Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   50   51   52   53   54   55   56   57   ...   63

_______________ Milli Kitabxana _______________ 
226 
 
Beytin mənası: Dan yeri söküləndə yasəmənlər çiçək açdı, şüalar çiçəkləri bürüdü. 
675 B. Keçmişdə  yəhudilər dini qaydalara əməl edərək, müsəlmanlardan 
seçilsinlər deyə sarı paltar geyər, yaxud geyimlərinin üstünə "qiyar" deyilən sarı 
mahud parça, çit tikərmişlər.  İkinci misra sudan Günəşin doğmasına işarədir ki, bu 
halda suyun qüdrəti Həzrət Musa peyğəmbərin möcüzə göstərən ağ  əlinə oxşadılır. 
Burada Günəşin sudan çıxıb, suda batmasına dair qədim təsəvvürə də işarə olunur. 
676  B. Torpaq içdiyi suyun sayəsində qazandığı bütün möcüzələri: ormanları, 
gülüstanları, zəmiləri... dünyaya göstərdi. 
678 B. Söhbət kölgə ilə  işığın bir-birilə  əylənməsindən, öpüşüb görüşməsindən, 
yarpaqlar və budaqlar arasından düşən şüaların kölgə yanında gözəlliyindən gedir. 
 
BİRİNCİ XƏLVƏTİN SƏMƏRİSİ 
 
684 B. Güllərə gül ətrini,  şəkərə  şəkər dadını  bəxş edən o gülnəfəslini,  şəkər 
gülüşlunü gördüm. 
688  B. O, duzlu gözəl danışdıqca (cümlə-cümlə  şəkər doğradıqca), başqa 
dodaqların şəkəri suya düşür, nitqi heçə-puça dönürdü. 
689 B. Şəkər yeməyi xoşlayan tutuquşu klassik şeirdə natiqlik timsalıdır.Burada 
həm zahirən, həm də daxilən tutuquşudan üstün olan gözəl danışıq nümayiş 
etdirməkdə, şəkər saçmaqda hər cür rəqiblərini kölgədə qoymasından söhbət gedir. 
692 B. Təbər (Xəzər, Kaspi) dənizinin cənub sahillərində yerləşən Təbəristan 
vilayəti özünün qırmızı  rəngli innab ağaclan ilə  də  məşhurdur ki, farsca buna 
"Təbərxun" (təbər qanı) deyirlər.  İnnab ağacı çox möhkəm olduğuna görə bundan 
bəzən balta sapı, yaxud gürz qayırmaq üçün istifadə olunur. Nizami burada gözəlin 
gül dodaqlarının balta, yaxud gürz funksiyasında işlədilən innabdan daha çox qan 
tökdüyünü, dil şirinliyinə görə qəndi, şəkəri xəcil etdiyini bildirir. 
694 B. Ud ağacı düyünlü olduğuna və alışanda şiddətlə yanıb-yandırdığına görə, 
ən başlıcası xoş, məstədici rayihə saçdığına görə, Nizami gözəlin xalını ona bənzədir. 
İkinci misra bu fikri daha da zənginləşdirir: ürəkləri alovlandıran gözəlin 
yanaqları o qədər ətirlidir ki, sanki gündüzə bənzər yanaq sədəfində qaliyə -ətir-ənbər 
əziblər. 
700 B. Burada gözəlin dar ağzı inci qutusuna, dadlı, duzlu söz söyləməyə 
hazırlaşan dodaqları qəndə, şəkərə bənzədilir. 
704 B. Nizami Gəncəvi gözəlliyin  şiddəti önündə az qala dəli-divanə olduğunu 
bildirir. Həddini aşmasın deyə keçmişdə dəlini qandallarmışlar. 
 
  
 


_______________ Milli Kitabxana _______________ 
227 
 
705 B. Yəni Günəşin üzünü gillə suvamaq mümkün olmadığı kimi ürəkdəki 
kədəri də meyin, şərab içməyin gətirdiyi ani nəşə ilə silib aparmaq mümkün deyil. 
706 B. Yeni şərab düşkünlərinin  əlacı  şərabda, acı meydə olduğu kimi 
dərdlilərin də çarəsi acı dərdi, qəmi çəkməyi bacarmasındadır. 
 
İKİNCİ XƏLVƏT - GECƏ GÖRÜŞÜ 
 
717 B. Gecə  şahı - darğa,  şihnə.  Gecə  bəkçisi - keşikçi, qarovulçu. Çırpınan 
böcək - şirəyə batıb qanadsız qalan pərvanə, milçək. 
Beytin mənası: Darğa keşikçilərinin qanını tökmüş  və  pərvanələri qanadsız 
qoymuşdu ki, məclisin gedişatına mane ola bilməsinlər. 
718 B. 
Pərdə dalındakılar - hərəm sakinləri, həyalı məşuqələr. 
719  B. Burada Süheyl - mey paylayan saqi, yetim dürr və  şeh damlası kimi 
parlaq görünən - büllur piyalə, ləl və mirvari isə  rənginə  və  dəyərinə görə onlara 
bərabər tutulan gül rəngli meydir. 
720 B. Cigərin  şamı - ciyərin  şam kimi alışıb-yanması.  Şamın ciyəri  -  şamın 
piltəsi, fitili. Atəşin ürəyi - od. 
721  B. Ud ağacı şəkərsiz yana bilmir, odur ki, yandıranda ona şəkər qatırlar. Elə 
bir ülvi məclis açılıb ki, burada ud ağacı özü yanmağa can atır,buna görə şəkər saçır 
və bu şəkər onu alovlandırır. 
722 B. Keçmiş toylarda gəlin ilə  bəyin başına qızıl səpilməsinə, etrafa noğul, 
şəkər yağdırılmasına işarədir. 
725 B. Şirin vədə - vüsal vədəsi.  Dirilik suyu — məşuqənin  şirin dodaqlarının 
həyatverici qüvvəsi. 
726  B. Tülkünün göbək xəzi onun bədəninin  ən yumşaq hissəsi sayılır.Qaplan 
bu xəzi altına salıb, yəni məşuqəsini aşiq qucaqlayıb. Ceyranın (məşuqənin) vüsal 
yatağında göbəyinə düşən hörükləri isə aslanın (məşuqun) belində  kəmərə 
çevrilmişdir. 
728 B. Burada şamın nuru ilə dolmuş  şamdanlar saqilərin dolu qədəhinə 
bənzədilir. Bu halda şamın başına dolanan pərvanələr şərab qoxusundan məst olmuş, 
bayılmışdır. 
730  B. Musiqi və  şənlik ilahəsi olan Zöhrə (Venera) bu məclisə o qədər 
vurulmuşdu ki, səmadan enib məclisə  gəlmişdi. Sazını elə bir şövq ilə çalırdı ki, 
dürüst bir ahəng ilə çalan əlləri az qala mizrabı sındırırdı. 
731 B. Məclis elə qızışıb ki, uyğusuzluqdan xumar olanlar belə yata bilmir, bir-
birinə şölə verən çıraqlar kimi nur saçırlar. 
735 B. Sürəyya yeddi ulduz toplusundan ibarət Ülkər bürcüdür, yaxud Sur 
bürcüdür. Şənlik fərəh və musiqi ilahəsi olan Zöhrə ulduzu da həmin bürcdə yerləşir. 
Məclisindən, gözəlliyindən vəcdə  gələn  şadlıq quşu elə qanadlanır ki, qanadlanıb 
ərşdə onların hamısından yuxarı qalxır. 
 
  


_______________ Milli Kitabxana _______________ 
228 
 
736  B. Dan quşunu (xoruzu) kəsib kabab eləyirlər ki, banlamasın. Məclisin başa 
çatdığını  xəbər verə bilməsin. Xoruzun od üstündə bişirilməsi məhəbbət quşlarının 
(sevənlərin) ciyərinə su səpmiş kimi olur. Yəni onlar sevinirlər ki, banlama əhvalatı 
olmayacaq, məclis davam edəcək. 
737 B. 
Səhər quşu - Günəş. 
743 B. 
İnnabı püstə - al dodaqlar. İncə xətt - üst dodağın göyərən zərif tükləri. 
744 B. Gözəlin gecə kimi qapqara saçları qara hindliyə  bənzər xal və Babil 
sehrindən üstün "Halal sehr" ilə, yəni naz, qəmzə ilə ovsunlanmışdır.Müsəlmanlığa 
heç də zidd olmayan bu halal sehr Zöhrəni yoldan çıxarmağa çalışan və buna görə 
cəzalandırılmış, Babilistanda başıaşağı vəziyyətdə quyudan asılmış Harut ilə Marutun 
cadusundan üstündür. 
749  B. Dini etiqada görə, İsa peyğəmbər (Məsih, Məsiha) öz nəfəsinin gücü ilə 
ölünü dirildə bilirmiş, bu halda torpaqdan yaranmış ürəyin ağzından dirilik suyu 
fışqırırmış. 
750 B. 
Ayın yaşmağı - buludlar. 
751 B. Al dodaqların şəkər saçması - şirin və gözəl qonuşmaq, gül üzün badam 
saçması isə - tərləməsi deməkdir. Gülün şəkərə  pənah aparması yanaqların tərdən 
xilas olmasına və öz aşiqlərinə şirinlik, zövq bəxş etməsinə işarədir. 
756 B. Yanağının atəşi - bütpərəst Nəmrud tərəfindən oda atılan Allah aşiqi 
Həzrət  İbrahim Xəlilullah peyğəmbər. Bir dəstə reyhan - odun gülzara çevrilməsi. 
Nərgiz - gözlər, yaxud Allahın yolunda qurban kəsiləsi İsmayıl. Xəncər — kirpiklər. 
759-760 B. Gözəlin açılmış  ağ yaxası elə bir şölə saçır ki, bu huri sifətlinin 
işığından yalnız qara camaat deyil, seçmə adamlar da ovsunlanır, özlərini itirirlər. 
Qədim təbabət anlayışına görə sərsəmlər və epleptiklər güclü işığa dözə bilməz, qəşş 
edər, özlərindən gedərlərmiş. 
762 B. Nərgizin ağ  ləçəkləri gümüşə, ortasının sarı çiçəyi qızıla bənzədiyindən 
Nizami Gəncəvi zərli piyalələri ona oxşatmışdır. 
765 B. Vüsal məqamına işarədir. 
 
İKİNCİ XƏLVƏTİN SƏMƏRİSİ 
 
768 B. Əzəlin toxuduğu o xalça - poeziya, Nizami poeziyası. Şairin fikrincə, öz 
zərifliyi, naxışları, xallar ilə, ən başlıcası, gərəkliyi ilə insana xidmət edən xalça kimi 
böyük poeziya və ümumən, hər hansı incəsənət nümunəsi ömrə  məna gətirir, hədər 
getmiş, itmiş günləri sanki geri qaytarır. 
770 B. Nizamidə Türklük gözəlliyin  ən yüksək mərtəbəsi deməkdir. Burada 
söhbət Türk gözəlindən və onun eşsizliyindən (misilsizliyindən) gedir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə