Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   55   56   57   58   59   60   61   62   63

_______________ Milli Kitabxana _______________ 
247 
 
On üçüncü söhbət 
DÜNYADAN ƏL ÜZMƏYƏ DAİR 
 
1677 B. Bu dünyaya aldanma. Onun çeşməsi ilğımdır, aldadıcı serab (miraj) 
hökmündədir. Ömürdən sonrakı ömrünü düşün. 
1684 B. Cəfəri qızıl - xıltı olmayan, ən saf, təmiz qızıl deməkdir. Prof.R.Əliyevin 
yazdığına görə, buna ona görə cəfəri qızıl deyirlər ki, məşhur ərəb xəlifəsi Harun ər-
Rəşidin (783-809) vəziri Cəfər Bərməkinin  əmri ilə yüzdə yüz, xalis qızıla sikkə 
vurmağa başlayıblar. 
Beytin mənası: bu sarı gülə bənzər Cəfəri altununu payla, bağışla. Şam kimi qızıl 
şölə saç ki, öz nurun ilə işıqlanasan - bu dünyada rəhmət, o dünyada şəfqət qazanasan. 
1685 B. Bütün canlılarda bədənin doqquz qapısı var: iki göz, iki qulaq, ağız, 
burun deşikləri və s. Altıbaşlı altun - məşhur İran alimi Vəhid Dəstgirdinin yazdığına 
görə xalis qızıldan qayrılmış altı başlı büt olmuş, sonralar bu ad həmin qızıl növünə 
aid edilmişdir. 
1687 B. Məqsəd sikkəsi - Tanrının razılığını qazanmaq və el içində yaxşı ad qoyub 
getmək. 
1689 B.  Bəlkə  hətta xeyli üstündürlər Çünki şahlar, krallar, səltənət imperiya 
başçıları xalqların, müstəmləkə məngənəsinə saldıqları ulusların qanını şüşəyə tutmaq 
hesabına varlanır, özlərinə  qızıldan taxt-tac düzəltməklə  bəşəriyyətin nifrətini, 
qəzəbini qazanırlar. Sikkə vuran dəmirçilər isə halal əmək adamlarıdır, buna görə 
rəğbətə, məhəbbətə layiqdirlər. 
1690 B. İncil kitabında həyat tarixçəsi tam işıqlandırılmış əfsanəvi xəsis və hədsiz 
dərəcədə dövlətli Qarun ifrat simicliyinə görə Tanrı  tərəfindən cəzalandırılmış, yer 
yarılmış və Qarunu saysız-hesabsız xəzinələri ilə birlikdə udmuşdur. 
1691 B. Özünü qızıla təslim edənlər bədbəxtdir. Qızılı özünə  təslim edənlər isə 
xoşbəxt. Sonuncular qızılı bir qızıl köhlənə döndərib cilovlayıb sürür, məqsəd 
mənzilinə çatırlar. 
1696 B. Belə bir təsəvvür varmış ki, qızıl mədənləri yalnız  şərqdə, 
gündoğandadır. Beytin yürütdüyü digər fikir budur ki, qızıl Günəş  şərqdən doğur, 
qərbdə batır. Deməli, qızılın, işığın, səxavətin ilk vətəni şərqdir. 
1698 B. Burada Günəş şərqli, Ay isə qərbli kimi təqdim olunur. Bəllidir ki, Ayın 
öz nuru yoxdur, yalnız Günəşin verdiyi şölə hesabına işıqlanır. Deməli, nur 
dilənçisidir. 
1700-1701 B. Keçmişdə  məhək daşını  ən çox Dəməşq  şəhərindən gətirərdilər. 
Xalislik əyarına malik ən saf qızıl isə Kiçik Asiyadakı Bizans imperatorlarına məxsus 
olmuş, bunu Rum qızılı adlandırmışlar. 
 
  


_______________ Milli Kitabxana _______________ 
248 
 
XAİN SOFU İLƏ HACININ DASTANI 
 
1717B.    Sofu elə yedi ki, əlinə düşən ovu, 
               Çırağı da bir gilə yağın möhtacı oldu. 
Yəni  əmanət pulu son qəpiyinədək xərclədi. Keçmişdə başqalarının heyvanı ilə 
qarışıq salmamaq üçün mal-qaranı damğalarmışlar. Bununla bağlı ideomatik ifadə 
yaranmışdır. "Filankəs ovunu elə yedi ki, heç damğa yeri də qalmadı". Şeyx də əlinə 
keçən əmanətilə bu cür davranır. 
1718 B.         Bizim Hacı elə ki, Kəbədən geri döndü, 
                     Öz hindlisi önündə bir Türk kimi göründü. 
Burada "hindli" anlayışı "üzüqaralıq", "Türk" ifadəsi isə "cəsurluq", "tələbkarlıq", 
"öz haqqını tələb edən qüdrət sahibi" ifadələrinin sinonimi kimi işlənmişdir. 
1723 B.         Belimi qırdı mənim o rükn qızılların. 
                      Dözə bilmədim, yedim boynumdadır vəbalın. 
Rükni qızıl - öz xalisliyi ilə  məşhur olan və hökmdar Rükn-əd-Din Deyləmi 
tərəfindən zərb edilmiş qızıl pul. 
1729 B.         Öyüd verdi özünə: - Azca təsəllimiz var, 
                      Dərvişin heç nəyi yox... Heçdən nə almaq olar? 
Doğrudan da, dərvişin itaət və ibadətdən başqa nəyi var ki, ala biləsən?!  
1731 B.         Sofunun boğazından keçən o maldan qalan  
                      Başı halqalı "Mim"lə kufi "Əlif"dir, inan. 
"Mal" anlayışından yalnız "MA" hecası qalıb ki, bu da ərəbcə “yox” "heç" 
deməkdir. Sofunun başı halqalı "Mim"dən və kufi "Əlif"dən savayı verməli heç nəyi 
yoxdur. 
1735B.         Din - əyarlı qızıldır, vermə onu şeytana.  
                     Fəğfurun şərəfini layiq görmə səgbana. 
Fəğfur (baqpur) - Tanrı oğlu. Bu söz Yaxın və Orta Şərqdə Çin imperatorlarının 
ləqəbi olmuşdur. Burada isə şah mənasındadır (prof. R.Əliyev). 
Beytin mənası: Saf qızıl olan dini şeytanlara sofular kimi təslim etmə, ulu şahların 
bilərziyini it saxlayanların əlində xaltaya, midbərə döndərmə! 
1743 B.        Torpaqla qurd dostluğu eləyir daim külək
                    Özü yüngül, əli boş, heç nə itirməyəcək.  
Qurd dostluğu - felən düşmənlik. 
1744 B.        Sənin diləklərinin tərəzisi olan zər, 
                    Beş rükət namazının fatihəsinə bənzər. 
Yəni namaz qılanda sən Allahı, peyğəmbəri yox, öz varidatını artırmaq yollarını 
düşünürsən. Bu cur namaz qılmaq,  əslində bütün namazlarının axırına çıxmağın 
deməkdir. 
 


_______________ Milli Kitabxana _______________ 
249 
 
On dördüncü söhbət 
QƏFLƏTDƏN OYANMA ŞƏRTLƏRİ 
 
1748 B.         Xəbərsizsən aləmin mavi dairəsindən, 
                     Dövr eləyən Günəşdən, göylərin mərkəzindən. 
Yalnız özünün zəka və ruh qüdrətini dərk edənlər - ariflər bu dünyanın gedişini, 
kainatın bilməcələrini anlamağa qadirdirlər, sən yox!  
1761 B.         Kabab olan ciyərə səpilmiş duzdur şərab, 
                      Duzsuzlara, kəmlərə qismət olsun bu əzab. 
Duz qatılmış üzüm suyu olan şərab əslində ciyərləri yandırıb kabab edən oddur, 
atəşdir. Duzsuzlar, ağıldan kəmlər bu odla ciyərlərini yandırırlar.  
1766 B.         "Əlif'sənsə, qanadsız quşa dön, barsız yaşa! 
                     Ya "Bey" kimi bar gətir, ömrü gözəl vur başa. 
Şax və məğrur qamətinlə öyünmək istəyirsənsə, "Əlif' kimi yalqız və mütəkəbbir 
dayan və  əksinə, həyat xəzinəsindən bəhrələnmək istəyirsənsə, başıaşağı, təvazökar 
"Bey" kimi dolan, məhsuldar ömür sür!  
1768 B.        Sən ki, tikan deyilsən dırmanma yüksəklərə, 
                     Əlsiz-ayaqsız gül ol, bizi qərq elə ətrə. 
Lovğalığı ucbatından dimdik dayanan, yüksəklərə can atan, bəzən hətta divar 
üstündə bitən, hər  şeydən uca görünmək istəyən tikan kimi gözə girmə, başıaşağı, 
təvazökar yaşayan, bəzən hətta əli, ayağı bilinməyən qızılgül kimi yaşa ki, həndəvəri 
rayihənə qərq edəsən. 
1772 B.        Özünü kölgəlikdən qurtara bilsən əgər, 
                    İnan, eyiblərin də kölgə kimi çəkilər. 
Gözəl və cəsur yaşamağı, içəridən nurlanmağı bacarsan kölgəlikdən, köləlikdən, 
mənəvi zülmətdən, ətalətdən, sıxıntı və eybəcərlikdən xilas ola bilərsən. Öz işığında 
eyiblərin əriyər, yox olar. 
1773 B.         Zülmətdə əyləşməyə dözə bilmir hər kişi
                     Təkcə dirilik suyu görə bilir bu işi. 
Cəbrə qatlaşmaq, unudularaq yaşamaq, irtica zülmətinə davam gətirmək, dözümlü 
və iradəli olmaq hər kişinin işi deyil. Yalnız öz köks qəfəsini qaranlığında dirilik suyu 
saxlamağı bacaranlar, bəşəriyyətə xidmətin, nəciblik və xeyirxahlığın dərin 
qaynaqlarını öz varlığında yaşatmağa qadir olanlar bu səadətə çatırlar. 
1774 B.         Başı yerdə, ayağı göydə olan ey qafil, 
                     Sənin fikir göylərin alt-üst olub, bunu bil! 
Sən ruh aləmində yaşamaq  əvəzinə maddi aləmə yapışıb qalmısan. Nəciblik, 
xeyirxahlıq, insana xidmət bayrağı daşımaq əvəzinə sərvət, şöhrət dalınca sürünürsən, 
yırtıcı ehtiraslara köləsən. Ömrün baş-ayaqdır. Özünü dərk et, ayağa qalx! 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə