Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   36   37   38   39   40   41   42   43   ...   63

_______________ Milli Kitabxana _______________ 
170 
 
Qoca ki öz fikrini mərdanə, şax söylədi,  
Düz sözü məğrur şaha bir az əsər eylədi. 
 
Yumşaltdı hökmdarı işin qarası, ağı,  
Özünün haqsızlığı, qocanın haqq olmağı. 
 
Kəfənini çıxarın, xələt geydirin ona,  
1810
       Hökm elədi hökmdar: - Ətir səpin başına. 
 
İstibdaddan, zülmdən o gündən əl çəkdi şah,  
Əziz tutdu xalqını, dərdindən oldu agah. 
 
Şahın dürüst işini heç kəs etmədi inkar,  
Doğruluğu danmağa axı, kimin şövqü var? 
 
Düzlüklə qurtularsan hər acıdan, ağrıdan,  
Qoy düzlük səndən olsun, zəfərlərin Tanrıdan. 
 
- Haqq söz halva da olsa, haqsız üçün acıdır,  
Haqq - acı, fəqət hamı həqiqət möhtacıdır. 
 
Sözü yerli-yerində, mətləbi düz söyləsin,  
1815
       Həqiqətin hamisi Tanrı tutar əlindən. 
 
Nizaminin ki düzdür xilqəti də, qəlbi də,  
Başa çatar, inşAllah, hər işi, mətləbi də. 
 
On beşinci söhbət 
 
PAXILLARDAN ƏLHƏZƏR 
 
Bu pərdənin dalında ən qəribə oyunlar,  
Bu pərdə mahir rəqib, göz aldadan sehrkar. 
 
Çınlayır dünya sazı... rəqqası yoxdur, heyhat!  
Dəniz cəvahir dolu... qəvvası yoxdur, heyhat! 
 


_______________ Milli Kitabxana _______________ 
171 
 
Qılınc, tac parıltısı, dirhəm şöləsi, gövhər,  
Nə istəsən, buyur seç... bərq vurur xəzinələr. 
 
Cəbrayıla çatmaqmı qəsdin? Yaxşı həvəsdir,  
1820
      Burda nə tale xəsis, nə də qüdrət xəbisdir. 
 
Ha xərcləsən, bu yatır zənginləşər, azalmaz,  
Gəlirin çıxarından çox olar ki, az olmaz. 
 
Qədəm bassan bu yola, hüsnə bax, rəftarı gör,  
Çək qapı cəftəsini, ardında əsran gör. 
 
Onun daşları yaqut, onun torpağı kimya,  
Babalın öz boynuna, dalmasan bu dünyaya? 
 
Burda qələm sındırıb şair, sənətkar əli,  
Burda çox bilməcələr hələ üstü pərdəli. 
 
Bu bağda hər dəqiqə təzə nübar yetişir,  
1825
       Necə təzə nemətlər, nə sovqatlar yetişir! 
 
Könüllərin telində inci, mirvari nadir,  
Gərdənliklər incidən, gövhərdən də gözəldir. 
 
Dünya yolçuluğunda gör nə qədər yol gedən,  
Bir az da ağıllıdır daldakı öndəkindən. 
 
Yalnız idrak əhlinə yaraşır şərəf, ad-san,  
İdrak üçün fərqi yox, cavansan, ya qocasan. 
 
Eşitdim: qocalırkən mərcana çevrilir daş
Düşün bir az, hər daşdan mərcan yaranmır, qardaş! 
 
Xəbislər qocaldıqca bir az da quduzlaşır,  
1830
       Ləçər arvadlar kimi qeyzi başından aşır. 
 


_______________ Milli Kitabxana _______________ 
172 
 
Bir vaxt səni südəmər, çocuq bilən çoxları,  
Südün acıdır - deyə bu gün səni oxlayır. 
 
Qocalarda gənclərə qayğı, insaf azalmış,  
Cavanlara havadar qocalar lap az qalmış. 
 
Qönçədən çıxmış gülün ətri zərif, incədir,  
Fəqət köhnə tikanın yarası bərk incidir. 
 
Dəyib xal salan üzüm - göz üçün bir tutiya,  
İlansa qocalarkən dönüb olur əjdaha. 
 
Cavanların başında ağıl qollu-budaqlı,  
1835
       Kif atan başlar isə çox da xoşlamır ağlı. 
 
Ayı, günü, həftəni öyrənmək istəyənlər,  
Baxmaz köhnə təqvimə, baxsa da verməz səmər. 
 
Aslanlardan çox yeyər acgöz, qoca köpəklər.  
Ceyranın göbəyini canavar kimi sökər. 
 
Məni çox da qınama, qorxsam qoca qurdlardan,  
Mən ki məzlum Yusifəm, yerim də quyu, zindan. 
 
Yox, qocalar gənc kimi vura bilməzlər yara,  
Gəncin əlinin suyu bənzər yanar odlara. 
 
Gərçi gənclik igidlik, qəhrəmanlıq çağıdır,  
1840
       Heyhat, dəliqanlılıq dəlilik sorağıdır. 
 
Ağ yasəmən çatarmı yamyaşıl, tər söyüdə?  
Ağ saçları qoyarmı o bənzəsin hindliyə? 
 
Mən ki qızılgül kimi inci, yaqut saçıram,  
Cavan ikən qocalıq qovğasımı açıram? 
 


_______________ Milli Kitabxana _______________ 
173 
 
Yalnız xudbinlərdi, bax, bərk tutanlar köhnəni,  
Haqqa tapınan ərlər xudbinliyin düşməni. 
 
İndi hilal gördüyün Ay ki, saçır nurunu,  
Kamal çağına ercək, bədr adlandır sən onu. 
 
Cavan xurma ağacı yüksəldimi səmaya,  
1845
       Əlini elə at ki, çata bilsin xurmaya. 
 
Bu tarlaya səpilən toxum sünbülləşincə,  
Daha danə söyləmə, bar-bərəkətdi, məncə. 
 
Hövzə arxın suyundan dönüb dərya olunca,  
Ona əvvəlki gözlə baxma, ey dargöz qoca! 
 
Gecə gündüzə qarşı yumsa belə gözünü,  
Gündüz başqa nəzərlə onda gördü özünü. 
 
Neyşəkər xatırladır öncə adi pencəri,  
Fəqət necə yüksəldir onu qəndi, şəkəri. 
 
Dava hərisi olma, hünər qazan, igid ol!  
1850 
      Varlığını hünərə verməkdir ən yaxşı yol. 
 
Sədəfin axar suyu olsa da sonsuz ümman,  
Bircə damla yağışdır onda inci yaradan. 
 
İstəsən ki, tacında parlaq gövhər görünsün,  
Can odunu payla ki, odun gövhərə dönsün. 
 
Bəxt ucaldan bayrağı kim aparır irəli?  
Yalnız onu hifz edən igidlərin əlləri! 
 
Sən bu viran vadidə qırmasan buxovları,  
İradənin, əzminin olmayacaq ovxarı. 
 


_______________ Milli Kitabxana _______________ 
174 
 
Əl uzatma, qarışma Tanrının işlərinə,  
1855
       İblisə dəyən qırmanc, ta ki dəyməsin sənə. 
 
Ulu Tanrım, tutmasa hər kim sənin yolunu,  
İqrarını qanmasa, inkar edər çərx onu. 
 
GƏNC ŞAHZADƏ VƏ ONUN QOCA  
DÜŞMƏNLƏRİNİN HEKAYƏTİ 
 
Mən bir dastan eşitdim: uzaq Şərq ölkəsində  
Yaşarmış bir şahzadə, sərvlərtək azadə. 
 
Varlıların zülmündən iztirab çəkən diyar,  
Rüzgar kimi üsyankar, həyəcanlı, biqərar. 
 
Təzə şah təzə ruhlu, köhnələr ehkam güdən,  
Şah özü də qorxarmış oyanan fitnələrdən. 
 
Uyumuşdu bir gecə səksəkəli, nigaran,  
1860
       Röyasında bir qoca ona dedi: - Ey cavan! 
 
Sən ey tazə doğmuş Ay, köhnə bürcü dağıt, qır,  
Ey yeni açılan gül, köhnə budağı sındır. 
 
Köhnəni məhv elə ki, yeni əlində qalsın,  
Həyatın da özüntək işıqlı, gözəl olsun. 
 
Şahzadə oyanınca verdi bir yeni fərman,  
İki-üç müxalifi çıxartdırdı aradan. 
 
Qanad verdi yeniyə, qələm çəkdi köhnəyə,  
Təzə şah təzə bir ruh bəxş elədi ölkəyə. 
 
Bəli, fəsad əhlinin gərək kəsilsin başı,  
1865
       Andı pozan ordunu ləğv etmək daha yaxşı. 
 
Qartımış kötüklərin sən vurmasan boynunu,  
Sərvlər bəzəyərmi gülşənlərin qoynunu? 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə