Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   52   53   54   55   56   57   58   59   ...   63

_______________ Milli Kitabxana _______________ 
232 
 
başqa canlılardan fərqli olaraq ona idrak qüvvəsi verilmişdir. Buna görə insan 
canlıların şahı sayılır və bütün xilqətlər üçün məsuliyyət onun boynuna düşür. 
912 B. İnsanı şərəfləndirən əvvəlki parçada yürüdülmüş fikri davam etdirir. Öz 
zəka, humanizm və iradə gücünə görə bütün canlıların tacı və tacidan adlanmağa layiq 
İnsan kainatda öz müstəsna rolu ilə fəxr edə bilər. 
913 B. Dünya çevrəsinin dışı - ruh dünyası. Nizaminin fikrincə, yalnız öz insan 
funksiyasını  dərk edən zəka və iradə sahibləri ona mənəvi ömür qazandıran ruh 
dünyasında yaşamağa qadirdirlər. Belələrinin qiyməti hər iki cahan üzüyünün qaşı 
qiymətindədir, yəni çox yüksəkdir. 
926 B. 
Yəni maddi varlıqları verib mənəvi sərvətləri qazanmaq imkanın var ikən 
nə üçün şeytana uyursan, əksinə davranırsan? 
927 B. İksir  - qədim kimyagərlərin nəzərində elə bir maddədir ki, guya onun 
sayəsində adi metalları qızıla çevirmək olar. Nizami demək istəyir ki,din kəhrəbasının 
bircə qırığı da bu cür qüdrətə malik batman-batman qızıldan üstündür. 
928 B. Daş, qara torpaq - maddi aləm, bizim dünya; cəvahir, saf qızıl - ruhlar 
aləmi, din, mənəvi qüvvət. 
941 B. Müsəlmanlıq mövqeyində mətin dayanan Nizami Gəncəvi atəşpərəstliyi 
(günəşpərəstliyi) rədd etdiyi üçün Günəşi mənfi epitetlə  səciyyələndirir, arsendən 
(siçanotundan, mışyakdan) düzəldilmiş  zərnix (topadaq) oyununa bənzədir. Aybaşı 
çağlarında müsəlman qadınlar, gəlinlər və  qızlar namaz, oruc ayinlərindən azad 
olduqları üçün bu oyun ilə baş qatmaq, əylənmək ixtiyarına malikdirlər. 
942 B. 
Doqquz mıxlı çadır - bu dünya. 
943  B. Dini anlayışa görə Həzrət Məsih (Məsiha, İsa) peyğəmbər atəşpərəstliyi 
aradan qaldırmaq üçün göyün dördüncü qatına qalxmışdır ki, Günəşi öz nəfəsinin 
gücü ilə üfürüb söndürsün (prof. R.Əliyev). 
 
ADİL NUŞİRƏVAN İLƏ VƏZİRİN HEKAYƏTİ 
 
979 B. Çiynindəki yük - zülmün yükü. 
990 B. Günəşə at çapanlar - Tanrıya can atanlar. 
 
Üçüncü söhbət 
DÜNYA HADİSƏLƏRİNƏ DAİR 
 
1011 B. Sam məşhur pəhləvan və qəhrəman Rüstəmin babası, Zalın isə atasıdır. 
Zal anadan olanda ağ saçlı imiş. Buna görə Sam xalqa gülünc olmaq qorxusu ilə 
uğursuz saydığı çocuğunu bir dağ başına atıb qayıdır. Simürğ isə bunu bir ət parçası 
bilərək yuvasına gətirir. Fəqət başı tüklü olduğundan 


_______________ Milli Kitabxana _______________ 
233 
 
yemir, yavruları ilə birlikdə bəsləyib böyüdür. Atası qara saçlı, oğlu ağ saçlı nüktəsi 
Firdovsinin "Şahnamə"sində qələmə alınmış bu rəvayətdən doğmuşdur. 
1016 B. Orijinalda "su içində odlanar" ifadəsi  əvəzinə "nalı oda qoymaqdan" 
söhbət gedir. Keçmiş cadugərlər bir şeyi, yaxud şəxsi hüzura gətirmək məqsədilə nalı 
oda qoyub əfsun oxurmuşlar. Nizami demək istəyir ki,ümmanda, dənizdə  əziyyət 
çəkənlər hər cür vasitəyə əl atırlar ki, sahilə çıxa bilsinlər. 
1017 B. Ən bəxtəvər insan belə sonadək tam bəxtəvər deyil, çünki ölümdən 
qurtuluş yoxdur. 
1023 B. Fikrin ona görə cılız və dardır ki, nəfsinə əsir olmusan, maddi aləmdən 
dördəlli yapışmısan, ruh mənəviyyat aləmindən xəbərsizsən. 
1029 B. Nəbatat alimlərinin fikrincə, gül bağlarında xüsusi növlu bir tikan olur, 
sünbül çiçəyinin kökünü o tikana sarıyıb bir muddət saxladıqda sünbülün ətri çoxalır. 
1030 B. Nizami Gəncəvi "ciyərlər dağlamış" səhranın timsalında zalımları, 
zülmkar sultanları, qanlı imperiyaları qələmə alır və onların bəşər məhkəməsi önündə 
mütləq cavab verməli olacaqlarına hökm verir. 
1041 B. Ədalətli, humanist Həzrət Süleyman peyğembərin dünyası çoxdan arxada 
qalıb, zülmkarlıq, qəddarlıq dövrü başlanıb, buna görə  də  cəmiyyətdə kişi yox 
kimidir. 
 
SÜLEYMAN PEYĞƏMBƏRLƏ QOCA ƏKİNÇİNİN HEKAYƏTİ 
 
1053 B. Quş dililə danışmaq - mənasız, boş danışmaq.  
1066 B. Hər kəs gücü çatan işdən yapışmalıdır. 
1070 B. Yalnız nadir qəhrəmanlar xalqın qayğısını çəkməyə qadirdirlər. Sirri hər 
kişi saxlaya bilməz. 
 
Dördüncü söhbət 
RƏİYYƏTİN HAQQINI PADŞAHIN QORUMASI 
 
1077 B. Bəsrəli Rəbiə  məşhur zahid qadın olmuşdur. Bir gün yanar çöldə 
susuzluqdan bayğın düşmüş bir it görür, başındakı külahını saçlarıyla bağlayır, 
quyuya dol kimi sallayır, su çıxarır.  Əshabi Kəhfin yeddincisi sayılan heyvanı 
ölümdən qurtarır. Bu yolla övliya mərtəbəsinə qalxır. Quranın “əl-Kəhf” surəsinin 21-
ci ayəsində dini təqiblərdən çəkinib mağarada gizlənmiş altı gənc və onların itindən 
söhbət gedir. Sahiblərinə qeyri-adi sədaqətinə görə  həmin itə danışıq qabiliyyəti 
verilib. Nizami bu ayədən istifadə etmişdir. 
 


_______________ Milli Kitabxana _______________ 
234 
 
1079 B. Yalnız erkəklik aktını yerinə yetirənlər, Nizaminin fikrincə, kişi sayıla 
bilməz. Kişi olmaq böyük, xeyirxah iş görmək, tərəqqi uğrunda mübarizə aparmaq 
deməkdir. 
1088 B. Rəvayətə görə  Qəznəli Sultan Mahmud (997-1030) məcusilərin 
(atəşpərəstlərin) mərkəzi olan Sumenat şəhərini zəbt edərkən oradakı bir atəş 
məbədini dağıtmış, bundan mütəəssir olan möbidlərdən biri sultana ölüm diləmək 
üçün xəlvətə  çəkilmiş, sultan xəstələnmiş, heç bir dava-dərman dadına yetməmiş, 
ölümünün qaçılmaz olduğu anlaşılınca ariflərdən birinin məsləhətilə möbidin bəd 
duasını pozmaq qərarına gəlmiş, buna görə sağaldığını yalandan bildirmiş, bəd dua 
pozulmuş, ölümdən qurtulan sultan böyük şənlik ziyafəti vermişdir. 
Beytin mənası zülmkarlıqdan əl çəkməyə çağırışdır. 
1090 B. Su tısbağası sahilə  çıxıb yumurtlayır və yumurtalarını quma basdırıb 
dənizə qayıdar. Yumurtalar qumda qızıb yetişəndən sonra qabığı partladıb çıxan 
tısbağa yavruları özləri analarının ardınca dənizə gedir. 
Beytin mənası:  Əgər su tısbağası belə bir qabiliyyətə malikdirsə, onda görün 
mələklərdən daha yüksək mövqe tutan İnsan nələrə,  ən azı zülmkarlığı aradan 
qaldırmağa qadirdir, əlbəttə ulu Tanrının mərhəməti sayəsində! 
 
QARI İLƏ SULTAN SƏNCƏRİN HEKAYƏTİ 
 
1108 B. Abxaz qarəti - 1139-cu ilin sentyabrında Gəncədə baş vermiş  fəlakətli 
zəlzələdən sonra şəhər dağılmış və viran görən Gurcüstan çarı Gəncəyə hücum edərək 
yağmalamış, dinc əhalini qarət və əsir etmişdir (prof. R.Əliyev). 
1127 B. Xeyirxahlığın və  ağ günün timsalı olan Simurğ quşu.  Əfsanəyə görə 
Elbrus dağının əlçatmaz zirvəsində yaşadığına görə, Nizami ədalətin cəmiyyətdə yoxa 
çıxdığını və qalxıb yalnız Simurğ qanadı altına sığındığını bildirir. 
 
Beşinci söhbət 
QOCALIĞIN SİFƏTLƏRİ 
 
1130 B. Dörd ünsürün vəhdətini alqışlayan bu beytdə atəşlə su - gəncliyin, 
torpaqla yel - qocalığın rəmzidir.  
1133 B. Yəni: qocalmısan. 
1138 B. Nizami insan cismində gənclik ilə qocalığın çarpışdığını təsvir edir. Qara 
saçlar qara zənci ordusuna bənzədildiyi halda ağ saçlar ağüzlü, müdrik və müzəffər 
türk ordusuna oxşadılır. Nizamidə türklük paklığın, üz ağlığının, istedad və 
qəhrəmanlığın, ən başlıcası, humanizmin timsalıdır.  
Bu qara, ağ saçların nəyi öyrədir sənə?  
Gecədən yol gedirsən təfəkkür gündüzünə 
 
  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə