tut. Bu dünya tor kimidir, qoy o tora dən yemək 
istəyənlər düşsün. 
1610 B.  Ölmək  ərəfəsində  ağla. O göz yaşından göyərən çəmən, yaxud fidan 
sənin başlanmağının rəmzi kimi yaşar, ruhunu yaşadar. 
1611 B. Dəvə xislətli olmaq - oynamağı, gülməyi, sevinib rəqs etməyi bacarmaq. 
Dəbbə - içərisi otla və saman ilə doldurulmuş xaral. Bu xaralı filin ayağı altına 
atarmışlar ki, onu döyüş meydanına çıxmağa hazırlasınlar, düşmənləri bu xaral kimi 
tapdasın,  əzişdirsin. Sonralar bu ifadə  məcazi məna qazanmışdır. "Fil ayağı altına 
dəbbə atmaq" - boş yerə haray-həşir salmaq anlayışının sinoniminə çevrilmişdir. 
Beytin anlamı: Ölum məqamı çatanda sevin, şadlan, dəvə kimi rəqs elə ki, bu 
dünyadan üzülüşüb o dünyaya gedirsən. Bunu bacarmasan barı haray-həşir qoparmağı 
unut, ölümünü cəsur, mərd qarşıla! 
1615 B. Bu natəmiz torpaq - dünyamız. 
Beytin mənası: Dünyamız bütünlükdə natəmizdirsə, orada təmizlik aramaq hədər 
deyilmi? Natəmizlikdən əl çəkib təmiz, pak ruh dünyasına qanadlan! Könlünü yalnız 
bu yolla saf su kimi paka çıxara bilərsən. 
1616 B. O dünyaya yüngül, asan getməyini istəyirsənsə, bu dünyada yığdıqlarını 
payla, bəxş et ki, çevikləşəsən, son mənzilə uça-uça gedəsən. 
 


_______________ Milli Kitabxana _______________ 
246 
 
1621 B. Bu çevrə sınırı - dünyamızın sərhədləri. 
Beytin mənası: Maddi aləm hüdudlarını  qıra bilməsən, mənəviyyat dünyası  səni 
öz oxlarına hədəf qılacaq, ulduzlarını sənə tuşlayacaqdır. 
1622 B. Gecənin, günduzün cızığı - ömrün hüdudları. Bu çevrə xətti - dünyamızın 
hüdudları. 
Beytin mənası: Maddi aləmə bağlı ömrün hüdudlarından kənara çıxmağı bacarsan, 
dünyamızın hüdudlarını da vurub keçəcəksən, yeni dünya - ruh və mənəviyyat aləmi 
qazanacaqsan. 
1627-1629 B. Dolaşıq kələklər - fələyin kələfləri. 
Beytin mənası: Özünün ruh və  zəka qüdrətini dərk eləmiş  və istedadını 
bəşəriyyətə həsr etməyə qadir insanın böyüklüyü qarşısında fələk heç bir şeydir, hətta 
ilan kimi qıvrılıb açılsa da acizdir. 
1641-1642 B. Bu mətndə  "şəkər" sözünün ikinci, məcazi mənası bilikdir, elm, 
tədbir, şirin dil kimi ülvi anlayışlardır. Nizami deyir ki, qızıla, yaxud şöhrətə, sərvətə, 
var-dövlət yığmağa susuzluğunu, təşnəliyini yalnız və yalnız zəka, tədbir, səbr, 
təmkin sayəsində söndürə, öldürə bilərsən. Necə ki, gündüz gecəni öz nuru ilə boğub 
öldürür, yaxud tədbirli filosof əfsun oxuyub təqdim etdiyi çiçəklə öz rəqibinə qalib 
gəlir. 
 
ÇƏKİŞƏN İKİ FİLOSOFUN DASTANI 
 
1656 B. "Nuşiqiya" - novruz otu deyilən bitkidən hazırlanmış məlhəm ("Bürhani 
qatı"). 
1667 B. Beytin məzmunu Qurani-şərifin "əl-Ənam" surəsinin 77-ci ayəsindən 
iqtibas olunub: "O (İbrahim) çıxan Ayı görəndə dedi: "Bu, mənim Tanrımdır!" O, 
batandan sonra isə  (İbrahim) dedi: "Mənim Tanrım məni düz yola hidayət etməsə
mən yolunu azmış adamlardan olacağam (prof. R.Əliyev). 
1669 B.  Nizamiyə görə könlü işıqlandıra bilmək - maddi dünyadan əl çəkib 
mənəvi dünyaya qovuşmaqdır.  Ən böyuk səadət heç də maddi aləmdə deyil, yalnız 
ruhun qüdrəti sayəsində qazandığın mənəvi aləmdədir. 
1670 B. Ağ, qara lövhə - gündüz, gecə.  İnsan öz ömrünün gecəsini, gündüzünü 
təmizə çıxardıb pak etmək üçün tövbə qılmalı, suçlarının, günahlarının bağışlanmasını 
sidq ürəkdən ulu Tanrıdan diləməli və tövbəsinə layiq yaşamalıdır. Bu halda göz yaşı 
tökmək mənən təmizlənməyin rəhnidir və bu göz yaşı ümid gülabıdır. Başqa sözlə 
desək, sən bağışlanacağına və bundan sonra insan kimi yaşayacağına ümid bəsləyə 
bilərsən. 
1671 B. Nizamiyə görə ölçü-biçi əsasında yaşamaq özünü nəfsə, tamaha, yırtıcı 
ehtiraslara təslim etməməyi bacarmaq deməkdir. Yalnız bu dünyada gözəl yaşamaqla, 
o dünyanı qazana bilərsən. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə