Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   31   32   33   34   35   36   37   38   ...   63

_______________ Milli Kitabxana _______________ 
145 
 
Acizlikdən, həyadan üzün yanır, fikir ver,  
Çərxin yolu bir tükün ucundan da incədir. 
 
Tükün ucunu bölmə, yetməzsən bu əsrara,  
Xəmirdən bir tük kimi atar səni kənara. 
 
İmkanın var, Qalxasan mələklər məqamına,  
Bu qədər ki, güclüsən, neçin girmisən qına? 
 
Könül vermə, bu gilin, bu qumun vəfası yox,  
Dünyaya bağlanmağın daha bir mənası yox. 
 
Burda başında papaq... demək, baş əyməlisən,  
1515 
      Burda belində kəmər... demək, qulluq əhlisən. 
 
Hünərlisənsə, hər gün paxılların artacaq,  
Qəndin varsa, yediyin zəhər olacaq ancaq. 
 
Bu həyat ocağına aldanma ki, şöləsi,  
Cəhənnəm atəşinin haləsidir, haləsi. 
 
Ay olsa da göylərin, fələklərin qəndili,  
Yağı Günəşdən umur, ömür boyu dilənir. 
 
Susamış bitkilərə nicat verən bulud da,  
Donuq bir bəlğəm kimi dəyərsizdir həyatda. 
 
Sanma ki, su səadət, bolluq qaynağı olmuş,  
1520   
    Sudan nə çəkdiyini batan gəmidən soruş. 
 
Dinclik yuvasıdırmı məgər bu viran yuva?  
Nə üçün göz yumursan bunca çirkə, ayıba? 
 
Öz eybini görməyi çoxdan yadırğamısan,  
Özgəsinin eybinə ayna tutan kəminsan! 
 
Sən ey aynalar kimi eybin şəklini çəkən,  
Bil ki, eyibli nəfəs sənə tez vurar ləkə. 
 


_______________ Milli Kitabxana _______________ 
146 
 
Ya hünəri tərk elə, cibindən çıxarıb at.  
Ya öz eyiblərinin aynasını qırıb at. 
 
Özgəsinin eybinə göz yum, əgər gözün var.  
1525 
      Qüsuru kənarda yox, əvvəl özündə axtar. 
 
Hər kəsdə hünər də var, eyib də var bil ki, sən,  
Hunərli olacaqsan, eyibləri görməsən. 
 
Qaranlıqda görməyə lampa gərəkdir sənə,  
Gündüz qara qarğa da, dərhal dəyər gözünə. 
 
Güllər kimi əlvandır tovusun qanadları,  
Ayağının eybini başına qaxma barı. 
 
Qarğanın əyni, başı qapqaradır, gözü ağ.  
Gözün varsa görə bil, ağı qaradan qabaq. 
 
İSA PEYĞƏMBƏRİN HEKAYƏTİ 
 
İsanın ayaqları yol açıb dünyalara,  
1530
       Qəlib çıxmışdı bir gün balaca bir bazara. 
 
Gördü bir çoban iti, canavar kimi nəhəng,  
Yol üstündə uzanmış cansız, nəfəssiz köpək. 
 
Dörd yanmı bürümüş adamlar qatar-qatar,  
Leş yeyən quzğun kimi başına toplaşıblar. 
 
Biri dedi: "Çatladar beynimizi bu cəmdək,  
Yanan çıraq küləkdən uzaq gərək, gen gərək!" 
 
Biri dedi: "Rədd edin, görünməsin bu murdar,  
Gözümüzü kor eylər, könlümüzü dondurar". 
 
Hərə bir hava çaldı: "Tfu!" - "Cəsəd!" - "Əlhəzər!",  
1535
       Zavallı, miskin leşə min bir cəfa verdilər. 


_______________ Milli Kitabxana _______________ 
147 
 
Növbə çatdı İsaya, eyibdən vaz keçdi o,  
İtin üstünlüyünü fikirləşdi, seçdi o. 
 
"Naxışları, xalları, - dedi, - aləmdi, məncə,  
Parlaq, saf dişlərinə nə dürr çatar, nə inci". 
 
Qorxu ilə, ümidlə dənizdən dürr tapan var,  
Sədəfini yandırıb tozuyla diş ağardar. 
 
Özgəsinin eybini, öz hüsnünü görmə tək,  
Öncə öz nöqsanını görə bilən göz gərək. 
 
Demirəm ki, aynanı al əlinə, ya alma,  
1540
      Öz eybini görə bil, özünə heyran olma! 
 
Niyə gərək özünü bahar kimi bəzəmək?  
Saqın! Soldurar səni zaman bahar gülü tək. 
 
Eybini örtən geyim zərif toxunduğundan,  
Tanrı doqquz pərdə də göydən endirmiş əlan. 
 
Bu göy yuvarlığının içində, ey gözü dar,  
Söylə, sənin boynuna həlqə olmayan nə var? 
 
İtsənmi ki, taxasan Sürəyya xaltasını?  
Eşşəksənmi, çəkəsən yük daşıyan İsanı? 
 
Fələk nədir? Atılmış, tərk edilmiş dul qarı,  
1545 
      Cahan nədir? Saralmış bağların solğun barı! 
 
Hər köhnəni, təzəni bircə-bircə sal yada,  
Bu dünyada nə varsa, dəyməz bir arpaya da. 
 
Yemə dünya qəmini, xacə, tərk et oyunu,  
Qüssə çəksən, qoy yerə Nizaminin payını. 
 


_______________ Milli Kitabxana _______________ 
148 
 
                  On birinci söhbət 
 
DÜNYANIN VƏFASIZLIĞI HAQQINDA 
 
Qalx, bu köhnə oyunçu səni tez verər bada,  
Vəfa yoxdur fələyin açıq nərdtaxtasında. 
 
Heç onun xislətində insaf olubmu bir an?  
Murad nəqşi gözləmə vüsal qapılarından. 
 
Dənizdə ayaqüstə durmağın nə xeyri var?  
1550
       Yükünü də, səni də udmazmı fırtınalar? 
 
Ördəyə şahin dedi: - Uçaq, çöllər gözəldir,  
Ördək dedi: - Özün uç, mənə göllər gözəldir. 
 
Ey bu qəm gəmisində ləngərlənən zavallı!  
Yük altında kürəyi qana dönən zavallı! 
 
Boğar səni bu dəniz... At yükünü, at, qaçaq,  
İnan ki, qarşındakı su yox, sərabdır ancaq. 
 
Bircə aman guşəsi taparsanmı bu yerdə?  
Vəfa iliyi varmı məgər bu sümüklərdə? 
 
Bu dünyada zərrəcə naz çəkmə adəti yox,  
1560
       Bari; ortağı olma, əl çək ondan biryolluq. 
 
Dünya nemətlərində nə tapacaqsan, eyvay,  
Bulaşıq bir kasadan, boş bir süfrədən savay? 
 
Dünyanı görənlərin ağızları qapandı,  
Ondan bəhs edənlərin dodağı, dili yandı. 
 
Karvanında nəyi var, bir-iki zəngdən savay?  
Boşqabında nə gördün, ölgün milçəkdən savay? 
 


_______________ Milli Kitabxana _______________ 
149 
 
Bu kasadan bir barmaq yeyənin qafa tası,  
Zamanın barmağında oldu üzük halqası. 
 
Görən yox bu cahanda bircə savab iş hələ,  
1560
       Yuxuları qat-qarış, fikirləri - tor, tələ. 
 
Çəkil, qoy heçlik evi olsun xəlvəti guşən,  
Çəkil, tamam uzaqlaş sən bu viranə kənddən. 
 
Evsatan simsar kimi onu öyməkdə nə var?  
Tərk et, evi bürüsün qoy tüstülər, dumanlar. 
 
Bu dünyanı öpməkdə, qucmaqda məqsədin nə?  
Sənmi doğmusan onu, hey qaçırsan üstünə? 
 
Sən dünyanın üstündən xətt çək, bir az şad yaşa,  
Sənə uzaq olandan uzaqlaş, azad yaşa! 
 
Yolun, mənzilin uzaq, yormasın yollar səni,  
1565
       Hazırla yolluğunu, ruzunu, azuqəni. 
 
Min-min bağrı yanmışı udan bir cəhənnəmə,  
Bu şeytanlar, bu divlər məskəninə çöl demə. 
 
Onun dirilik suyu - göz yaşı, ciyər qanı,  
Ərzi yandıran Günəş - nəməkdanı, duzdanı. 
 
Bu səhranın od rəngi - hərislərin şərabı,  
Düz və duzlu adamlar sürfəsinin kababı. 
 
Can vermə bu şorana, o döndərdi, baxsana,  
Odun qəlbini suya, qəlbin odunu qana. 
 
Zavallılar bu yolla gedə bilərmi məgər?  
1570
       Bir yol ki, baxmaq ilə qəlbi qana döndərər. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə