Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   41   42   43   44   45   46   47   48   ...   63

_______________ Milli Kitabxana _______________ 
193 
 
Gör qanlı dişlərinə kimləri çəkib rüzgar,  
Batıb, onu görüncə dilləri tutulanlar. 
 
Sənə - dindən əl çəkib dünya tələb edənə,  
Dinin keşikçiləri, bir görün nə deyir, nə: 
 
"Qayıt ədalətsizin, nakəsin qapısından,  
Bu sirlər sarayının ətrafında gəz, dolan!" 
 
Dünya - bu odlu səhra səni coşdurdu... ancaq,  
Burda gizlətdiklərin orda aşkar olacaq. 
 
İtləri buz nəfəsli, atəş gözlü gördülər,  
2090
       İsti kürk geyindilər bu dünyabaz tülkülər. 
 
Kükürd cəhənnəmidir bu zülmət çöl əzəldən,  
Xoşbəxt o kimsədir ki, tez ayrıla bu çöldən. 
 
Ağzının suyu axır... nəfsin cəhd elə sönsün,  
At kükürd ocağına, od tutsun, külə dönsün. 
 
Qaytar bu ərşdən gələn Tanrı əmanətini,  
Qaytar qara torpağa öz torpaq cəsədini. 
 
Qaytar çərxin borcunu, bu torpağı tərk elə,  
Torpaq hər nə veribsə, bir gün alır... dərk elə. 
 
Ədəblə, tədbir ilə dağı çiynindən at ki,  
2095
        Ruhun, can sərbəstliyin qanad çalsın quş təki. 
 
"Mənəm! Mənəm!" deyənlər, gör, bu yolda nə qədər,  
Bizim yollarımızı kəsmək istəyəcəklər. 
 
Əqrəbin düşmənliyi əjdahadan beşbətər,  
Bu aşkar hücum çəkər, osa xəlvət zəhərlər. 
 


_______________ Milli Kitabxana _______________ 
194 
 
Görünürsə zor-bəla cılız düşmənə bənzər,  
Görməməzlik, qafillik hər təhlükədən betər. 
 
Cılız düşmənə qarşı azaltma qeyzini sən,  
Düşməni kiçik bilsən sən özün kiçilərsən. 
 
Gör, o gücsüz qarışqa qeyrətlidir nə qədər,  
2100
       Aslan balalarının gözlərinə mil çəkər. 
 
Gövhərini bərk qoru, azmı bu çöldə quldur?  
Təsbeh çevir, dua qıl, qulyabani nə çoxdur. 
 
Könül yolunu kəsən soyğunçular, oğrular,  
Tələsini, torunu mənzilə yaxın qurar. 
 
Qorxuram ki, son gecə basqın etsinlər sənə,  
Atsınlar imanını çevrənin kənarinə. 
 
Qul karvanı, qafilə gəlib yetdi mənzilə,  
Həyat dolu bir gəmi yaxınlaşdı sahilə. 
 
Soyğunçular görməsə, çalış, gizlən yuxutək,  
2105
       Axar sular kimi ax, qovmursa quldur köpək. 
 
Elə ki, qədəm basdın bu müqəddəs məbədə,  
Hər nə almısan qaytar, saxlama bir zərrə də. 
 
Özün gəlməsən bura, bəla gələr başına,  
Fırladarlar şələni tapınağın dışına. 
 
Dünyadan köçüb getmək sayılmasaydı hünər,  
Dolanardı gecənin, gündüzün çərxi məgər? 
 
Nə qədər ki, keçməyib yaxan divlər cənginə,  
Tut könül ətəyindən, sığın imana, dinə. 
 


_______________ Milli Kitabxana _______________ 
195 
 
Şəriət - xoş bir nəsim, canını tapşır ona,  
2110
         Aləmə bənd olma ki, üst-başına toz qona. 
 
Şəriət gülşənində qızılgülsən, nanəsən,  
Təbiətə tapınma, şəriətə tapın sən. 
 
Hər kəsin qapısında sülənmə səba kimi,  
Hər çör-çöpün dalınca yürümə hava kimi. 
 
Gördüklərin kölgədir, sənsə nur ol, çıraq ol!  
Hər şey sənin olsa da, sən hər şeydən uzaq ol! 
 
Fələk səni dörd yandan çevrələmiş bir çənbər,  
Görək ondan qurtula biləcəksən birtəhər? 
 
Fələk bir gün söyləsə nələr keçib başından,  
2115
       Xəbər versə yaşından, sonsuz çağlayışından... 
 
Onun dərinliyində itib batar mağaran,  
O sonsuzluq yanında bir heç olarsan, inan. 
 
Yüz-yüz nitqin, söhbətin bir sükutla bitəcək,  
Min-min işin, xatirən ilim-ilim itəcək. 
 
Hələ ki nəfəsin var, yaxşı olar ki, inan,  
Bir eşqin qapısında can qoyasan, nəfəs, can! 
 
Bu hala ki, düşmüsən... macal da az... qulaq as,  
Eşqin meyindən savay heç nə sənə xoş olmaz. 
 
Hanı, biçə bilibmi göylər elə bir donu,  
2120 
      İki papaqlı oğru çala bilməsin onu?! 
 
Nə iş görsən, inan ki, kin saxlayan bu fələk,  
Öz kəskin qələmilə alnına həkk edəcək. 
 


_______________ Milli Kitabxana _______________ 
196 
 
Üzr, naz qapısından de, hansını açdın sən?  
Həmin qapı üzünə açılacaq təzədən. 
 
Gözün şuxluq, istehza pərdəsidirsə əgər,  
Sənə eyni pərdədə oyun göstərəcəklər. 
 
Dünyada hər yaxşını, yamanı tanıyanlar,  
Sənin yaxşını seçər, yamanmı yamanlar. 
 
Kim bu yoldan keçirsə, qoyur bir iz, bir nişan,  
2125 
      Pislik edən qansın ki, çıxa bilməz aradan. 
 
Fikirləş, bu dünyada üzüqara, ya ağsan?  
Burdan apardığınla orda tanınacaqsan. 
 
Tikanla örtülübsə, gül özü də tikandır,  
Ancaq əttarın adı daim ətir saçandır. 
 
Saxtakarlıq etmə ki, məhşərdə yanmayasan,  
Öz nəfsindən, Tanrından heç vaxt utanmayasan. 
 
Sən bu ciyər dağlayan dövrə nifrətlə hayqır,  
Bu qan dolu şüşəni çırpıb daşlara, sındır! 
 
Bu əlvan oyuncağı qır ki, əngəl olmasın,  
2130
        Bu hərfə bir qələm çək, heç izi də qalmasın. 
 
Qurşun rəngli qalanı - bu göyləri zəbt elə,  
Bu əbləh xüttəlanı yəhərlə, min, dön yelə. 
 
Elə at çap ki, doqquz minbərindən enərək,  
Sənə şahlıq xütbəsi oxusun məğrur fələk. 
 
Sənin borcun - vəzifən bayrağı yerə salmaq,  
Mənim borcum - bayrağı ucaltmaqla ucalmaq! 
 


_______________ Milli Kitabxana _______________ 
197 
 
Mən ki, Adəm oğluyam, qanadlanmaq istərəm,  
Mələkdən də üstünəm, fələkdən də üstünəm. 
 
Qamətim kiçiksə də, çox böyükdür qiymətim,  
2135
       Ulduzlar fövqündədir uçuş xəttim, vüsətim! 
 
Susuzam, dərya kimi fəqət coşub daşaram,  
Bayquş deyiləm, ancaq, xəzinələr açıram. 
 
Ayağım fələk kimi xəzinə üstündədir,  
Fikir, hünər bayrağım fələklər fovqündədir! 
 
HARUN ƏR-RƏŞİD İLƏ DƏLLƏYİN DASTANI 
 
Xəlifəlik təxtini alırkən ələ Harun,  
Ucalmışdı bayrağı Abbas oğullarının. 
 
Öz yataq otağından çıxdı bir gecə yarı,  
Bir az dincəlsin deyə gəldi hamama sarı. 
 
Saçını taraş edən saray bərbəri - usta,  
2140
       Çox dadlı bir xəyala qapılmışdı iş üstə. 
 
Dedi: - Ustadlığımdan agahsan, ey Xəlifə!  
Qoy sənə damad olum, xoşbəxt olum bir dəfə. 
 
Toy-düyün xəbərini çəkək bu aləmə car,  
Qızını bu quluna nişanlasan, nə olar?! 
 
Bu təklifdən xəlifə öfkələndi bir qədər,  
Cilovladı qeyzini, susub, dözdü birtəhər. 
 
Dedi: "Bəlkə çaşdırıb onu zəhmim, heybətim,  
Bəlkə vurub başına hamamın hərarəti. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə