Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   38   39   40   41   42   43   44   45   ...   63

_______________ Milli Kitabxana _______________ 
180 
 
Addımlaya bilmədi, özünü şikəst sandı,  
Sanki təkcə dizi yox, qəlbi də yaralandı. 
 
Təngnəfəs yürüdü çocuğun yoldaşları,  
Əsərlənib, pərt olub, çatümışdı qaşları. 
 
Onu sevən bir dostu sözünü uda-uda,  
Pıçıldadı astaca: - Ataq, qalsm quyuda. 
 
Sirr aşkara çıxmasın Günəş yayılan sayaq,  
1930 
       Atasının yanında xəcalətli qalmayaq. 
 
Bu yerdə uzaqgörən, sərt bir yavru da vardı,  
Yaralanmış çocuğa düşməni tək baxardı. 
 
Ciddiləşib, üz tutdu öz arxadaşlarına, 
-Örtmək olmaz bu işi! - dedi yoldaşlarına. 
 
Məndən görərlər. Məni düşmən bilirlər ona,  
Büdrəyənin suçunu yükləyərlər boynuma. 
 
-Qoy gəlib çarə qılsın! - Yürüdü zirək oğlan, 
Uşağın atasına xəbər apardı əlan. 
 
Kimin ki, xilqətində hikmət cövhəri vardır,  
1935 
      Hər şeyə çarə tapır, həmişə üz ağardır. 
 
Göylər vuran düyünü, soruş, yerdə kim açar?  
Ayağını göylərə cəsarətlə basanlar. 
 
Mən çərxin artığından, əskiyindən çəkdim əl,  
Bununçün Nizamiyə fələk olmadı əngəl. 
 


_______________ Milli Kitabxana _______________ 
181 
 
         On yeddinci söhbət 
 
TAPINMA VƏ TƏCRİD BƏHSİ 
 
Göydə Tanrıdan, yerdə nəfsindən qafil İnsan!  
Həmişə can hayında, bədən qayğısmdasan. 
 
Əbəs yerə bu qədər "Mənəm! Mənəm!" deyirsən,  
Öləcək mənəmliyin göz yumduğun dəmdə sən. 
 
Qucaqlama cahanı bu mavi qübbə kimi,  
1940
        Qamarlama səninki olmayan bir aləmi. 
 
Hansı tərəzi çəkər cahanın siqlətini?  
Hansı qol ölçə bilər səma səltənətini? 
 
Sən bir toz zərrəsindən dağ qüvvəti istəmə,  
Tiyan qaynadan odu bir çınqıdan gözləmə. 
 
Taledən razılıqla kimlər bağlayar kəmər?  
Gödəninə, nəfsinə qulluqdan əl çəkənlər! 
 
Tamah miskinləşdirir ən dövlətli kübarı,  
Riza tacı gəzdirir qənaət məhkumları. 
 
Bu dünya yollarında nə qədər cibkəsən var!  
1945 
       Kimlərdir rahat? Ancaq cibləri boş olanlar. 
 
Qüdrətlisən, demək, sən hər dərdə dözməlisən,  
Yoxsa, get, dilənçi ol, tut iflas ətəyindən. 
 
Tamam bığsız, saqqalsız, məğmun, darqursaq kosa,  
Rast gəldi bir-birini yolan iki yolsuza. 
 
Dedi: - İndicə bildim mən sizdən üzüağam,  
Saqqalımı yoldurmaq qayğısından uzağam. 
 


_______________ Milli Kitabxana _______________ 
182 
 
Elm, ürfan xadimləri məsləhət gördü bir vaxt:  
Eşşəyi satmaqdansa üstündəki yükü sat. 
 
Sən könül qapısına yetmək istəsən asan,  
1950
       Yola yüksüz, eşşəksiz İsatək çıxmalısan. 
 
Kəbirlik dərdi çəkmək sən möminə yaraşmaz,  
Bu cür göbək sallama, tünük, çevik ol bir az. 
 
Dünya - ölüm dalğası. Yola yüngül yüklə çıx,  
Yükü at burulğana gəlsin cana rahatlıq. 
 
Sən ki dalğa üstəsən daim balqabaq kimi,  
Qarnı, əliboş olmaq daha üstün deyilmi? 
 
Yemək, yatmaq hələ ki, ucaltmayıb heç kəsi,  
Xərabədə yerləşər böyüklər xəzinəsi. 
 
Leş yeyən quzğun kimi qan içməkdənsə, inan  
1955
       Yaxşıdır qandan uzaq ala qarğa olasan. 
 
Leş yemək qayğısından azad olmaq istəsən,  
Cansız, qansız büt kimi asudəlik istə sən. 
 
Ciyər qanı şərabmı? Yox, bir atəşdi - sönmüş,  
Oddur, insan zülmündən utanıb suya dönmüş. 
 
Qanının qüvvətini azalt, az ye, yoxsa sən,  
Yoğun dəmirlər kimi gürz zərbəsi yeyərsən. 
 
Qarınqulu olmaqdan xeyli yaxşıdır, inan,  
Saxlayasan ruzunu, yavaş-yavaş dadasan. 
 
Aslan az yediyindən qurdlara başçı oldu,  
1960
       Hər şeyi udan ancaq acgöz alovdu, oddu. 
 
Gündüz - göz işığımız, gözün şəfəq çeşməsi,  
Nədir yeməyi? Günəş - min ulduzdan bircəsi. 
 


_______________ Milli Kitabxana _______________ 
183 
 
O qədər qurşandı ki, sübhün qızıl meyinə,  
Gecə yandı, boğuldu, qan vurunca beyninə. 
 
Çox basıb yeyənlərin ağlı, kamalı hanı?  
Bilmir ki, reyhan köklü olur qəmlər qalxanı. 
 
Əqlin - canındır sənin, bədəni, cismi sənsən,  
Canın bir xəzinədir, sehri, tilsimi sənsən. 
 
Aça bilərsənmi de, sən xəzinə köksünü,  
1965 
       Qırmasan tilsimini, kəşf etməsən özünü? 
 
Dünya daim sındırıb ona güvənənləri,  
Bu cür güvənsiz ilə yoldaşlığın nə xeyri? 
 
Qəm yemə, son çağların aləmə qəm yayanda.  
Vecinə almayacaq dünya, sən olmayanda. 
 
Zəncidən soruşdular: - Axı neçin gülürsən?  
Üzün qara... əslində ağlayasan gərək sən. 
 
Dedi: - Yaxşı deyilmi örtürəmsə, ay bala,  
Üzümün qarasını dişimin ağlığıyla? 
 
Heyrətlənmə, qaranın gülüş görsən üzündə,  
1970
        Qara bulud saxlamır ildırımı özündə. 
 
Əgər bənd olmamısan bu zindana, əl-qol aç,  
İldırım ol, dünyaya qızıl qəhqəhələr saç! 
 
Tutuquşu güləndə çatladı qəndin bağrı,  
Kəkliyinsə ağzını yumdu qaqqıltıları. 
 
Ağlamaq daha xoşdur, yersiz gülməkdən, inan,  
Yersiz gülsən, gülüşün zəncirini qırarsan. 
 
İldırım kimi gülmək, sonra dərddən ağlamaq,  
Ani bir qığılcıma döndərir ömrü ancaq. 
 


_______________ Milli Kitabxana _______________ 
184 
 
Şadlanmadan şam kimi yanmaq nə, gülmək nədir?  
1975
       Bu gülüşə yaraşan əslində təziyədir. 
 
Saqın! Sən elə gül ki, ağarmasın dişlərin,  
Dişinlə, dodağınla sıxılsın gülüşlərin. 
 
Çox ağlamaq aparar gözlərin işığını,  
Çox güləndə itirər sevinc yaraşığını. 
 
Hər yaxşını, yamanı, hər köhnəni, tazəni,  
Elə qiymətləndir ki, itirmə əndazəni. 
 
 
Qalx, bu cahan mülkündə qəm də çək, səfa da sür,  
Hər ikisi birlikdə - qoşa qanadlı ömür. 
 
Hər sevinən ürəkdə yanğılı bir qəm də var,  
1980
       Hər gündüzün gövhəri gecə bətnindən doğar. 
 
Hanı elə bir kəs ki, dehr onu aldatmasın,  
Dirilik suyu içsin, ölüm meyi dadmasın?! 
 
Səhrada hər karvanın, köçün səfər zəngi var.  
Hər şəkər süfrəsinə gəlib milçəklər qonar. 
 
Ağbirçək bir dayədir sənə süd verən rüzgar,  
Ona etibar elə yaxşı-yaman nəyin var. 
 
Dünya sirkə verirsə, bal bilərək nuş elə,  
Sus, anlamaz!O, daim sənə yaxşılıq dilər. 
 
Bu yolda səbat edən evə salamat gedər,  
1985 
       Xızra Musadır yalnız bu çöllərdə həmsəfər. 
 
Böyüklərin nazını daim çəkəsən gərək,  
Ta ki, sənə də çatsın böyüklük adlı çələng. 
 
Yaman gündə yaxşı dost axtarar, tapar səni,  
İlişsən, tora düşsən, tordan qurtarar səni. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə