Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   53   54   55   56   57   58   59   60   ...   63

_______________ Milli Kitabxana _______________ 
235 
 
beyti də bunu təsdiqləyir. Türklük, burada zəka qüvvəsi, təfəkkür gündüzü, idrak 
günəşi biçimində aşkarlanır. 
1143 B. Çəmşid dövləti - gənclik, Nizami üçün mənəvi çiçəklənmə  və kamal 
çağları - qırx yaş dolaylarıdır. 
1151 B. Qara daş -məhək daşı. 
1153 B. Burada kafurun kimyəvi maddə kimi soyuqluğu və  ağlığı qocalığın 
soyuqluğuna, qocanın saçlarının ağlığına təşbeh gətirilir. 
1155 B. Əfsanəyə görə, günəş batarkən rəngləri çalaraq (oğurlayaraq) göyün 
dördüncü qatında nəhəng bir küpün içinə doldururmuş. Həmin mövqedə yaşayan İsa 
peyğəmbər bu böyük sərmayə sayəsində boyaqçılıq edərmiş.  İsanın arxadaşları 
həvarilər bez ağartmaqla dolanarmışlar.  Şair bezağardanlar ilə boyaqçıların 
münasibətinə işarə edir. 
1156 B. Bu beytin dürüst elmi şərhini verən prof. R.Əliyevin yazdığına görə, 
paltaryuyan ilə boyaqçının yaxınlığı sübutlarından biri də budur ki, su (ab) və ay işığı 
(məhtab) arasında sıx bağlılıq var, çünki dənizlərdə, ümmanlarda qabarma (mədd), 
çəkilmə (cəzr) hadisəsi, habelə yağışların yağması Ayın hərəkətindən, dövriyyəsindən 
ayrılmazdır. 
1160 B. Bir şəxsdə rumluluq (üzağlığı) ilə zənciliyin (üzqaralığı) birləşməsi onun 
ikiüzlü olması deməkdir.  İkiüzlülər, elm, maarif yolunda dəridən-qabıqdan çıxsalar 
belə Nizaminin fikrincə, kəmalə yetə bilməzlər, onların alnında həmişə zalım və cahil 
damğası görünəcək. 
1162 B. Ağaclar yazağzı çiçəkləyəndə sanki başlarına ağ tac qoyurlar, mövsüm 
dəyişdikdə isə başqa rəngə düşürlər. 
Beytin mənası: Kainatın əşrəfi olan insan bu cür davrana bilməz, o bir rəngli, bir 
sifətli olmalıdır. 
1168 B. Müstəqim mənasından başqa beytin məcazi mənası budur ki, dörd 
ünsürün; torpağın, odun, havanın, suyun vəhdətini alqışlayır. Təbiətin və cəmiyyətin 
bu özülə söykəndiyini bildirir. 
 
KƏRPİCKƏSƏN QOCANIN HEKAYƏTİ 
 
1178 B. Əmirlər, sərkərdə  və  qəhrəmanlar basıldıqda (məğlub edildikdə), ölüm 
məqamının yaxınlaşdığını hiss edincə vəsiyyətlərində arzu edərdilər ki, məzarlarının 
üstü həmin qocanın kəsdiyi kərpicləri ilə götürülsün. Bu halda onlar ümid 
bəsləyirdilər ki, bu sipər (bu kərpiclər) onları himayə edəcək, qəbir  əzabından 
qoruyacaqdır. 
1183 B. Birinci misrada yer səthi qalxana, torpaqqazan bel isə  qılınca oxşadılıb 
(prof. R.Əliyev). 
1188 B. Kölələr yük daşıyar - Zülmə boyun əyənlər, təslimçilər və  fərarilər 
özlərinə layiq rəzil həyata məhkumdurlar. Mən belələrinə nifrət bəsləyirəm, öz 
zəhmətimlə dolanıram. 
 


_______________ Milli Kitabxana _______________ 
236 
 
Altıncı söhbət 
VARLIĞIN ETİBARI HAQQINDA 
 
1196 B. Bu göy rəngli pərdə - səma, fələk. 
Müvəqqəti vücud - insanlar. 
Beytin mənası: Yalnız insanlığa xidmət yolunu tutan insanlar yaşamağa və 
mənəvi ömrə layiqdirlər. Qalanları müvəqqətidirlər və həddindən artıq olduqları üçün 
gərəksizdirlər. İnsanlıq özünü özgələrə həsr etməkdən başlanır. Beleləri ədəb nuru ilə 
parlayan gözlərinin gövhərini başqalarının xidmət kəmərinə dikiblər. 
1198 B. Bu pərgar nöqtəsində, bu dönüb dolanan dünyada elə bir vücud yoxdur 
ki, müəyyən bir işlə məşğul olmasın. 
1199 B. Neçə yəhərli at – fələklər, göylər, ulduzlar. Süvarilər - insanlar. 
Beytin mənası: Kainatda hər  şey insan üçün yaradılıb.  İnsan öz zəka gücü 
sayəsində ulduzları köhlən kimi yəhərləyib çapa bilər, deməli, bütün kainat onun 
hökmündə, iradə və ixtiyarındadır. 
1200-1201 B. Nizaminin fikrincə, Tanrı  hələ "Ol!" (Kun!) əmri ilə kainatı 
yaratmaq  ərəfəsində  İnsanı düşünmüş, kainatı  İnsan üçün xəlq etdiyini 
qərarlaşdırmışdır. Buna görə Nizami insanın və  məhəbbətin hər  şeydən qədim, 
qocaman və əzəli olduğu fikrini qətiyyətlə bildirir. 
1202 B. Yəni yaxşını yamandan, gözəli eybəcərdən seçmək üçün sənə iradə  və 
ixtiyar verildi. 
1203 B. Quş  dəni necə  dənləyirsə,  əcəl də  səni eləcə  dənləyib torpağın kamına 
çəkəcəkdir.  İndi ki belədir, gözəl yaşamağın yolunu öyrən, maddi aləmi müvəqqəti 
say və mənəvi aləm üçün yaşa! 
1204 B. Leş yeyən kərkəs və quzğun kimi yaşama, təbiəti çırmaqlayan bu quşları 
tərk et və onların hamısının başı üstündə yaşarı, ruh, paklıq, nicatvericilik timsalı 
Simürğ kimi qanadlan! 
1205 B. Can qəfəsindəki quş - ruh, Nizaminin fikrincə, insan özü gəldi-gedər 
xilqət olsa da, ruhu əbədi, ölməzdir. İnsan cismində yaşasa da, özü bu cisimdən xeyli 
yüksəklərdə durur. 
1211 B. İki aləm: maddə və ruh aləmi. 
1214-1216 B. Nərgizin gözlərinə sürmə çəkən dan yelləri, misə qızıl rəngini verən 
kimyəvi iksir olduğu kimi insanı da insan mərtəbəsinə qaldıran onun ruhudur. Ürəkdə 
yerləşən ruhunun gücünü dərk edə bilsən, sən bütün kainatın sultanı, hökmranı ola 
bilərsən. Bəşəriyyətin ən böyük sərvəti olan elm və bədii söz də ruhun yetirməsidir, 
idrakın hər cür töhfələri də. Yalnız ruhuna xidmət et! 
1217 B. Ceyran göbəyi - ceyranın müşk vəzləri. "Müşk" deyilən  ətirli maddə 
burda yerləşir. 
 


_______________ Milli Kitabxana _______________ 
237 
 
1219 B. Ceyranın dərisi nisbətən yüngül, zərif və möhkəm olduğuna görə 
qədimlərdə bundan kağız yerinə istifadə olunarmış. Dəri, gön üstündə  məktub 
yazılarmış. İlk kitablar dəri-gön vərəqlərdən ibarətmiş. 
1222 B. Gecədən səhərə doğru yürü, dan yeri sürdüyün köhlənin ağ nalı kimi 
şəfəqlənsin. Yəni ibadətlə  məşğul ol, şüalardan yaralanan səhər kimi ahın, nalən 
ürəyini yaralasın, nalə qılıb Tanrıya yalvar, səhər namazının nuruna bürün! 
1231 B. Prof. R.Əliyevin yozumuna görə, bu beytin ikinci misrası Qurani-şərifin 
"ət-Təlaq" surəsinin yeddinci ayəsinin tərcüməsidir. Ayə belədir: "Tanrı hər sıxıntıdan 
sonra genişlik (asanlıq, şadlıq) gətirir". 
 
OVÇU İLƏ İTİN VƏ TÜLKÜNÜN HEKAYƏTİ 
 
1233 B. Ovçunun elə bir cəld, yavuz sərt və çevik qaçan iti vardı ki, Günəş şüası 
belə ona çata bilməzdi, buna görə it işıq sürətinə nöqsan tutardı. Prof. R.Əliyev yazır 
ki,  şair "ahu gereftən" mürəkkəb felini ustalıqla oynadıb  şairanə  məcaz yaradır. 
Həmin felin ilk mənası "ahu tutmaq", digər mənası isə "irad tutmaq" deməkdir. 
1240 B. Arpa - ən kiçik çəki vahidi. Dirhəm - çəki vahidi altı danka bərabərdir: 
Hər dank iki karat, hər karat isə dörd arpa çəkisindədir. 
1247 B. Köhnə təbiblərin fikrincə, yağlı xörək ziyandır, səfraya gətirib çıxarır. 
1254 B. Beytin məzmunu Qurani-şərifin "ət-Təlaq" surəsinin yeddinci ayəsindən 
gəlmədir: Həyatda, insan varlığında hər bir qəmdən, kədərdən sonra fərəh və  şadlıq 
gəlir. 
1261-1265 B. Beytlərdə  yəqin anlayışı  fəlsəfi termin kimi işlədilib. Mənası 
əqidədə möhkəmlik, sabitqədəmlik, özünə inam və qüdrət deməkdir. Nizami haqqa 
inamında qətiyyətli olmağa çağırır. 
1270-1271 B. Yəqin əhli misilsizkamil - onlar, naşı - biz. Yəqin əhli kamil insan 
simvoludur. Onlar Qurani-şərifin haram elan etdiyi şərabı içdikdə belə halallığı nuş 
edirlər, bu nemətə bal dadı gətirirlər. Çünki müstəqil şəxsiyyətə malikdirlər və nəyin 
halal, nəyin haram olduğunu bizdən yaxşı bilirlər. 
 
Yeddinci söhbət 
İNSANLIQ MƏRTƏBƏSİNİN BÜTÜN XİLQƏTLƏRDƏN ÜSTÜNLÜYÜ 
 
1279 B. Nizaminin fikrincə,  İnsan kainatın  əşrəfidir və  əslində Tanrı kainatı 
İnsanın  şərəfilə yaratmışdır. Ay, Günəş, bütün səyyarələr və bütün nemətlər  İnsana 
xidmət naminə xəlq olunub. Buna görə İnsanı təbiətin nazlı yavrusu adlandırmaq olar. 
Qurani-şərifin "ət-Tin" surəsinin dördüncü ayəsində deyilir: "Biz insanı  ən gözəl 
şəkildə yaratdıq. Buna görə insan bütün 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə