Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   44   45   46   47   48   49   50   51   ...   63

_______________ Milli Kitabxana _______________ 
208 
 
26 B. 
İki-üç viran kənd - Yer kürəsi. Quranda deyilir ki, dünyanın 
yaradılmasından öncə yerlə göy hələ bir-birindən ayrılmamışdı. Ayrılanda 
gecə, gündüz yarandı. 
27 B. "Quranın"  Ənbiyə surəsinin 31-ci ayəsindən iqtibas yolu ilə 
deyilib: "İnanmayanlar görmədilərmi ki, göylər və yerlər bitişik idilər və 
onları biz ayırdıq?!" 
28 B. 
Gövhər - ulduzlar. Gövhəri sapa necə düzürlərsə, Tanrı göyə 
ulduzları eləcə düzdü, gecənin qara saçlarına sığal çəkərək, yoxluq tozunu 
sildi,varlıq yaratdı. 
29 B. 
İki-üç çəmbər - Ay və ulduzlar. Yeddi düyün — yeddi iqlim 
zonası.Qədim coğrafiyaçılar Yer kürəsini yeddi iqlim qurşağından ibarət 
olduğunu hesab etmişlər. 
30 B. 
Günəşin donu - ağ ipəkdən, gündüzdən ibarətdir. Ayın donu isə 
qaranlıq gecədir. Tanrı gecəni, gündüzü belə bir hüsn ilə yaratmışdır. 
31 B. Dənizlərin, ümmanların buxarlanması buludların yaranmasına 
səbəb oldu. Bir vaxt Xızr peyğəmbərin zülmətdə tapdığı dirilik suyuna 
bənzər bulaqlar, çeşmələr çəmənlərin yaşıl sinəsində qaynamağa başladı. 
32 B. 
Gündüz badəsi - Günəş şüaları. Şəfəq qətrəsi - lələ. 
33  B. Su - yağış suyu. Od - Günəş şüaları. Dənizlər dibindəki ağappaq 
dürr və Yerin təkindəki qırmızı yaqut əslində təbiətin nadir möcüzəsi kimi su 
ilə Günəş şüalarının torpaqda, daşdakı vəhdətindən yaranmışdır. 
34 B. Al qırmızı  ləlin daş içində necə yaranmasını aydınlaşdırır. 
Küləyin,qasırğanın, tufanın  şiddətindən, Günəşin istisindən buxarlanan su 
havaya qalxır və daşın, qayanın bağrına enir, sıxılır və yaranan ləlin rənginə 
qırmızılıq verir. 
35 B. 
Səxavət bağçası - dünya gülşənləri, barlı bağlar.  Söz quşu – 
yaradıcı ilhamın səsi. 
36  B. Dil - nitq bağçası, xurma ağacı; söz - xurma; qulaq - sədəfi – şair 
kəlamı; dürr, gövhər. 
37 B. Şirin yuxu pərdə dalında  əyləşmiş  şirin dilli bir gözələ 
oxşadılır.İkinci misra Quran ayəsindən iqtibas edilib: "Qoy adam baxıb 
görsün ki, nədən yaranıb? O, cərəyan edən sudan yaranıb!" 
38 B. Yerin saçı - qədim astronomların fikrincə, yer yuvarlığının 
konusvarı kölgəsi.İkinci misranın məzmunu Quran ayəsindən alınıb: 
"...Adəm öz Tanrısına asi olub (qulaq asmayıb) yolundan azdı". Buna görə 
cəzalandırılmış və cənnətdən qovulmuşdur. "Vurdu üsyan damğası yanağına" 
buna işarədir. 
39 B. 
Hədisə görə qızıl alçaq keyfiyyətli filiz sayılırmış. Lakin danışıq 
zamanı  Məhəmməd peyğəmbərə Tanrı  dərgahından vəhy gəlmişdir ki, qızıl 
xalis ülvi filizdir. Onun təbii şöhrətini bərpa etmək vacibdir. 
  


_______________ Milli Kitabxana _______________ 
209 
 
İkinci misrada gülün qırmızılığı qadınlara məxsus heyz (aybaşı) 
hadisəsinə 
oxşadılır. Yağış yağanda gülün qırmızılığı nisbətən gedir, rəngi solur, deməli, heyzi 
aradan qalxır. 
40 B. 
Guya 
Tanrı ulduzları göyə düzməmiş, göyün rəngi hisli, paslı  təsir 
bağışlayırmış. Ulduzlar düzüləndən sonra göylər cilalanmış  və hazırkı görkəmini 
almışdır. 
Səbanın reyhanlara tapşırılması məcazdır. Tanrı tərəfindən ruzigarın pak və ətirli 
yaradılmasını alqışlayır. 
41 B. 
Torpağın qanı - torpağın qüdrəti, bərəkəti. Gülün qırmızılığı torpağın 
qanı, qüdrəti məcazı ilə mənalandırılır. Burada torpaqdan yaranmış insanın təbiətin ən 
böyük yetirməsi kimi qızılgülə bənzədilməsi ideyası da vardır. 
İkinci misrada idraki fəaliyyətin yalnız emosional ruh ilə qaynayıb qarışması 
zəminində fayda verəcəyi fikri irəli sürülür. Nizaminin fikrincə, yalnız, başı ilə 
düşünən, soyuq düşünən adam həqiqətə çata bilməz, həm də ürəklə düşünmək, ürək 
vasitəsilə fikirləşmək, düşüncəni hissi-emosional fəaliyyətlə birləşdirmək vacibdir. 
46 B. Vəhm (düşüncə) özünə güvənərək Tanrının mahiyyətini dərk etməyə 
çalışdı. Heyhat, nail olmadı. Göz (vəhmin gözləri) axtardı, heyhat, o da kainatda 
Tanrının bənzərini, tayını tapmadı. 
48 B. 
Kainatda 
Tanrının xəlq etdiyi hər nə varsa, hamısı onun eşqilə yaşayır, 
onun mahiyyətini dərk etməyə can atır. Heyhat, bu mumkün deyil.Yaradılmış 
yaradıcıdan yüksək dayana bilməz. 
49 B. 
Sidr  (Sidrət ül-Müntəha) Quran təliminə görə göyün yeddinci qatında 
bitmiş  əzəmətli bir ağacın adıdır.    Sidr  ağacının qol-budağında  əyləşənlər və  ərşə 
çıxanlar mələklərdir. 
50 B. 
Fələklər  (göylər, çərx) Tanrının qolu bağlı köləsidir. Fəqət hamısının, 
yerin də, göyün də ürəyi onun məhəbbətilə döyünür. 
    52 
B. Tanrının yaratdığı kainat sonsuz olduğu üçün bizim gördüyümuz dünya 
nemətləri onun cəlalı qarşısında bircə danə kimidir. Sonsuz gülşənlərinin, bağlarının 
yanında əfsanəvi cənnət bağı (İrəm bağı) heç kimidir. 
53 B. 
Tovhid - təktanrılıq, monoteizm, Tanrının bircə, yeganə vahid olmasını 
qəbul etmək. Nizaminin ata yurdu Gəncə, bu məfkurəni qəbul etdiyinə görə 
çiçəklənir, bar, bəhər yetirir. 
 
TOVHİD VƏ MÜNACAT 
 
54 B. 
İslam anlayışına görə torpaqdan yaranmış insan onun xüsusi bir növüdür 
- zəif torpaqdır. 
57 B. Quranın: "O doğmayıb və doğulmayıb" ehkamına ("əl-İxlas" surəsi, üçüncü 
ayə) işarədir. 
 


_______________ Milli Kitabxana _______________ 
210 
 
59 B. 
Can duzu - ruh. 
60 B. 
Əzəli və  əbədi bir qüdrət olan Səndən başqa kimin cürəti çatar 
ki,müdrikliyin, qocamanlığın qarşısında xeyli gənc və az qala südəmər görünən bu 
əbləh, bu ikiüzlü, gecəli-gündüzlü dünyanın üstünə  qışqıra bilsin ki, "həqq-
 
mənəm, bu varlığın şəriksiz sahibi yalnız mənəm!" 
61 B. 
Məhəbbətin könüllərdə o qədər  əzəmətlidir ki, adın çəkiləndə  eşq 
sahiblərinin bağrı çatlaya bilər, yaxşı ki onlara məhəbbətlə birlikdə  səbir,səbat 
vermisən! 
62 B. 
Sənin səxavətin, kəramətin aşkar olan gündən bəri Yer yuvarlağı 
öhdəsinə nə boyda məsuliyyət düşdüyunü anlayır, çiynində özü boyda yük daşıyır! 
63 B. 
Lütfündən, səxavətindən yarandığını anlamasaydı, məgər Yer yuvarlağı, 
bəşəriyyətin və dağların ağırlığına tab edərdimi, onun ürək-göbəyi düşməzdimi? 
67 B. Sənin birliyini dərk etməyə çalışanların qarşısından hər çür maneəni götür, 
hətta o maneə mən özüm olsam belə, rəhm eləmə, götür yolundan və qiyamət qopar! 
71 B. 
Zülmətbazlar - Günəşə  və oda tapınan atəşpərəstlər. Gövhərpərəstlər - 
antropomorfistlər və Tanrını cisim şəklində  təsəvvür edənlər.Nizami onları 
müsəlmanlıq qarşısında əngəl sayır və rədd edir. 
72 B. 
Altı guşə - altı  cəhət: yuxarı, aşağı, ön, arxa, sağ, sol; Doqquz pillə-
 
göyün doqquz təbəqəsi. Beytin mənası: qiyamət qopar, kainat zəlzələsi 
yarat, hər şeyi dağıt, məhv et! 
73 B. 
Səmaların şənlənməsinə son qoy! Ayın işıq dolu camını Yer yuvarlağına 
çırpmaqla sındır! Tərslik, nəhslik rəmzi Zühəl (Saturn) ulduzunu muğənnilərin və 
musiqiçilərin hamisi olan, işrət məclislərindən başı ayılmayan, daim çalıb-çağıran 
Veneranın (Zöhrə xanımın) piyaləsinə çırp! 
 
PEYĞƏMBƏRLƏRİN SONUNCUSU 
HƏZRƏT MƏHƏMMƏDƏ GÖZƏLLƏMƏ 
 
114 B. Tanrı  dərgahında saxlanan "Lövhi-məhfuz"da Tanrının yazdığı birinci 
hərf - ərəb əlifbasının ilk hərfi - şaquli düz xətdən ibarət "Əlif olmuşdur. Ərəbcə şanlı, 
şərəfli mənasını verən Məhəmməd və  Əhməd sözləri eyni kökdən olduqları  və eyni 
mənanı bildirdikləri üçün Həzrət peyğəmbər ikinci adı ilə də məşhurdur. 
115 B. Həzrət peyğəmbərin ikinci adındakı ("Əhməd" sözündəki) hərflər 
mənalandırılır. Əlif- Əhməd sözünün qapısı; Əlifin üstündəki həmzə işarəsi- qapı 
rəzəsi və onun qıfılının açarı;  hey - dövlət dairəsi;  dal - gərdənlik,boyunbağı; mim-
kəmər, xidmətdə dayanmaq hünərindən xəbər verən qurşaq. 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə