Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   35   36   37   38   39   40   41   42   ...   63

_______________ Milli Kitabxana _______________ 
165 
 
Vaxtdır, iş başına keç! Gözün bağlanıb neçin?  
1750
       İşini elə gör ki, işbilənlər bəyənsin. 
 
Bərk yatmısan, yolunda tələ qurublar, oyan!  
Məgər bu cür yatarmı iş bilən, iş anlayan? 
 
Yığın-yığın qəmləri, sabahını düşün sən,  
Qəm arxalı, qəm güclü, sən nə qədər zəifsən. 
 
Sənin ağlın yaddaşsız bir qocadır, imdad et,  
Yada salmır o səni, barı sən onu yad et. 
 
Əgər yar olmasaydı ağlın, idrakın sənə,  
Səni kim qaldırardı insanlıq pilləsinə? 
 
Ağıl - Məsihadır, bil. Ondan üz döndərmə sən,  
1755 
      Eşşəksənmi, palçığa eşşəyini sürəsən? 
 
Ya get ağıl yoluyla, çıraq tapıb işıqlan, 
Ya da biryolluq əl çək sən onun qapısından. 
 
Xumar olma, korşaltma o parlaq ağlı, huşu,  
Yedirmə bir sərçəyə o boyda qızılquşu. 
 
Mey hər dində halaldır, amma gərdiş dəyişmiş,  
Əqlə düşmən olması meyi haram eyləmiş. 
 
Piyalənə tökdüyün üz suyundur, mey deyil,  
Çeşmən, dirilik suyun yalnız öz ağlındı, bil. 
 
Gərçi dünya qəmini içki bir az dağıdır,  
1760
       İçmə, ey xacə, içmə, idrakına yağıdır. 
 
Kabab olan ciyərə səpilmiş duzdur şərab,  
Duzsuzlara, kəmlərə qismət olsun bu əzab. 
 


_______________ Milli Kitabxana _______________ 
166 
 
 
Bu barədə düz xəbər bilmək istəsən əgər,  
Mey içmə ki, hər şeydən qoyar səni bixəbər, 
 
Qəflət dünyasındadır kim ki, meyin quludur,  
Mey qafilin alnına qəflət damğası vurur. 
 
Boş xəyala bənd olan nəzərə, gözə mil çək,  
Xərabata can atan ayağı zəncirləyək. 
 
Öz boyuna "əlif' tək aşiq olan ey məğrur,  
1765 
      Qara sevdaya saldı nəfsin səni, dayan, dur! 
 
"Əlif'sənsə, qanadsız quşadön, barsız yaşa!  
Ya "Bey" kimi bar gətir, ömrü gözəl vur yaşa. 
 
Qürrələnmə, "əlif'tək məclislər şamı olsan,  
"Əlif' kimi müflissən, "əlif' kimi yoxsulsan. 
 
Sən ki, tikan deyilsən, dırmanma yüksəklərə,  
Əlsiz-ayaqsız gül ol, bizi qərq elə ətrə. 
 
Sən ki, çocuq deyilsən, həvəslənmə oyuna,  
Sən ki, ömür deyilsən, boy istəmə boyuna. 
 
Bitdi gənclik gündüzü, Günəş getdi batmağa,  
Kölgə uzandı, ey nur, çəkil sən də qırağa. 
 
Mən görmüşəm, elə ki Gün batır, qürub yanır,  
1770
      Hər xilqətin kölgəsi iki, üç qat uzanır. 
 
Neçin kölgəpərəstsən bunca qarğalar kimi?  
Düşmən kəsil zülmətə qızıl bir fanar kimi! 
 
Özünü kölgəlikdən qurtara bilsən əgər,  
İnan, eyiblərin də kölgən kimi çəkilər. 
 
  
 


_______________ Milli Kitabxana _______________ 
167 
 
Zülmətdə əyləşməyə dözə bilmir hər kişi,  
Təkcə dirilik suyu görə bilir bu işi. 
 
Başı yerdə, ayağı göydə olan ey qafil,  
Sənin fikir göylərin alt-üst olub, bunu bil. 
 
Günəş qızıl teştini hər gün sənə verir ki, 
1775
       Yuyub mənlik tozunu pak edəsən əlini. 
 
Paltarını bu teştdə təmiz yumaq istəsən,  
Ucal, suyu Günəşin qaynağından istə sən. 
 
Günəş yuvarlağını götür, sabuna bənzər,  
Qanlı paltarlarını tamam yuyub təmizlər. 
 
Oda, alova döndü səndə həyat yanğısı,  
Ciyərində qalmadı hətta bircə damla su. 
 
Nəfs, qərəz kirindən pak deyilsə bədənin,  
Qızıl geysən də, daşca dəyərin yoxdur sənin. 
 
Paklıq, təmizlik nuru bürüsəydi hər kəsi,  
1780
       Kimlə, nəylə dolardı cəhənnəmin mədəsi? 
 
Yalnız cəhənnəmdən yox, hər istidən-soyuqdan,  
Səni saxlayan zireh düzlük, paklıqdır, inan. 
 
Əyriliyin yükləyər boynuna neçə nöqsan, 
Düz olsan, hər bəladan, hər qəmdən qurtularsan. 
 
Zərgər tərəzisitək dürüst olmaq istəsən,  
Gərək hifz eləyəsən ürək düzlüyünü sən. 
 
Sənə halal olmayan hər xırdaca arpadan,  
Tərəzinin gözünə əskiklik gələr, inan. 


_______________ Milli Kitabxana _______________ 
168 
 
Hər işin birər-birər gələcək öz yerinə, .  
1785
       Son günündə qəfildən çıxacaq qənşərinə. 
 
Gizli işlərin sənə açıq göstəriləcək,  
Az verib, çox almağın ortalığa gələcək. 
 
Bu alverdə özünü günahkar etmə, saqın,  
Artıq verib, əskik al, çalış borcun qalmasın. 
 
Gül əyri olduğundan, qoynunda bitdi tikan,  
Qamış şəkərə döndü düzlüyü ucbatından. 
 
O yerdə ki doğruluq hökm edər, bayraq açar,  
Dada çatan haqq özü onun ardınca uçar. 
 
   ZALIM PADŞAHLA DÜZ  
DANIŞAN KİŞİNİN DASTANI 
 
Ürəkləri sındıran zülmkar bir şah vardı,  
1790
      Dirəşməkdə, höcətdə Həccacı mat qoyardı. 
 
Gündüzdən gecəyədək hər pıçıltı, hər xəbər,  
Onun sarayındaca cəmləşərdi hər səhər. 
 
Aytək, güntək itigöz bir xəfiyəsi vardı,  
Bağlı qalan işləri ustalıqla açardı. 
 
Sübhtək ikiüzlü, Aytək gecə gəzəndi,  
Bir gün şahın onündə baş əydi, qüssələndi. 
 
Dedi: - Gizli bir yerdə çox deyindi dalınca,  
Səni zalım, qaniçən adlandıran bir qoca. 
 
Casusun dediyindən öfkələndi hökmdar,  
1795
       Qocanı məhv etməyə fikrində verdi qərar. 
 


_______________ Milli Kitabxana _______________ 
169 
 
Qum tökdürüb üstünə palaz sərdirdi çölə,  
Divanə tacidardan qaçardı divlər belə. 
 
Yel sürətli bir cavan çapdı, qocanı tapdı, 
- Xain bilir şah səni, oyan! - dedi, - amandı. 
 
O şeytan huylu zalım çağırmamış, özün get,  
Yola gətir, inandır, öz dərdinə əlac et! 
 
Destəmaz aldı qoca, kəfən geydi əyninə,  
Salam verdi ədəblə, gəlib şahın önünə. 
 
Qızmış, qara niyyətli şah yumruğunu sıxdı,  
1800
      Arxasında dayanmış qocaya kinlə baxdı. 
 
- Eşitmişəm, - söylədi, - danışmısan dalımca, 
Məni qəddar, yelbeyin adlandırmısan, qoca! 
 
Mən Süleyman mülkünün sahibiyəm, bilirsən,  
Hansı cürətlə mənə zalım, ya div deyirsən? 
 
Cavab verdi ixtiyar: - Mən ki ayığam, nə qəm,  
Sənin dediklərindən beş qat artıq demişəm. 
 
Qocalar da, gənclər də qan ağlayır əlindən,  
Kənd, şəhər - bütün ölkə dad çəkir əməlindən! 
 
Mən ki eyiblərini bircə-bircə sayanam,  
1805
       Yamanını, yaxşını göstərən bir aynayam. 
 
Düz, dəqiq göstərirsə ayna səni özünə,  
Özünü qır, aynanı qırmaq yaraşmır sənə. 
 
Sözlərimi araşdır, dinlə ağıl deyəni, 
Düz demirəmsə, emr et, dara çəksinlər məni. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə