Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   37   38   39   40   41   42   43   44   ...   63

_______________ Milli Kitabxana _______________ 
175 
 
Bağlamasan kökünə tazə bulağı, arxı,  
Tufanla güləşərmi çinarın qol-budağı? 
 
Arıtmasan, açmasan gözlərini bulağın,  
Gözü gülə bilərmi bağrı yanan torpağın?! 
 
Özünü dərk edənin öz könül vaizi var,  
Ən gözəl öyüdləri qulağına pıçıldar. 
 
Ağlını - qılıncını çıxar qınından bir an,  
1870
      Nə vaxtacan onu sən qında saxlayacaqsan? 
 
Gənclik zəka qılıncı, pak, ülvi bir həmnəfəs,  
Köhnə mücrüdən deyil, o qında qala bilməz. 
 
Var-yoxunu bəxş elə, sovqat yolla, pay göndər,  
Ta ki sənə səxavət, kərəm əhli desinlər. 
 
Vardan murad götürmüş varlılar, dövlətlilər  
Yalnız səxa gücünə var-dövlətə yetdilər. 
 
Yalnız səxa toxumu verir bəhrə, bərəkət,  
Qiyamətdə ruzudur kərəm, qüdrət, səxavət. 
 
Öz ehsan xəzinəndən, ya rəb, pay göndər mənə,  
1875 
      Nizami ki qulundur, fərəc ver işlərinə. 
 
         On altıncı söhbət 
 
MƏSLƏKDƏ ÇAPUQ İRƏLİLƏMƏ 
 
Ey bir əsim rüzgara əsir, ey başı qallı! 
Bir ovuc qum önündən qaçıb gedən zavallı! 
 
Kənd yox, sənsə kəndçinin qapısını döyürsən,  
Mülkün yox, dəm vurursan Süleymanın təxtindən. 
 


_______________ Milli Kitabxana _______________ 
176 
 
Qılıncsanmı, vurursan hər gün, bu qədər yara?  
Davulsanmı, hay-haray salmısan min diyara? 
 
Sən qılınc ağzı kimi gümüş parıltılar saç,  
Nağara qarnı kimi möhkəm ol, cəbrə qatlaş! 
 
Dartır nəfsin şeytanı səni özünə sarı,  
1880
        Hələ ki, ölməmisən, çəkin, əl vermə barı. 
 
Hər muğun qarşısında əllərini xaç etmə!  
Xətiblik sevdasıyla qılınc cənginə getmə! 
 
Adəm asqırığının Məsihə çatdı səsi,  
Qoy natiqlərə çatsın yalnız dövlət xütbəsi. 
 
Kim ki pərvanələr tək xoşbəxt, fədakar yaşar,  
Bir atəş ordusuyla təkbaşına çarpışar. 
 
Bircə an yaşar, nə qəm, həyat sanar bu anı,  
Verər yalnız cismini, alar canı, cahanı. 
 
Sənin verdiyin xeyrat Tanrı yolunda deyil,  
1885 
       Çünki haram qazancın tamam batildi, batil. 
 
Sən aslan ol, çəkinmə kor mətbəx pişiyindən,  
Sərt gilə dön, vəhm etmə cəhənnəm atəşindən! 
 
Yalnız saxta sikkənin paxırını açır od, 
Oddan nə qorxun sənin, ey saf qızıl, ey yaqut?! 
 
Nə qədər qürur olar, ey dikburun hiyləgər?  
Üç batmanlıq sümük, su, torpaq deyilsən məgər. 
 
Cah-cəlal həvəsilə neçələri sənintək,  
Gecələr də yatmayıb, vurnuxdular sübhədək. 
 


_______________ Milli Kitabxana _______________ 
177 
 
O cəlalın hasili gör axırda nə oldu,  
1890
        Xeyri ziyanla bitdi, ömrü əyləncə oldu. 
 
Sən, ey bir parça torpaq, ömrü verirsən yelə,  
Ayağını fələyin başına qoysan belə! 
 
Günəş kimi, Ay kimi tutsan belə göyləri,  
Sən ki yerin oğlusan, qayıdacaqsan geri. 
 
Kəkilini, başını fələk qoparar, saqın!  
Ayaq basma üstünə təhlükəli hasarın. 
 
Quşsanmı, cəhd edirsən daim ucalıqlara?  
Əl çəkməsən canından, yetə bilməzsən ora. 
 
Elə dolan ki, fələk özü baş əysin sənə,  
1895
       Göylər özü yıxılsın sənin qədəmlərinə. 
 
Acı meyi içirsən, zəhərin nə günahı?  
Suçlar, qüsurlar sənin, bu dəhrin nə günahı? 
 
Gəl, dövranı qınama, ey xoş xasiyyət insan!  
Mənə, sənə hələ ki, pislik etməyib dövran. 
 
Can yandırdı zəmanə, çox çalışdı ki, bəlkə  
Biz də bir adam olub çıxaq kəndə-kəsəyə. 
 
Qüdrətimiz çatdımı, yetək o mərtəbəyə?  
Neçin suçlarımızı yükləyək zəmanəyə? 
 
Ləlin təbiətində ləl cövhəri yoxsa, qan:  
Qəbul möhrü vurdurmaz ona heç bir hökmran. 
 
Dunyanın hər guşəsi daş-kəsəklə doludur,  
1900
        Fəqət yaqut daşları nadir olur, az olur. 
 


_______________ Milli Kitabxana _______________ 
178 
 
Tikan da, yasəmən də eyni torpaqda bitir,  
Biri gözə qaranlıq, biri işıq gətirir. 
 
Bilməm irmaq suyundan xeyir gələr, ya gəlməz,  
Fəqət güldən o, rəngi, ətri apara bilməz. 
 
Su gözəllik artırır. Ancaq bilməm, doğrusu,  
Çör-çöpü yasəmənə döndərə bilərmi su? 
 
Əhvalatlar, qanunlar qurulmasaydı bunca,  
1905
         Hər şey alt-üst olardı bəlkə dünya boyunca. 
 
Dövlət gücü əzəli dövlət sahibinindir,  
Bizim tədbirimizlə olmaması yəqindir. 
 
Dövlətsizlər düşürlər torpağa üzüqoylu,  
Dövlətlinin, güclünün nə fəhmi, nə qorxusu? 
 
Dövlət, qüdrət sahibi bəxtiyardır hər yanda,  
Sən dövlətin, qüdrətin qulu ol bu cahanda! 
 
Sərvət, dövlət ucaldır şahları bir dağ kimi,  
Dövlət verilmir sənə oyun-oyuncaq kimi. 
 
Yalnız qüdrət əhlinin başına dolan ki, sən  
1910
        Dala, qabağa gedən çərxə bənzəməyəsən. 
 
Hümmətsizə, nadana qoşulmaqdan nə çıxar?  
Dövrün xoşbəxt oğlu ol, yaşa azad, bəxtiyar! 
 
Covza bürcündən doğub, çağır səadətini,  
Tap, bir ceviz də sındır, sən də sına bəxtini. 
 
Dövlət qismətin olsa, sus təvazö gözlə sən,  
Çəkil, yeddi fələyin qurtar düyünlərindən. 
 
Rahat çağladığından sellər, sular bəxtiyar,  
Düyünlü ud ağacı odda yanar, kül olar. 
 


_______________ Milli Kitabxana _______________ 
179 
 
Könül verəm kimsəyə, bir azca ağıllı ol,  
1915 
        Öz yükün sənə bəsdir, onsuz da çətindi yol. 
 
Nə vaxtacan əl atıb özgə budağına sən, 
- Dövlətim kaş bir az da çox olsun! - deyəcəksən? 
 
Tutalım, qamarlayıb, aləmi tutdun da sən,  
Gedəndə ki, əl çəkib, əliboş gedəcəksən! 
 
Nəfs vurub dağıdır hər cür qayda-qanunu,  
Qoy qənaət qılıncı vursun nəfsin boynunu. 
 
Bu firuzə qübbə ki, fovqünə çatmır xəyal, 
Sənin üçün genişdir, idrak üçün darısqal. 
 
Ya heç fikirləşmədən keçir dünyanı ələ,  
1920
         Ya nəfsinlə aləmi öz başına dar elə. 
 
Heyhat, bir könül əhli, uca, ulu qalmadı,  
Cahanda mərifətli Adəm oğlu qalmadı. 
 
Bizim doqquz katibin bir cüt hünərnaməsi,  
Nişan verə bilmədi məna dolu bir əksi. 
 
Məslək düşmənlərindən dostluq umma sən əbəs,  
İlanlar zəhər verər, dirilik suyu verməz. 
 
Məna yolunda yürü, bilik başın tacıdır, 
Bil ki, qanan bir düşmən qanmaz dostdan yaxşıdır. 
 
YARALI ÇOCUĞUN DASTANI 
 
1925 
        Hər şeydən azad olan, şən, qayğısız bir bala,  
Oynayırdı küçədə iki-üç yaşıdıyla. 
 
Ayağını atarkən yazıq bala sürüşdü,  
Yürüdüyü yoldaca üzüstə yerə düşdü. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə